Microsoft Word beytul-ehzan doc



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə35/47
tarix03.08.2018
ölçüsü1,24 Mb.
#60676
1   ...   31   32   33   34   35   36   37   38   ...   47

95 
 
__    Allaha  and  olsun,  əgər  Əli(ə.s)-ni  öldürsəydiniz,  Bəni-Təym  (yəni  tayfanızdan)  tayfasından 
bir nəfər belə sağ qalmayacaqdı. 
                       İbn Əbil Hədidin ustadının onun suallarına cavabı. 
Əllamə Məclisi «Biharül-Ənvar» adlı kitabında məşhur sünni alimi İbn Əbil Hədidə əsaslanaraq 
belə qeyd edir: 
 «Ustadım Əbu Cəfər Nəqibdən soruşdum:  
__ Mən Əli(ə.s)-nin bu işinə  təəccüb edirəm  ki, Rəsuli-əkrəm(s)-dən   sonra (təxminən  23 il) bu 
uzun müddətdə düşmənin hiyləsindən necə yayınıb sağ qaldı? Necə oldu ki, düşmənləri Əli(ə.s)-
ni öldürə bilmədilər? 
Ustadım buyurdu:  
__  Əgər  Əli(ə.s)  səbirli  və  təmkinli  olub  təvazökarlıqla  kənara  çəkilməsəydi,  onu  öldürərdilər, 
ancaq  O,  başını  ibadətə,  namaza  və  «Quran»  oxumağa  qatıb  özünü  əvvəlki  qaydaları  icra 
etməkdən  saxlamışdı.  Qılıncı  unudub  fürsət  gözləyirdi,  səbir  edirdi.  Həzrəti-Əli(ə.s)  səhralara 
səyahətə  çıxır,  dağları  gəzib  seyr  edirdi.  O  da  başqaları  kimi  xəlifələrə  itaət  etmək  yolunu 
tutmuşdu. Buna görə də düşmənlər ondan əl çəkib Əli(s.ə)-ni unutmuşdular. 
Xəlifələrdən iznsiz  heç  kimin  onu  öldürməyə  cürəti çatmadı. Əmr  sahibləri  də Əli(ə.s)-nin  qətli 
üçün  bəhanə  tapmayıb  çarəsiz  qalaraq  ondan  əl  çəkmişdilər,  yoxsa  onu  öldürərdilər.  Başqa  bir 
tərəfdən də əcəl özü möhkəm zəncir və yenilməz bir qaladır. Əcəli çatmamış heç kəs ölməz. 
Xalidin tapşırığı barədə ustadımdan sual edib soruşdum ki, Əbu Bəkrin Əli(ə.s)-ni öldürmək üçün 
Xalidi təyin etməsi doğrudurmu? 
Əbu Cəfər Nəqib belə cavab verdi:  
__ Əhli-beyt tərəfdarlarından bir neçəsi bunu təsdiq etmişlər. Hətta belə söyləyirlər ki, bir nəfər 
Əbu Hənifənin şagirdi Zəfər ibn Hezezlin yanına gəlib soruşmuşdu:  
__  Necə  ola  bilər  ki,  Əbu  Hənifə  namaz  qılan  şəxsin  salamdan  qabaq  namazdan  ayrıla  bilməsi, 
məsələn, namazın salamından qabaq bir söz deyə və ya bir iş görə bilməsi barədə hökm verir? Bu 
mümkündürmü?  
Zəfər dedi:  
__ Caizdir, çünki Əbu Bəkr təşəhhüddən sonra, salamdan qabaq söz demişdi.  
O soruşdu:  
__ Əbu Bəkr salamdan qabaq nə demişdi ki? 
Zəfər cavab verdi:  
__ Sənin kimi bir şəxsə belə bir sual vermək yaraşmaz. 


96 
 
O, israr edib yenidən bu sualı verdi. Nəhayət, Zəfər yanındakılara dedi:  
__ Bu kişini qovun. Güman edirəm ki, bu, Əbül Xəttabın səhabələrindəndir. 
İbn Əbil Hədid yazır:  
Ustadımdan soruşdum:  
__ Bəs bu barədə siz nə deyə bilərsiniz? Məgər Əbu Bəkr Xalidə tapşırıq vermişdi? 
Nəqib dedi:  
__ Mən inanıram. Lakin bu hədisi imamiyyə (Əhli-beyt tərəfdarları) firqəsi rəvayət etmişdir. 
              Əli(ə.s)-nin Əbu Bəkrə yazdığı məktub. 
Bu barədə Təbərsi «Ehticac» adlı kitabında (Ic,səh.127) belə yazır:  
«Əbu  Bəkrin  Fədəyi  həzrəti-Fatimə(ə.s)-dən  alıb  onun  xidmətçilərini  Fədəkdən  qovmaq  xəbəri 
Əli(ə.s)-yə yetişəndə Əbu Bəkrə aşağıdakı məktubu göndərdi. Məktubun məzmunu belədir:  
Qarmaqarışıqlıq  və fitnə dalğalarını nicat gəmilərinin sipərləri  ilə yarın. Şöhrətpərəstlik taclarını 
və  hiyləgər  şəxslərin  sayını  onları  məhdudlaşdırmaqla  unudun.  Feyz  və  nur  mənbəyindən  kəsb 
edib  təkcə  ona  tərəf  nəzər  salın.  Pak  şəxslərin  mirasını  özlərinə  qaytarın.  Cəhalət  və  qəflət 
mühitindən  çölə  çıxın.  Sanki  sizlərin  gözübağlı  dəyirmanı  fırladan  dəvələr  kimi  çaşbaş  qalıb, 
sərgərdan yeriməyinizi öz gözlərimizlə müşahidə edirik. 
Allaha and olsun, əgər əlimdə icazəm olsaydı, başlarınızı yetişmiş məhsulu biçən tək iti və dəmir 
oraqlarla bədəninizdən ayırardım. Sizin igidlərinizin beyin kasasını elə sındırardım ki, gözləriniz 
bərələ  qalıb  dəhşətə  gələrdiniz.  Mən  düşmən  qoşunlarını  pərən-pərən  salıb  darmadağın  edən 
şəxsəm.  Sizin  də  qüvvənizi  dağıdardım.  Mən  döyüş  meydanlarında  döyüşəndə  siz  evlərinizdən 
çölə çıxmır, qorxurdunuz. Mən dünənə kimi Peyğəmbər(s)-in yavəri idim. Sizin hamınız mənim 
əməllərim və rəftarımdan xəbərdar olub məqamımı təsdiq etdiniz. Atamın canına and olsun, siz 
nübüvvət  və  xilafətin  bizim  ailədə  birləşməsindən razı  deyildiniz. Bədr  və  Ühüd  döyüşlərindəki 
kinlərinizi hələ də unutmamısınız. 
Allaha  and  olsun,  əgər  sizə  qüdrətli  Allah  tərəfindən  müqəddəratınız  barəsində  nə  yazıldığını 
desəm,  iztirabın  şiddətindən  fəqərələrinizin  sümükləri  dəyirman  pərgarının  dişləri  kimi 
bədəninizdən tökülər. 
Əgər  danışsam,  deyəcəksiz  ki,  həsəd  aparıram,  paxıllıq  edirəm.  Yox,  əgər  sakit  qalsam,  
deyəcəksiz  ki,  Əli  ibn  Əbutalib  ölümdən  qorxur.  Əsla!  Əsla!  Mənim  Haqqa  qovuşmaq  arzum 
südəmər körpənin ana döşünə olan istəyindən daha artıqdır. 
Ölüm şərbətini düşmənlərə dadızdıran, döyüşlərdə ölümlə üz-üzə gələn, azca da olsun, ölümdən 
qorxmayan,  çəkinməyən  mən  idim.  Qaranlıq  gecələrdə  düşmən  bayraqlarını  qırıb  atan, 
Peyğəmbər(s)-in mübarək xatirindən qəmi, tutqunluğu aparan mən idim. 


97 
 
Əgər mənə icazə verilsəydi, Allahın sizin barənizdə nazil etdiyini və mənim xəbərdar olduğumu 
deyərdim. O vaxt siz dərin quyu kəndirləri kimi lərzəyə gəlib başıalovlu heyrət içində, sərgərdan 
çöllərə üz tutardınız. 
Lakin mən bütün bunlara laqeyd  qalıb əliboş,  dünyavi ləzzətlərdən əl çəkmiş pak  ürək  və təmiz 
qəlblə Allaha yetişmək üçün sadə və asan həyat tərzini özümə seçdim. Bilin ki, sizin dünyanızın 
həqiqəti  havaya  qalxıb  adamların  başı  üstə  sərilib  qalınlaşan,  sonra  da  pərən-pərən  olub  itən 
buluda bənzəyir. 
Tezliklə  gözləriniz  açılacaq  və  öz  pis  əməllərinizin  nəticəsini  görəcəksiniz.  Əkdiyiniz  acı 
toxumları öldürücü zəhər kimi biçəcəksiniz. Bilin ki, Allah ən yaxşı hakimdir. Onun əziz Rəsulu 
sizin ən böyük düşməniniz olacaqdır. Qiyamət günü isə mühakimə olunan gününüzdür. Allah sizi 
öz rəhmətindən uzaq edib əzaba qərq etsin. 
 Hidayət yolunun yolçularına salam olsun!» 
           Əbu Bəkrin Əli(ə.s)-nin məktubuna etdiyi etiraz. 
Əbu  Bəkr  Əli(ə.s)-nin  məktubunu  oxuduqda  çox  narahat  olub  dəhşətə  gəldi  və  dedi:  «Əcəba! 
Doğrusu, Əli(ə.s) mənə qarşı nə qədər cürət və cəsarət etmişdir». Bu zaman baş vermiş hadisəni 
ənsar və mühacirlərə xatırladıb onlara xitabən dedi: 
«Ey mühacir və ənsarlar! Məgər mən Fədək barədə sizinlə məşvərət etmədimmi? Siz demədizmi, 
peyğəmbərlər  özündən  sonra  miras  qoymurlar?  Fədəyin  pərakəndə  ordunun  təchiz  olunması, 
sərhədlərin  möhkəmləndirilməsi  və  müsəlmanların  ümumi  mənafeyi  uğrunda  sərf  olunması 
təklifini siz vermədinizmi? 
Əlbəttə, mən də sizin rəyinizi qəbul edib təsdiqlədim, ancaq Əli ibn Əbutalib(ə.s) bu fikrə qarşı 
çıxıb parlaq qığılcım və şimşək gurultusu kimi məni hədələyir. O, mənim hakimiyyətimə qarşıdır, 
halbuki mən dəfələrlə istehfa vermək istəmişəm, siz qəbul etməmisiniz. 
Mən  elə lap əvvəldən Əli(ə.s) ilə üz-üzə dayanmağı istəməmiş, onunla döyüşməkdən qaçmış və 
elə indi də qaçıram». 
                     Ömərin Əbu Bəkrə qarşı etirazı. 
Ömər ibn Xəttab bu sözdən bərk əsəbləşib Əbu Bəkrə dedi:  
 __ Bundan   başqa bir söz deyə bilməzdin? Sən elə bir adamın övladısan ki, döyüşlərdə süstlük 
göstərib,  kasadlıq  günlərində  də  malını  hamıdan  gizlədərdi.  Sübhanəllah!  Nə  qədər  zəif  və 
qorxaqsan?! Nə qədər kiçik qəlbin vardır?! Mən saf suyu və zülalı sənin ixtiyarına qoydum. Lakin 
sən  ondan  faydalana  bilmədin.  Sən  bu  saf  suyu  içərək  susuzluğunu  yatırıb  sirab  olmağı 
bacarmırsan. Mən boyun qaçıranların boynunu sənin qarşında əydim, ziyalı, siyasətçi və təcrübəli 
şəxsləri  sənin  ətrafına  topladım.  Əgər  mənim  səy  və  zəhmətim  olmasaydı,  heç  vaxt  belə  bir 
müvəffəqiyyət  əldə  edə  bilməyəcəkdin.  Şübhəsiz,  Əbu  Talib  oğlu  Əli(ə.s)  sənin  sümüklərini 
əzmişdi. 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə