Microsoft Word beytul-ehzan doc



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə9/47
tarix03.08.2018
ölçüsü1,24 Mb.
#60676
1   ...   5   6   7   8   9   10   11   12   ...   47

23 
 
Fatimə (s.ə) və onun gələcəyi haqqında həzrəti-Mühəmməd(s)-in söylədikləri. 
Şeyx  Səduq  ibn  Abbasdan  eşitdiyi  bir  rəvayətdə    Peyğəmbər(s)-in  Əhli-beytinə  yetişəcək 
müsibətlər  barədə  irəlicədən  xəbər  verdiyini  nəql  edir.  Aşağıdakı  hissə  də  həmin  rəvayətdən 
götürülmüşdür: 
«Qızım  Fatimə(s.ə.)  əzəli  və  əbədi  olaraq  iki  dünyanın  qadınlarının  xanımıdır.  O,  mənim 
cismimin bir parəsi, gözümün nuru, qəlbimin meyvəsi və vücudumda olan ruhumdur. O «Hövrau-
Unsiyyə»dir.  Mehrabda  Allah  qarşısında  ibadət  etməyə  başladığı  vaxt  nuru  ulduz  kimi  səma 
mələkləri üçün parlayar. Bu zaman Allah-təala mələklərinə buyurar:  
«Ey mələklər, mənim qarşımda ibadət üçün dayanmış kənizlərimin sərvəri olan kənizimə tamaşa 
edin. Görün, mənim qarşımda bədəni  necə əsir. O, bütün varlığı ilə mənə ibadət edir. Sizi şahid 
tuturam ki, onun işlərini cəhənnəm atəşindən amanda saxlayacağam. (Yaxud sizə şəhadət verirəm 
ki, onun işlərini cəhənnəm atəşindən amanda saxlayacağam)». 
Müəllif  deyir  ki,  həzrəti-Mühəmməd(s)  bu  sözdən  sonra  buyurmuşdu:  «Mən  Fatimə(s.ə)-yə 
baxanda  yadıma  məndən  sonra  ona  üz  verəcək  müsibətlər  düşür.  Sanki  qəm  və  kədərin  onun 
evinə  necə  varid  olmasını,  ona  ediləcək  hörmətsizliyi,  haqqının  əlindən  alınmasını,  öz  irsinə 
yetişə bilməməsini, qabırğasının sındırılmasını, boynunda olan və hələ dünyaya gəlməmiş uşağın 
siqt  olunmasını,  onun  «Ya  Muhəmmədahu»  çığırmağını  elə  indidən  görurəm.  O,  bir  cavab 
eşitmir, lakin kömək istəyir. Heç kim də ona kömək etmir, həmişə məndən sonra hüznlü, qəmli və 
gözü yaşlıdır, hərdən belə fikirləşir ki, vəhy evindən kəsilib, mənim ayrılığıma mübtəla olubdur. 
Gecələr hövlank durur, ona görə ki gecə namazı  vaxtı mənim «Quran» oxumağımı eşidərdi. İndi 
isə  eşitmir.  Sonra  atasının  sağlığında  necə  əzizlənib,  nəvaziş  edildiyini  xatırlayıb  qəmli-qəmli, 
için-için  ağlayır. Bu zaman  Allah-təala  mələkləri  onun  munisi  edər. Mələklər həzrəti-Məryəmlə 
həmsöhbət olduqları tək onunla da elə həmsöhbət olarlar. 
 Ey  Fatimə,  Allah-təala  səni  seçdi  və  pak  etdi.  Səni  bütün  qadınların  xanımı  etdi.  Ey  Fatimə, 
Alahına ibadət və səcdə et. Allah dərgahında rukuda olanlarla ruku elə. 
Sonra elə bil görürəm ki, o, dərddən və qubardan xəstələnib, qulluğa ehtiyacı vardır. Tanrı İmran 
qızı  Məryəm(s.ə)-i  ona  baxmağa  göndərər.  Bu  vaxt  o,  Allah-təala  ilə  belə  dərdləşər:  «İlahi, 
həyatdan  doyub  yorulmuşam.  Dünyapərəst  insanların  əlindən  artıq  cana  gəlmişəm.  Məni  atama 
qovuşdur». 
Allah-təala da onu mənə yetirər. O, mənim Əhli-beytimdən qəmli, kədərli, haqqı qəsb olunmuş və 
öldürülmüş halda mənə  yetişəcək ilk şəxsdir. Bu vaxt Allaha yalvarıb deyərəm: «İlahi, ona zülm 
edən  şəxsləri  öz  rəhmətindən  uzaq  et.  Onun  haqqını  qəsb  edənləri  cəzalandır.  Onu 
kədərləndirənləri  xar  elə.  Qızımı  hamilə  ikən  zərbə  ilə  vurub  uşağını  hələ  dünyaya  gəlməmiş 
məhv edənləri isə əbədi olaraq cəhənnəm atəşinin sakini et.» 
Bu zaman mələklər deyərlər: «Amin! İlahi, bu duanı müstəcab elə». 
Həzrəti-Zəhra(s.ə)-nın ailə qurması. 
1.Zəhra(s.ə)-nın mehriyyəsi 


24 
 
«Biharül-Ənvar»da Şeyx Səduqun «Əmali» kitabına istinadən belə bir hədis qeyd olunmuşdur:  
İmam Sadiq(ə.s) belə söyləyir: «Rəsuli-əkrəm(s) Fatimə(s.ə)-ni həzrəti-Əli(ə.s)-yə ərə verdikdən 
sonra  bir  gün    onlara  getdiyi  zaman  həzrəti-Zəhra(s.ə)-nı  aglayan  görüb  buyurdu:  «Niyə 
ağlayırsan?  Allaha  and  olsun  ki,  əgər  mənim  xanədanımda  Əli(ə.s)-dən  üstün  bir  şəxs  olsaydı, 
mən səni ona ərə verərdim. Fatimə! Mən səni ona ərə verməmişəm, əksinə, səni ona həyat yoldaşı 
təyin etmişəm. Sənin mehriyyən üçün isə əbədi olaraq dünyanın beşdən biri verilibdir». 
2.Zireh pulundan cehiz 
Həzrəti-Əli(ə.s) cehiz hazırlanması barədə belə söyləyir: 
 Rəsuli-əkrəm(s) mənə dedi:  
__Dur get, öz zirehini (döyüş paltarı)sat. 
 Gedib  zirehimi  satdım,  pulunu    isə  gətirib  Rəsuli-əkrəm(s)-in  qarşısına  qoydum.  Peyğəmbər(s) 
qədərini məndən soruşmadı və  mən də bir söz demədim. Həzrəti-Mühəmməd(s) o puldan bir az 
götürüb Bilal Həbəşiyə verdi və buyurdu:  
__Bu pula Fatimə(s.ə) üçün gözəl bir ətir al. 
 Sonra həmin puldan bir az da Əbu Bəkrə verib aşağıdakıları almağa göndərdi. 
Əbu Bəkr də onların dediyini aldı. 
Aldıqları cehiz bunlardan ibarət idi: 
1.bir dəst köynək, 
2.bir ədəd yaylıq, 
3.qara xeybəri qətfə (yaxud qara əba), 
4.ortası xurma lifindən toxunmuş taxt (yaxud qatları xurma lifindən olan balış), 
5.biri yun, digəri isə xurma lifindən hazırlanmış iki ədəd Misir yorğanı, 
6.dörd ədəd Taif malı olan içi quru otla doldurulmuş, aşılanmış dəri mütəkkə, 
7.nazik yun pərdə, 
8.Həcər kəndində (Bəhreyn kəndlərindəndir) istehsal edilən bir ədəd həsir, 
9.əl dəyirmanı, 
10.bir ədəd mis teşt, 
11.su gətirmək üçün səhəng, 
12.bişmiş gil kasa, 


25 
 
13.suyu sərinləşdirən xüsusi məşk, 
14.çöl tərəfi rənglənmiş bişmiş gil kuzə, 
15. bişmiş gildən hazırlanmış yaşıl kuzə, 
16. bir neçə ədəd bişmiş gil bardaq. 
Bütün  bunlar  alınandan  sonra  Əbu  Bəkr  və  yoldaşları  əşyaları  Rəsuli-əkrəm(s)-in  yanına 
gətirdilər. Peyğəmbər(s) onları əlinə götürüb o üzə, bu üzə çevirərək buyururdu:  
«Allah-təala mübarək etsin». 
3.Toy şənliyi və toy gecəsinin təyin olunması 
Həzrəti-Əli  (ə.s)  buyurur:  «Beləcə,  bu  əhvalatdan  sonra  Rəsuli-əkrəm(s)  ilə  hər  gün  məsciddə 
namaz qılıb öz evimə qayıdırdım. Lakin evlənmək barədə onunla heç bir söhbət etmirdim. Bir ay 
ötdükdən  sonra Rəsuli-əkrəm(s)-in  zövcələri  mənə  dedilər:  «İstəyirsən,  biz  sənin  Fatimə(s.ə) ilə 
evlənməyin barədə Peyğəmbər(s)-lə söhbət edək». 
 Razılıq verdim. Onlar Rəsulullah(s)-ın hüzuruna getdilər. Ümmü Əymən  dedi:  
-Ey Allahın Rəsulu, elə bir iş üçün gəlmişik ki, əgər Xədicə(s.ə) sağ olsa idi, sevinərdi. Əli(ə.s) 
istəyir ki, həyat yoldaşını evinə aparsın. Əli(ə.s) ilə görüşü münasibəti ilə bizə və Fatimə(s.ə)-yə 
gözaydınlığı ver. 
Rəsuli-əkrəm(s) buyurdu:  
__ Bəs nə üçün Əli(ə.s) özü gəlib mənə demir? Biz gözləyirdik ki, o özü gəlsin.  
__ Ey Allahın Rəsulu, səninlə bu barədə danışmağa həya edir. 
Peyğəmbər(s) soruşdu: 
 __ İndi burada kim var? 
 Ümmü Sələmə Zeynəbin və bir neçə nəfərin adını sadaladı. Peyğəmbər(s) buyurdu:  
__ Qızım və əmim oğlu üçün otaqlardan birini hazırlayın. 
__ Hansını? 
__ Öz otağımı. 
Sonra həzrəti-Mühəmməd(s) qadınlara və zövcələrinə tapşırıq verdi ki, Fatimə(s.ə)-ni özunə layiq 
bəzəsinlər.  
Ümmü Sələmə deyir:  
Həzrəti-Zəhra(s.ə) sonra bir şüşədə ətir gətirdi, ondan bir az  da ovcuma tökdü. Elə gözəl qoxusu 
vardı ki, həyatımda belə ətir görməmişdim. Dedim: 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə