Microsoft Word beytul-ehzan doc



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə20/47
tarix03.08.2018
ölçüsü1,24 Mb.
#60676
1   ...   16   17   18   19   20   21   22   23   ...   47

52 
 
  __  Sizin  hər  biriniz  gecələr  öz  xanımınızın  yanında  dincəlir,  bir-birinizlə  qolboyun  olub  şad-
xürrəm yaşayırsınız. Lakin məni bu çarpışmanın arasında tək qoydunuz. Mənim sizin beyətinizə 
ehtiyacım yoxdur. Mənə etdiyiniz beyəti pozun!  
Ətrafdakılar dedilər:  
  __  Ey  Peyğəmbər(s)-in  canişini,  xilafət  sənsiz  düzəlmir,  çünki  sən  hökumət  işlərində  bizdən 
daha təcrübəlisən, əgər sən hakimiyyətdən əl çəksən, Allahın dini məhv olar.  
Əbu Bəkr dedi:  
__  Allaha  and  olsun,  əgər  dinin  süst  olmaq  qorxusu  olmasaydı,  Fatimə(s.ə)-nin  bu  sözünü 
eşidəndən sonra öhdəmdə  bir müsəlmanın beyəti olsaydı belə, mən bir gecə də yatmazdım. 
İbn Qüteybə yazır: «Əli(ə.s) Fatimə(s.ə) vəfat edənə qədər Əbu Bəkrə beyət etmədi. Fatimə(s.ə) 
Atasının vəfatından sonra 75 gündən artıq yaşamadı». (Bu, İbn Qüteybənin yazısının sonudur). 
 
2.İbn Əbdürrəbbi Əndulusinin yazdıqları. 
Böyük sünni alimlərindən olan İbn Əbdürrəbbi Əndulusi adı ilə tanınmış Əhməd ibn Məhəmməd 
Qərtəbi Mərvani Maliki qiymətli kitablardan sayılan «Ələqdül-fərid» adlı kitabının ikinci cildində 
«Beyət» əhvalatı barədə ətraflı məlumat vermişdir. 
O yazının xülasəsi belədir ki, Əbu Bəkrə beyət etməkdə müxalif olan şəxslər__ Əli(ə.s), Abbas və 
Zübeyr  Fatimə(s.ə)-nin  evində  idilər.  Əbu  Bəkr  Öməri  onların  dalınca  göndərdi  ki,  beyət 
etməyənri Fatimə(s.ə)-nin evindən çölə çıxarsın. O, Ömərə belə tapşırdı: «Əgər beyətdən imtina 
etsələr, onlara güc tətbiq etməkdən çəkinmə». 
Ömər evə od vurmaq istədikdə Fatimə(s.ə) onunla üzbəüz dayanıb buyurdu:  
 __ Ey Xəttabın oğlu, bizim evi yandırmağa gəlmisən? 
Ömər dedi:  
  __ Bəli! Siz də başqaları kimi beyət edin. 
Əli(ə.s) evdən çıxıb Əbu Bəkrin yanına getdi və beyət etdi. 
Görkəmli tarixçi Məsudinin yazdıqları. 
Məsudi  adı  ilə  tanınmış  məşhur  tarixçi  Əli  ibn  Hüseyn  «Mürrəvicüz-zəhəb»  kitabında  Abdulla 
ibn  Zübeyrin  qiyamı  barədə  belə  yazır  ki,  Abdulla  ibn  Zübeyr  Məkkədə  olan  bütün  Haşimi 
övladlarını Əbi Talib tayfasında bir yerə toplamaq qərarına gəlir. Zübeyr ora külli miqdarda odun 
yığdırır. Əgər o odunlar  od tutub yansa idi, Bəni-Haşimin hamısı yanar, onlardan biri də salamat 
qalmazdı. Məhəmməd Hənəfiyyə də (Əli (ə.s)-ın oğlu) onların arasında idi. O, sonra nəql edir ki, 
Əbu  Abdulla  Cədəli  dörd  min  nəfərlə  Kufədən  Muxtar  tərəfindən  Məkkəyə  göndərilib  Bəni-
Haşimi bu fəlakətdən qurtardı.  


53 
 
Məsudi  yazır:  «Nofəli  öz  kitabında  Ayişənin  qulluğa  təyin  etdiyi  şəxslərdən  biri  olan  Həmmad 
ibn Səlmədən eşitdiyi qəziyyəni belə təsvir edir:  
Abdulla ibn Zübeyrin qardaşı Ürvə ibn Zübeyr qardaşına edilən bu məzəmməti eşidəndə qardaşı 
tərəfdən üzrxahlıq edib deyirdi: «Abdullanın odun yığmaqda məqsədi Bəni-Haşimi qorxutmaqla 
beyətə  razı  etmək  idi,  belə  ki  Ömər  ibn  Xəttab  əvvəllər  Bəni-Haşimi  bu  yolla  beyətə  təhrik 
etmişdi. Ömər Onları yandırmaq üçün odun yığdı, çünki Haşim övladları beyət etməkdən boyun 
qaçırırdılar». 
Sonra Nofəli yazır ki, bu şərhi bir kitaba sığmayan bir məsələdir. Biz Əhli-beyt(ə.s)-in fəzilət və 
həyatı barədə bəhs edən «Hədaiqul-Əzhan» adlı kitabda bu barədə ətraflı şərh vermişik. 
Böyük alimlərdən bir neçəsinin qeydləri. 
Böyük şiə alimi mərhum Ələmul-Hüda Seyyid Mürtəza (vəfatı: 436-cı il hicri qəməri, təxminən 
1027-ci  il  miladi)  «Əşşafi»  adlı  kitabında  Fatimə(s.ə)-nin  evinin  yandırılması  barədə  qaziul-
quzatın  fikrinin  əksinə  olaraq  yazır:  «Əhli-sünnə  aləmində  ittiham  olunmayan  şiə  təriqətindən 
başqa  digər  təriqətlər  də  evin  yandırılması  əhvalatını  nəql  etmişlər.  Bu  barədə  söylənilən 
rəvayətlərin dəlilsiz rədd edilməsinin heç bir əsası yoxdur». 
Hadisələri  olduğu  kimi,  obyektiv,  doğru-dürüst,  qərəzsiz  təsvir  edən,  əhli-sünnə  aləmində 
mötəbər sayılan məşhur tarixçi Bilazəri Mədainiyə əsaslanaraq yazır:  
«Əbu  Bəkr  bir  nəfər  göndərdi  ki,  həzrəti-Əli(ə.s)-ni  beyət  etməyə  təhrik  etsin,  lakin  o  Cənab 
beyət etmədi. 
Ömər  əlində  alov  Əli(ə.s)-nin  evinə  tərəf  gəldi.  Fatimə(s.ə)-ni  bir  kənarda  dayanmış  gördü. 
Fatimə(s.ə) ona xitabən buyurdu:  
        __  Ey Xəttab oğlu, belə görürəm ki, bizim evi yandırmağa gəlmisən, deyilmi? 
Ömər:  
__ Bəli, bu, Atanın Allah dərgahından gətirdiyi şeydən güclüdür.  
Bu zaman Əli(ə.s) evdən çıxıb Əbu Bəkrə beyət etdi». 
Şiə  tarixçiləri  (raviləri)  bu  hadisəni  çox  mötəbər,  qərəzsiz  mənbələrə  əsasən  qeyd  etmişlərlər. 
Maraqlı burasıdır ki, əhli-təsənnünün böyük raviləri də bu faktı olduğu kimi təsvir etmişlər. 
İbrahim  Səd Səqəfi İmam Sadiq(ə.s)-in hadisə barəsindəki şərhini vermişdir: «Allaha and olsun 
ki, Əli(ə.s) alovun tüstüsünün evə daxil olduğunu görəndən sonra beyət etdi». 
Böyük  alim  Seyyid  ibn  Tavus  (vəfatı  664-cü  il  hicri-qəməri,  təxminən  1262-ci  il  miladi)  Əbu 
Bəkrin həyatı, Üsamənin ordusunda onun qanunu pozması və Səqifədə xilafəti qəsb etməsi barədə 
yazdığı  «Kəşfül-məhəccə»  adlı  kitabda  oğluna  belə  deyir:  «Törətdikləri  ilə  kifayətlənməyib 
Öməri atan Əli(ə.s) və anan Fatimə(ə.s)-nin üstünə göndərdi. Bu zaman Abbas və Bəni-Haşimdən 
bir neçə nəfər Əli(ə.s) və Fatimə(s.ə)-nin yanında idilər. Onlar cəddin Peyğəmbər(s)-in vəfatı ilə 


54 
 
əlaqədar  matəm  saxlayırdılar.  Ömər  əmr  verdi  ki,  əgər  evdəkilər  beyət  etmək  üçün  çölə 
çıxmasalar, evi yandırsınlar.» 
Bu faktı «Ələqdül-fərid» adlı kitabın müəllifi həmin kitabın dördüncü cildində, əhli-təsənnündən 
də  bir  neçə  ravi  öz  yazılarında  işıqlandırmışdır.  Mənim  bildiyimə  görə  də,  Ömərdən  qabaq  və 
sonra nə Peyğəmbər, nə övliyalar, hətta zalımlıq və rəhmsizləkdə ad qazanmış şahlardan heç biri 
belə bir zülmü (evi içindəki adamlarla birgə  yandırmağı) etməmişlər. Hətta kafir hökmdarlar da 
beyət etməyənləri özlərinə tabe etdirmək üçün belə vəhşiliyə əl atmamışlar.  
Harda  görünüb  ki,  peyğəmbər,  yaxud  bir  rəhbər  insanları  zəlalətdən  qurtarıb  onlara  dünya  və 
axirət səadətinə yetişməkdə yol  göstərə, Allah-təala onun nübüvvəti vasitəsilə zalımların əsarəti 
altında  əzilən  şəhərləri  azad  edə,  sonra  həmin  peyğəmbər,  yaxud  rəhbər  dünyadan  köçə,  heç 
insafmıdır,  onun  etdiklərinin  müqabilində  Rəsulullah(s)-ın  hər  iki  dünya  qadınlarının  xanımı 
adlandırıb  özündən  sonra  yeganə  yadigar  qoyub  getdiyi  qızını  iki  azyaşlı  övladı  ilə  bərabər 
yandırmaqla hədələyib incitsinlər? 
Maraqlı bir hadisə. 
Əllamə Təbərsi «Ehticac» adlı kitabında  Əhməd ibn Hişamla  Übadə ibn Samitin (Peyğəmbər(s)-
in alicənab səhabələrindən) dialoqunu vermişdir. Onu burada qeyd etmək yerinə düşərdi:  
Bir gün Əhməd ibn Hişam Übadə ibn Samitin yanına gəlib soruşdu:  
           __Müsəlmanlar Əbu Bəkr xəlifə olmamışdan öncə də onu digərlərindən üstün bilirdilərmi? 
Übadə cavab verdi:  
__ Biz hər hansı bir mövzu barədə sükut edəndə siz də sükut edin, araşdırıb yoxlama aparmayın. 
Allaha and olsun, necə ki həzrəti-Mühəmməd(s) Əbu Cəhllə müqayisədə peyğəmbərliyə layiq idi, 
eləcə də Əli(ə.s) Əbu Bəkr ilə müqaisədə xilafətə layiq idi.  
Biz bir gün Rəsuli-əkrəm(s)-in hüzurunda idik. Əli (ə.s), Əbu Bəkr və Ömər də Rəsulullah(s)-ın 
evinə gəldilər. Əvvəl Əbu Bəkr evə daxil oldu. Sonra Ömər, axırda isə Əli(ə.s). 
Sanki  (mübarək  vücudundan  uzaq)  Peyğəmbər(s)-in  üstünə  kül  ələndi.  Birdən-birə  halı  dəyişdi, 
sonra Əli(ə.s)-yə buyurdu:  
__ Allah-təala səni bunlara əmir edə-edə, onlar səni qabaqlamaq istəyirlərmi? 
Əbu Bəkr:  
__ Ey Allahın Rəsulu(s), yaddan çıxartdım. 
 Ömər:  
__ Bilmədim, səhv etdim. 
Peyğəmbər(s) onlara buyurdu:  


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə