Microsoft Word beytul-ehzan doc



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə47/47
tarix03.08.2018
ölçüsü1,24 Mb.
#60676
1   ...   39   40   41   42   43   44   45   46   47

129 
 
Məşhur tarixçi Məsudi belə yazır:  
Fatimə(s.ə)  dünyadan  getdiyi  vaxt  İmam  Əli(ə.s)  çox  üzülmüş,  demək  olar  ki,  dünyadan  əl 
götürmüşdü. O, belə mərsiyə oxuyurdu: «Hər iki dostun birliyi axırda fəraq, ayrılıq ilə nəticələnir. 
Ölüm  və  ayrılıqdan  başqa  hər  müsibət  əhəmiyyətsizdir.  Peyğəmbər(s)-in  vəfatından  sonra 
Fatimə(s.ə)-nin getməsi bir daha onu göstərir ki, artıq heç bir dost qalmayacaq».  
Ravi qeyd edir: «Həzrəti-Əli(ə.s) Həsən və Huseynin əlindən tutub Fatimə(s.ə)-nin cənazəsi olan 
otağa  varid  oldular.  Əsma  Fatimə(s.ə)-nin  başı  üstündə  oturub  ağlayır,  belə  deyirdi:  «Ey 
Peyğəmbər(s)-in  yetim  qalmış  balaları,  biz  Peyğəmbər(s)-in  vəfatından  sonra  Fatimə(s.ə)-yə 
başsağlığı verirdik. Amma indi kimə başsağlığı verək? 
Fatimə(s.ə)-nin vəsiyyəti. 
Həzrəti-Əli(ə.s) parçanı Fatimə(s.ə)-nin üzündən götürdü, başının üstündə bir məktub gördü. Onu 
götürüb oxudu. Orda belə yazılmışdı: «Bağışlayan və Mehriban Allahın adı ilə. Bu Rəsulullah(s)-
ın qızı Fatimə(s.ə)-nin etdiyi vəsiyyətlərdir: 
1.Fatimə(s.ə) şəhadət verir ki, vahid Allahdan başqa heç bir məbud yoxdur. 
2.Mühəmməd(s) onun bəndəsi və elçisidir. 
3.Behişt və cəhənnəm haqdır, qiyamətin olacağına şəkk-şübhə yoxdur və Allah (o gündə) ölənləri 
qəbirlərdən dirildib qaldıracaq. 
4.Ey  Əli!  Mən  Peyğəmbərin  qızı  Fatiməyəm.  Allah-təala  məni  sənə  ərə  verdi  ki,  dünya  və 
axirətdə sənin olam. Sən mənə qarşı (ixtiyar sahibi olmaqda) başqalarından daha üstünsən. Gecə 
ikən  mənə  qüsl  verib,  kəfənə  bürü,  hənut  vurub  gecə  ikən  mənə  namaz  qıl,  dəfn  et.  Heç  kəsə 
bildirmə. Səni Allaha tapşırıram, övladlarıma qiyamətə kimi salam göndərirəm. 
Zəhra(s.ə)-nın matəmində. 
Rəvayət  olunmuşdur  ki,  bu  xəbərdən  sonra  Mədinə  əhli  şivən  qopardı.  Bəni-Haşim  qadınları 
Fatimə(s.ə)-nin  evinə  axışaraq  elə  nalə,  şivən  qopardıar  ki,  sanki  Mədinə  lərzəyə  gəldi.  Onlar 
deyirdilər:  «Ey  seyyidə  Xanım,  ey  Rəsülüllahın  Qızı!»  Camaat  həyəcanlı  halda  Əli(ə.s)-nin 
hüzuruna  gəldi.  Həzrət(ə.s)  oturmuşdu.  Həsən  və  Hüseyn(ə.s)  onun  qarşısında  ağlaşırdılar. 
Camaat  da  onlara  baxıb  ağlamağa  başladı.  Həzrəti-Zəhra(s.ə)-nın  qızlarından  biri  olan  Ümmü 
Gülsüm  üzündə  niqab,  başında  çadra  olan  bir  halda  ağlaya-ağlaya  evdən  çıxıb  fəryad  etdi:  «Ey 
Ata! Ey Allahın Rəsulu! Doğrudan da, biz bu gün səni elə əldən vermişik ki, əbədi olaraq bir daha 
səni  görməyə  nail  ola  bilməyəcəyik».  Camaat  bir  yerə  yığışıb  fəğan  edir,  cənazənin  evdən 
çıxmağını  gözldəyirdilər.  Əbuzər  evdən  çıxıb  onlara  dedi:  «Evlərinizə  gedin,  çünki  cənazənin 
dəfnə aparılması bu gecəyə qədər təxirə salınır». Camaat bunu eşidib dağılışdı. 
Cənazənin qüsl, kəfən və namazı 
Axşam düşdü. Əli(ə.s) cənazəyə qüsl verdi. Bu zaman Həsən(ə.s), Hüseyn(ə.s), Zeynəb, Ümmü 
Gülsüm,  Fizzə  və  Əsma  binti  Ümeys  də  onun  yanında  idi.  Əsma  deyir:  «Fatimə(s.ə)  mənə 


130 
 
vəsiyyət  etmişdi  ki,  mən  və  Əli(ə.s)-dən  başqa  heç  kəs  ona  qüsl  verməsin.  Mən  Fatimə(s.ə)-yə 
qüsl verəndə Əli(ə.s)-yə kömək etdim.»  
Rəvayət  olunmuşdur  ki,  həzrəti-Əli(ə.s)  Fatimə(s.ə)-yə  qüsl  verəndə  deyirdi:  «Pərvərdigara! 
Fatimə(s.ə)  Sənin  kənizin  və  Sənin  Rəsulunun  qızıdır.  Pərvərdigara,  Onun  höccətini  ona  özün 
təlqin et. Onun haqq dəlillərini böyük et, dərəcəsini ali et, Onu atası Mühəmmədlə həmneşin et!»  
Həmçinin rəvayət  olunmuşdur  ki,  həzrəti-Əli(ə.s)  Peyğəmbər(s)-in  mübarək  bədənini  quruladığı 
parça ilə Zəhra(s.ə)-nın da bədənini quruladı. Qüsl işi qurtardıqda cənazəni tabuta oxşayan taxtın 
üstünə  qoyub  Həsən(ə.s)-ə  buyurdu:  «Əbuzərə  xəbər  göndər,  gəlsin.»  Əbuzər  gəldi,  cənazəni 
namaz qılınacaq yerə apardılar. Həsən(ə.s) və Hüseyn(ə.s) də onlarla birlikdə getdi. Sonra həzrəti-
Əli(ə.s) meyit namazını qıldı. 
Həsən(ə.s) və Hüseyn(ə.s) Zəhra(s.ə)-nın ağuşunda 
Vərəqə rəvayət edir:  
Əli(ə.s) buyurdu: «Fatimə(s.ə) qüsl verməyə başladım. Əynindəki köynəyi çıxarmadan ona qüsl 
verdim. Kəfənə bürüdüm. Kəfənin bəndlərini bağlamaq istədikdə səslədim: «Ey Ümmü Gülsüm, 
Səkinə, Zeynəb, Fizzə, Həsən, Hüseyn! Gəlin ananızın görüşündən azuqə götürün, çünki behiştlə 
görüşüb  ayrılmaq  vaxtıdır.»  Həsən(ə.s)  və  Hüseyn(ə.s)    gəlib  şivən  qopardılar:  «Ah!  Babamız 
Mühəmməd(s)  və  anamız  Fatimə(s.ə)-nin  vəfatından  yaranan  neçə  qəm-qüssə,  sönməyən  həsrət 
şöləsi! Ey Həsə(ə.s)-nin anası, ey Hüseyn(ə.s)-in anası! Babamla görüşəndə bizim salamımızı ona 
çatdır  və  ona  de  ki,  biz  səndən  sonra  dünyada  yetim  qaldıq. Allahı  şahid  tuturam  ki,  (bu  vaxt) 
Fatimə(s.ə) yanıqlı bir nalə çəkdi, əllərini uzatdı və bir müddət balasını nəvazişlə sinəsinə sıxdı. 
Sonra  qeybdən  səs  eşitdim:  «Ey  Əli, Həsən  və  Hüseyni  analarının  sinəsindən  götür. Allaha  and 
olsun ki, onlar səma mələklərini ağlatdılar. Dostlar öz dostunu görməyi arzulayır.» 
Fatimə(s.ə)-nin kəfənə bükülməsi 
Rəvayət  olunub  ki,  Kəsir  ibn  Abbas  Fatimə(s.ə)-nin  kəfəninin  üstünə  belə  yazdı:  «Zəhra(s.ə) 
şəhadət verir ki, Allahdan başqa heç bir məbud yoxdur və Mühəmməd(s) Allahın Rəsuludur.» 
«Misbahül-ənvar»da  nəql  olunan  rəvayətdən  məlum  olur  ki,  həzrəti-Zəhra(s.ə)-nın  büküldüyü 
kəfənin parçası çox qalın idi. Kitabda qeyd olunub ki, Fatimə(s.ə) ehtizar halında olanda bir qab 
su  istədi  və  onunla  qüsl  etdi.  Sonra  ətir  istədi,  onun  üçün  xəşin  və  qalın  parça gətirdilər,  onları 
bədəninə bürüdü.  
Həmçinin rəvayət olunub ki, o Xanım(s.ə)-ı yeddi parça ilə kəfənə bükdülər. 
Meyit namazı və dəfn mərasimi 
«Rovzətül-vaizin» kitabında yazılıb ki, gecə vaxtı camaat yuxuda ikən həzrəti-Əli(ə.s) Həsən(ə.s), 
Hüseyn(ə.s), Əmmar, Miqdad, Əqil, Zübeyr, Əbuzər, Səlman, büreyd və Bəni Haşimdən olan bir 
neçə  yaxın  dostları  ilə  birlikdə  cənazəni  evdən  çıxarıb  ona  namaz  qıldılar  və  onu  gecə  yarısı 
torpağa tapşırdılar. Həzrəti-Əli(ə.s) Zəhra(s.ə)-nın qəbrinin ətrafında əlavə yerdə qəbir də düzəltdi 
ki, onun qəbri tanınmaz olsun. 


131 
 
«Misbahül-ənvar»  kitabında  qeyd  olunur  ki,  bir  nəfər  İmam  Sadiq(ə.s)-dən  soruşdu  ki,  Əmirəl-
möminin(ə.s) Fatimə(s.ə)-nin cənazə namazını neçə təkbirlə qıldı? Həzrət buyurdu:  
-Əli(ə.s) bir təkbir deyirdi. Cəbrail bir təkbir deyirdi. Sonra isə ilahi dərgahın müqərrəb mələkləri 
təkbir deyirdilər.  
Beləliklə, həzrəti-Əli(ə.s) 5 təkbirlə namaz qıldı.  
Başqa bir şəxs soruşdu:  
-Ona harda namaz qıldı?  
İmam Sadiq(ə.s) buyurdu:  
-Öz evində namaz qıldı. Sonra cənazə (tabutda) hərəkət etdirilərək evdən çıxarıldı. 
Dəfndən sonra həzrəti-Əli(ə.s) Peyğəmbər(s)-ə salam göndərir. 
Şeyx Tusi(r.ə) belə yazır ki, həzrəti-Əli(ə.s)  Fatimə(s.ə)-nin cənazəsini dəfn etdikdən sonra onun 
qəbrini  yerlə  bir  səviyyədə  bərabərləşdirdi,  sonra  əlinin  toz-torpağını  təmizlədi,  qəm-qüssədən 
həyəcanlandı,  göz  yaşı  axıtdı. Sonra üzünü Peyğəmbər(s)-in qəbrinə tutub dedi: «Ya Rəsulullah 
salam olsun Sənə mənim və hal-hazırda sənin görüşünə gələn qızın tərəfindən. Ey Allahın Rəsulu, 
sənin sevimli qızınıın ayrılığından yaranan hicrandan səbrim azalmış, taqətim üzülmüşdür. Amma 
sənin  rəhmətin  kimi  kədərli  bir  hadisədən  sonra  mənə  çatan  hər  bir  müsibət  kiçikdir.  Heç  vaxt 
unutmaram onları ki, sənin mübarək cəsədini qəbrə qoydum. Sən rəhmət edəndə mübarək başın 
sinəmdə idi. Ruhun pərvaz etdi. Ey Peyğəmbər! Mənə tapşırdığın əmanəti sənə qaytardım. Ancaq 
mənim  qəm-qüssəm,  kədərim  həmişəlikdir.  Gecələri  oyaq  qalaraq  başa  vururam,  ta  ki  öz  qızın 
səni  ümmətin  əlbir  olub  ona  qarşı  etdiyi  zülmdən  agah  edəcək.  Vəziyyəti  ondan  (olduğu  kimi) 
soruş. İş belədir: Sənin vəfatından çox keçməmiş, adın xatirələrdən getmişdir. Mənim-vidalaşan 
bir kəsin salamı siz ikinizə olsun. Bu salam narazı və  ya qəlbi  yorğun  kəsdən deyil. Əgər sənin 
hüzurundan  geri  qayıdıramsa,  onda  bu,  yorğunluq  üzündən  deyil  və  əgər  qəbrinin  kənarında 
qalsam,  onda  bu  heç    də  Allahın  səbirli  olanlara  verdiyi  vədə  barəsində  bədgümanlıqdan  deyil.  
Bəli,  səbir  etmək  daha  fəzilətli  və  daha  gözəldir. Əgər  bizə  (zahirdə)  qələbə  çalanlardan  ehtiyat 
etməsəydim,  onda  sənin  qəbrinin  kənarında  qalar,  etikaf  bağlayar,  bu  müsibətdə  balası  ölmüş 
analar  kimi  ahu-fəğan,  nalə  edərdim.  Allah  şahiddir  ki,  mən  düşmənlərin  qorxusundan  sənin 
qızını gizli torpağa tapşırdım. Elə bir qız ki, haqqını qəsb etdilər, mirasını ondan aldılar, halbuki 
sənin  vəfatından  çox  da  keçməmişdir,  adın  hələ  köhnəlməmişdir.  Ey  Allahın  Rəsulu,  sənin 
hüzuruna  şikayət  edirəm.  Sənə  itaət  etmək  xatirinə  təmkinli  olacağam.  Allahın  salam,  rəhmət, 
bərəkəti Sənə və sənin Qızına olsun.»   
Əli(ə.s)-nin qəbrin kənarında söylədiklərindən bir hissə. 
«Misbahül-ənvar»  kitabında  İmam  Sadiq(ə.s)-dən  belə  nəql  olunmuşdur  ki,  Əmirəl-möminin 
Əli(ə.s) Fatimə(s.ə)-nin cənazəsini qəbrin içinə qoyanda dedi: «Ey Fatimə! Səni məndən də yaxşı 
olan bir kəsə təhvil verdim. Sənin üçün Allahın bəyəndiyi şeyləri bəyəndim.» Sonra isə bu ayəni 
tilavət etdi:  


132 
 
«Biz  sizi  o  torpaqdan  xəlq  etdik,  ona  qaytaracağıq  və  bir  daha  oradan  çölə  çıxarmayacağıq.» 
(«Taha», 55)  
Qəbrin üstünü örtüb düzəldəndən sonra üstünə azacıq su səpdi. Qəbrin kənarında ağlar və qəmli 
oturdu. Əmisi Abbas onun qolundan tutub evə sarı apardı. 
Həzrəti-Əli(ə.s) qəbrin açılmasının qarşısını şiddətlə alır. 
Bir  mənbəyə  əsasən,  Fatimə(s.ə)-nin  dəfn  olunduğu  gecə  Bəqidə  qırx  təzə  qəbir  düzəldildi. 
Müsəlmanlar  o  Xanım(s.ə)-ın  vəfatından  xəbərdar  olduqda  Bəqi  qəbristanlığına  getdilər,  lakin 
orada qırx təzə qəbir gördülər. Fatimə(s.ə)-nin qəbrini tapa bilmədilər. Onların şivən və ah-nalə 
səsləri  ucaldı. Bir-birini  məzəmmət  edib  deyirdilər:  «Peyğəmbər(s)-in  sizin  içinizdə  bir  qızı  var 
idi,  o  da  dünyadan  getdi  və  torpağa  tapşırıldı,  amma  siz  onun  namaz  və  dəfnində  iştirak 
etmədiniz,  qəbrini  də  tapmadınız.»  Tayfa  başçıları  dedilər:  «Gedin,  imanlı  qadınlardan  bir 
neçəsini  gətirin,  bu  qəbirləri  açsınlar,  Fatimə(s.ə)-nin  qəbrini  tapıb  ona  namaz  qılaq,  qəbrini 
ziyarət edək.» 
Əli(ə.s)  bu  məsələdən  agah  olanda  qəzəbli  halda  evdən  çıxdı.  O  qədər  qəzəbli  idi  ki,  gözləri 
qızarmış, boynundakı damarlar şişmişdi. O Cənab(ə.s) acı hadisələrlə əlaqədar geydiyi sarı əbanı 
çiyninə salmışdı. O, Bəqiyə gəldi və camaatı bu işdən çəkindirib qorxutdu. Camaat deyirdi: «Bu 
gələn Əliyyibn Əbi Talibdir. O and içmişdir ki, əgər bu qəbirlərdən bir daş yerindən tərpənərsə, 
hamınızı qılıncdan keçirəcək.» Bu zaman Ömər özünün bir dəstə səhabəsi ilə birlikdə Əli(ə.s)-nin 
yanına gəldi. Ömər dedi:  
-Ey Əbul Həsən! Bu, nə işdir görmüsən? Allaha and olsun ki, hökmən Zəhranın qəbrini açacağıq 
ki, ona namaz qılaq.  
Əli(ə.s)  əlini  onun  arxalığına  atıb  onu  öz  paltarına  bürüdü  və  yerlə  sürüdü.  Ömər  yerə  sərildi. 
Həzrəti-Əli(ə.s) ona buyurdu:  
-Ey  Həbəşiyyəli  Sevdanın  oğlu!  Mən  camaatın  dindən  çıxacağından  qorxduğum  üçün  öz 
haqqımdan  keçdim.  Amma  Fatimə(s.ə)-nin  qəbrini  açmaq  kimi  istəyinizdən  əl  çəkməsəniz, 
Allaha  and  olsun  ki,  yeri  sizin  qanınızla  sirab  edərəm.  Bu  işdən  əl  çəkin,  təki  canınız  salamat 
qalsın. 
Əbu Bəkr Əli(ə.s)-yə:  
-Səni and verirəm, Rəsulullahın haqqına, Öməri burax. Biz sənin xoşlamadığın işi görmərik.  
Bu  zaman  həzrəti-Əli(ə.s)  Öməri  buraxdı.  Camaat  dağılışdı  və  onlar  qəbri  açmaq  fikrindən 
döndülər. 
Əli(ə.s)-nin Ömər və Əbu Bəkr üçün verdiyi izahat. 
Şeyx Səduqun «İləlüş-şəraye» kitabında qeyd olunur ki, bir kişi İmam Sadiq(ə.s)-dən Fatimə(s.ə)-
nin  qəbrinin  açılması  barədə  çıxarılan  qərar  barəsində  soruşdu.  İmam(ə.s)  buyurdu  ki,  Əli(ə.s) 
gecə  ikən  cənazəni  evdən  çıxartdı,  bir  neçə  xurma  budağı  ilə  od  qaladı,  onların  işığında  yola 


133 
 
düşdü. Ona namaz qılıb elə gecə vaxtı dəfn etdi. Sübh  tezdən Əbu Bəkr və Ömər Qureyşdən olan 
bir kişini görüb ondan soruşdular:  
-Haradan gəlirsən? 
Kişi dedi:  
-Əli(ə.s)-nin evindən gəlirəm. Fatimə(s.ə) barəsində  ona baş sağlığı verməyə getmişdim. 
Soruşdular:  
-Məgər Fatimə(s.ə) dünyadan köçübmü? 
-Bəli, dünən gecə yarısı onu dəfn ediblər. 
Əbu  Bəkr  və  Ömər  bərk  pərişan  oldular.  Camaatın  danlağından  çox  qorxdular.  Buna  görə  də 
Əli(ə.s)-nin hüzuruna gəlib dedilər:  
-Allaha and olsun ki, bizə qarşı hiylə və  düşmənçilikdən əl çəkmədin. Bunlar hamısı kindəndir. 
Elə Peyğəmbər(s)-ə də təklikdə qüsl verdin və bizə xəbər vermədin. Oğlun Həsən(ə.s)-ə öyrətdin 
ki,  məscidə  gəlib  Əbu  Bəkr  minbərdə  olanda:  «Babamın  minbərindən  aşağı  en!»-  deyə  fəryad 
etsin. 
Həzrəti-Əli(ə.s) onlara buyurdu:  
-Əgər and içsəm, mənim sözlərimi təsdiq edəcəksinizmi? 
Əbu Bəkr: «Bəli»,- deyə cavab verdi. 
İmam Əli(ə.s) buyurdu:  
-Peyğəmbər(s) mənə vəsiyyət etmişdi ki, ona təklikdə qüsl verim və bu barədə heç kəs mənə şərik 
olmasın.  O  Həzrət:  «Əmioğlum  Əlidən  başqa  heç  kəs  mənim  bədənimə  baxmasın»,  -  deyə 
buyurmuşdu.  Mən  Ona  qüsl  verdim.  Mələklər  Onun  bədənini  o  yan-buyana  döndərirdilər.  Fəzl 
ibn  Abbas  mənə  iz  verirdi,  özü  də  gözlərini  bağlamışdı.  Mən  o  Cənabın  köynəyini  çıxarmaq 
istəyəndə  qeybdən  bir  səs  eşitdim,  amma  özünü  görmədim.  O  deyirdi:  «O  Həzrətin  köynəyini 
çıxartma!» 
Mən bu sözləri təkrar-təkrar eşitdim, amma onu deyənin kim olduğunu görmədim. Buna görə də 
Peyğəmbər(s)-ə  köynəyi  çıxarmadan  qüsl  verdim,  sonra  kəfən  gətirildi.  Mən  onu  kəfənə 
bükəndən sonra köynəyi bədənindən çıxartdım. 
Amma oğlum Həsən(ə.s)-in məscidə gəlib Əbu Bəkrə etiraz etməsi məsələsinə gəldikdə isə, siz 
Mədinə əhli bilirsiniz ki, Həsən(ə.s) camaat namazı əsnasında camaatın sıraları arasında keçərək 
özünü    Rəsulullah(s)-a  çatdırıb  o  Həzrət  səcdədə  olarkən  onun  kürəyinə  minirdi.  Peyğəmbər(s) 
başını səcdədən qaldıranda bir Əli ilə Həsən(ə.s)-in kürəyindən, o biri əli ilə ayaqlarından tutub 
namazı qurtarana qədər onu öz çiynində saxlayardı. 
Dedilər:  


134 
 
-Bəli, biz bu məsələni bilirik.  
Həzrət buyurdu:  
-Siz  Mədinə  əhli  bunu  da  bilirsiniz  ki,  bəzi  vaxtlar  Peyğəmbər(s)  minbərdə  olarkən  Həsən(ə.s) 
məscidə  varid  olurdu.  Peyğəmbər(s)  xütbəni  yarıda  saxlayıb  Həsən(ə.s)-i  öz  boynuna  alaraq 
ayaqlarını isə sinəsinə sıxır, xütbəni bu halda sona çatdırırdı. Camaat Həsən(ə.s)-in ayaqlarındakı 
xəlxal bərqini (zinət növüdür) məscidin axırında görürdü. Həsən(ə.s) Peyğəmbər(s)-dən bu qədər 
məhəbbət və nəvaziş görmüşdü. Ona görə də bir dəfə məscidə gələndə başqasını həmin minbərdə 
gördükdə ona çox ağır gəldi. Buna görə həmin sözləri dedi. Allaha and olsun ki, mən oğluma bu 
göstərişi verməmişəm. Həzrəti-Fatimə(s.ə) barəsində isə deməliyəm ki, o həmin qadındır ki, mən 
sizin üçün onun hüzuruna gəlməyiniz barədə ondan icazə istədim. Siz də gəldiniz, onun sözlərini 
eşitdiniz, onun sizə qarşı necə qəzəbli olduğunu anladınız. Allaha and olsun, o mənə vəsiyyət etdi 
ki,  sizi  onun  cənazəsinin  yanına  buraxmayam,  siz  onun  namazında  iştirak  etməyəsəniz.  Mən də 
onun vəsiyyətinin əleyhinə bir iş etmək istəmədim. 
Ömər dedi:  
-Bu, nə sözlərdir?! Özüm gedib Fatimə(s.ə)-nin qəbrini açacağam, cənazəni çıxardıb  ona namaz 
qılacağam! 
Əli(ə.s) buyurdu:  
-Allaha and olsun, əgər belə bir iş görsən, bu qərarından dönməsən, başını bədənindən ayıraram! 
Bu halda mən sizinlə yalnız qılıncla rəftar edəcəyəm! 
Həzrəti-Əli(ə.s)  ilə  Ömər  arasında  kəskin  mübahisə  başladı.  Bir-birinə  həmlə  etmək  dərəcəsinə 
yaxınlaşanda mühacir və ənsardan bir qrupu irəli gəlib onları ayırıb dedi: «Allaha and olsun, biz 
razı olmarıq ki, Peyğəmbər(s)-in əmisi oğluna, onun canişininə belə sözlər deyilsin.» 
Bununla da camaat dağılışıb getdi. 
Qazi Əbu Bəkrin şerləri. 
Dahi mühəddis Əliyyibn  İsa İrbil «Kəşfül-qimmə»  kitabında (II c, səh.69) yazır ki, dostlarından 
biri  Qazi  Əbu  Bəkr  ibn  Əbu  Bri’ənin  (sünni  alimlərindəndir)  yazdığı  şeri  mənim  üçün  oxudu, 
mən  də  onu  burada  qeyd  edirəm:  «Ey  bu  dünyanın  qəribəlikləri  ilə  maraqlanan  insan!  Sirləri 
aşkar etməyə çalışma. Bəlkə sənin aşkarlamağa çalışdığın iyrənc bir şeydir? 
Nə çox üstü açılmamış sirlər var ki, aşkar olanda pərdənin altında olan əsl siması aşkar olar. Ey 
sual edən, sənin cavabın hazırdır, amma mən onu bəyan etməyə qorxuram. Əgər camaatın mənə 
qarşı  düşmənçiliyi,  xəlifənin  əzab-əziyyəti  və  hiylələri  olmasaydı,  düşmən  qılıncları  başımızın 
üstündə başımızı parçalamaq üçün hazır olmasaydı, onda Ali-Mühəmmədin sirlərindən təzə-təzə 
xəbərlər bəyan edərdim, ta ki sizi Malik və Əbu Hənifənin fitvalarından ehtiyacsız edəm və sizə 
göstərərdim  ki,  İmam  Hüseyn(ə.s)-in  qətlə  yetirilməsinin  səbəbi  və  mənşəyi  elə  «səmarə» 
günüdür. (Əbu Bəkrin zorla xilafətə keçdiyi gün.) 


135 
 
Həmçinin  sizə  izah  edərdim  ki,  Fatimə(s.ə)-ni  hansı  halda  və  necə  vəziyyətdə  gecə  ikən  qəbrə 
qoydular.  Həm  də  sizə  bəyan  edərdim  ki,  o  iki  nəfərin  Fatimə(s.ə)-nin  evinə  daxil  olmaları  nə 
üçün qadağan olunmuşdu! Heyhat, təəssüf. Peyğəmbər(s)-in qızı son dərəcə qəm-qüssə ilə vəfat 
etdi.» 
İmam Sadiq(ə.s)-in göstərdiyi vəsiyyətnamə. 
Dahi mühəddis Şeyx Kuleyn Əbu Bəkrdən nəql edir:  
İmam Sadiq(ə.s) mənə buyurdu:  
-İstəyirsənmi, Fatimə(s.ə)-nin vəsiyyətnaməsini sənə oxuyum? 
Dedim:  
-Bəli! İstəyirəm. 
İmam Sadiq(ə.s) sandığı açıb bir namə çıxartdı və belə oxudu: 
 «Bismillahir rəhmanir  rəhim. Bu, Peyğəmbər(s)-in qızı  Fatimə(s.ə)-nin etdiyi  vəsiyyətdir ki, bu 
vəsiyyətdə  «həvaiti  səbə»  (yeddi  bağ):  1-əvaf,  2-dəlal,  3-burqə,  4-mübit,  5-husna,  6-safiyə,  7-
məşrəbətu  Ümmü  İbrahim  bağlarını    vəsiyyət  edirəm  ki,  vəqf  olaraq  qalsın.  Bunların  idarə 
olunmasını  Əmirəl-möminin(ə.s)-ə  həvalə  etdim.  Onun  vəfatından  sonra  oğlum  Həsən(ə.s)-in, 
ondan sonra övladlarımın ən böyüyünün (yəni bu işlər tarix boyu böyük nəvələrimin) ixtiyarında 
olsun.  Allah  bu  vəsiyyətə  şahiddir.  Həmçinin  Miqdad  və  Əbuzər  də  şahiddir.  Bu  vəsiyyəti 
Əliyyibn Əbu talib yazdı.» 
Böyük  alim  Seyyid  ibn  Tavus  (664-cü  h-q  ilində  vəfat  etmişdir)  «Kəşfül-məhəccə»  kitabında 
yazır  ki,  Peyğəmbər(s)  və  əmirəl-mömin  Əli(ə.s)  fəqir  deyildilər.  Zöhdün  (zahidlik)  fəqirlik  ilə 
yanaşı olması şərt deyildir. (Sonra oğluna xitabən deyir: «Cəddin Həzrət Mühəmməd(s) Fədək və 
Əvalini  anam  Fatimə(s.ə)-yə  hədiyyə  etdi.  Abdulla  ibn  Həmad  Ənsarinin  söylədiyinə  görə, 
onların  illik  gəliri  hər  il  24  min  dinar  (qızıl  pul)  idi.  Başqa  bir  rəvayətdə  isə  yetmiş  min  dinar 
olduğu qeyd olunur.») 
Fatimə(s.ə) Peyğəmbər(s)-dən sonra nə qədər yaşadı? 
Fatimə(s.ə)-nin Peyğəmbər(s)-dən sonra nə qədər yaşaması barədə tarixçilər arasında fikir ayrılığı 
vardır. Onların əksəriyyəti bu müddətin altı ay olması fikri üzərində dayanırlar. Bir qism tarixçi 
isə  bu  müddətin  qırx  günə  bərabər  olmasını  iddia  edir.  Bizim  nəzərimizcə,  həzrəti-  Fatimə(s.ə) 
Atası(s)-nın  vəfatından  95  gün  sonra,  cəmadiyul-axir  ayının  3-də  (hicrətin  11-ci  ili)  dünyadan 
getmişdir. 
Məhəmməd ibn Cərir Təbəri mötəbər mənbəyə əsaslanaraq İmam Sadiq(ə.s)-in belə buyurduğunu 
qeyd  edir:  «Fatimə(s.ə)  çərşənbə  axşamı  cəmadiyul  ayının  3-də  vəfat  etmişdir.  Şəhid  olmasının 
səbəbi  isə  budur  ki,  Ömər  ibn  Xəttabın  qulamı  Qunfuz  Ömərin  əmrinə  əsasən  qılıncın  qundağı 
(qılaf) ilə ona elə zərbə vurmuşdu ki, oğlu Möhsin dünyaya gəlməmiş anasının bətnindəcə məhv 
olmuşdu.  Bu  hadisədən  sonra  həzrəti-Zəhra(s.ə)  sağlamlığını  itirmiş,  ağır  xəstəliyə  tutulmuşdu.  
O, xəstəlik yatağında yatarkən ona zülm edən kəslərin heç birinə onunla görüşə icazə vermədi.» 


136 
 
Vəssalamu ələykum və rəhmətullahi və bərəkatuhu! 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Kitabın içindəkilər 
 
1.Birinci hissə 
Həzrəti Zəhra(s.ə)-nın təvəllüdü....................................................... 
2.İkinci hissə 
Həzrəti Zəhra(s.ə)-nın  fəzilətlərindən.............................................. 
3.Üçüncü hissə 
Peyğəmbər(s)-in vəfatından sonra Səqifə əhvalatı........................... 
4.Dördüncü hisssə  
Fatimə(s.ə)-nin Atasının vəfatından sonrakı vəziyyəti.................... 
 
 
BEYTÜL- ƏHZAN 


137 
 
(Həzrəti-Fatimeyi-Zəhranın (s) həyatı) 
 
Müəllif: Şeyx Abbas Qumi                  
Tərcümə edən: Ceyhun Cəfərov 
 
Kitabın çap və sair hüquqları qorunur. 
Qiyməti razılaşma yolu ilə. 
Bağışlayan və Mehriban Allahın Adı İlə 

Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə