Microsoft Word beytul-ehzan doc



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə6/47
tarix03.08.2018
ölçüsü1,24 Mb.
#60676
1   2   3   4   5   6   7   8   9   ...   47

13 
 
– Ey Əbülhəsən, mən Allahımdan utanıram ki, səndən qüdrətində olmayan bir şeyi tələb edim. 
Ev və çöl işlərinin bölünməsi. 
«Qərbül-əsnad» adlı kitabda İmam Sadiq(ə.s)-in İmam Baqir(ə.s)-dən eşitdiyi hədis qeyd olunur: 
Bir  gün  həzrəti-Əli(ə.s)  ilə  Fatimə(s.ə)  ev  və  çöl  işlərini      öz  aralarında  bölüşdürməkdən  ötrü 
Peyğəmbər(s)-in yanına gələrək onların arasında qəzavət etməsini xahiş etdilər. Peyğəmbər(s) ev 
işlərini Fatimə(s.ə)-nin, çöl işlərini isə Əli(ə.s)-nin öhdəsinə qoydu. Fatimə(s.ə): 
 «Təkcə  Allah  şahiddir  ki,  mən  bu  bölgüdən  necə    xoşhal  və  razıyam,  çünki  Allahın  Rəsulu(s) 
mənə elə iş tapşırdı ki,  mənim daha  evdən bayıra çıxmağıma  ehtiyac yoxdur və naməhrəmlərin 
gözündən uzaq olacağam», ¬¬¬– deyə buyurdu. 
Mələklər həzrəti-Zəhra(s.ə)-nın xidmətində. 
Xəraic Ravəndinin kitabında Salmanın söylədiyi belə bir hədis qeyd olunur: 
 Həzrəti-Zəhra(s.ə)-nın  evində  idim.  Xanım  Fatimə(s.ə)-nin  əyləşərək  dəyirmanda  arpadan  un 
üyütdüyünün şahidi oldum. Dəyirmanın dəstəyi qana  bulaşmışdı. Hüseyn(ə.s) (o zaman südəmər 
körpə idi) evin bir tərəfində aclıqdan ağlayırdı. 
Söylədim ki, ey Peyğəmbər(s)-in qızı, özünüzü bu qədər zəhmətə salmayın. İndi sizin Fizzə kimi 
kəniziniz var. O, xidmətinizdə hazırdır. Belə olduqda həzrəti-Zəhra(s.ə) buyurdu: 
 – Allahın Rəsulu mənə belə göstəriş vermişdir ki, evin işlərini növbə ilə bir gün mən, bir gün isə 
Fizzə görsün. Dünən Fizzənin növbəsi idi, bu gün isə mənim növbəmdir.  
Söylədim: 
– Ey Peyğəmbər(s)-in qızı, mən sizin azad etdiyiniz qulam və xidmətinizdə hazıram. Mənə əmr 
et, ya dəyirmanda arpa çəkim, ya da Hüseyn(ə.s)-i saxlayım. 
Xanım buyurdu:  
– Hüseyn(ə.s)-i mən saxlayaram, sən dəyirmanda arpa üyüt. 
Mən  bir  az  arpa  üyütdüm.  Azan  səsi  gəldi.  Məscidə  gedib  namazı  Rəsuli-əkrəm(s)  ilə  birgə 
qıldım.  Namazdan  sonra  bu  hadisəni  Əli(ə.s)-yə  söylədim.  O  Həzrət  gözləri  yaşarmış  halda  
ayağa  qalxıb  evə  getdi.  Bir  az  keçməmiş  gördük  ki,  gülə-gülə  qayıtdı.  Rəsuli-əkrəm(s)  ondan 
gülməyinin  səbəbini  soruşduqda  buyurdu  ki,  evə  getmişdim,  içəri  daxil  olanda  gördüm  ki, 
Fatimə(s.ə) arxası üstə yuxuya dalmış, Hüseyn(ə.s) də sinəsi üstündə yatmışdı, dəyirman da  onun 
qarşısında öz-özünə fırlanırdı. 
Peyğəmbər(s) gülüb buyurdu: 
–  Ey  Əli,  məgər  bilmirsənmi,  Allahın  elə  mələkləri  var  ki,  Mühəmməd  və  ali  Mühəmmədə 
xidmmət  etmək  üçün  yer  üzünü  gəzib  dolaşırlar.    Onların  bu  xidməti    qiyamətə    kimi  davam 
edəcəkdir. 


14 
 
Peyğəmbər(s)-in həzrəti-Zəhra(s.ə)-ya yardımı. 
Başqa bir rəvayətdə belə nəql olunur ki,  bir gün həzrəti-Mühəmməd(s) əmirəl-möminin Əli(ə.s)-
nin evinə daxil olduqda  qızının o Cənabla birgə dəyirmanda qavərs   üyütməklə məşğul olduğunu 
görür  və  belə  buyurur:  «Hansınız  yorulmusunuzsa,  mən  onu  əvəz  edim».  Əli(ə.s)  ərz  etdi  ki, 
Fatimə (s.ə) yorulmuşdur. Peyğəmbər(s) Fatimə(s.ə)-yə söylədi: «Qalx, əziz qızım!» Fatimə(s.ə) 
ayağa qalxdı. Peyğəmbər(s) Fatimə(s.ə)-nin yerində oturub Əli(ə.s)-yə kömək eləməyə başladı. 
Bu hərəkətlə Allahın Rəsulu(s) ümmətinə öyrətdi ki, əgər xanım ev işlərində əziyyət çəkirsə, ona 
kömək etmək lazımdır. 
 
Həzrəti-Zəhra(s.ə)-nın xörəyinin  bərəkəti. 
Məşhur kitabların bir qismində Cabir ibn Abdulla Ənsarinin söylədiyi hədis qeyd olunmuşdur: 
– Peyğəmbər(s) bir neçə gün  yeməyə bir şey tapmadığı üçün aclıqdan əziyyət çəkirdi. Öz həyat 
yoldaşlarının otaqlarında yemək olmadığından qızı Fatimə(s.ə) buyurdu : «Qurbanın olum bizim 
evdə də yemək yoxdur». Rəsuli-əkrəm(s) qonşulardan birinə müraciət edib onlardan iki tikə çörək 
və  bir  az  da  ət  alaraq    Fatimə  (s.ə)  üçün  göndərdi.  Fatimə(s.ə)  bunları  alıb  qaba  qoydu,  ağzını 
bağlayıb  dedi:  «Mən  Allahın  Rəsulunu  özümdən  və  ailəmdən  qabaq  bilirəm»  (Halbuki  onlar 
hamısı aclıq çəkirdi). 
O  zaman  Fatimə(s.ə)  Həsən  və  Hüseyn(ə.s)  ilə  Peyğəmbər(s)-ə  xəbər  göndərdi.  Peyğəmbər(s) 
gələndə Fatimə(s.ə) göndərilən hədiyyə  barədə  ona danışdı. Həzrəti-Mühəmməd(s) buyurdu ki, 
o qabı buraya gətirsin. Fatimə(s.ə) qabı Peyğəmbər(s)-in yanına gətirdikdə Rəsuli-əkrəm(s) qabı 
alıb qapağını qaldırır, bu zaman qabın çörək və ətlə dolu olduğunu  görüb sevinir. 
Cabir deyir  ki,  bunu  gördükdə  çox  təəccübləndim.  Başa  düşdüm  ki,  bu,  Allah  kəramətindən  bir 
nümunədir. İlahinin həmd və şükrünü yerinə yetirdim və Peyğəmbərinə salam göndərdim. Rəsuli-
əkrəm(s) Fatimə(s.ə)-yə dedi ki, bunlar haramdır? 
Fatimə(s.ə) ərz etdi : «Tanrı öz dərgahından hər kəsə istəsə, bol-bol ruzi verər». 
Peyğəmbər(s)  Əli(ə.s)-nin  dalınca  adam  göndərdi.  Hamı  yığışdı.  Peyğəmbər(s)-in  zövcələri  və 
bütün evdə olanların hamısı o yeməkdən yedilər. Lakin qab yenə dolu idi. Fatimə(s.ə) buyurdu ki, 
o xörəkdən bütün qonşulara göndərin. Allah-təala bu xörəyə bol-bol xeyir və bərəkət verdi, belə 
ki bu cür bərəkəti vaxtilə  həzrəti- Məryəm(s.ə)-ə də əta etmişdi.»  
Fatimə(s.ə)-nin  ibadətinə bir baxış. 
Həsən  Bəsri  (tanınmış  zahid)  yazır:  «İslam  ümməti  arasında    ibadətdə  Fatimə(s.ə)-nin  misli  ola 
bilməz. O xanım ayaqları qabar olana qədər ibadət edirdi.» 
Bir gün Rəsuli-əkrəm(s) Qızı(s.ə)-dan soruşdu:  
– Qadın üçün ən yaxşı şey nədir? 


15 
 
O cavab verdi: 
– Naməhrəm kişiyə baxmaya və naməhrəm də onu görməyə. 
Peyğəmbər(s) bu sözü  eşitcək Fatimə(s.ə)-ni  bağrına  basdı və bu ayəni oxudu:  
«Onlar bir-birindən tutulmuş övladlardır. (Təqva və fəzilət nəzərindən.)» («Ali-İmran» surəsi, 34) 
İmam Həsən(ə.s)-dən anası ilə bağlı bir əhvalatı qeyd etsək, yerinə düşərdi:  
Cümə  gecəsində  anamı  mehrabda  ibadət  edən  gördüm.  O,  uzun  zaman  səcdə  və  ruku  halında 
qaldı. Sübh çağı yetişdikdə möminələrin adını bir-bir çəkərək onları dua etdi, lakin özünü heç dua 
etmədi.  Soruşdum  ki,  anacan,  başqaları  kimi  özün  barədə  niyə    dua  etmədin?  Anam:  «Oğlum, 
əvvəl qonşu, sonra ev», – deyə buyurdu. 
 Şeyx Səduq(r.ə) həzrəti-Zəhra(s.ə)-dan belə nəql edir: 
Rəsuli-əkrəm(s)-dən  eşitmişəm  ki,  cümə  günündə  elə  bir  saat  vardır  ki,  əgər  bir  müsəlman 
Allahdan bir şey diləsə,  Tanrı onun istədiyini verər. Bu, günəşin yarısının üfüqdə qalıb, yarısının 
batdığı zamandır. 
Fatimə(s.ə)  həmişə  öz  qulamına  buyurardı:  «Yuxarı  çıx,  nə  vaxt  gördün,  günəşin  yarısı  üfüqdə 
batdı, mənə xəbər ver ki, dua edim.» 
Rəvayətdə  nəql  olunur  ki,  o  Həzrət  mehrabda  dayanıb  ibadət  edən  zaman  onun  nuru  səma  əhli 
üçün ulduz kimi parlardı. 
Həzrəti-Zəhra(s.ə)-nın ər evində rəftarı. 
Bəni-Səd  qəbiləsindən  olan  bir  nəfər  Əmirəl-möminin  Əli(ə.s)-nin  həzrəti-Fatimə(s.ə)  haqqında 
ona danışdıqlarını belə nəql edir: 
Peyğəmbər(s)-imizin sevimli qızı olmasına baxmayaraq, kuzə ilə o qədər su daşıyardı ki, çiynində 
kuzənin  qulpunun  izi  qalar,  ev  süpürməkdən  və  qazan  altı  alışdırmaqdan  paltarları  hisli-tozlu 
olardı. Onun bu qədər əziyyət çəkdiyini gördükdə Fatiməyə dedim: 
 
– Atan Rəsuli-əkrəm(s)-in yanına gedib ev işlərində sənə kömək etmək üçün bir kəniz istəsəydin, 
yerinə düşərdi. 
Beləliklə,  Fatimə(s.ə)  atasının  yanına  gedir,  lakin  Peyğəmbər(s)-in  yanında  adam  olduğunu  
görüb heç nə demədən evə qayıdır. 
Həzrəti-Mühəmməd(s) Fatimə(s.ə)-nin nə üçünsə gəlib heç nə istəmədən geri qayıtdığını anlayıb, 
səhəri gün evimizə gəldi. Biz bu zaman hələ yataqdan qalxmamışdıq. 
Rəsuli-əkrəm(s) adəti üzrə üç  dəfə  salam verərdi (icazə  məqsədilə). Əgər icazə verilsəydi, daxil 
olardı, yox, əgər icazə verilməsəydi, qayıdıb gedərdi. Dedim: 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə