Microsoft Word beytul-ehzan doc



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə4/47
tarix03.08.2018
ölçüsü1,24 Mb.
#60676
1   2   3   4   5   6   7   8   9   ...   47


 
İbn Üneyn Yəmən Sultanı olan Əziz ibn Əyyuba şikayət məktubu yazaraq ondan yardım istəyir. 
Həmin vaxtda da Yəmən hökmdarının  qardaşı  Məlik Nasir də qardaşından dəniz kənarında bir 
müddət qalması üçün icazə istəmişdi. 
İbn Üneyn öz naməsində qəsidə ilə hökmdarı onu qarət edən seyyidlərdən intiqam almağa təhrik 
edirdi. Həmin  qəsidənin ilk bəndlərinin məzmunu  təqribən belədir:  
«Sənin yaxşılıq və səxavətin fəsahət və bəlağət alimlərini  onları bəyan etməkdə  aciz qoyubdur. 
Sən  yaxşılıq  və  səxavətdə  elə  bir  dərəcəyə  yetişmisən  ki,  yaxşılar  və  xeyirxahlar  sərhəddindən 
çox-çox yuxarılara qalxmısan.  «Mən xaçpərəst müstəmləkəçilərin əsarəti altında  olan sahili fəth 
etmişəm»,-deyib çox da öyünmə. Çünki bu əsarət altında olmuş sahillə Ədən arasında çox böyük 
fərq vardır (sahil hara, Ədən hara?). Sən əgər cihad etmək istəyirsənsə, qılıncını Allahın vacibat 
və  sünnəsini  tapdayan  tayfaya  qarşı  çək.  Öz  qılıncınla  Allah  evini  (Məkkəni)  murdar  və  Bəni-
Davud  tayfası  kimi  alçaq  qəbilələrdən  təmizlə.  Demə  ki,  onlar  Fatimə(s.ə)-nin  övladlarıdır  və 
onlarla döyüşmürəm. Çünki bu oğru  və quldur seyyidlər Əbu Süfyan ailəsi ilə əlaqə  yaratsalar, 
İmam Həsən(ə.s)-i öldürmək üçün belə əlbir olarlar.» 
Elə  ki  İbn  Üneyn  bu  qəsidəni  yazıb,  Yəmən  hökmdarına  göndərdi,  yuxuda  görıdü  ki,  Kəbənin 
kənarındadır. Həzrəti-Fatimə(s.ə) də ordadır və Kəbəni təvaf edir, yəni Kəbə ətrafına dövrə vurur. 
Qabağa  gəlib  salam  verdi.  Lakin  həzrəti  Fatimə(s.ə)  onun  cavabını  almadı.  Ağlayıb  acizanə  o 
Həzrətə ərz etdi ki, mənim günahım nədir ki, salamımı almadın? Həzrəti-Zəhra(s.ə) ibn Üneynə 
şerlə cavab verdi. Həmin şerin məzmunu təqribən belədir:  
«Fatimə(s.ə)-nin  bütün  övladlarının  alçaq  və  ləyaqətsiz  olması  qeyri-mümkündür.  Lakin  ruzigar 
məkr, hiylə ilə bizə  zülm və pislik etdi. Əgər övladlarımdan biri ləyaqətsizlik edərsə, sən qəsdən 
onların  hamısına  nalayiq  sözlər  deməməlisən.  Get,  öz  əməlindən  tövbə  et.  Çünki  hər  kim  bizə 
pislik edib sonra qayıdıb tövbə etsə, Allah-təala onu bağışlayar. Babaları həzrəti-Mustafa(s)-nın 
xatirinə  onları  əzizlə.  Onun  ailəsindən  olan  şəxsi  incidib  təhqir  etmə.  Həzrəti-Rəsul(s)-un 
ailəsindən sənə hər nə yetişsə, qiyamət günü onun mükafatını bizimlə görüşəndə  alacaqsan». 
İbn  Üneyn  deyir  ki,  bu  halda  ağlaya-ağlaya  vahimə  içində  yuxudan  ayıldım,  başa  düşdüm  ki, 
həzrəti-Siddiqeyi-Tahirə(s.ə)-nin bərəkəti sayəsində bədənimin bütün yaraları sağalmışdır. Dərhal 
tövbə  etdim.  Dediyim  sözlərdən    peşman  oldum.  Sonra  üzrxahlıq  əvəzi    olaraq  bu  şeri  yazdım. 
Şerin məzmunu belədir:  
«Bəşəri haqqa hidayət etmək üçün gəlmiş  Peyğəmbər(s)-in qızının hüzurunda  üzr istəyirəm ki, 
cinayət edən günahkarın  günahından keçsin. Öz dediklərimi geri götürərək danışdığım sözlərdən 
tövbə  edirəm.  Bundan  sonra  Allaha  and  olsun  ki,  əgər  onlardan  biri  (Fatimə(s.ə.)-nin 
övladlarından) məni qılıncla tikə-tikə doğrasa belə, onun bu hərəkətini nalayiq bilmərəm. Əksinə, 
bunu ləyaqətli bir əməl təki qəbul edərəm». 
İkinci hissə 
Həzrəti-Zəhra (s.ə)-nın fəzilətləri. 
 «Kisa»  və «Mübahilə»  əhlindən biri  sayılan Fatimə(s.ə) ən çətin dövrdə Allah yolunda hicrət 
edən,  şərəfinə «Təthir» ayəsi nazil olan şəxsiyyətlərdəndir. Cəbrayıl da onlarla birgə ağlamasına 



 
fəxr  etmişdi.  Allah-təala  onların  paklıq  və  doğruluğuna  şəhadət  vermişdir.  O,  İmamların  anası 
olmaqla  yanaşı,  Peyğəmbər(s)-in  nəslinin  ondan  doğulub  qiyamətə  kimi  davam  edəcək 
yadigarıdır. Bu nurlu vücud əvvəldən axıra hər iki dünya qadınlarının xanımıdır. O, sözündə və 
danışığında həzrəti-Mühəmməd(s)-ə ən çox oxşayan şəxs idi. Onun əxlaq və həyat tərzi Rəsuli-
əkrəm(s)-in  həyat  tərzi    və  əxlaqını    xatırladırdı.  Yerişi  sanki  Peybəmbər(s)-in  yerişi  idi.  O, 
həmişə atasının yanına gələndə  Rəsuli-əkrəm(s) qızını  mehribanlıqla qarşılayar, əlindən öpər, nə 
zaman behişt ətrini duymaq istəsə idi, onu iyləyər və buyurardı:  
«Fatimə  bədənimin  parəsidir.Kim  onu  sevindirsə,  məni  sevindirib,  kim  ona  pislik  etsə,  mənə 
pislik edibdir».  
«Fatimə mənə hamıdan əzizdir». 
Peygəmbər(s)-in Fatimə(s.ə)-yə olan sonsuz məhəbbətini ifadə etdirən  «ya həbibətə əbiha»-kimi 
kəlamlarını misal göstərmək olar ki,  bu da «ey atasının dostu və məhbubu» mənasındadır. 
Təbəri  Şiyi  İmam  Baqir(ə.s)-ə,  İmam  da  öz  Cəddinə  əsaslanaraq    Fatimə(s.ə)-nin  dilindən  belə 
nəql edir ki, bir gün Allahın Rəsulu(s) mənə belə xitab etdi:  
«Ey atasının dostu və məhbubu! Hər bir məstedici haramdır və hər bir məstedici şərab sayılır». 
Allah üçün dostluq. 
Xatırladaq ki, Allaha daha yaxın olan insanlar öz övladlarını, yaxın qohum-əqrəba və dostlarını 
instinktiv olaraq sevməmişlər, əksinə, onlar hər cür nəfsani, eləcə də qeyri-insani hisslərdən uzaq 
olmuşlar.  Belə  şəxslərin  məhəbbəti  ixlas  üzündən,  habelə  Allaha    görə  olmuşdur.  Allahdan 
digərinə  olan  sevgiləri  isə    elə  yenə  də  Allahın  özünə  qayıdır  və  Allaha  xatir  olur.  Məhz  buna 
görə  də  həzrəti-Yəqüb(ə.s)  Yusif(ə.s)-i    başqa  övladlarından  daha  çox  sevirdi.  Nəticədə, 
Yəqub(ə.s)-un  o  biri  övladları  onun  Yusif(ə.s)-i  nə    səbəbə  belə    çox  sevdiyindən  xəbərsiz 
olduqları  üçün  pis  fikirlərə  düşmüşdülər.  Onu  yolunu  azmış  kimi  qələmə  verib,  həmişə 
deyinirdilər: «Yəqub(ə.s)-un bu  məhəbbətinə biz layiqik, çünki dünya işlərini yerinə yetirməkdə  
biz ondan(Yusifdən) daha bacarıqlı və daha güclüyük ». 
Amma Yəqub(ə.s)-un Yusif(ə.s)-ə olan məhəbbəti maddi səbəblər üzündən deyil, əksinə, Allahın 
Yusif(ə.s)-i  sevdiyinə  və  onu  qardaşlarının  arasından  seçəcəyinə  görə  idi.  Yəqin  ki,  Allahın 
sevimlisi onun Peyğəmbər(s)-inin də məhbubu, sevimlisi olacaqdır. 
Kuleyni Məhəmməd ibn Sənandan belə nəql edir: 
Bir  gün  İmam  Cavad(ə.s)-a  müsəlmanlar  arasında  baş  vermiş  ixtilaflı  bir  mövzu  barədə  söhbət 
açdım.    O  da  mənim  cavabımda  belə  buyurdu:  «Ey  Məhəmməd!  Bil  ki,  Allah-təala    həmişəki 
kimi  yeganə  və  misilsizdir.  Ondan  sonra  Mühəmməd(s),  Əli(ə.s)  və  Fatimə(s.ə)-nin  nurunu 
yaratdı.  O  pak  üç  nur  min  illərlə  beləcə  qaldı.  Daha  sonra  Allah-təala  bütün    mövcudatı    xəlq 
edərək  onları  məxluqatın  yaradılışına    şahid  etdi.  Bütün  yaradılmışların  arasında  yalnız  onlara 
itaət  etməyi  buyurdu,  məxluqatın  bütün  işlərini  onlara  həvalə  etdi. Beləliklə, onlar  (Mühəmməd 
(s),  Əli(ə.s),  Fatimə  (s.ə))  istədikləri  şeyi  halal  və  haram    edə    bilərlər.  Lakin  onu  da  bilmək 
lazımdır ki, bu üç müqəddəs vücud Allahın istədiyini  istər, onun qəbul etmədiyini sevmək və ya 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə