Microsoft Word beytul-ehzan doc



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə10/47
tarix03.08.2018
ölçüsü1,24 Mb.
#60676
1   ...   6   7   8   9   10   11   12   13   ...   47

26 
 
¬¬¬__ Bu gözəl ətir haradandır? 
 Buyurdu:  
¬__ Dihyəyi Kəlbi  (səhabədən biri) atamın hüzuruna gəldiyi vaxt atam həmişə mənə buyurardı: 
«Ey  Fatimə,  əmin  üçün  döşəkçə  gətir.»  Mən  də  döşəkçə  gətirib  yerə  sərirdim.  O  da  əyləşirdi. 
Qalxıb  gedəndə  libasının  içindən  yerə  nəsə  tökülürdü.  Atam  mənə  söyləyərdi:  «Onları  yığ». 
(Əlbəttə, gələn qonaq Dihyeyi Kəlbinin surətində Cəbrayıl idi). 
Bir gün həzrəti-Əli(ə.s) Peyğəmbər(s)-dən soruşdu: 
__ Bunlar nədir?  
__ Ənbərdir, Cəbrayılın qanadları arasından tökülür. 
Rəsuli-əkrəm(s)  həzrəti-Əli(ə.s)-yə  tapşırdı  ki,  toy  üçün  həzırlıq  görsün,  belə  ki  ət  və  çörəyi 
Peyğəmbər(s) özü, yağ və xurmanı isə, bəy almalı idi.  
Əmirəlmöminin(ə.s)  deyir  ki,  gedib  yağ  və  xurma  alıb  Rəsuli-əkrəm(s)-in  hüzuruna  gətirdim. 
Peyğəmbər(s)  qolunu  çırmayıb  xurmanı  yağla  qarışdırdı.  Kök  qoyun  və  çörəyi  bizim  üçün 
göndərdi. Sonra mənə buyurdu:  
__Kimi istəyirsən, toya dəvət et.  
Məscidə  getdim.  Məsciddə  səhabədən  çox  adam  var  idi.  Yarısını  çağırıb,  yarısını  dəvət 
etməməkdən utandım, hündür bir yerə çıxıb dedim:  
__Fatimə(s.ə)-nin toy məclisinə olan dəvətimi qəbul edin. 
Hamı  yeyib-içib  bizə  dua  etdilər  ki,  Allah  sizə  bərəkət  versin.  Dörd  mindən  (4000)  artıq  olan 
qonağa  yemək-içmək  artıqlaması  ilə  çatdı.  Sonra  Peyğəmbər(s)  kasa  istədi.  Kasaları  gətirdilər. 
Kasaları doldurub zövcələrinin evlərinə göndərdi. Sonra bir kasa da götürüb dolduraraq buyurdu:  
__Bu da Fatimə(s.ə) və əri üçün. 
4.Zifaf  gecəsi 
Günəş qürub edəndən sonra həzrəti-Mühəmməd(s) Ümmü Sələməyə buyurdu:  
__Fatimə(s.ə)-ni buraya gətir. 
 O,  Fatimə(s.ə)-ni  paltarının  ətəyi  yerlə  sürünə-sürünə  Atası(s)-nın  yanına  gətirdi.  Utandığından 
xanım Zəhra(s.ə)-nın çöhrəsindən tər axırdı, buna görə də içəri girəndə ayağı büdrədi. Bu zaman 
Peyğəmbər(s) buyurdu:  
__ Allah-təala səni dünya və axirət büdrəməyindən qorusun. 
 Fatimə(s.ə)  Rəsuli-əkrəm(s)-in  qarşısında  dayananda  Atası(s)  onun  niqabını  üzündən  qaldırdı. 
Əli(ə.s) Xanım(s.ə)-ın camalını gördü. Sonra Peyğəmbər(s) Fatimə(s.ə)-nin əlini Əli(ə.s)-nin əlinə 
qoyub buyurdu: 


27 
 
 __  Allah-təala  Peyğəmbər  qızını  sənə  mübarək  etsin.  Ey  Əli,  Fatimə  yaxşı  həyat  yoldaşıdır. 
Fatimə, Əli də yaxşı həyat yoldaşıdır. Öz evinizə gedib məni gözləyin. 
 Əli(ə.s)  buyurur  ki,  Fatimə(s.ə)-ni  evin  bu  biri  tərəfində  oturtdum.  Hər  ikimiz  xəcalətdən 
başımızı aşağı dikmişdik. 
5. Peyğəmbər(s)-in bəy və gəlini təbrik etməsi 
«Əli(ə.s) deyir ki, bir də hiss etdim ki, Peyğəmbər(s) evin qapısına yaxınlaşdı və soruşdu:  
__Burada kim var? 
 Dedim:  
__ Ey Allahın Rəsulu, içəri keçin.  
Rəsuli-əkrəm(s) evə daxil olub Fatimə(s.ə)-ni yanında oturdub buyurdu:  
__Fatimə, dur bir az su gətir. 
 Fatimə(s.ə)  qalxıb  bir  kasa  su  gətirdi.  Həzrəti-Mühəmməd(s)  o  sudan  bir  az  Fatimə(s.ə)-nin 
başına səpib buyurdu:  
__ Üzünü mənə çevir. 
Fatimə(s.ə)  üzünü  ona  tərəf  çevirdi.  Peyğəmbər(s)  o  sudan  bir  az  ağzında  qarqara  edib  yenə 
kasaya  tökdü.  Sonra  o  sudan  bir  az  Fatimə(s.ə)-nin  başına,  sinəsinə  çilədikdən  sonra  bir  az  da 
saçlarının arasına səpdi, belə bir dua oxudu:  
«İlahi,  bu,  mənə  hamıdan  əziz  qızımdır.  Allahım,  bu  isə  (Əli(ə.s))  mənim  qardaşım  və  mənə 
hamıdan əziz olan şəxsdir. Onu yer üzünə vəli və yavər qərar ver, ailəsini isə mübarək et». 
Sonra Əli(ə.s)-yə üzünü çevirib buyurdu:  
__ Öz ailənə  yaxınlaş. Allah mübarək etsin, həm də Tanrının şükr və bərəkəti sənə olsun». 
Başqa bir rəvayətdə Əmirəlmöminin Əli(ə.s)-nin dlindən belə nəql olunur: 
«Fatimə(s.ə)  mənim  evimə  gələndən  sonra  Peyğəmbər  (s)  üç  gün  evimizə  ayaq  basmadı. 
Çərşənbə  günü,  sübh  çağı  bizə  gəldi.  O  vaxt  Əsma  binti  Ümeys  də  bizdə  idi.  Rəsuli-əkrəm(s) 
Əsmaya buyurdu:  
__ Kişi burada ola-ola, sən niyə burada qalmısan? 
Əsma ərz etdi:  
__  Atam-anam  sənə  fəda  olsun!  Qız  ər  evinə  gedəndə  və  zifaf    mərhələsini  keçirəndən  sonra 
qadın xeylağına ehtiyac duyur. Elə buna görə də mən burada qalmışam. 
Rəsuli-əkrəm(s) Əsmaya buyurdu:  


28 
 
__ Əsma, Allah-təala sənin dünya və axirət hacətlərini yerinə yetirsin ». 
Əmirəl-möminin Əli(ə.s.) söyləyir:  
«O  gün  hava  çox  souyq  idi.  Mən  və  Fatimə(s.ə)  əbaya  bürünmüşdük.  Peyğəmbər(s)-in  səsini 
eşidən zaman ayağa qalxmaq istədik. Həzrəti-Mühəmməd(s) buyurdu:  
__  Sizi  boynunuzda  olan  haqqıma  and  verirəm,  mən  içəri  daxil  olsam  da,  bir-birinizdən 
ayrılmayın.  
Rəsuli-əkrəm(s)  içəri  keçib  üst  tərəfdə  əyləşdi.  O  da  ayaqlarını  əbanın  altına  saldı.  Mənimlə 
Fatimə(s.ə) o Həzrət(s)-in ayaqlarını isindirdik. Mənə buyurdu:  
__ Kuzədə su gətir. 
Mən bir kuzə su gətirdim. Rəsuli-əkrəm(s) suya üç dəfə üfürərək «Quran»dan bir neçə ayə oxudu. 
Sonra  yenə buyurdu:  
__ Bu suyu içib dibində bir az saxla. 
O  Həzrət(s)-in  buyurduğuna  əməl  etdim.  Peyğəmbər(s)  suyun    qalanını  mənim  başıma,  sinəmə 
səpib buyurdu: 
 «Allah-təala çirkinliyi səndən uzaqlaşdırdı və səni pak etdi, ey Əbəl-Həsən» 
6. Peyğəmbər(s)-in Fatimə(s.ə)-yə olan buyruqları 
İmam Əli(ə.s) söhbətinin ardınca ərz edir:  
Peyğəmbər(s) bizimlə görüşəndən sonra mənə buyurdu: 
 __ Sən çıx bayırda gözlə. 
 Mən Atası(s) ilə Fatimə(s.ə)-ni evdə qoyub çölə çıxdım. Onların arasında belə bir xüsusi  söhbət 
baş verdi: 
Peyğəmbər(s): 
        __  Qızım, kefin necədir? Ərini necə qəbul edirsən? 
Fatimə(s.ə): 
__Atacan, ərimi ən yaxşı həyat yoldaşı bilirəm, ancaq Qüreyş qadınlarından bəzisi yanıma gəlib 
mənə deyir ki, Rəsuli-əkrəm(s) səni yoxsul bir şəxsə ərə vermişdir. 
Peyğəmbər(s): 
__ Qızım, nə atan yoxsuldur, nə də həyat yoldaşın. Fatimə, məgər bilmirsənmi, Allah-təala bəşərə 
nəzər salanda onların arasında atanı seçib  peyğəmbərliyə təyin  etdi. Yerin bütün qızıl  və gümüş 
xəzinələrini  Tanrı  mənim  ixtiyarımda  qoydu,  lakin  mən  Allah  dərgahında  olan  mükafatı 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə