Microsoft Word beytul-ehzan doc



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə16/47
tarix03.08.2018
ölçüsü1,24 Mb.
#60676
1   ...   12   13   14   15   16   17   18   19   ...   47

42 
 
«Mühacir və ənsarların əksəriyyəti xilafət üstündə aralarına düşən ixtilafa görə Rəsuli-əkrəm(s)-
in  dəfn  mərasimində    iştirak  edə  bilmədi,  elə  buna  görə  də  onlar  Peyğəmbər(s)-in  cənazəsinə 
meyit namazı qılmaqdan məhrum oldular. O gecə Fatimə(s.ə): «Vasəvə səbah», yəni «bu gün nə 
pis gündür, bu gün atamı əldən verdim»,__ deyib fəryad çəkərək səhəri açmışdı». 
Böyük alim  Seyyid ibn Tavus (664-cü il Hicri-qəməri, təxminən  1244-cü il miladi)  öz  «Kəşfül-
məhəccə» adlı kitabında övladına müraciət edərək deyir:  
«Əhli-sünnə  kitablarında  və  Təbərinin  yazdığı  kitabda  rast  gəldiyim  qəribə  şeylərdən  biri  də 
budur  ki,  Peyğəmbər(s)-in  bazar  ertəsi  vəfat  etməsinə  baxmayaraq,  onu  çərşənbə  günü  (yaxud 
gecəsi)  dəfn  etdilər,  yəni  iki  və  ya  üç  gün  dəfn  mərasimi  təxirə  salındı».  (Başqa  bir  rəvayətdə  
belə nəql olunur ki, o Həzrət(s)-in cənazəsi üç gün yerdə qalıb sonra dəfn olunmuşdu.) İnsanların 
başı  xəlifə  seçkisində  çəkişmələrə  qarışmışdı.  Cəddin  Əli(ə.s)  o  Cənab(s)-ın  cənazəsindən 
ayrılmır,  meyit  namazından  qabaq  da  cənazəni  dəfn  edə  bilmirdi,  çünki  onu  öldürə,  «Əli(ə.s) 
Peyğəmbər(s)-imizi vaxtından qabaq dəfn etmiş» və ya «həzrəti-Mühəmməd(s) başqa yerdə dəfn 
olunub»__  bəhanəsi  ilə  Həzrət(s)-in  mübarək  cənazəsinə  ehtiramsızlıq  göstərib,  o  müqəddəs 
Vücudun  qəbrini  eşib  çölə  çıxara  bilərdilər.  Allah-təala  Peyğəmbər(s)-i  ölüm  yatağında  qoyub 
xəlifə  təyin  etməyə  məşğul  olanları  öz  rəhmətindən  uzaq  etsin.  Baxmayaraq  ki,  xilafətin  əsli, 
kökü  Peyğəmbər(s)-in  nübuvvət  və  hökuməti  ilə  bağlı  idi. Ey  övladım, Allaha and  olsun!  Mən 
hələ  də  başa  düşə  bilmirəm  ki,  onların  ağlı,  vicdanı,  həzrəti-Mühəmməd(s)-in  yaxşılıq  və 
mehribanlığı  müqabilində necə  yol  verdi  ki,  Peyğəmbər(s)-in  müqəddəs  məqamına  belə  cəsarət 
etdilər?!» 
Bu  barədə  Zeyd  ibn  Əli  (Zeyd  dördüncü  İmam  həzrəti-  Zeynalabdin(ə.s)-in  oğludur)  çox  gözəl 
demişdir:  
«Allaha and olsun! Əgər onların Peyğəmbər(s)-ə heç bir  yaxınlıq və qohumluğu olmadan xilafətə 
keçmək  imkanları  olsaydı,  o  Həzrətin  peyğəmbərliyindən  üz  döndərib  onu  inkar  etməkdən  belə 
çəkinməzdilər». 
Sonra Seyyid ibn Tavus yenə deyir:  
«Peyğəmbər(s)-in haqlarından biri də budur ki, ölümündən sonra, xüsusilə vəfat edən günü bütün 
müsəlmanlar  ən  yaxşı libaslarını (əzadların geydikləri  qara paltarlar kimi) geyib  qumun  üstündə 
oturaydılar.  Bu  gün  yemək-içməkdən  imtina  edib  hamı  qadınlı__kişili  mərsiyə  (növhə)  oxuyub 
əzadarlıq edəydilər. Çünki o gün müsəlmanlar üçün ən müsibətli bir gün idi». 
2.Səqifə Bura ibn Azibin  nəzərindən 
İbn Əbil Hədid və Süleym ibn Qeys Bura ibn Azibdən belə nəql edirlər:  
«Mən  həmişə  Bəni-Haşimin  dostlarından  və  tərəfdarlarından  olmuşam.  Peyğəmbər(s)  vəfat 
edəndə  xilafətin  başqalarının  əlinə  keçməsindən  çox  narahat  idim.  Bir  tərəfdən  də  Həzrət(s)-in 
vəfatı məni çox kədərləndirirdi. Tələsik dəli kimi gah Peyğəmbər(s)-in evinə gedib Əhli-beytinin 
Rəsuli-əkrəm(s)-ə başı qarışdığını görür, gah da Səqifəyə gələrək insanların xəlifə təyin etməkdə 
bir-birilə necə çəkişdiklərinin şahidi olurdum. Ənsarlar mühacirlərə üstün gəlmək, mühacirlər isə 
ənsarlara hakim olmaq istəyirdilər. Bu çəkişmə yatdıqdan bir müddət sonra tayfa böyükləri Öməri 


43 
 
və Əbu Bəkri görmədim. Qəfil birindən eşitdim ki, bütün müsəlmanlar Səqifədədirlər. Bir başqası 
isə: «Əbu Bəkrə beyət etdilər»,__ söyləyir. Bir az ötmüşdü ki, gördüm, Əbu Bəkr, Ömər və Əbu 
Übeydə  əyinlərinə  qəşəng  libaslar  geymiş,  bir  dəstə  ilə  gəlirlər.  Yolda  kiminlə  qarşılaşırdılarsa, 
aldadıb  istər-istəməz  Əbu  Bəkrin  yanına  gətirərək  əlini  əlinə  verib  beyət  etdirirdilər.  Bu 
mənzərəni müşahidə etdikcə az qalırdım ki, dəli olam. Çox bikef halda Peyğəmbər(s)-in evinə üz 
tutdum.  Haşim  övladları  o  Həzrətin  ölümü  ilə  əlaqədar  qapını  bağlamışdılar.  Qapını  möhkəm 
döyüb qışqırdım: «Camaat Əbu Bəkrə beyət edir». 
Peyğəmbər(s)-in  əmisi  Abbas  dedi:  «Qiyamətə  qədər  əliniz  qısaldı».  (Daha  qiyamətə  qədər  bir 
xeyir  görməyəcəksiniz,  çünki  müsəlmanlar  Peyğəmbər(s)-ə  qulaq  asmayıb  xilafəti  əyri  yola 
sürüklədilər). 
3.Bəni-Haşimin beyət etməsi 
«Ehticac» adlı kitabın müəllifi Əllamə Təbərsi və İbn Qüteybə «Əlimamətu vəssiyasət» kitabında 
belə qeyd edirlər ki, əmirəl-möminin Əli(ə.s) həzrəti-Mühəmməd(s)-in dəfn mərasimindən sonra 
kədərli  halda  gəlib  məsciddə  oturmuş,  Bəni-Haşimdən  olanlar  da  onun  ətrafında  yığılmışdı. 
Zübeyr ibn Əvam da Əli(ə.s)-nin yanında idi. Məscidin digər tərəfində isə Bəni-Üməyyə tayfası 
Osmanın  ətrafına  yığışmışdı.  Başqa  bir  tərəfdə  isə  Bəni-Zöhrədən  bir  dəstə  Əbdürrəhman  ibn 
Uffun  ətrafında  dövrə  vurub  oturmuşdu.  Beləcə  müsəlmanlar  bir  neçə  dəstəyə  bölünərək 
məsciddə  əyləşmişdilər. Bu  vaxt  Əbu  Bəkr,  Ömər  və  Əbu Übeydeyi  Cərrah  məscidə  daxil olub 
dedilər:  
__ Niyə sizi ayrı-ayrı dəstələrdə oturmuş görürəm? Ayağa qalxıb Əbu Bəkrə beyət edin.  
Mədinəlilər  və  başqaları  ona  beyət  ediblər.  Osman  və  Əbdürrəhman  ibn  Uf  öz  tərəfdarları  ilə 
ayağa  qalxıb  Əbu  Bəkrə    beyət  etdilər.  Həzrəti-Əli(ə.s)  və  Bəni-Haşimin  nümayəndələri 
məsciddən çıxaraq Əli(ə.s)-nin evində yığışdılar. Zübeyr də onlarla idi. 
Ömər  aralarında  Əsid  ibn  Xəzri  və  Səlmət  ibn  Səlamə    olmaqla  beyət  edənlərdən  bir  dəstə  ilə 
Əli(ə.s)-nin evinə gəldikdə Bəni-Haşimin burada yığışdığını görüb onlara dedi:  
__ Hamı Əbu Bəkrə beyət edib, siz də beyət edin. 
Zübeyr ayağa qalxıb qılıncını siyirdikdə Ömər əmr etdi:  
__Bu iti zərərsizləşdirib onun şərini başımızdan uzaq edin. 
Səlmət ibn Səlamə Zübeyrin üstünə yüyürüb qılıncı onun əlindən qapdı. Ömər qılıncı Səlmətdən 
alaraq yerə o qədər döyəclədi ki, qılınc sındı.  Sonra Bəni-Haşimi araya alaraq məscidə¬¬__ Əbu 
Bəkrin  yanına  aparıb  dedilər:  «Allaha  and  olsun!  Əgər  beyətdən  boyun  qaçırsanız,  sizi  qılıncla 
mühakimə edəcəyik». 
Bəni-Haşim  özünün  belə  çıxılmaz  vəziyyətə  düşdüyünü  gördükdə    bir-bir  qabağa  gəlib  Əbu 
Bəkrə beyət etdi». 
4.Əli(ə.s)-nin evinə hücum və Fatimə(s.ə)-nin cavabı 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə