Microsoft Word beytul-ehzan doc



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə39/47
tarix03.08.2018
ölçüsü1,24 Mb.
#60676
1   ...   35   36   37   38   39   40   41   42   ...   47

106 
 
Peyğəmbər(s)-in  övladlarının  (həzrəti-Zəhra(s.ə)-nın  övladları)  əziz  anasısan.  Biz  istəmirik  ki, 
sənin  malını  əlindən  alıb  Atan  və  Övladların  sarıdan  olan  böyük  məqamını  inkar  edək.  Sənin 
hökmün  mənim  əlimdə  olana  nüfuz  edə  bilər,  lakin  mən  atan  Rəsulullah(s)-ın  qanunlarına 
müxalif çıxa bilmərəm. 
Həzrəti-Fatimə(s.ə) buyurdu: 
__ Sübhanəllah, heç vaxt Rəsuli-Əkrəm(s) müqəddəs Kitabın__   «Quran»ın əleyhinə olaraq bir 
söz  buyurmayıb.  Əksinə,  bütün  işlərində  «Quran»a  istinad  etmişdir.  Siz  hiyləgərliklə  rəy 
verməkdə müttəfiq olub onun üçün bəhanələr gətirirsiniz. Yalan sözdən qaçmırsınızmı? Sizin bu 
tədbirləriniz  münafiqlərin  Peyğəmbər(s)-in  zamanında  tökdüyü  tədbirlərə  oxşayır.  «Quran»da 
açıq-aydın buyurulur: 
«(Zəkəriyya Allaha dua etdi ki, öz dərgahından mənə bir oğul(vəli) bəxş et ki,) O həm mənə, həm 
də Yəqub nəslinə (onlara lütf edilmiş Peyğəmbərliyə) varis olsun.» (Məryəm, 6) 
«Süleyman Davuda (Peyğəmbərlikdə, elmdə və mülkdə) vərəsə çıxdı». (Nəhl, 16) 
Allah-təala  öz  qanun  Kitabında  aydın  və  geniş  surətdə  bütün  irs,  qanun,  vərəsələrin  növ  və 
xüsusiyyətlərini tamamilə bəyan etmiş, qadın, kişi varislərindən hər birinin payı barədə açıq-aşkar 
söz  açmışdır.  Belə  ki  bu    haqqda  bir  kimsədə  heç  bir  şübhə  və  tərəddüd  yaranmır.  Deməli, 
«Quran» və İslam qanunları sizi bu işə vadar etməmişdir. 
«Xeyr  (Heç  də  dediyiniz  kimi  deyildir),  sizin  öz  nəfsiniz  sizi  bu  işə  sövq  etmişdir  (çirkin 
əməlinizi  sizə  gözəl  göstərmişdir).  Mənə  yalnız  (tükənməz,  dözümlü)  səbir  gərəkdir. 
Dediklərinizdən  (Yusif  barəsində  dediklərinizin  yalan  olduğunu  sübut  etməkdən)  ötrü  ancaq 
Allahdan kömək diləmək lazımdır!» («Yusif»,18) 
Xanım Fatimə(s.ə)-nin çıxışından sonra Əbu Bəkr belə dedi: 
__ Şübhəsiz, Allah və Rəsulunun sözü doğru, həqiqətdir. Sən, ey Peyğəmbər qızı, düz deyirsən. 
Sən rəhmət, hidayət və hikmət mənbəyisən. Sən dinin ehkamlarından və haqqın dəlillərindənsən. 
Mən sənin fikrini, söylədiklərini əsla rədd etmirəm, lakin hüzurunda oturan bu camaat, hamımız 
yekdilliklə belə fikirdəyik (ki, Fədəyin ixtiyarı əlimizdə olub ümumi yolda istifadə olunsun). Mən 
zülmkar və düşmən deyiləm. Əksinə, müsəlmanların rəyi ilə həmfikirəm. 
Fatimə(s.ə) üzünü insanlara çevirib buyurdu: 
__ Ey çirkin əməldən qorxusu olmayıb sürətlə batil sözə tərəf meyl edib yüyürənlər! 
«Onlar  «Quran» barəsində düşünməzlərmi? Yoxsa ürəkləri qıfıllanmışdır? (yoxsa ürəklərinin öz 
kilidləri vardır?)» («Mühəmməd», 24). 
«Xeyr, zülmlərinin və pis işlərinin qaranlığı qəlblərinə qələbə çalmışdır». («Mutəffifin», 14)  
Nə pis xəyallara daldınız.  
«Qiyamət günü Allahdan güman etmədiyiniz (Əzab) görünəcəkdir».  


107 
 
«Yalan danışanlar (batil söyləyənlər) elə oradaca ziyana uğrayarlar». («Qafir», 78)  
 Fatimə(s.ə)-nin Peyğəmbər(s)-ə xitabən söylədiyi şerlər. 
Xütbənin  sonunda  Fatimə(s.ə)  üzünü  atası  Rəsulullah(s)-ın  qəbrinə  tərəf  çevirib  ona  xitabən  bu 
şeri oxudu: 
«Ey Ata! Səndən sonra elə fitnələr qalxıb qəribə səslər ucaldı ki, əgər sağ olsaydın, bu ixtilaflar 
düşməzdi.  Sən  bizim  aramızdan  getdin.  Bizim  əhvalımız  bərəkətli  yağışları  kəsilmiş  quraq  bir 
torpağın  halına  çevrildi.  Sənin  ümmətin  nizam-intizamı  bir-birinə  vurdu.  Buna  görə  şahid  ol, 
onların əməllərini nəzərindən qaçırma. 
Allah  dərgahında  məqam  və  dərəcəsi  olan  hər  bir  peyğəmbər  və  övliya  ailəsinə  hamı  ehtiram 
edibdir. (Lakin təkcə bizə ehtiram edilməyibdir.) 
Sən  bizim  aramızdan  gedəndən  və  torpaqlar  altında  pünhan  olandan  sonra  bir  çoxları  öz 
qəlblərinin kinini aşkar etdilər. 
Bəziləri  tutqun  sifətlə  bizə  baxıb  məqamımızı  yüngül  sandılar.  Sən  aramızdan  gedəndən  sonra 
əlimiz bu gün hər şeydən üzülübdür. 
Sən  parlaq  bir  nur  idin  ki,  sənin  nurundan  istifadə  edirdilər.  Sən  Allah  tərəfindən  səmavi  kitab 
nazil olan şəxssən. 
Ayələri nazil edən Cəbrayıl həmişə bizim munisimiz idi. Sən getdin və  getməyinlə xeyir qapıları 
bizim üzümüzə bağlandı. 
Kaş səndən  qabaq ölüm bizi   haqlayaydı. Sənin getməyinlə kimlərsə öz batil məqsədlərinə  nail 
oldu. 
Vəfatınla bizə elə bir müsibət üz verdi ki, dünyadakı ərəb və əcəm məzlumlarının müsibəti bizə 
üz vermiş müsibətdən yüngüldür».  
«Dürrün-nəzim»  adlı  kitabda  qeyd  olunmuşdur  ki,  həzrəti-Zəhra(s.ə)  aşağıdakı  üç  beyt  şeri 
yuxarıdakı şerə qoşub buyurdu: 
«Ey alicənab Ata! Nə qədər ki sən vardın, mənim himayədarım və yavərim var idi. İzzətlə camaat 
arasında yol gedirdim. Sən mənim qol-qanadım idin. 
Lakin bu gün gərək o alçağın qarşısında təvazö edib ondan çəkinim. Mənə zülm edənləri gərək öz 
əlimlə  dəfn  edim.  Qumru  quşu  gecənin  yanğısından  budaqda  oturub  nalə  vuran  vaxtı,  mən  də 
sübh çağı sənin ayrılığından göz yaşı tökürəm». 
Şeyx Müfid «Əmali»  adlı kitabında çox mötəbər mənbəyə əsaslanaraq əmirəl-möminin Əli(ə.s)-
nin  qızı  həzrəti-Zeynəb(s.ə)-dən  belə  nəql  edir:  «Elə  ki  Əbu  Bəkr  Fatimə(s.ə)-dən  Fədəyin 
alınması  barədə  qəti  qərara  gəldi,  Fatimə(s.ə)  Əbu  Bəkrin  cavabından  sarsılıb  Peyğəmbər(s)-in 
qəbrinin    kənarına  gələrək  ümmətin  ona  etdiyi  zülmdən  şikayətlənib  o  qədər  ağladı  ki,  həzrəti-
Mühəmməd(s)-in    qəbrinin  torpağı  o  Xanımın  göz  yaşlarından  sulandı.  Sonra  ürəkağrıdıcı 
naləsinin sonunda yuxarıdakı şeri oxudu». 


108 
 
Fatimə(s.ə)-nin Əli(ə.s) ilə söhbəti. 
Təbərsi «Ehticac» kitabında belə yazır: 
«Əmirəl-möminin(ə.s)  evdə  Fatimə(s.ə)-ni  gözləyirdi.  Fatimə(s.ə)  xütbədən  və  atası 
Rəsulullah(s)-ın  qəbri  kənarında  ağladıqdan  sonra  həyəcanlı  bir  vəziyyətdə  evə  yollandı,  içəri 
girəndə gözü Əli(ə.s)-yə sataşdı, kömək istəmək və şikayət məqsədilə o Həzrətə dedi:  
__  Ey  Əbu  Talibin  oğlu!  Ana  bətnində  olan  uşaq  kimi  büzüşüb  küncdə  oturmusan.  (Əllərini 
qoltuğuna  vurubsan.)  Müttəhim  kimi  evin  küncünə  qısılıbsan.  Sən  həmin  pəhləvansan  ki, 
qartalların qanadlarını sındırardın. İndi isə qorxaq toyuqların lələkləri əlində aciz qalıbsan. Əbu 
Quhafənin oğlu zülmkarlıqla atamın bəxşişini əlimdən alaraq mənimlə kobud davrandı. Heç Ovs 
və  Xəzrəc  qəbilələrinin  övladları  da  mənə  kömək  etmədilər,  mühacirlər  dadıma  yetişmədilər. 
Hamı  başını  aşağı  əyib  gözlərini  yerə  dikmişdi.  Heç  bir  kəs  məni  müdafiə  edib  zalımların 
zülmünün qarşısını almadı. Qəzəblənib evdən çıxdım. İndi isə pərişan və başıaşağı evə qayıdıram. 
Sən həmin adamsan ki, ərəb canavarları sənin şikarın idi, ancaq indi milçəklər səni əldən salıblar. 
Nə  danışanlara  mane  oldun,  nə  də  batil  yola  yönələnləri  yerinə  oturtdun.  Daha  səbrim  tükənib. 
Kaş bu acı hadisələrdən qabaq öləydim. İndi isə sənə qarşı kobudluq edib hörmətsizlik göstərdim. 
Allah  mənim  üzrümü  qəbul  edəndir.  İstər  mənə  kömək  etmiş  olasan  və  istərsə  də  olmayasan. 
İlahi! Sənin qüdrətin hamıdan əzəmətli, əzabın isə hər şeydən şiddətlidir. 
Əmirəl-möminin Əli(ə.s) Fatimə(ə.s)-yə buyurdu:  
__ Vay sənə yox, əksinə, sənin düşmənlərinə olsun. Ey Allah Elçisinin qızı və nübüvvət yadigarı, 
mənə  acığın  tutmasın.  Mən  din  yolunda  süstlük  etməmiş,  qüdrətimdə  olanı  əlimdən 
əsirgəməmişəm.  Allah-təalanın  axirətdə  sənə  qərar  verəcəyi  hər  şey  sənin  əlindən  alınanlardan 
daha qiymətlidir. Allahın köməyinə ümidvar ol. Müsibət və əziyyətləri Allah yolunda hesab et. 
Fatimə(s.ə) Əli(ə.s)-nin nəsihəti ilə sakitləşib dedi:  
__ Tək Allah mənə kifayət edər. 
Fatimə(s.ə)-nin xütbəsindən sonra Əbu Bəkrin cəsarəti. 
Məşhur  sünni  alimi  İbn  Əbil  Hədid  Fədək  barədə  Əhməd  ibn  Əbdül  Əziz  Cövhərinin  yazdığı 
«Əssəqifə» kitabına əsaslanaraq yazır:  
«Əbu  Bəkr  Fatimə(s.ə)-nin  Fədək  barədə  söylədiyi  xütbəsini  eşitdikdə  həzrəti-Zəhra(s.ə)-nın 
sözləri ona çox ağır gəldi. Camaatın qarşısındaca minbərə çıxıb dedi:  
__ Ey camaat! Bu nə vəziyyətdir? Siz niyə hər sözə qulaq asırsınız? Bu arzular Peyğəmbər(s)-in 
zamanında harada idi? Kim bu barədə həzrəti-Mühəmməd(s)-dən bir şey eşidibsə, desin. Hər kim 
orada  olubsa,  cavab  versin.  (Aşağıdakı  naqis  cümlələrin  tərcüməsinə  görə  üzr  istəyirik.)  O, 
fitnəkarlıq  edir.  O  deyir  ki,  əvvəlki  halətə__    hərc-mərcliyə  qayıdaq.  Qocaldığından  zəiflərdən 
kömək  istəyir,  qadınları  köməyə  çağırır.  O,  əxlaqsız  adamların  sevimlisi  olan  Ümmü  Təhhal 
kimidir.  Bilin,  əgər  istəsəm,  deyərəm  və  əgər  desəm,  aydınlaşdıraram.  Lakin  indi  sükutu 
seçmişəm. 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə