Microsoft Word beytul-ehzan doc



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə12/47
tarix03.08.2018
ölçüsü1,24 Mb.
#60676
1   ...   8   9   10   11   12   13   14   15   ...   47

32 
 
-Ey  mədinəlilər, öz sözünüzün  üstündə  möhkəm durun. Bu şəxsin (Ömər) və əshabının sözünü 
qəbul  etməyin  ki,  sizi  fikrinizdən  döndərməsinlər.  Əgər  müxalif  olsalar,  onları  öz  şəhərimizdən 
qovun. Çünki xilafətə siz layiqsiz. Onları Mədinədən çıxartmaq sizin qılıncınızdan asılıdır. Xalq 
bu işdə sizinlə əlbir və sizə arxadır. Mən bu yolda möhkəm və yıxılmaz bir sütun kimi dayanmış, 
dəvələrin  yatağında  öz  çirkin  bədənlərini  qaşımaq  üçün  basdırılmış  dirək  kimi  (xilafət  işlərini 
qaydaya  salmaq  üçün)  müqavimət  göstərərəm.  Mən  heç  kimdən  qorxmayan  şir  ürəkli  bir 
adamam. Allaha and olsun! Əgər istəsəniz, mən onun (Ömərin) qollarını arxasına çataram. 
Ömər ibn Xəttab dedi:  
__ Onda Allah səni öldürsün.  
Hübab cavab verdi: 
__ Allah səni öldürər. . 
Bu zaman Əbu Übeydeyi Cərrah məclisdəkiləri sülhə çağırdı:  
__  Ey  Mədinə  müsəlmanları!  Siz  Peyğəmbər(s)-ə  (Mədinədə)    kömək  edən  ilk  şəxslər 
olmuşsunuz. Barı indi İslam hökumətini bir-birinə  vurmaqda birinci olmayın. 
Noman  ibn    Bəşirin  atası  Bəşir  ibn  Səd  irəli  çıxıb:  «Ey  mədinəlilər!  Bilin  ki,  Mühəmməd(s) 
Qüreyş  qəbiləsindəndir.  Onun  qohum-əqrabası  o  Həzrət(s)-ə  daha  yaxındır.  Məni  xilafət 
məsələsində  onlarla müxalif  bilməyin», __  deyə söylədi. 
4.Əbu Bəkrin qərarı və ona beyət 
Bu vaxt Əbu Bəkr ayağa durub təkrar etdi:  
__Bu, Ömər və Əbu Übeydiyyədir. Onlardan birinə __ hansına istəyirsiniz,  beyət edin. 
Ömərlə  Əbu Übeydə dedilər:  
__  Allaha  and  olsun  ki,  xilafətə  gəlmək  üçün  səndən  qabağa  keçmərik.  Sən  mühacirlərin  ən 
yaxşısı, dinin ən gözəl qanunu olan namazın bərqərar olunmasında Peyğəmbər(s)-in canişinisən. 
İndi əlini uzat ki, biz sənə beyət edək. 
Əbu Bəkr Ömərə və Əbu Übeydeyə beyət etmək üçün əlini uzatdıqda Bəşir ibn Səd: «Əbu Bəkrə 
beyət etməsəniz, Xəzrəc tayfası onunla əlbir olacaq»,__ deyə onları qabaqladı. 
Bu  vaxt  adamlar  hər  tərəfdən  gəlib  Əbu  Bəkrə  beyət  edirdilər.  Bu  arada  öz  yatağındaca  xəstə-
xəstə bura gətirilmiş Səd ibn Übadə az qaldı ki, ora yığışanların ayaqları altında qalıb tapdansın. 
O, ucadan qışqırdı:  
__ Məni öldürdünüz. 
 Ömər dedi:  
__ Sədi öldürün. Allah öldürsün onu.  


33 
 
 
5.Sədin Ömərə münasibətinin soyuması və ona beyətdən imtina etməsi 
Bu zaman Sədin oğlu (Qeys ibn Səd) sıçrayıb Ömərin saqqalından tutaraq hədələdi:  
__ Ey döyüşlərdən qorxub qaçan, camaat içində  gizlənib özünü şir kimi aparan Səhhakın oğlu. 
Allaha  and olsun! Əgər  Sədin başından  bir tük belə əksik olsa, səni elə günə salarıq ki, üzünün 
sümüyü görsənər. 
Əbu Bəkr Ömərə: 
__ Sakit ol, güzəşt elə, çünki güzəştə getmək yaxşı və bəyənilmişdir. 
Səd ibn Übadə Ömərə dedi:  
__  Ey  Səhhakın  (Ömərin  nənəsi  olan  Həbəşistanlı  kəniz)  oğlu!    Allaha  and  olsun!  Əgər  xəstə 
olmasaydım,  ayağa  qalxmağa  taqətim  olsaydı,  səni  və  Əbu  Bəkri  Mədinənin  küçələrində 
süründürərdim. O vaxt olsaydı, nənəmin qorxusundan Mədinədən qaçardınız. Sizin hər ikinizi elə 
tayfaya qatardım ki, nəinki başqaları sizə tabe olmazdı, əksinə, özünüz onların qarşısında zəlil və 
müti olardınız. Ey xəzrəclilər, məni bu çuxurdan qaldırın. 
Onlar Sədi yatağından qaldırıb evə apardılar. Sonra Əbu Bəkr Səd üçün xəbər göndərdi ki, xalq 
mənə beyət etdi, sən də beyət et. 
Səd dedi:  
__ Allaha and olsun! Oxum qurtarmayana və nizəmlə sizi al qana boyamayana qədər sizə beyət 
etmərəm.  Nə  qədər  ki  əlimdə  qılınc  var,  sizinlə  döyüşəcəyəm.  Allaha  and  olsun!  Cinnü-ins 
yığışsa, mən sənə beyət etməyəcəyəm. 
Sədin sözünü Əbu Bəkrə yetirdilər. Ömər dedi:  
__Heç bir çarə yoxdur, o beyət etməlidir. 
Bəşir ibn Səd Ömərə belə məsləhət verdi:  
__  Ömər,  Səd  ölənə  qədər də  beyət  etməyəcəyək.  Əgər  o  öldürülsə,  Ovs  və Xəzrəc tayfalarının 
hər ikisi onunla bir öləcəklər. Onu öz ixtiyarında qoyun. Sədin evdə oturmağı sizin işinizə xələl 
yetirməz. 
Ömər və onun həmfikirləri Bəşirin sözünü qəbul edib, Sədi öz başına buraxdılar. 
Səd  ibn  Übadə  onların  namazında  iştirak  etmir,  ziddiyyətli  məsələlərdə  qəzavət  etmək  üçün 
onların yanına getmirdi. Əgər arxası olsaydı, onlarla döyüşərdi. O, Əbu Bəkrin xilafəti dövründə 
beləcə  dövran  keçirirdi.  Əbu  Bəkrdən  sonra Ömər  ibn  Xəttab  xilafət  başına  gələndə   də  Səd bu 
minvalla  öz  yolunu  (beyət)  etməmək)  davam  etdirirdi.  Ömərlə  üzləşməmək  üçün  Şama  tərəf 
gedərək bir müddət sonra Ömərin xilafəti zamanında Həvəran ölkəsində onların heç birinə beyət 


34 
 
etmədən  dünyadan  köçmüşdü.  Gecə  vaxtı  Sədi  oxla  vurub  öldürmüşdülər.  Şəhərdə  onun  cin 
tayfası tərəfindən öldürülməsi şayiəsi yayılmışdı.  
6. Sədin cinlər tərəfindən öldürülməsinin saxta dastanı. 
Məşhur tarixçi Bilazəri  yazır ki, Ömər ibn Xəttab Xalid ibn Vəlidlə Məhəmməd ibn Müslimeyi 
Ənsariyə Səd ibn Übadəni öldürmələri barədə göstəriş vermişdi. Nəticədə, onların hər biri Sədə 
bir  neçə  ox  ataraq  onu    öldürmüşdülər.  Sonra  xalq  arasında  belə  şayiə  yaydılar  ki,  guya  Sədi 
cinlər öldürüb və adamların dilinə bu şeri saldılar (ki, cinlər deyir): «Xəzrəc tayfasının rəisi Səd 
ibn Übadəni biz öldürdük. Ona iki ox atdıq, oxlar xətaya uğramayıb onun ürəyinə batdı». 
7. Səqifə əhvalatı barəsində İbn Əbil Hədidin söylədiyi başqa bir                    rəvayət 
İbn Əbil Hədid də məşhur mənbələrə istinad edərək belə yazır: «Elə ki Peyğəmbər(s) dünyadan 
köçdü,  mədinəlilər  ibn  Übadənin  ətrafına  yığışdı.  Əbu  Bəkr,  Ömər  və  Əbu  Übeydə  də  onların 
yanına getdilər. Ənsardan olan Hübab ibn Münzir dedi: «Gəlin bir nəfər bizdən və bir nəfər də 
sizdən  seçilsin.  Allaha  and  olsun,  biz  xilafət  barəsində  sizə  paxıllıq  etmirik.  Yalnız  bundan 
qorxuruq  ki,  sizdən  sonra  atalarını,  oğullarını  və  qardaşlarını  öldürdüyümüz  şəxslər  bizə  hakim 
kəsilib hökmranlıq edələr (Bəni- Üməyyə kimi)». 
İbn Əbil Hədid yazır:  
«Bu  rəvayəti  Əbu  Cəfər  Yəhya  ibn  Məhəmməd  Ələvi  üçün  danışanda  dedi:  «Mən  Hübab  ibn 
Münzirin fərasət və uzaqgörənliyini təsdiqləyirəm. Elə onun söylədiyi və qorxduğu şey də oldu. 
O  vaxt  Yəzid  ibn  Müaviyə  Hicrətin  63-cü  ilinin  zilhiccə  ayında  (təxminən  643-cü  il  miladi) 
Mədinədə baş verən qanlı «Hərrəh» hadisəsində Bədr döyüşündə öldürülmüş müşriklərin qanını 
Mədinə  müsəlmanlarından  aldı.  (Bu  hadisə  İbn  Müaviyənin  vasitəsilə  baş  vermişdi.  Mədinə 
müsəlmanlarından  10  000  nəfərdən  çoxu  kütləvi  surətdə  qırılmışdı.  Hübab  ibn  Münzir  də 
hakimiyyət başına belələrinin gəlməyindən qorxurdu. 
Rəsuli-əkrəm(s)  də  müşriklərin  qanını  tökmüşdü  və  bilirdi  ki,  əgər  qızı  və  qızının  övladları 
zülmkar hakimlərin hökmranlığı altına keçsəydilər, dəhşətli xətərə məruz qalacaqdılar, buna görə 
də həmişə hakimiyyəti özündən sonra əmisi oğluna (Əli(ə.s)-yə) vəsiyyət edirdi ki, Əhli-beyti bu 
xətərlə  üzləşməsin.  Əgər xilafətə  Peyğəmbər(s)-in itrəti keçsəydi, Əli(ə.s) və Əhli-beyti həmişə 
amanda qalacaqdı, lakin qəza və qədər, zalım hakimlərin tamahı ona müsaidə etmədi. Hər şey elə 
alt-üst  oldu  ki,  həzrəti-Mühəmməd(s)-in  övladlarının  aqibətinin  necə  olduğundan    özün  də 
xəbərdarsan». 
Əli(ə.s) və Bəni- Haşimin Səqifə toplanışında olmaması 
Böyük alim Şeyx Müfid (413 h.c.,993 miladi) öz «İrşad» adlı kitabında belə yazır:  
«Peyğəmbər(s)  vəfat  edəndən  sonra  İmam  Əli(ə.s)  onun  mübarək  bədəninə  qüsl  verib  kəfən 
tutmağa və dəfn işləri ilə məşğul idi. Nəhayət, Əli(ə.s)-nin və Bəni-Haşimin iştirakı olmadan Əbu 
Bəkrin  xilafəti  bərqərar  oldu.  Beləliklə  də,  Mədinə  müsəlmanlarının  arasına  ixtilaf  düşdü,  lakin 
Məkkənin fəthində azad olmuşlar dəstəsi və Peyğəmbər(s)-in qəlblərini satın almaq üçün İslama 
daxil olmalarına icazə verdiyi şəxslər xilafət məsələsinin təxirə düşməsini istəmirdilər. Ona görə 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə