Microsoft Word beytul-ehzan doc



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə7/47
tarix03.08.2018
ölçüsü1,24 Mb.
#60676
1   2   3   4   5   6   7   8   9   10   ...   47

16 
 
– Salam, ey  Allahın Rəsulu, buyurun içəri. 
O Həzrət buyurdu: 
– Fatimə, dünən mənim yanıma nə üçün gəlmişdin, istədiyini söylə.  
Fatimə(s.ə)  həya  edərək  heç  nə  demədi.  Qorxdum  ki,  əgər  mən  cavab  versəm,  Peyğəmbər(s) 
qalxıb gedər. Ərz etdim: 
-Ey  Allahın  Rəsulu,  qoy  mən  səni  xəbərdar  edim.  Fatimə  o  qədər  su  çəkib  ki,  sinəsində  qabın 
dəstəyinin izi qalıb. Dəyirmanda  un üyütməkdən əlləri  qabar bağlayıbdır. Ev süpürüb  qazan altı 
alışdırmaqdan  paltarlarının  rəngi  dəyişmişdir.  Buna  görə  də  mən ona dedim  ki, yaxşı  olardı  ki, 
atanın yanına  gedib ev işlərində sənə kömək etmək üçün bir kəniz istəyəsən. 
Peyğəmbər(s) buyurdu: 
–  İstəyirsizmi,  sizə  elə  kəlam  öyrədim  ki,  xidmətçidən  daha  yaxşı  olsun?  Yataq  otağına  gedən 
zaman otuz üç dəfə «subhanəllah», otuz üç dəfə «əlhəmdulillah» və otuz üç dəfə «Allahu Əkbər» 
deyin. 
 Bu zaman Fatimə(s.ə) ayağa durub üç dəfə təkrar etdi:  
– Allah və Rəsulundan razı qaldım. 
Əbubəkir  Şirazinin  (sünni  alimlərindəndir)  məşhur  kitabında  nəql  olunur  ki,  həzrəti-Zəhra(s.ə) 
Peyğəmbər(s)-ə öz vəziyyətini söyləyib kəniz istəyən zaman Ata(s)-sı ağlayıb buyurmuşdu:  
–Fatimə, and olsun məni peyğəmbərliyə seçən Allaha! Məsciddə dörd yüz nəfər kişi vardır ki, nə 
yeməkləri  var,  nə  də  geyimləri.  Əgər  fəzilətinin  itmək  qorxusu  olmasaydı,  mən  sənin  istədiyini 
edərdim. İstəmirəm ki, əcr və mükafatın səndən alınıb sənin kənizinə verilsin. 
Sələbinin təfsirində İmam Baqir(ə.s)-dən, Qüşeyrinin təfsirində isə Cabir ibn Abdulla Ənsaridən 
nəql  olunan  hədisdə  deyilir  ki,  həzrəti-Mühəmməd(s),  Fatimə(s.ə)-nin  əynində  yun  paltar 
dəyirmanda un üyüdə-üyüdə uşağa süd verdiyini gördükdə Onun gözləri yaşardı və buyurdu:  
–Ey qızım, axirətin şirinliyi üçün dünyanın çətinliyinə döz! 
Fatimə söylədi:  
–Ey Peyğəmbərimiz, Allaha nemətləri və əta etdiklərinə görə həmd, şükr olsun. 
Zəhra(s.ə)-nın kənizi Fizzənin elminə bir baxış. 
Əbulqasim  Qureyşi  öz  kitabında  bəzi  səhabələrdən  nəql  edir  ki,  Zəhra(s.ə)-nın  kənizi  Fizzə 
səhrada həcc karvanından geriyə  qalıb itmişdi. Karvandan arxada qalmış Abdulla Mübarək adlı 
biri  deyir  ki,    səhrada    bir  nəfər  yalqız  qadın  gördüm.  Mən  dəvə  ilə  onun  yanına  gedib  hər  nə 
soruşurdumsa, «Quran» ayəsi ilə cavab verirdi. Ondan soruşdum: 
– Sən kimsən? 


17 
 
Dedi:  
– «Və de salam olsun sizlərə, tezliklə biləcəklər». («Zuxruf», 89) 
Ona salam verib dedim:  
         – Sən burada neyləyirsən? 
Qadın cavab verdi:  
– «Allah-təala hər kəsi hidayət etsə, yolunu azmaz». («Zümər», 37) 
Başa düşdüm ki, yolu azıbdır. Soruşdum: 
– Cinlərdənsən, yoxsa insanlardan? 
Dedi:  
– «Ey Adəm övladları, bəzəklərinizi, zinətlərinizi götürün».  
(«Əraf», 31) 
Əmin oldum ki, Adəm övladıdır. Soruşdum:  
– Haradan gəlirsən? 
Dedi: 
– «Onlar uzaq yerdən səslənərlər». («Fussilət»,44) 
Anladım ki, uzaq yoldan gəlir. Dedim: 
–Hara gedirsən? 
Dedi:  
– «Allah-təala imkanlı şəxslərə Kəbənin həccini vacib etdi». («Ali-İmran»,97) 
Onun Məkkəyə getdiyini bilib dedim:  
– Karvandan nə vaxt ayrı düşmüsən? 
– «Biz göyləri və yeri və yerin  altında olanları altı günə yaratdıq». («Qaf», 39) 
Ayədən məlum oldu ki, altı gündür, karvandan ayrı düşüb. Sual etdim:  
– Yemək istəyirsənmi? 
– «Biz onları yemək yeməyən cəsədlər tək yaratmadıq».  
(«Ənbiya», 8) 


18 
 
Başa düşdüm ki, acdır. Dedim: 
– Tələs, tez gəl. 
– «Allah-təala heç kimin boynuna gücündən artıq yük qoymaz». («Bəqərə», 286) 
İndi də yorulub, yeriməyə taqəti olmadığını anlayıb dedim:  
– Gəl dəvəyə min, arxada əyləş. 
–  «Əgər  yerdə  və  göydə  yeganə  Allahdan  başqa  allahlar  olsaydı,  yer-göy  bir-birinə  dəyərdi». 
(«Ənbiya», 22) 
Demək, mənimlə birgə  dəvədə oturmağa həya edir. Dəvədən düşüb onu təkcə mindirdim. Elə ki 
dəvəyə mindi, dedi:  
– «Pak və münəzzəhdir o Allah ki, bunu bizə müti etdi ». («Zuxruf», 13) 
Karvana çatan zaman ondan soruşdum:  
– Karvanda sənin qohum-əqraban varmı? 
Dedi:  
– «Ey Davud, biz səni Yer üzündə öz xəlifəmiz etdik(qərar verdik)». («Sad»,26) 
 – «Mühəmməd Peyğəmbərdən başqa bir şey deyildir». («Ali-imran», 144) 
 «Ey Yəhya, kitabı möhkəm tut». («Məryəm», 12) 
«Ey Musa, mənəm Allah». («Qəsəs», 30) 
Başa düşdüm ki, karvanda ona qohum olan Davud, Mühəmməd, Yəhya və Musa adında şəxslər 
vardır. Onları çağırdım. Dörd nəfər cavan o qadına tərəf gəldilər. Ondan soruşdum: 
– Bunlar sənin nəyindir? 
– «Mal və övlad dünya həyatının bəzəyidirlər». («Kəhf», 46) 
Məlum oldu ki, onlar qadının övladlarıdır. Əzizləri qadının yanına gələndə o dedi:  
– «Ey ata, onu qulluğa götür. Çünki yaxşı bir insanı qulluğa götürürsən. O, qüvvətli və əmin bir 
şəxsdir». («Qəsəs», 26) 
Qadın bununla onlara deyir ki, mənim  muzdumu versinlər.Onlar mənə bir miqdar pul verdilər. 
Əmn onlardan soruşdum:  
– Bu xanım kimdir? 
Dedilər:  


19 
 
–  Bu  qadın  həzrəti-Zəhra(s.ə)-nın  kənizi,  bizim  anamız  Fizzədir.  O,  iyirmi  ildir  ki,  Quran 
ayələrindən başqa bir söz danışmır.  
Həzrəti-Zəhra(s.ə) və onu sevənlərin fəziləti, behiştdəki məqamları. 
Əbu Cəfər Təbəri «Bəşarətül Mustafa» adlı kitabında Həmmam Əbi Əlidən belə nəql edir:  
Bir gün Kəbul Əhbardan soruşdum: 
 – Əli ibn Əbitalib(ə.s)-in dostları barədə fikriniz nədir? 
O dedi: 
–  Mən  onların  «Quran»da  vəsfini  tapmışam.  Onlar  Allahın  hizbi  ,  İslamın  köməkçiləri,  Allah 
vəlisinin  ardıcılları,  insanlar  arasında  Allahın  alicənab  və  seçilmiş  bəndələridirlər.  Allah-təala 
onları öz dini üçün seçib, behişti onlar üçün yaratmışdır. Behiştdə Firdovsi-Əlada şəffaf mirvari 
dənəsindən  və  ləl  cəvahirdən  düzəldilmiş  otaqlarda  yaşayarlar.  Onlar  müqəddəs  şəxsiyyətlərin 
arasındadırlar. Belə şəxslər hələ əl dəyməmiş içkilərdən içərlər. Bu içki onlara məxsus «Təsnim» 
adlı bulağın suyundandır. «Təsnim» Allah-təalanın həzrəti-Fatimə(s.ə)-yə əta etdiyi bulaqdır. Bu 
bulağın  mənbəyi  qübbəsi  soyuqluqda  kafur,  dadı  zəncəfil,  iyi  isə  müşk  kimi  olan  bir  sütunun 
dibindədir.  O  bulaq  arxlara  axar,  Fatimə(s.ə)-nin  dostları  da  ondan  içərlər.  Bu  qübbənin  dörd 
sütunu vardır. Onun bir sütunu da yaşıl zümrüddəndir. Həmin sütunun dibində isə təhur və baldan 
olan şərabla dolu daha iki bulaq vardır. Bu çeşmələrdən hər biri behiştin aşağı hissəsindən axır. 
Təkcə    Təsnim  çeşməsi  cənnətin  yuxarı  başında  axır.  Onun  suyundan  yalnız  behiştin  xüsusi 
adamları içəcəklər. Onlar Əli(ə.s)-nin dostlarıdırlar. Budur, Allah-təalanın «Quran»da buyurduğu 
kəlamın təfsiri:  
– «Onlar ağzı bağlı əl dəyməmiş şərabla sirab olarlar. O elə bir çeşmədir ki, ondan yalnız Allahın 
ən yaxın adamları içəcəklər.»(«Mutəffifin», 25-28) 
Sonra Kəbul  Əhbar  dedi:  «Allaha  and  olsun, Əli(ə.s)-nin  dostlarını  ancaq  Allahın  əhdü-peyman 
bağladığı şəxslər sevir». 
Əbu Cəfər Təbəri yuxarıdakı rəvayəti nəql edəndən sonra yazır ki, Peyğəmbər(s) və onun Əhli-
beyti(ə.s)-ni  sevənlərin,  bu  hədisi  qızıl  suyu  ilə  yazmağına  dəyər.  Onların  behiştin  bütün  ali 
dərəcələrinə əlləri çatacaqdır. Bu rəvayət əhli-təsənnündən də nəql olunmuşdur. 
Salmanın sualına cavab. 
Təbəri  öz  «Bəşarətül-Mustafa»  kitabında  «Kənz»  adlı  mənbəyə  istinad  edib  Əbuzərin  dilindən 
nəql edərək belə yazır: 
 Peyğəmbə (s)-in yanında idim, Bilal Həbəşi və Salman da Allahın Rəsulunu ziyarətə gəlmişdilər. 
Bu zaman Salman qəfildən həzrəti-Mühəmməd(s)-in ayağına düşüb  onun mübarək  ayaqlarından 
öpdü. Peyğəmbər (s) onu bu işdən çəkindirib buyurdu:  
– Ay Salman, əcəmlərin şahları üçün etdiklərini mənə qarşı etmə. Mən Allahın bəndələrindənəm 
və  bəndələr kimi də yeyib-içirəm. 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə