Microsoft Word beytul-ehzan doc



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə14/47
tarix03.08.2018
ölçüsü1,24 Mb.
#60676
1   ...   10   11   12   13   14   15   16   17   ...   47

38 
 
O zaman Nabiğə bir şer oxudu.Məzmunu belədir:  
Bəni-Haşim xanədanından olan bu əslə (yəni qabaqdan saçı tökülmüş) kişiyə__ Əli(ə.s)-yə deyin 
ki,  xilafətin  hörülmüş  ipini  açdın(yəni  əldən  verdin).Sən  Qureyşin  başçısısan.  Dünən  sənə 
möminlərin  əmiri  kimi  salam  verirdilər  (Qədir-Xum  əhvalatı),  bu  gün  isə  öz  əhdlərinə  vəfa 
etmədilər. Təym ibn Mərrə övladları (Əbu Bəkr və s.) əhd-peymanı pozub cəhənnəm atəşinə layiq 
oldular. O (Əli (ə.s)) isə sabah__  qiyamət günü onlarla düşmənçilik edəcək. 
Səqifə  əhvalatının  baş  verdiyi  gün  mədinəlilərin  bayraqdarı    Noman  ibn  Zeyd  aşağıdakı  şeri 
oxuyaraq  İslamda  baş  vermiş  bu  ixtilafa  görə  ağlayırdı.  O,  insanların  Peyğəmbər  (s)-ə  qarşı 
çıxmalarına çox təəssüf edib belə deyirdi:  
«Ey  İslamın  ölüm  xəbərini  verən,  ayağa  qalx,  İslamın  əzasına  otur.  Çünki  xeyir  ölmüş,  onun 
yerini isə şər tutmuşdur. Qüreyş və Kəb tayfaları üçün qəbul edib rəhbər seçdikləri şəxsdən başqa 
bir  örnək  yoxdur.  Şəxsiyyətini  tanımadıqları  halda  Əli  (ə.s)  kimi  simanı  hakimiyyətdən 
uzaqlaşdırdılar.  Əli(ə.s)-nin  vücudu  gunəş  kimi  örtülməz.  Onun  Allahın  qüdrəti  ilə  yüksələn 
qiymətli və Tanrı dərgahında böyük məqamı olan bayrağı heç vaxt bükülməz. Onlar istəyirlər ki, 
Əli(ə.s)-nin nurunu örtməklə zülmətlərini  gizlətsinlər, lakin heç vaxt buna nail olmayacaqlar. 
Əli (ə.s) döyüşlərdə Qüreyşin sərdarı, onların faruqu (yəni haqqı batildən ayıranı) və siddiqdir. O, 
Qureyşə sevinc bəxş etmişdir.  
Xilafəti bütün eniş və yoxuşlarda Allaha təkbir söyləyib namaz qılan Əli(ə.s)-nin əlindən almağı 
namaz  qılmayan  və  təkbir  deməyən  ziyan  verənlər  (münafiqlər)  bunu  dinin  məsləhəti  sandılar. 
Məhv olsun onlar ki, şeytana uyub yollarından azdılar! 
Həmin gün Ütbət ibn Əbu Süfyan ibn Əbdül Mütəllib bu məzmunda şer oxudu:  
«Əmr  sahibi,  rəhbər  Peyğəmbər(s)-dən  sonra  həzrəti-Əli(ə.s)-dir,  çünki  o,  həmişə  həzrəti-
Mühəmməd(s)-lə  bir  yerdə  olmuş,  sevincini,  kədərini  bölüşmüş  Peyğəmbər(s)-in  yavəri  idi.  Əli 
(ə.s) Rəsuli-əkrəm(s)-in həqiqi vəsisi və kürəkəni idi. O, Peyğəmbər (s) ilə namaz qılan və İslamı 
qəbul edən ilk şəxsdir». 
Peyğəmbər(s)-in əmisi Abbas o gün bu şeri oxudu:  
«Bəni-Haşimdən  olmayan,  lakin  Bəni-Haşimə  göstəriş  verən  insanlara  təəccüb  edirəm.  Bəni-
Haşim Peyğəmbər(s)-in zümrəsindəndir. Başqa tayfalar hörmətdə, rəftar və alicənablıqda ona tay 
deyillər. 
Ütbət ibn Əbi Ləhəb də şer oxudu:  
«Bəni-Təym  tayfası  (Əbu  Bəkr)  xilafəti  zülmlə  ələ  keçirərək  Əli(ə.s)-ni  onun  üçün  qabaqcadan 
təyin olunmuş rəhbərlikdən uzaqlaşdırdı, Əli(ə.s)-nin Peyğəmbər(s)-ə olan qohumluğuna hörmət 
etməyib, onun elmi məqamına (onun rəhbərliyinin əsas şərtidir) diqqət qoymadılar». 
Übadət ibn Samitin oxuduğu şer belə idi:  


39 
 
«  Niyə  bu  kişilər  Əli(ə.s)-ni  ona  layiq  olan  xilafət  məqamından  uzaqlaşdırdılar.?  Məgər 
başqalarına görə xilafət Əli(ə.s)-yə məxsus deyildimi?» 
Bəni-Cəhm xanədanından olan Əbdürrəhman Hənbəlin baş vermiş hadisələrə şerlə münasibəti:  
«Allaha  and  olsun!  Lazım  idi  ki,  dinin  müdafiəçisi,  iffət  və  izzətdə  məşhur,  paklığa  müvəffəq 
olmuş,  alicənab, doğruçu, imanda hamıdan qabaq olan Əli(ə.s)-yə beyət edəydiniz. Həmin Əbül 
Həsənə,  Əli(ə.s)-yə  beyət  edin  ki,  o,  eyibli,  bu  məqama  layiq  olmayan  şəxsin  tayı  deyildir.  O, 
yeganə  insandır    ki,  hamıdan  ilkin  Allah  üçün  namaz  qılıb,  təqva  yolunu  tutmuşdur.  Belə  olan 
halda  (əgər    Əli(ə.s)-yə  beyət  etsəniz)  siz  yolunuzu  azandan  sonra  hidayət  yoluna  qayıdıb 
parçalanmağınıza  səbəb  olan  səhvləri  düzəldərsiniz.  Əli(ə.s)  sizə  çətinliklərdə  hamıdan  çox 
kömək edəcək. O, Fatimə binti Əsədin oğludur». 
Zəfər ibn Haris ibn Hüzeyfiyeyi Ənsari də onlara qoşulmuşdu:  
«Əli(ə.s)-nin  ətrafında  birləşib  ona  kömək  edin,  çünki  o,  Rəsuli-əkrəm(s)-in  rəhbər  təyin  etdiyi 
möhtərəm şəxsdir. Əgər onu tək qoysanız, xoşagəlməz hadisələri aradan qaldırmaq üçün bir şəxs 
tapılmaz». 
Əbu Süfyan Səxr ibn Hərb ibn Üməyyə də belə deyirdi:  
«Ey Haşim oğulları, niyə  Əhməd(s)-in mirası sizin əlinizdən ip  yeyən tayfanın  əlinə keçdi? Ey 
Əbdül  mənaf  xanədanı,  aranızda  ləyaqətli  şəxslər  ola-ola,  necə  bu  gördüyüm  şeylərə  razı 
olursunuz?  Xilafəti  əldə  saxlamaqda  möhkəm  durun.  Bizə  və  bizim  köməyimizə  inanın.  Vəzifə 
sahiblərindən hansı biri sizə tay ola  bilər? Nə vaxtdan Bəni-Təym qəbiləsinin qibləsi sizə  yaxın 
olmuşdur? Bəli, Təym və  Ədiyy tayfaları biri-birinə bərabərdirlər. Lakin siz onlardan layiqli və 
üstünsünüz.  Qureyşin  böyük  və  izzətli  məqamından  sonra  Təym  tayfasının  qapısını 
işıqlandırdılar. Döyüşsüz, qılıncsız onların qarşısında kiçiklik etdilər. Təəssüflər olsun, onların bu 
qələbəsinə ki, onları həmişə dövlət və sərvətlə məcruh , həm də qalib edəcəkdir». 
Xəzimət ibn Sabit də baş verənlərə dərindən təəssüflənərək söyləyirdi :  
«Mən  xilafətin  Bəni-Haşimin  əlindən  çıxaraq  Əli(ə.s)-dən  alınmasını  güman  etmirdim.  O, 
«Quran» və sünnəti hamıdan çox bilmirmi? Əli(ə.s) Rəsuli-əkrəm(s) vəfat edənə qədər o Həzrətlə 
qalan  axırıncı  şəxs  deyildimi  ki,  sonra  Cəbrayıl  Peyğəmbər(s)-ə  qüsl  verməkdə  və  kəfənə 
tutmaqda  ona  kömək  etdi?  Qoy  biz  onu  xilafətdən  uzaqlaşdıranı  tanıyaq.  Bilin  və  agah  olun  ki, 
sizin başqalarına beyət etməyiniz bağışlanılmaz səhvdir». 
Xəzimət ibn Sabitin Ayişəyə xitab olunan şerindən:  
«Ayişə, Əli(ə.s)-də eyib axtarma. Sən anasan. Əli(ə.s) artıq Rəsuli-əkrəm(s)-in rəhbər təyin etdiyi 
və o Həzrətin Əhli-beytinin üzvlərindən biridir. Sən xəbərdarsan ki, Rəsuli-əkrəm(s) xanədanında 
Əli(ə.s)-ni öz vəsisi təyin etdi». 
 Noman ibn Əclan Ənsari Əmr ibn Ası danlayanda Şəqifə barəsində aşağıdakı şeri söyləmişdir:  
«Dediniz ki, Səd ibn Übadəni xəlifə seçmək haramdır, lakin siz Ömərin oğlunun azad etdiyi Əbu 
Bəkrin  xəlifə    seçilməyini  halal  bildiniz. Əli(ə.s)  rəhbəriyyətə  daha  layiqli  şəxs  ola-ola,  xilafətə 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə