Microsoft Word beytul-ehzan doc



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə43/47
tarix03.08.2018
ölçüsü1,24 Mb.
#60676
1   ...   39   40   41   42   43   44   45   46   47

118 
 
Sonra Əli(ə.s) Mədinə evlərindən uzaqda, Bəqi qəbirstanlığında Fatimə(s.ə) üçün (ağlamaq üçün) 
kiçik bir ev düzəltdi. Bu evi «Beytül-əhzan», yəni «Qəm evi» adlandırdı. 
Fatimə  hər  gün  sübh  vaxtı  Həsən(ə.s)  və  Hüseynlə(ə.s)  bu  evə  gedib  ağlayardı.  Əli(ə.s)  axşam 
gəlib  Xanım(s.ə)-ını evə aparardı. 
Bilal Həbəşinin azan verməsi. 
Ravi yazır: «Bir gün Fatimə(s.ə) buyurdu:  
__ Ürəyim çox istəyir ki, Atamın müəzzini azan versin və mən də onun səsini eşidim.  
Bu xəbər Bilala çatdıqda Bilal azan verməyə başladı: «Allahu Əkbər. Allahu Əkbər». 
Fatimə  bu  səsi  eşidən  kimi  Atasının  zamanı  yadına  düşdü.  Özünü  saxlaya    bilməyib,  ağlamağa 
başladı. 
Fatimə  «Əşhədu  ənnə  Mühəmmədən  Rəsulullah»  səsini  eşidən  kimi  bihuş  olub  yerə  yıxıldı. 
Camaat  Bilala  dedi:  «Azanı  saxla.  Fatimə(s.ə)  dünyadan  getdi».  Onlar  belə  güman  etdilər  ki, 
Fatimə(s.ə) vəfat edib. 
Bilal azanı saxladı. Fatimə huşa gəlib ayıldıqdan sonra Bilala buyurdu: «Azanı axıra kimi oxu». 
Bilal azanı davam etməyib dedi: «Ey xanımlır Xanımı, qorxuram, mənim səsimi eşitməklə sizə 
bir xətər yetişə». 
Fatimə Ühüd şəhidlərinin qəbri kənarında. 
İmam Sadiq(ə.s) bu barədə belə söyləyir:  
«Fatimə(s.ə) Peyğəmbər(s)-in vəfatından sonra cəmi yetmiş beş gün yaşadı. Bu yetmiş beş gündə 
heç  kim  onu  gülərüz  görmədi.  Həftədə  iki  dəfə(I  və  III  günlər)  Ühüd  şəhidlərinin  qəbirləri 
kənarına  gedib,  orada  namaz  qılar  və  dua  oxuyardı.  O  Xanım  vəfat  edənə  kimi  bu  işi  davam 
etdirirdi». 
Mahmud  ibn  Lübeyddən  rəvayət  olunub  ki,  həzrəti-Mühəmməd(s)  vəfat  etdikdən  sonra 
Fatimə(s.ə)    Atası(s)-nın  qəbri  kənarına  gəlib  ağlayardı.  Gördüm  ki,  Fatimə(s.ə)  orada  ağlayır. 
Sakitləşəndən  sonra  Fatiməyə  yaxınlaşıb  dedim:  «Ey  xanımlar  xanımı!  Sizin  bu  halınıza  dözə 
bilmirəm». 
Fatimə(s.ə)  buyurdu:  «Ey  Əbu  Ömər!  Ağlamağın  yeri  var.  Çünki  mən  ataların  ən  yaxşısını 
itirmişəm. Ürəyim çox istəyir, atamı görəm». 
Həzrəti-Zəhra(s.ə)-nın dua və vəsiyyəti. 
İmam Baqir(ə.s) söyləyir: «Fatimə(s.ə) atası Peyğəmbər(s.ə)-in vəfatından altmış gün keçdikdən 
sonra xəstələndi. Həzrəti-Zəhra(s.ə)  xəstə olarkən belə dua edərdi: «Ey Qadir və Diri olan Allah! 
Sənin rəhmətinə pənah gətirirəm, məni cəhənnəm atəşindən uzaq et və məni behişt əhlindən qərar 
ver». 


119 
 
Bu zaman həzrəti-Əli(ə.s) Fatimə(s.ə)-yə buyurdu:  
__ Allahdan arzum budur ki, səni tezliklə sağaldıb şəfa versin. 
Fatimə(s.ə):  
__ Ey Əbul Həsən, Allahımla görüşməyimə çox az qalıb.  
Daha  sonra  Xanım(s.ə)-ı  Əli(ə.s)-yə  vəsiyyət  elədi  ki,  məndən  sonra  bacım  qızı  Əmamə(Əbul 
Asın qızı) ilə evlənərsən. 
Çünki yalnız o, (Əmamə) məndən sonra uşaqlarıma mehribanlıq göstərər».  
Başqa bir rəvayətdə belə söylənilir:  
«Fatimə(s.ə) Əli(ə.s)-yə dedi:  
__ Mənim səndən bir xahişim var.  
Əli(ə.s) buyurdu:  
__ Ey Peyğəmbərin qızı, sözünü buyur, onu mütləq yerinə yetirərəm. 
Fatimə:  
__  Səni  and  verirəm  Allaha  və  Atamın  haqqına,  Əbu  Bəkrlə  Ömər  mənim  cənazəmə  namaz 
qılmasınlar. Allahın Rəsulu(s) mənə buyurmuşdur: «Sən mənim Əhli-beytimdən ilk adamsan ki, 
mənim yanıma gələcəksən». Bu xəbəri sənə vermək mənə çox ağır gəlir». 
İmam  Baqir(ə.s)  buyurur:  «Peyğəmbərin  vəfatından  50  gün  keçmişdi.  Həzrəti-Fatimə(s.ə)-nin 
xəstəliyi  güclənirdi.  O  xanım  bilirdi  ki,  elə  bu  xəstəliklə  də  dünyadan  gedəcək.  Fatimə(s.ə) 
buyurdu:  «Ya  Əli,  Allahın  işinə  səbir  et  və  məni  gecə  qüsl  edib  kəfənləyər,  dəfn  edərsən». 
Həzrəti-Əli(ə.s) Fatimə(s.ə)-nin vəsiyyətinə əməl etdi. 
Fatimə(s.ə) söyləyir:  «Atam  Rəsulullah(s)-ı  yuxuda  gördüm.  O Həzrətdən sonra  bizim  başımıza 
gələnlərin  hamısını  Peyğəmbər(s)-ə  danışdım.  Rəsuli-əkrəm(s)  buyurdu:  «Sizin  üçün  axirətdə 
əbədi ev var. Bu ev təqvalılar üçündür. Sən tezliklə bizim yanımıza gələcəksən». 
Zəhra(s.ə)-nın ömrünün son günləri. 
     1.Fatimə(s.ə)-nin Əbu Bəkr və Ömərə söylədikləri. 
Fatimə(s.ə)  şəhadət  çarpayısında  son  günlərini  yaşayarkən  Əli(ə.s)-yə  vəsiyyət  etdi  ki, 
onun(Fatimə(s.ə)-nin)  həyatında olan hadisələri (başına gələnləri) gizli  saxlasın və ağır xəstəliyi 
haqqında  heç  kəsə  xəbər  verməsin.  İmam  Əli(ə.s)  onun  vəsiyyətini  yerinə  yetirdi.  Əli(ə.s)  özü 
Fatimə(s.ə)-yə qulluq edirdi. Əsma Binti Ümeys də (o vaxtlar Əbu Bəkrin arvadı idi) Zəhra(s.ə)-
nın  «xəstəliyinin  gizli  saxlanılması»  vəsiyyətini  yerinə  yetirmiş  olsun  deyə,  gizlin-gizlin 
Zəhra(s.ə)-ya xidmət edirdi. Peyğəmbər(s) (özündən sonra) Zəhra(s.ə)-nın başına gələcək zülmlər 
barədə  ona xəbər verdiyi kimi, bu xəstəliyini də qabaqcadan  xəbər vermişdi. Sonra Fatimə(s.ə)-


120 
 
nin ağrıları daha da gücləndi. Allah-təala (məna aləmində) həzrəti-Məryəmi Fatimə(s.ə)-yə qulluq 
etmək və onunla ünsiyyətdə olmaq üçün göndərdi. 
Əbu  Bəkrlə  Ömər  Fatimə(s.ə)-nin  ağır  xəstəliyindən  və  bərk  ağrılar  keçirdiyindən  xəbərdar 
olduqda ona baş çəkmək üçün qapısına gəlib evə girməyə icazə istədilər. Amma Fatimə(s.ə) icazə 
vermədi. Ömər Əli(ə.s) ilə görüşüb ona dedi:  
__ Əbu Bəkr incə qəlbli bir qocadır, Peyğəmbərin dostu və səhabələrindəndir. Neçə dəfə onunla 
bura  gəlib  icazə  istəmişik,    ancaq  Fatimə  icazə  verməyib.  Əgər  məsləhət  bilirsənsə,  Fatimədən 
icazə al ki, bizi qəbul eləsin.  
Əli(ə.s) buyurdu:  
__ Çox yaxşı, görüm, bəlkə icazə ala bildim.  
Həzrəti-Əli(ə.s) Fatimə(s.ə)-nin yanına gəlib buyurdu:  
__  Ey  Peyğəmbərin  qızı!  Bilirsən  ki,  bunlar  səninlə  görüşməkdən  ötrü  neçə  dəfə  gəlib  icazə 
istəyiblər,  amma  sən  onlara  icazə  verməmisən. Onlar  səndən  icazə almağım  üçün  xahiş  ediblər. 
Mən də səndən xahiş edirəm ki, Əbu Bəkrlə Ömərə icazə verəsən. 
Fatimə buyurdu:  
__ Allaha and olsun, onlarla bir kəlmə belə kəsməyəcəyəm. Peyğəmbərlə görüşüb, onların mənə 
etdiklərindən Peyğəmbərə şikayət edəcəyəm. 
Əli(ə.s) buyurdu:  
__ Mən səndən onlar üçün icazə almağı onlara zəmanət vermişəm. 
Xanım Zəhra(s.ə): 
__  Əgər  zəmanət  vermisənsə,  ev  sənin  evindir,  qadınlar  da  kişilərə  itaət  etməlidirlər.  Mən  heç 
vaxt sənin istəyinə qarşı çıxmamışam,  istədiyinə icazə ver.  
Əli(ə.s) evdən çıxıb Əbu Bəkr və Ömərə buyurdu:  
__ İcazə verdi.  
Onlar  evə  daxil  oldular.  Fatimə(s.ə)-ni  gördükdə  salam  verdilər.  Amma  Fatimə(s.ə)  onların 
salamınının  cavabını  vermədi,  üzünü  onlardan  yan  çevirdi.  Onlar  Fatimə(s.ə)  ilə  üzbəüz 
oturmaqdan  ötrü  fırlandılar.  Fatimə(s.ə)  yenə  də  üzünü  onlardan  yan  çevirdi.  Bu  iş  neçə  dəfə 
təkrar olundu. Bu vaxt O, Əli(ə.s)-yə ərz etdi:  
__ Mənim üzümü ört.  
Həzrəti-Zəhra(s.ə) xidmətində olan qadınlara buyurdu:  
__ Mənim üzümü çevirin.  


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə