Microsoft Word beytul-ehzan doc



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə19/47
tarix03.08.2018
ölçüsü1,24 Mb.
#60676
1   ...   15   16   17   18   19   20   21   22   ...   47

49 
 
Həzrəti-Əli(ə.s)  onların  cavabında  belə  söylədi:  «Mən  Rəsuli-əkrəm(s)-in  cənazəsini  hələ  dəfn 
etməmiş gəlib sizin  aranızda hakimiyyət davası etməliydim?» 
Fatimə(s.ə) də Mədinə əhlinin vəfasızlığından şikayətlənib demişdi:  
 __  O  gecə  Əbül-Həsən  (Əli(ə.s))  atamın  dəfn  mərasimində  qalmalıydı,  amma  siz  ənsar  və 
mühacirlər elə bir iş tutdunuz ki, Allah qarşısında cavab verməli olacaqsınız.  
İbn  Qüteybə  Əli(ə.s)-nin  beyət  etməsi  barəsində  yazır  ki,  Əbu  Bəkr  ona  beyət  etməyənləri 
axtardıqda onları Əli(ə.s)-nin yanında tapdı. Öməri ora  göndərdi. Ömər Əli(ə.s)-nin evinə gəlib 
qapıdan: «Hamı Əbu Bəkrə beyət etmək üçün çölə çıxsın!» __ deyə qışqırdıqda, onlar Əli(ə.s)-nin 
evindən çölə çıxmaqdan imtina etdilər. Bu vaxt Ömər dedi: 
__ Ömərin canı əlində olan Allaha and olsun ki, gərək evdən çölə çıxasınız. Əgər çıxmasanız, evi 
içindəki adamlarla birgə yandıracağam. 
Yanındakılardan bəzisi etiraz etdi:  
__ Axı həzrəti-Fatimə(s.ə) evdədir. 
Ömər dedi:  
__ Hətta Fatimə(s.ə) evdə olsa da, yandırıcağam. 
İçəridəkilər  çarəsiz  evdən  çıxıb  Əbu  Bəkrə  beyət  etdilər.  Təkcə  Əli  (ə.s)  evdən  çölə  çıxmadı, 
çünki  and  içmişdi  ki,  «Quran»ı  toplamamış  çiynimə  əba  atıb  çölə  çıxmayacağam.  Fatimə(s.ə) 
qapıda  dayanaraq  mühacirlərə  belə  xitab  etdi:  «Mən  sizin  kimi  etibarsız,  nankor  tayfa 
görməmişəm.  Siz  Peyğəmbər(s)-in  cənazəsinin  yanında  bizi  tək  qoyub  öz  işlərinizin  dalınca 
getdiniz. Bizə xəbər vermədən aranızda xilafət məsələlərini həll etdiniz». 
Ömər Falimə(s.ə)-nin bu sözlərini eşitdikdə Əbu Bəkrin yanına gəlib dedi:  
__ Beyətdən boyun qaçıran bu kişini (Əli(ə.s)) cəzalandırmaq istəmirsənmi? 
Əbu  Bəkr  özünün  azad  etmiş  olduğu  qulamı  Qunfuzu  Əmirəlmöminin  Əli(ə.s)-nin  arxasınca 
göndərdi. Qunfuz Əli(ə.s)-nin yanına gələndə Əli(ə.s) ondan soruşdu:  
__ Nə istəyirsən? 
Qunfuz dedi:  
__ Rəsuli-əkrəm(s)-in xəlifəsi sizi görmək istəyir. 
Əli(ə.s) buyurdu:  
__ Nə tez Peyğəmbər(s)-ə yalan qoşdunuz? (Özünüzü onun canişini bildirdiniz) 
Qunfuz geriyə qayıdıb bu sözləri Əbu Bəkrə söylədikdə Əbu Bəkr hönkürtü ilə ağladı. 
Ömər ikinci dəfə Əbu Bəkrə dedi:  


50 
 
__ Beyətdən boyun qaçıran bu kişiyə(Əli(ə.s)) aman vermə. 
Əbu Bəkr Qunfuza tapşırdı ki, Əli(ə.s)-nin yanına gedib ona de ki, əmirəl-möminin (Əbu Bəkr) 
səni beyət etməyə dəvət edir. 
Qunfuz Əli(ə.s)-nin  yanına gəlib  Əbu  Bəkrin sözlərini ona çatdırdı. Əli(ə.s) səsini ucaldıb dedi: 
«Əcəba, o özünün olmayan bir şeyi (rütbəni) necə iddia edir?!» 
Qunfuz geriyə qayıdıb Əli(ə.s)-nin sözünü Əbu Bəkrə söylədikdə Əbu Bəkr yenə də hönkürtü ilə 
ağladı. 
Bu  zaman  Ömər  özü  ayağa  qalxıb  bir  neçə  nəfərlə  Fatimə(s.ə)-nin  evinə  gəldi.  Onlar  qapını 
döydülər.  Fatimə(s.ə)  gələnlərin  səsini  eşidəndə  uca  səslə  Atası  Mühəmməd(s)-in  qəbrinə  sarı 
belə xitab etdi: «Ey Ata, ey Allahın Rəsulu! Xəttabın və Əbuquhayənin oğulları səndən sonra gör 
bizə nə cür zülmü rəva gördülər?!» 
Ömərin yoldaşları Fatimə(s.ə)-nin bu sözlərini və hönkürtüsünü eşitdikdə çox kədərləndilər, lakin 
Ömər  qapıdan  kənara  çəkilmədi.  Əli(ə.s)-ni  evdən  çölə  çıxarıb  Əbu  Bəkrin  yanına  gətirdilər  və 
ona Əbu Bəkrə beyət etməsini əmr etdikdə Əli(ə.s) imtina etdi. 
Dedilər:  
__ Allaha and olsun, əgər beyət etməsən, boynunu vurarıq. 
Əli(ə.s) buyurdu:  
__ Belə olan surətdə siz Allah bəndəsini və Peyğəmbər(s)-in qardaşını öldürmüş olursunuz. 
Ömər dedi:  
__ Allahın bəndəsi bəli, amma Peyğəmbərin(s)-in qardaşı yox.  
Əbu Bəkr bu arada sakit dayanmışdı, heç nə demirdi. Ömər ondan soruşdu:  
__ Əli(ə.s)-ni beyət etməyə məcbur etmirsənmi?  
Əbu Bəkr cavab verdi:  
__ Nə qədər ki Fatimə(s.ə) onun yanındadır, mən onu heç bir şeyə məcbur edə bilmərəm. 
Sonra həzrəti-Əli(ə.s) Rəsuli-əkrəm(s)-in qəbrinin üstünə gəlib hüznlü səslə belə fəryad etdi:  
«Ey  anam  övladı,  bunlar  məni  çox  çətin  bir  vəziyyətdə  qoydular,  hətta  az  qaldı  ki,  məni 
öldürsünlər».  
Əbu Bəkrin Fatimə(s.ə) ilə söhbəti 
Bir gün Ömər Əbu Bəkrə dedi ki, gedək Fatimə(s.ə)-nin yanına. Biz onu incitmişik. 


51 
 
Ömər  Əbu  Bəkrlə  birgə  Fatimə(s.ə)-nin  evinə  gəldi.  İçəri  daxil  olmağa  icazə  istədikdə  həzrəti- 
Zəhra(s.ə)  onlara  icazə  vermədi.  Onlar  Əli(ə.s)-nin  hüzuruna  gəlib  onunla  bu  barədə  danışaraq 
Əmirəl-möminin(ə.s)-i  bu  işdə  vasitə  etdilər.  İmam  Əli(ə.s)  Fatimə(s.ə)-dən  icazə  aldı.  Əbu 
Bəkrlə  Ömər  Fatimə(s.ə)-nin  hüzuruna  gəldikdə  həzrəti-Zəhra(s.ə)  üzünü  onlardan  yan  çevirdi. 
Ona salam verdilər, lakin Zəhra(s.ə) onların salamlarını almadı. 
Əbu Bəkr dedi:  
          __  Ey  Rəsuli-əkrəm(s)-in  məhbubu.  Allaha  and  olsun,  Peyğəmbər(s)-in  qohumları  öz 
qohumlarımdan mənə daha əzizdir. Mən səni qızım Ayişədən də çox istəyirəm. Çox istərdim ki, 
həzrəti-Mühəmməd(s)-in  yerinə  mən  öləydim,  ondan  sonra  sağ  qalmayaydım.  Sən  mənə  elə 
baxırsan ki, guya mən fəzilətlərini bilə-bilə sənin hüququnu tapdayıb Atan(s)- dan qalan mirasını 
əlindən alıram?! Mən atan Rəsulullah(s)-dan belə eşitmişəm:  
«Biz peyğəmbərlər özümüzdən sonra miras qoymuruq. Bizdən sonra qalan sədəqədir». 
Fatimə(s.ə) buyurdu:  
             __ Əgər mən sizə atamdan bir söz desəm, ona əməl edərsizmi? 
Ömərlə Əbu Bəkr dedilər:  
   __ Bəli, əməl edərik. 
Fatimə(s.ə) buyurdu:  
   __ Sizi Allaha and verirəm! Məgər eşitməmisinizmi ki, Peyğəmbər (s) buyurub:  
«Fatimənin  sevinci  mənim  sevincim,  onun  qəzəbi  mənim  qəzəbimdir.  Kim  qızım  Fatiməni 
sevindirsə, məni sevindirib, kim Fatiməni qəzəbləndirsə, məni qəzəbləndiribdir». 
Dedilər:  
    __ Bəli, bu sözü Rəsulullahdan da eşitmişik. 
Fatimə(s.ə) buyurdu:  
    __  Allah  və  mələkləri şahiddir  ki,  siz  məni  qəzəbləndirdiniz,  sevindirmədiz. Mən  Peyğəmbər 
ilə  görüşəndə sizdən o Həzrətə şikayət edəcəyəm.  
Əbu Bəkr dedi:  
    __ Mən Allahın və sənin qəzəbindən Allaha pənah aparıram. 
Sonra Əbu Bəkr elə şiddətlə ağladı ki, az qala, ruhu bədənindən çıxsın. Fatimə(s.ə) ona buyurdu:  
           __ Allaha and olsun, qıldığım hər namazdan sonra sənə qarğış edirəm. 
Əbu  Bəkr  ağlar  halda  Fatimə(s.ə)-nin  evindən  çölə  çıxdıqda  insanlar  onun  ətrafına  toplaşdılar. 
Əbu Bəkir onlara dedi:  


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə