Microsoft Word beytul-ehzan doc



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə22/47
tarix03.08.2018
ölçüsü1,24 Mb.
#60676
1   ...   18   19   20   21   22   23   24   25   ...   47

57 
 
Məşhur  sünni  alimi  İbn  Əbil Hədid  yazır  ki,  İbn  Abbasın  yuxarıdakı  sözü işlətməkdən  məqsədi 
ustadımın  (Şəbib  Vasiti  oğlu  Əbülxeyir  Müsəddiq)  603-cü  il  hicri  qəməridə,  təxminən  miladi 
1199-cu il tarixində mənə dediyi sözdür: «Mən bu xütbəni İbn Xitab adı ilə tanınmış ustadım Əbu 
Məhəmməd    Abdulla  ibn  Əhmədə  oxudum.  İbn  Abbasın  sözünə  yetişəndə  ustadım  mənə  dedi: 
«Əgər mən olsaydım,  İbn  Abbasa deyərdim ki, məgər Əli(ə.s)-nin demədiyi söz qaldımı ki, sən 
kədərlənirsən?» (O, bir xütbə ilə onları ifşa etmişdir.)» 
 «Allaha  and  olsun,  əvvəlinci  xəlifədən  ta  axırıncıya  kimi  heç  bir  şey  qoymadı  qalsın,  hamısını 
dedi».  
Əli(ə.s)-nin ibn Abbas ilə dərdləşməsi. 
Əllamə Məclisi (r.ə) «Biharül-Ənvar» kitabında «Kəşfül-yəqin»dən belə bir parça verir:  
İbn Abbas (Əli(ə.s)-nin əmisi oğlu) dedi:  
__  Mən  Əli(ə.s)-nin  bir  şeyi  xatırladıqda,  yaxud  həyəcanlı  bir  xəbər  eşitdikdə  hərəkətlərinə, 
üzünün  ifadəsinə  həmişə  fikir  verirdim.  Bir  gün  onun  Şamdakı  silahdaşlarından  biri  o  Həzrətə 
aşağıdakı məzmunda məktub göndərmişdi: «Ömər As, Ütbə ibn Əbi Süfyan, Vəlid ibn Üqbə və 
Mərvan  Müaviyənin ətrafına  yığışmış, Əli(ə.s)-dən söz salıb onu tənqid etmişlər. Söz  yaymışlar 
ki, Əli(ə.s) Peyğəmbər(s)-in səhabələrini öldürməklə axırlarına çıxacaq. Onlar öz əməllərini sənin 
haqqında söyləmişlər». 
Bu  məktub  həzrəti-Əli(s)-yə  yetişən  kimi  orduya  əmr  verdi  ki,  Nüxəylə  ordugahına  gedib  özü 
onlara yetişənə qədər orada gözləsinlər (Oradan da Müaviyəyə qarşı Siffeyn döyüşünə getsinlər). 
Ancaq onun tərəfdaşları da süstlük göstərərək Kufəyə qaçıb Əli(ə.s)-ni tək qoydular. 
Bu  hadisə  əmirəl-möminin  Əli(ə.s)-ni  çox  narahat  etmişdi.  Xəbər  hər  yerə  yayıldı.  Mən  eşidən 
kimi gecəykən Əli(ə.s)-nin evinə getdim. O Həzrətin qulluqçusu Qənbərlə görüşüb dedim:  
__ Əmirəl-mömininin vəziyyəti necədir? 
Qənbər dedi:  
__  Əmirəlmöminin yatıbdır. 
Bu zaman Əli(ə.s) içəridən Qənbərin sözünü eşidib buyurdu:  
__Kimdir? 
Qənbər:  
__ Ey möminlərin əmiri, İbn Abbasdır. 
 (Bəzi mənbələrdə İbn Abbas özü dedi: «Mənəm») 
İmam  icazə  verdi.  İçəri  daxil  olanda  gördüm,  o  Həzrət  yatağının  bir  tərəfində  əyləşərək  özünü 
yorğana bürüyübdür. Gözə çox narahat dəyirdi. Soruşdum:  


58 
 
__Bu gecə nə isə halın yaxşı deyildir, ey möminlərin əmiri(niyə yatmırsan?). 
O buyurdu:  
-Ey Abbasın oğlu! Göz yuxudadır, lakin qəlb oyaqdır. Qəlb başqa bədən əzalarının hökmdarıdır. 
Ürək  narahat  olanda  yuxu  da  qaçır.  Gecənin  əvvəlindən  indiyə  qədər  gördüyün  kimi  fikrə 
getmişəm.  Keçən  günləri  xatırlayıram.  Gör  necə  müsəlmanlar  əhdlərinə  xilaf  çıxdılar!  Onlar 
sözlərinin  üstündə  durmadılar.  Rəsuli-əkrəm(s)  sağlığında  öz  əshabına  əmr  etdi  ki,  mənə 
möminlərin  əmiri  kimi  salam  versinlər  (Bu  hadisə  Qədir-Xumda  baş  vermişdi).  O  Həzrətin 
vəfatından sonra çalışmışam ki, bu etimadı doğruldum. Mən Rəsuli-əkrəm(s)-dən sonra ümmətin 
ən yaxşısı və onlara hamıdan yaxın olan şəxsəm. Lakin dünyaya dörd əllə bağlılıq, vəzifəpərəstlik 
üzündən insanlar məndən üz döndərib, itaətdən boyun qaçırırlar. (Müəllif  İmam Əli(ə.s)-nin bu 
zaman təcavüzkarlardan şikayətləndiyini qeyd edir.) 
 Sonra İmam(ə.s) sözünü belə davam etdirdi:  
__ Ey Abbasın oğlu, indi iş bura yetişib ki, Ciyəryeyən Hindənin oğlu Müaviyə, Əmr As, Ütbən, 
Vəlid,  Mərvan  və  onların  silahdaşlarını  mənimlə  bir  sırada  qələmə  verirlər.  Buna  görə  mən  nə 
vaxta  qədər  tərəddüd  içində  yaşayım.  Nə  vaxta  qədər  Peyğəmbər  xilafəti  və  vərasəti  dünyada 
özünü xalqın rəhbəri hesab edən belə çirkin şəxslərin əlində olacaq. Xalq da onlara itaət edir. Bu 
hökmdarlar Allah dostları haqqında nalayiq sözlər danışırlar. Yalançılıq və keçmişdən ürəklərində 
gizlədikləri  kinləri  ilə  öz  düşmənçiliklərini  davam  etdirirlər.  Peyğəmbər(s)  sirlərinin 
mühafizəçiləri  olan  şəxslər  yaxşı  bilirlər  ki,  mənim  bütün  düşmənlərim  mənə  qarşı  çıxmaqla 
şeytana  itaət  etmişlər.  Onlar  öz  nəfslərinə  qul  olub  axirətlərini  puç  etdilər.  Təkcə  ehtiyacsız 
Allahdır. Haqq yola hidayət edən də yalnız Odur. 
Ey  Abbasın  oğlu!  Vay  olsun  o  şəxsə  ki,  mənə  zülm  edib  hüququmu  tapdalayaraq  bu  böyük 
məqamı  əlimdən  aldı.  Mən  uşaq  olan  zaman  hələ  namaz  mənə  vacib  olmamış  Rəsulullah(s)  ilə 
namaz  qılanda  onlar  harada  idilər.  Halbuki  bu  mənfurlar  o  vaxtı  bütlərə  sitayiş  edir,  Allah 
qanunundan boyun qaçırır, küfrdən üz döndərməyin vaxtı yaxınlaşanda isə könülsüz İslamı qəbul 
etdilər.  Lakin  onların  batini  küfr  və  nifaqla  yoğrulmuşdu.  Allah  nurunu  söndürmək  üçün 
Peyğəmbər(s)-in  ölümünü  gözləyirdilər.  O  Həzrətin  vəzifəsinin  sona  yetməsi  üçün  dəqiqələri 
sayırdılar.  Onların  hərislik  və  kini  o  yerə  çatmışdı  ki,  hətta  Rəsuli-əkrəm(s)-i  belə  (Məkkədə) 
öldürmək  istəyirdilər.  Mərkəzi  yığıncaqları  olan  «Darunnuduh»da  həzrəti-Mühəmməd(s)-i  qətlə 
yetirmək üçün məşvərət keçirtdilər. Allah-təala bu barədə («Ali İmran» surəsinin 53-cü ayəsində)  
buyurur:  
«Düşmənlər  islamın  məhv  olması  üçün  tədbir  gördülər.  Allah-təala  da  buna  qarşı  tədbir  gördü. 
Allah-təala tədbir görənlərin ən yaxşısıdır». Həmçinin buyurur: 
 «Onlar  istəyirlər  ki,  öz  ağızları  ilə  Allah  nurunu  söndürsünlər.  Lakin  Allah-təala  istəyir  ki,  öz 
nurunu kamil etsin. Hərçənd kafirlər istəməsələr də». 
Ey  Abbasın  oğlu,  Peyğəmbər(s)  sağlığında  onları  Allahın  vəhyinə  (nazil  etdiyinə)  dəvət  edib 
tapşırdı ki, mənimlə dostluq etsinlər, amma              


59 
 
 şeytan  onları  yollarından  azdırdı.  Necə  ki  şeytan  babamız  həzrəti-Adəm(ə.s)  ilə  düşmənçilik 
edib,  həsəd  apardı,  Allah  vəlisinə  etdiyi  həmin  bu  həsəd  də  onu  Allah  dərgahından  qovdurub 
əbədi olaraq Allahın lənətinə düçar etdi. Qüreyşin mənə olan paxıllığından Allahın köməkliyi ilə 
mənə heç bir ziyan yetməyəcəkdir. 
Ey  Abbasın  oğlu,  bu  şəxslərdən  hər  biri  istədi  ki,  hakim  və  hökmdar  olsun,  dünya  onlara  və 
qohumlarına  üz  çevirsin.  Onların  nəfs  və  dünya  ləzzətlərinə  bağlılıqları,  xalqın  bu 
dünyapərəstlərin  arxasınca  getməsi  onları  məcbur  etdi  ki,  mənim  ilahi  hüququmu  qəsb  etsinlər. 
Əgər  Siqli-Əsğəri  (Peyğəmbər(s)-in  Əhli-beyti,  itrəti)  kənara  atmaq,  elm  ağacını  kəsmək  və 
dünyanın çiçəyi, Allahın möhkəm ipi, əmin qalası və Peyğəmbər övladını məhv etmək qorxusu 
olmasaydı, mənim üçün Tanrıya qovuşmaq susuz üçün su, yuxusuz üçün yuxu qədər əhəmiyyətli 
idi, baxmayaraq ki sinəm dərd-qəmlə və zehnim vəsvəsələrlə dolmuşdu, səbir etdim. 
 «Səbir gözəldir. Allah-təaladan söylədiyinizin müqabilində kömək istəyirəm». («Yusif», 18) 
«Keçmişdə Peyğəmbərlər öldürülür, Allah övliyalarına zülm olunur. Tezliklə kafirlər  biləcəklər 
ki, yaxşı aqibət və axirət evi kimindir». («Rəd», 42) 
Bu zaman azan səsi eşidildi. Müəzzin «Əssəlat» deyib azana başladı. 
Həzrəti-Əli(ə.s) buyurdu: «Ey Abbasın oğlu, mənim və özün üçün istiğfar etməyi unutma. Allah 
bizə kifayətdir. O, ən gözəl mühafiəçidir. Allahdan başqa heç bir qüvvət və qüdrət yoxdur». 
İbn  Abbas  deyir:  «Gecənin  qurtarmasından  və  Əmirəl-möminin  Əli(ə.s)-nin  sözünü  yarımçıq 
qoymasından çox qəmgin oldum». 
On iki nəfərin Əbu Bəkrə olan etirazı.  
Şiə  alimlərindən    bir  çoxu  öz  kitablarında  yazırlar  ki,  Əbu  Bəkr  rəsmi  surətdə  xəlifə  seçilən 
zaman on iki nəfər ona qarşı etiraz səsini ucaltmışdı. Onlardan altısı mühacirlərdən idi. Xalid ibn 
Səid ibn As (Bəni Üməyyədən), Salman Farsi, Əbuzər Qəffari, Miqdad, Əmmar Yasir və Bəridə 
İsləmi. Qalan altısı isə mədinəlilərdən idi: Əbulheysəm ibn Təyhan, Səhi ibn Hüneyf, Osman ibn 
Hüneyf, Xəzimə ibn Sabit, Üməyy ibn Kəb və Əbu Əyyub Ənsari. 
Əbu  Bəkr  məsciddə  minbərə  çıxanda  həmin  on  iki  nəfər  bir-birilə    məşvərət  edirdi.  Onlardan 
bəzisi:  «Allaha  and  olsun,  məscidə  gedib  Əbu  Bəkri  Peyğəmbər(s)-in  minbərindən  aşağı 
düşürmək  lazımdır»,__    digəri  isə  belə  dedi:  «Əgər  belə etsəniz,  öz  əlinizlə  özünüzü təhlükəyə 
atmış olarsınız. Bir halda ki, Allah Quranda buyurur:  
«Öz əlinizlə özünüzü təhlükəyə atmayın». » («Bəqərə», 195) 
Yaxşısı budur ki, Əli(ə.s)-nin hüzuruna gedib bu barədə onunla məsləhətləşək. 
Əli(ə.s)-nin məsləhəti. 
Adını çəkdiyimiz on iki nəfər şəxs Əli(ə.s)-nin hüzuruna gəlib ərz etdi:  
__ Ey möminlərin əmiri, həqiqətən, sən müsəlmanların rəhbəri olmağa ən layiqli şəxssən, çünki 
biz Rəsuli-əkrəm(s)-dən eşitmişik: 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə