Microsoft Word beytul-ehzan doc



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə32/47
tarix03.08.2018
ölçüsü1,24 Mb.
#60676
1   ...   28   29   30   31   32   33   34   35   ...   47

86 
 
müsibətlərdən  şikayət  edim?  Ömrümün  axırına  qədər  bədənimdə  izləri  qalan  qamçı 
zərbələrindənmi?  Sənin  fəraqından  ötrümü  ağlayım,  ya  həyat  yoldaşımın  haqqının 
tapdanmasınamı?  Yoxsa  qabırğamın  sınmasından,  ya  bətnimdəki  körpənin  siqt  olmasından 
şikayət  edim?  Atamın  mənə  etdiyi  bəxşişlərinin  və  irsinin  qarət  olunmasındanmı,  ya  mənim 
məqamımı  (atamın  tövsiyələrindən  sonra)  tanıya-tanıya,  bilə-bilə,  qəsdən  haqqımı  inkar 
etmələrindənmi şikayət edim? 
Atacan,  onlar  sənin  iki  yetimin  Həsən  və  Hüseyn(ə.s)-i  məzlum  etdilər.  Mən  onlardan  haqqımı 
tələb etdikdə onlar mənim haqqımı qəsb etdilər». 
Məsudinin qeydlərində beyət əhvalatı.  
Məşhur tarixçi və alim Məsudi (Əli ibn Hüseyn vəfatı: 956-cı il, hicri qəməri, təxminən 1562-ci il 
miladi) «İsbatül-vəsiyyə» kitabında yazır: «Əmirəl-möminin Əli(ə.s) Peyğəmbər(s)-in vəfatından 
sonra 35 yaşında ikən Allahın əmri ilə rəhbəriyyəti idarə etmək üçün ayağa qalxdı. Möminlər ona 
itaət etdilər. Münafiqlər isə ona itaət etməyib xilafəti  idarə etmək üçün bir nəfər seçərək Allah və 
Rəsulu tərəfindən təyin olunmuş şəxsə qarşı çıxıb ona müxalif oldular». 
Bəzi  mənbələrdə  qeyd  olunubdur  ki,  Abbas  (Peyğəmbərin  əmisi)  Peyğəmbər(s)  vəfat  etdikdən 
sonra əmirəlmöminin Əli(ə.s)-nin hüzuruna gələrək ona dedi:  
__  Əlini uzat ki, sənə beyət edim. 
Əmirəl-möminin(ə.s) buyurdu:  
__ Məgər bu vəzifəyə göz dikənmi var? Bizdən başqa kimin bu məqama səlahiyyəti çatır ki? 
Bu  zaman  müsəlmanlardan  bir  dəstəsi  Zübeyr  və  Əbu  Süfyan  («Səxr  ibn  Hərb»)  beyət  etmək 
üçün  Əli(ə.s)-nin  evinə  gəldi,  lakin  Əli(ə.s)  bundan  imtina  etdi.  (yəqin  ki,  Peyğəmbər(s)-in 
dəfninə görə)ı 
Bu  vaxt  mühacir  və  ənsarlar  arasında  ixtilaf  düşdü.  Mədinə  müsəlmanları  dedilər:  «Bir  nəfər 
başçı sizdən seçilsin və bir nəfər də bizdən». Lakin mühacirlərdən (Məkkə  və ətraf müsəlmanlar) 
bir dəstəsi dedi ki, Peyğəmbər(s)-dən eşitmişik: «Xilafət Qureyş nəslinindir». 
Mühacirlər Səd ibn Übadəni (ənsarların başçısı) əzişdirib əldən salandan sonra, nəhayət, ənsarlar 
mühacirlərə təslim oldular. 
Ömər ibn Xəttab əlini vuraraq ona beyət etdi. Sonra onun ardınca Mədinəyə təzə gəlmiş ərəblər 
və müəllifəti-qulubihimdən (Məkkənin fəthindən sonra qəlblərinə təlif edilmə nəticəsində təzəcə 
İslamı  qəbul  etmiş  müsəlmanlar,  yəni  qəlbləri  satın  alınmışlardan)  bir  qismi  Əbu  Bəkrə  beyət 
etdilər. Bu xəbər Əli(ə.s)-yə həzrəti-Mühəmməd(s)-in pak cənazəsini qüsl edib, kəfənləyib, dəfn 
edəndən sonra yetişdi. 
Həzrəti-Əli(ə.s)  orada  olan  Bəni-Haşim  qəbiləsilə  və  səhabədən  Əbuzər,  Salman,  Miqdad, 
Əmmar,  Hüzeyfə  və  Əbiyy  ibn  Kəb  kimi  şəxslərdən  ibarət  qırx  nəfərlik  bir  dəstə  ilə 
Rəsulullah(s)-ın  cənazəsinə namaz qıldılar. 


87 
 
Həzrəti-Əli(ə.s)  ayağa  qalxıb  oradakılar  üçün  nitq  söylədi.  Nitqdə  həmd  və  sənadan  sonra 
buyurdu:  «Əgər  imamət  Qureyşə  verilirsə,  mən  Qureyşin  ən  layiqlisiyəm.  Yox  əgər  Qureyşə 
verilmirsə, ənsarlar öz iddialarında qalsınlar». 
Əli(ə.s)-nin  beş Peyğəmbərə şəbahəti.  
Sonra Əli(ə.s) evinə qayıdaraq onlardan ayrıldı. Həzrət öz dostlarına belə buyurmuşdu: «Mən beş 
sahədə beş Peyğəmbərə iqtida etmişəm. (Yəni mənim işim onların əməllərinə oxşayır)» 
1.Həzrəti-Nuh(ə.s)-dan Allaha ərz etdiyi sözü:  
 «İlahi, bu zalım tayfa məni məğlub etdi, onlardan mənim intiqamımı al». («Qəmər»,10) 
2.Həzrəti-İbrahim(ə.s)-dən  müşriklərə buyurduğu sözü: 
«Sizdən və Allahdan qeyrisinə dəvət etdiyiniz şeydən uzaqlaşıram». («Məryəm», 48) 
3.Həzrəti-Lut(ə.s)-dan inadkar tayfasına buyurduğu sözü: 
«Kaş  sizin  qarşınızda  dayanmağa  qüdrətim  olaydı  və  ya  bir  köməyim,  arxam  olaydı».  («Hud», 
80) 
4.Həzrəti-Musa(ə.s)-dan Fironun tərəfdarlarına dediyi sözü: 
 «Sizlərdən qorxduğum anda uzaqlaşdım». 
5.Harundan (Musanın qardaşı) Musa(ə.s)-ya dediyi sözü:  
 «Camaat məni zəiflədib az qala, öldürsün». («Əraf», 150) 
Sonra Həzrəti-Əli(ə.s) «Quran»ı yığıb tənzimləməklə məşğul oldu. Onu parçaya büküb üstünə də 
möhür vuraraq xalqa xitab etdi: «Bu kitab Peyğəmbər(s)-ə necə nazil olubsa, eləcə də o Həzrətin 
buyurduğu kimi tərtib edilmişdir». 
Oradakılardan bəzisi dedi:  
__  «Quran»ı qoy qalsın, özün isə get. 
Bu zaman Həzrət buyurdu:  
__ Rəsuli-əkrəm(s) məgər sizə buyurmamışdır ki, mən özümdən sonra sizin aranızda iki qiymətli 
şey yadigar qoyuram: birincisi, Allahın kitabı; ikincisi isə mənim Əhli-beytimdir. Bu iki şey mənə 
Kövsər  hovuzunda  yetişənə  qədər  bir-birindən  ayrılmazlar.  Əgər  Peyğəmbər(s)-in  sözünü  qəbul 
edirsinizsə, «Quran»ın hökmləri əsasında sizin aranızda hökm edim. 
Camaat dedi:  
__ Bizim sənə və  tərtib  etdiyin  «Quran»a  ehtiyacımız  yoxdur.  «Quran»ı   da götür get və ondan 
ayrı düşmə. 


88 
 
Həzrəti-Əli(ə.s) onlardan üz döndərib evinə getdi. Onu sevənlər də evdə oturub bayıra çıxmadılar, 
çünki bu dünyadan dördəlli yapışanlar Allahın Rəsulu ilə bağladıqları əhdi pozmuş, hələ bu azmış 
kimi  Pyğəmbər(s)-in  Əhli-beytinə  qarşı  zor  işlədərək  güclə  evinə  soxulmuş,  qapını  odlamış, 
Rəsullullah(s)-ın gözünün nuru,  yadigarı, özünün dediyi kimi, hər iki dünya qadınlarının xanımı 
olan  həzrəti-Fatimə(s.ə)-yə    əl  qaldırmışlar  ki,  bunun  da  nəticəsində,  o  müqəddəs  Xanımın 
bətnindəki körpə dünyaya gəlməmiş məhv olmuşdu. Onlar həzrəti-Əli(ə.s)-ni güclə evdən çıxarıb 
Əbu Bəkrin yanına aparıb: «Beyət et!» __  dedilər. 
O beyət etmədi. Dedilər: «Əgər beyət etməsən, səni öldürərik». Buyurdu: «Mən Allahın bəndəsi 
və Rəsuli-əkrəm(s)-in qardaşıyam, əgər məni öldürsəniz, günah işlətmiş olarsınız». 
Onlar  həzrəti-Əli(ə.s)-nin  bükülmüş    yumruğunu  açmaq  istədilər.  O  isə  əlini  yumdu.  Bu 
mənfurlar o Cənabın yumruğunu aça bilməyib eləcə əli yumulu halda Əbu Bəkrin əlini onun əlinə 
sürtdülər. 
İki təkanverici möcüzə. 
Məsudi  sözünün  ardını  belə  davam  etdirir:  «Bir  neçə  gündən  sonra  Əli(ə.s)  həmin  iki  nəfərdən 
biri (Əbu Bəkr) ilə görüşərək ona Allahı xatırlatdı. Bir az moizə edəndən sonra buyurdu:  
__ İstəyirsənmi, səni Rəsulullahla görüşdürüm, sənə əmr və nəhy etsin? (yəni  yaxşı işlərə  sövq 
edib pis işlərdən çəkindirsin.) 
Dedi:  
__ Bəli 
Həzrəti-Əli  Əbu  Bəkr  ilə  birlikdə  Quba  məscidinə  getdi.  Peyğəmbər(s)  ona  buyurdu:  «Ey  şəxs 
(Əbu  Bəkr),  mənimlə  bağladığın  əhdə  görə,  xilafət  Əli(ə.s)-nin  öhdəsində  olmalıdır.  Xəlifə 
əmirəl-möminin Əli (ə.s)-dir». 
O,  Əli(ə.s)  ilə  birlikdə  məsciddən  qayıdıb  belə  qərara  gəldi  ki,  xilafəti  Əli(ə.s)-yə  təhvil  versin. 
Lakin dostu Ömər Əbu Bəkri bu işdən çəkindirib dedi:  
__ Bu, açıq-aşkar bir sehr olub, Bəni-Haşimin məşhur cadularındandır. Məgər unutmusanmı, biz 
səninlə birgə İbn Əbi Kəbəşinin yanında olanda iki ağaca əmr etmişdi ki, birləşsinlər. O ağacların 
arxasında ehtiyacını ödəyəndən sonra o ağaclara bir-birindən ayrılmalarını əmr etdi. Həmən onlar 
bir-birindən ayrılaraq əvvəlki vəziyyətinə qayıtdılar? 
Əbu Bəkr cavab verdi:  
__  Sən  mənə  bu  əhvalatı  xatırladanda  mənim  yadıma  başqa  bir  əhvalat  düşdü.  Mən  və  o 
(Peyğəmbər)  Sur  mağarasında  gizlənəndə  əlini  üzümə  çəkdi.  Sonra  ayağı  ilə  işarə  edib  mənə 
dənizi göstərdi. Dənizdə Cəfəri–Təyyar və yoldaşlarını gəmi ilə üzən gördüm. 
Əbu Bəkr  dostu Ömərin  sözündən təsirlənib  xilafəti  Əli(ə.s)-yə  təhvil  vermək  fikrindən  döndü. 
Onlar Əli(ə.s)-ni  öldürmək qərarına gəldilər. Bir-birilə məsləhətləşib Xalid ibn Vəlidi bu işi icra 
etmək  üçün  təyin  etdilər.  Əsma  binti  Ümeys  məsələdən  agah  olub  əmirəl-möminin  Əli(ə.s)-yə 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə