Microsoft Word beytul-ehzan doc



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə17/47
tarix03.08.2018
ölçüsü1,24 Mb.
#60676
1   ...   13   14   15   16   17   18   19   20   ...   47

44 
 
Əllamə Təbərsi «Ehticac» kitabında Abdulla ibn Əbdürrəhman ibn Ufdan belə nəql edir:  
«Ömər  ibn  Xəttab  ətəyini  möhkəm  bağlayıb  Mədinənin  küçələrini  gəzə-gəzə  qışqırırdı  ki,  hamı 
Əbu Bəkrə  beyət etdi, Əbu Bəkrə beyət etməyə tələsin. Camaat çarəsiz qalıb gedib Əbu Bəkrə 
beyət edirdi. Ömərə xəbər verdilər ki, bəziləri öz evlərində gizlənib beyətdən boyun qaçırır. Belə 
olduqda  Ömər  adamları  ilə  gizlənənlərin  evlərinə  hücum  çəkib,  hamını  məscidə  yığaraq    Əbu 
Bəkrə beyət etdirdi. Bu hadisədən bir neçə gün ötdükdən sonra o, od-alov istəyib dedi:  
__ Ömərin canı onun əlində olan Allaha and olsun ki, ya gərək Əli(ə.s) evdən çölə çıxsın, ya da 
evə içindəkilərlə birgə od vuracağam.  
Yanındakılardan bəziləri ona belə etiraz etdi:  
__  Bu  Evdə  Rəsuli-əkrəm(s)-in  qızı  Fatimə(s.ə),  Peyğəmbərin  nəvələri  Həsənlə  Hüseyn(ə.s), 
həzrəti-Mühəmməd(s)-in izləri vardır. Sən bu evə od vuracaqsan?! 
Ömər işi belə görüb dedi:  
__  Siz nə danışırsınız? Məqsədim qorxutmaqdır. 
İmam  Əli(ə.s)  xəbər  göndərdi  ki,  mən  evdən  çölə  çıxa  bilmərəm,  çünki  sizin  kənara  atdığınız 
«Quran»ı  yığıb tənzimləməklə məşğulam. Sizin dünyaya olan bağlılığınız başınızı  qarışdırıbdır. 
Mən and içmişəm ki, «Quran»ı  yığıb nizama salmamış çiynimə əba atıb çölə çıxmayacağam. 
Bu  vaxt  Peyğəmbər(s)-in  qızı  Fatimə(s.ə)  evdən  çıxıb  qapıda  toplaşanların  qarşısında  buyurdu: 
«Mən  sizin  kimi  bədrəftar  bir  tayfa  görməmişəm.  Siz  Rəsuli-əkrəm(s)-in  cənazəsini  bir  tərəfə 
qoyub,  öz  aranızda  işlərinizi  həll  etdiniz  (xilafət  məsələsini  bizimlə  məsləhətləşmədən  öz 
aranızda çözdünüz), lakin bizimlə heç məşvərət də etmədiniz. Haqqımızı görməzliyə  vurdunuz. 
Elə  bil,  heç  Qədir-Xum    əhvalatından  xəbəriniz  yoxdur».  (Sibt  ibn  Əlcuzi  Hənəfi  «Təzkirətül 
xəvas»  səh.  30;  Zeyni  Dehlan  «Sireyi  həlbiyə»  III  c,  səh.  257,  «Sireyi-nəbəviyyə»;  «Sireyi-
hələbiyyə» III c, səh. 3; Əllamə Əmini «Əlğədir» I c, səh. 9). 
Təbərani  «Əlmöcəmül-kəbir»  kitabında  alicənab  səhabə  Hüzeyfə  ibn  Əsid  Cəffarinin 
söylədiklərini qeyd etmişdir:  
«Rəsuli-əkrəm(s) vida həccindən qayıdanda səhabənin Bətha adlanan bir  yerdə ağacların altında 
oturmasına  mane  oldu.  Sonra  əmr  verdi  ki,  ağacların  altını  kol-kosdan  təmizləsinlər.  O  Həzrət 
namaz qılıb ayağa qalxdı, buyurdu:  
__  Ey  müsəlmanlar,  Allah-təala  mənə  xəbər  vermişdir  ki,  hər  bir  peyğəmbər  özündən  qabaqkı 
peyğəmbərin ömrünün yarısı qədər yaşayacaqdır. Mənə elə gəlir ki, mən də tezliklə bu dünyadan 
köçməli olacağam. Bilin və agah olun ki, mən də, siz də hamılıqla məsuliyyət daşıyırıq. Bəs siz 
nə deyirsiniz? 
Dedilər:  
__ Şəhadət veririk ki, sən çalışdın, nəsihət verdin və Allahın dinini  təbliğ etdin. Allah sənə əcr 
versin. 


45 
 
Bu zaman həzrəti-Muhəmməd(s) buyurdu:  
__  Allahın  təkliyinə,  Mühəmmədin  onun  rəsulu  olmağına,  Cənnətin,  Cəhənnəmin,  ölümün, 
dirilməyin,  Qiyamət  gününün  və  ölülərin  yenidən  dirilməsinin  haqq  olmağına  şəhadət 
verirsinizmi? 
__ Bəli, bunların hamısına şəhadət veririk. 
Peyğəmbər(s) dedi:  
__ İlahi, şahid ol. Ey müsəlmanlar, Allah-təala mənim mövlamdır. Mən də möminlərin mövlası 
və onlara canlarından əziz olan bir adamam. Elə isə hər kimin mövlasıyamsa, bu Əli(ə.s) də onun 
mövlasıdır.  İlahi,  onun  dostları  ilə  dost,  düşmənləri  ilə  düşmən  ol».  (Mənbələr:  İbn  Əsakir 
«Tarixi-Dəməşq»  II  c,  səh.  50,  Xarəzmi  Hənəfi  «Mənaqib»  səh.  94,  İmam  Əhməd  ibn  Hənbəl 
«Müsnəd»  IV  c,  səh.  281,  İbn  Səbbağ  Maliki  Mühibbəddin  Zəbəri  «Zəxairül-Üqba»  səh.  67, 
«Fəzailül-xəmsə»  I  c,  s.-350,  Zəhəbi  «Tarixi-islam»  II  c,  səh.  197,  Xacə  Hənəfi  «Elmül-kitab» 
səh. 161, Zərəndi Hənəfi «Nəzli-dürərüs-simtin» səh. 109, Qunduzi Hənəfi «Yənabiul-məvəddə» 
səh.  30,31,  249,  «Təfsiri-  Razi  Şafei»  III  c,  səh.  63,  İbn  Cuzi  «Təzkirətul-xəvas»  səh.  29, 
«Mişkatül-məsabih» III c, səh. 246, «Əbqatül-Ənvar» I c, səh, 258, Həmvuni «Fəraidüs-simtin» I 
c, səh. 77, «Əlmüraciat» II c, «Təhqiqi-Şeyx Hüseyn Razi» səh. 177). 
O, sonra buyurdu:  
__  Ey  müsəlmanlar,  mən  sizdən  qabaq  gedirəm.  Siz  mənimlə  Bəsrə  və  Səna  (Yəməndə  şəhər) 
arasındakı  məsafə  böyüklükdə  bir  hovuzun  yanında  görüşəcəksiniz.  O  hovuzda  ulduzların  sayı 
qədər gümüş camlar vardır. Mənimlə görüşəndə sizə tapşırdığım qiymətli səqəleyn («Quran» və 
pak Əhli-beyt)  barədə sizdən sual edəcəyəm.  İndi başa düşün  ki, onunla necə rəftar etməlisiniz. 
Allahın  kitabı  səqli-əkbərdir.  Onun  bir  tərəfi  Allahın  əlində,  digər  bir  tərəfi  sizin  əlinizdədir. 
Ondan möhkəm yapışın. Onu alçaldıb təhrif etməyin. Səqli-əsğər mənim itrətim-Əhli-beytimdir. 
Çünki  Allah-təala  mənə  xəbər  vermişdir  ki,  bu  iki  şey  bir-birindən  ayrılmazlar.  (İbn  Hücr 
Heysəmi  Şafei  Əssə  Şafei  «Əli  ibn  Əbitalibin  tərcümeyi-halı»,  «Tarixi-dəməşq»  II  c,  səh.  45, 
Müttəqi Hindi «Kənzul-ümmal», I c, səh. 168, Əmini «Əlğədir» I c, səh. 26,27, «Əbqatül-Ənvar» 
12  cildli  kitab,  I  c,  səh.  31,32,  Həkim  Termezi  Şafei  «Nəvadirul-Əhval»  səh.  289,  «Yənabiul 
müvəddə» səh. 37) 
Zeyd  ibn  Ərqəmi  deyir  ki,  Rəsuli-əkrəm(s)  vida  həccindən  qayıtdıqda  Qədir-Xumda  dayanıb 
buyurdu: «Mən Allah tərəfindən dəvət olunmuş və bu dəvəti qəbul etmişəm. Lakin sizin aranızda 
biri  digərindən  böyük  iki  şey  qoyub  gedirəm:  birincisi,  «Quran»;  ikincisi,  Əhli-beytimdir.  Ona 
görə  diqqət  edin  ki,  məndən  sonra  onlarla  necə  rəftar  edəcəksiz.  Çünki  onlar  mənə  kövsər 
hovuzunda yetişənə qədər bir-birindən ayrılmazlar». Daha sonra o Həzrət belə buyurdu: «Allah-
təala mənim mövlam, mən də möminlərin mövlasıyam.» Bu vaxt Əli(ə.s)-nin əlini tutub buyurdu: 
«  Mən  hər  kimin  mövlasıyamsa,  bu  Əli  də  onun  mövlasıdır.  İlahi,  onun  dostları  ilə  dost, 
düşmənləri ilə  düşmən ol». (Nisai «Xəsis» səh. 32, Əmini «Əlbədir» I c, səh. 30, Müttəqi Hindi 
«Kənzül-Ümmal» V c, səh. 91, «Əbqatül-Ənvar» I c, səh. 117,121,144,152,161). 
Büra  ibn  Azib  deyir  ki,  Rəsuli-əkrəm(s)  ilə  vida  həccindən  qayıdırdıq.  «Qədir-Xum»  da 
miniklərimizdən düşdük. Zöhr namazını qılandan sonra o Həzrət Əli(ə.s)-nin əlini tutub soruşdu:  


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə