Microsoft Word beytul-ehzan doc



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə46/47
tarix03.08.2018
ölçüsü1,24 Mb.
#60676
1   ...   39   40   41   42   43   44   45   46   47

127 
 
bilirəm, bizim aramızdan birinci O, Peyğəmbər(s)-ə qovuşacaq. O Həzrət də onu behiştin ən uca 
məqamları üçün seçərək Allah dərgahına aparacaq. Əgər bilirsənsə ki, Fatimə(s.ə) çarəsiz olaraq 
dünyadan  gedəcək,  icazə  ver,  sabah  mühacir  və  ənsardan  (müsəlman)  toplayım,  onlar  da  onun 
dəfnində iştirak edib savaba çatsınlar. Bu iş İslam dininin əzəməti üçün yaxşıdır». 
Həzrəti-Əli(ə.s) Abbasın qasidinə (deyilənə görə, bu, Əmmar Yasir imiş)  belə buyurdu: «Mənim 
salamımı  əmim  Abbasa  çatdır  və  de  ki,  Allah  sizin  məhəbbətinizi  əskik  etməsin,  sənin  təklifin 
mənə çatdı və sizin rəyiniz gözəldir. Amma bilirsən ki, onlar eyni zamanda Fatimə(s.ə)-yə zülm 
etdilər,  Onu  haqqından  məhrum  etdilər  və  atasından  qalmış  mirası  ona  vermədilər.  Öunlar 
Peyğəmbər(s)-in  onun  haqqında olan  göstərişinə  əməl  etmədilər.  İlahi  haqqı tapdaladılar. Allah 
mühakimə  üçün  kifayət  edir  və  zülmkarlardan  intiqam  alacaq.  Ey  əmim,  səndən  məni 
bağışlamağını  istəyirəm  və  məni  sənin  təklifinə  əməl  etməyəcəyimə  görə  üzrlü  hesab  etməyini 
diləyirəm. Çünki Fatimə(s.ə) vəsiyyət  edib, onun işini (dəfn olunması,  qüsl edilməsi  və s.) gizli 
saxlayaq (Hədisin axırına qədər)». 
Həzrəti-Zəhra(s.ə)-nın şəhadətinin qəmli anları. 
Şiə və sünni tarixçiləri Əbu Rafenin arvadı Səlmaya əsaslanarq belə qeyd etmişlər:  
O deyir: «Mən Fatimə(s.ə)-nin ömrünün axırlarında ondan bəzi şeylər soruşdum.  
Bir gün onun halı yaxşılaşdı. Xəstəliyi aramladı. Həzrəti-Əli(ə.s) bəzi işləri görmək üçün evdən 
çölə çıxmışdı. Bu zaman Fatimə(s.ə) mənə buyurdu:  
__ Bir az su gətir, qüsl edib yuyunum.  
Mən  su  gətirdim.  Kömək  etdim,  Fatimə(s.ə)  ayağa  qalxıb  yaxşı-yaxşı  yuyundu,  paltarlarını 
dəyişdi. Sonra mənə buyurdu:  
__ Mənim yatağımı evin ortasında sal.  
Sonra yerində üzü qibləyə uzandı və mənə buyurdu:  
__ Mən bu gün dünyadan gedəcəyəm. Mən yuyunmuşam, heç kəs üstümü açmaçın.  
Sonra əlini başının altına qoyub dünyadan getdi. 
Rəvayət  olunub  ki,  Fatimə(s.ə)  məğrib  və işa  namazları  arasında can  vermişdir.  Can  verdiyi  bir 
anda  ciddi  bir  baxışdan  sonra  deyib:  «Salam  olsun  Cəbrailə.  Səlam  olsun  Allahın  Rəsuluna. 
Pərvərdigara, mən sənin Rəsulun ilə birgəyəm. Əbədi məskən sayılan Sənin evindəyəm».  
Sonra öz yanındakılara xitab edərək buyurdu:  
__ Mənim gördüklərimi siz də görürsünüzmü?  
Oradakılardan bəziləri dedi:  
 __ Ey Allah Rəsulunun qızı, sən nə görürsən?  


128 
 
Xanım buyurdu ki, indi asiman (səma) əhlinə baxıram. Cəbraili görürəm. Rəsulullaha baxıram, o 
buyurur: «Ey qızım! Gəl bizim yanımıza, sənin üçün hazırlanmış (nemətlər və ilahi rizvan) sənin 
üçün  daha  yaxşıdır».  Zeyd  ibn  Əli(ə.s)  belə  nəql  edir  ki,  Fatimə(s.ə)  Cəbrailə,  Peyğəmbərə(s), 
Əzrailə salam verdi, orada olanlar mələklərin zərif səslərini eşitdilər, ən gözəl ətirləri iylədilər». 
Əsma binti Ümeysin Zəhra (s.ə)-nın şəhid olduğu anlar barəsində söylədikləri. 
Əsma binti Ümeys deyir ki, Fatimə(s.ə) canüstə olanda mənə söylədi: «Peyğəmbər(s)-in rəhmət 
anlarında Cəbrail onun yanına gəldi, behişt kafuru gətirdi. Peyğəmbər(s) onu üç yerə böldü. Bir 
hissəsini özü üçün götürdü, bir hissəsini Əli(ə.s)-yə, bir hissəsini də mənə verdi ki, ağırlığı qırx 
dirhəm  qədər  idi.  Sonra  (kafurun  yerini  göstərib)  mənə  xitabən  buyurdu:  «Ey  Əsma,  o  kafuru 
gətir, başımın yanına qoy». Bunu deyib üzünü örtdü. 
Sonra  buyurdu:  «Bir  az  mənim  yanımda  qal.  Sonra  məni  səslə,  əgər  cavab  verməsəm,  bil  ki, 
atama qovuşmuşam».  
Əsma bir az gözləyib Xanım(s.ə)-ı çağırdı, amma cavab eşitmədikdə səsləndi: «Ey Mühəmməd 
Mustafanın  qızı!  Ey  qadınların  bətnində  olanların  ən  kəramətlisinin  qızı!  Ey  yer  üzərində 
gəzənlərin ən yaxşısının qızı! Ey öz rəbbi ilə məqamı iki ox qədərində olan şəxsin qızı!» Yenə də 
cavab  eşitmədiyini  gördükdə,  Zəhra(s.ə)-nın  üzündəki  örtüyü  kənara  çəkdi,  onun  Liqahullaha 
qovuşduğunu, ruhunun Allah dərgahına pərvaz etdiyini gördükdə, özünü onun üzərinə atdı. Əsma 
o Xanım(s.ə)-ın üzündən öpərək deyirdi: «Ey Fatimə(s.ə)! Atan Rəsulullahın hüzuruna çatdıqda 
mənim salamımı ona çatdır». 
Həsən və Hüseyn Analarının cənazəsi yanında. 
Sonra  Əsma  yaxasını  cırıb  həyəcanlı  halda  çölə  çıxdı,  Həsən  və  Hüseyn(ə.s)-i  evin  yanında 
gördü.  Onlar  otağa  girib  anasının  üzü  qibləyə  uzandığını  gördülər.  Hüseyn(ə.s)  anasını  əli  ilə 
silkələdi,  birdən  başa  düşdü  ki,  artıq  anası  dünyadan  gedib.  Üzünü  qardaşı  Həsənə  tutub  dedi: 
«Qardaş!  Anama  görə  Allah  sənə  əcr  versin  (yəni  başın  sağ  olsun).  Həsən(ə.s)  özünü  anasının 
üstünə  atıb  onu  öpür,  deyirdi:  «Anacan!  Mənimlə  danış,  yoxsa  ruhum  bədənimdən  ayrılar». 
Hüseyn(ə.s)  irəli  gəlib  anasının  ayaqlarından  öpür,  deyirdi:  «Anacan!  Mən  sənin  oğlun 
Hüseynəm. Mənimlə danış, yoxsa qəlbim parçalanar, ölərəm!» 
Əli(ə.s)-yə xəbər 
Əsma Həsənlə Hüseynə dedi:  
__ Atanız Əli(ə.s)-nin yanına gedib ananızın vəfatı xəbərini ona yetirin.  
Həsən və Hüseyn(ə.s) evdən çıxdılar. Fəryad edərək deyirdilər: «Ya Mühəmməd, ya Əhməd! Bu 
gün  sənin  aramızdan  getməyinin  müsibəti  yenidən  canlandı,  çünki  anamız  dünyadan  gedib». 
Sonra məscidə daxil oldular. Həzrəti-Əli(ə.s) məsciddə idi. Onlar Fatimə(s.ə)-nin şəhadət xəbərini 
atalarına  çatdırdılar.  Bu  xəbər  Əmirəlmöminin(ə.s)-ə  o  qədər  təsir  etdi  ki,  huşdan  getdi,  taqəti 
üzüldü.  Dərhal  üzünə  su  səpdilər.  Huşa  gələndə  ürəkyandıran  bir  səslə  buyurdu:  «Ey 
Peyğəmbərin qızı! Kimə başsağlığı verim. İndi sənsiz necə sakit olum?!» 
Əli(ə.s) Zəhra(s.ə)-nın cənazəsi yanında. 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə