Microsoft Word beytul-ehzan doc



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə13/47
tarix03.08.2018
ölçüsü1,24 Mb.
#60676
1   ...   9   10   11   12   13   14   15   16   ...   47

35 
 
Bəni-Haşimin başı işdən açılmamış məsələni bitmiş hesab edib Əbu Bəkri  xəlifə seçdilər, çünki 
o, Səqifə toplanışında idi və plan da onun məqsədinə uyğun qurularaq tamamlanmışdı. 
2.Əli(ə.s)-nin söhbəti 
Rəvayət  olunmuşdur  ki,  Əbu  Bəkrə  beyət  edilmə  mərasimi  sona  yetən  kimi  bir  nəfər  həzrəti-
Əli(ə.s)-nin  hüzuruna  gəlib  gördü  ki,  o  Həzrət  əlində  bel  Rəsuli-əkrəm(s)-i  qəbrini  hamar  edir. 
Söylədi:  
__  Camaat  Əbu  Bəkrə  beyət  etdi.  Mədinəlilərin  arasında  ixtilaf  düşdüyündən  onlar  xilafət 
məsələsində  məğlub  oldular.  Tüləqa  (Məkkənin  Fəthində  azad  olmuşlar)  sizin  xəlifə 
olmağınızdan qorxaraq qabağa düşüb tez bu kişiyə (Əbu Bəkrə) beyət etdi. 
Həzrəti- Əli(s) beli yerə söykəyib buyurdu:  
«Mehriban  və  bağışlayan  Allahın  adı  ilə.  Əlif  lam  mim.  Elə  bilirlər  ki,  iman  gətirdik  deyib  öz 
başlarına  buraxılarlar  və  imtahan  olunmazlar?  Biz  onlardan  qabaqkıları  imtahan  etdik.  Gərək 
Allahın elmi yalan və doğru deyənlərin barəsində həqiqəti aşkara çıxarsın. Günah iş görənlər elə 
bilirlər ki, bizim qüdrətimizin çərçivəsindən uzaqlaşa biləcəklər? Necə də nahaq qəzavət edirlər?»  
3.Əbu Süfyanın təklifinin rədd olunması. 
Əbu  Süfyan  Peyğəmbər(s)-in  evinə  gəlmişdi.  Əli(ə.s)  və  Abbas  (Peyğəmbər(s)-in  əmisi)  ona 
baxdılar  ki,  görsünlər  nə  deyir  və  bunun  istədiyi  nədir?  Əbu  Süfyan  bir  şer  oxudu:  (şerin 
məzmunu təxminən belədir.)  
«Ey Bəni-Haşim xanədanı, başqalarını öz xilafətiniz barədə tamaha saldırmayın, əsasən də Təym 
ibn  Mərrə  (Əbu  Bəkr)  və  Ədiyy  (Ömər)  tayfalarını.  Xilafət  siz  Bəni-Haşimindir  və  sizə  də 
qayıdacaqdır,  xüsusilə  Əbülhəsən  Əli(ə.s)-nindir.  Ey  Əbülhəsən,  xilafət  vasitəsilə  öz  arxanı 
möhkəmlət. Çünki ümid bəslədiyin xilafətə sən layiqsən». 
Sonra o, ucadan dedi:  
__ Ey Bəni- Haşim, Ey Əbdül Mənaf övladları, siz razısınızmı, Əbu Süfyan alçaq oğlu alçaq sizin 
hakiminiz  olsun?  Allaha  and  olsun,  əgər  istəsəniz,  süvari  və  piyadadan  ibarət  bir  qoşun 
hazırlayaram ki, onları sıxışdırıb çıxararlar. 
Əli(ə.s) onun çirkin niyyətindən xəbərdar olduğundan Əbu Süfyana dedi:  
__  Çıx  get!  Çünki  Allaha  and  olsun,  dediyin  sözlər  Allaha    görə  deyildir.  Sən  həmişə  İslamı 
parçalamaq  və  zərər  yetirmək  fikrində  olmusan.  Biz  Rəsuli-əkrəm(s)-i  torpağa  tapşırmaqla 
məşğul idik. Hər kəs öz əməlinin mükafatını alacaq. Allah-təala zəhmət çəkənlərə kömək edər. 
Əbu  Süfyan  pisniyyətli  və  fürsətdən  istifadə  etmək  fikrində  olduğundan  məyus  olub  oradan 
birbaşa  məscidə  getdi.  Bəni-Üməyyə  tayfasının  məsciddə  yığışdığını  görüb    onları  xilafəti  ələ 
almağa çağırdı. Bəni-Ümməyə də Əbu Süfyanın ardınca getdi. Beləliklə, elə bir fitnə qalxmışdı 
ki,  hamı  ona  düçar  olmuş,  cürbəcür  bəhanələr  ortaya  çıxmışdı.  Şeytan  hökmranlıq  sürürdü. 


36 
 
Zalımlar  əl-ələ  vermişdilər.  Möminlər  isə    xar  və  pərişan  olmuşdular.  Budur,  Allah  kəlamının 
batini mənası:  
«Fitnədən  qorxun  ki,  təkcə  sizin  zülmkarlarınıza  yetişmir».  (Əksinə,  hamını  əhatə  edir.) 
(«Ənfaq», 25). 
4.Şeytansifətin təhrikləri 
Böyük alim şeyxi-əcəll və əqdəm Übeydullah ibn Abdulla Əsəd Abadi «Əlmuqniu fil imaməti» 
kitabında  yazır  ki,  burada  Səqifə  əhvalatının  incəliklərini  araşdırıb  aydınlaşdırsaq,  görərik  ki, 
onlar vəliyyi-əmrin və sahibi-həqqin haqqını əlindən almaq üçün nə qərara gəldidər. Tarixçilər və 
tarixi şəxsiyyətlərin həyatını yazanlar demək olar ki, hamısı belə qənaətə gəlmişlər:  
Hadisə  zamanı  Əmirəl-möminin  Əli(ə.s)  Peyğəmbər(s)-in  müqəddəs  vücudunu  dəfn  etməklə 
məşğul  idi.  Mühacir,  ənsar,  Qüreyşin  bir  qrup  üzvləri  hakimiyyətlə  əlaqədar  həzrəti-Əli(ə.s)  və 
Bəni-Haşim tərəfindən hansısa bir hadisənin baş verəcəyini gözləyirdilər. İblis Səqif tayfasından 
olan Müğeyrə ibn Şöbə adlı çəpgöz bir kişinin surətində zahir olub onlara dedi: 
 __ Nəyi gözləyirsiniz? 
Dedilər: 
__ Gözləyirik ki, Bəni-Haşim öz işini qurtarsın. 
İblis dedi: 
__  Gedin  öz  işinizi  görün  ki,  tamamlansın.  Allaha  and  olsun,  əgər        Bəni-Haşim  tayfasının 
Peyğəmbər(s)-i dəfn edib qurtarmasını gözləsəniz, onların təsiri altına düşəcəksiniz. Xilafət işi isə 
Rum qeysərləri və İran kəsraları qaydasında davam edəcəkdir. Bundan əlavə bir müddət bundan 
qabaq Qureyşdən bir neçə nəfər məktub yazıb Əbu Ubeydiyeyi Cərraha söz veriblər. O məktubda 
belə  şərt  kəsiblər  ki,  əgər  Rəsuli-  əkrəm  (s)  vəfat  etsə  və  yaxud  öldürülsə,  Bəni-Haşimin 
hakimiyyətini qəbul etmərik ki, nübüvvət və xilafət yenidən onlarda cəmlənməsin. 
Sonra  həmin  iblis  (Müceyrə)  mədinəlilərin  yanına  gedib  onları  da  hakimiyyəti  ələ  keçirməyə 
təhrik etdi.  
Ənsarlar Bəni-Saidə səqifəsinə yollandılar. 
5.Əbu Züveyb Həzəlinin qəribə xəbərləri 
Übeydullah Əsəd Abadi sözünə davam edib deyir ki, Bəsrə əhlindən olan Əbül-Həsən ibn Zənci 
Müğəvi  433-cü   hicri  qəməri  ilində (təxminən  1013-cü  il  miladi)  mənə Əbu  Züveyb  Həzəlidən 
eşitdiyi bir qəziyyəni söyləmişdi:  
Biz  Mədinədən  uzaqda  idik.  Rəsuli-əkrəm(s)-in  xəstəlikdən  yatağa  düşməsi  xəbərini  eşitdikdə 
pərişan olub, o gecəni çətinliklə başa vurduq. Çox narahat idik. Mən yuxuya və qarışıq xəyallara 
qərq olmuşdum. Birdən səhərə yaxın eşitdim ki, Hatifi belə deyir:  
 


37 
 
«İslamda böyük bir hadisə baş vermişdir. İslam parçalamışdır. Xurmalıqlar arasında və bütlərin 
şəhərində  (yəni  Mədinədə)  Rəsuli  -əkrəm  (s)  vəfat  etdi.  Gözlərimiz  o  Həzrətin  vəfatının 
müsibətinin faciəsindən yaş tökür». 
 Əbu  Züveyb  deyir:  «Yuxudan  hövlank  ayıldım.  Səmaya  baxanda  «Sədi-zabih»  adı  ilə  tanınmış 
ulduzdan başqa bir şey görmədim. Belə yozdum ki, ərəb tayfaları arasında ölüm-itim olacaq. Başa 
düşdüm  ki,  bu  gecə  Rəsuli-  əkrəm  (s)  bu  dünyadan  köçübdür.  Ayağa  qalxdım.  Dəvəmə  minib 
Mədinəyə  sarı  yola  düşdüm.  Artıq  hava  işıqlaşmağa  başlamışdı.  Bir  şey  görmək  üçün  ətrafıma 
baxırdım ki, ondan məna yozum. Birdən səhrada ağzında kiçik bir ilan ovlamış yekə bir tısbağa 
gördüm.  İlan  qıvrılır,  tısbağa  isə  onu  yavaş-yavaş  çeynəyirdi.  Tısbağa  ilanı  yeyib  qurtardıqdan 
sonra mən bu hadisəni belə yozdum ki, yəqin Rəsuli-Əkrəm(s)-in canişininə etiraz edib ondan üz 
çeviriblər. İlanın yeyilməsindən ağlıma xilafətin yeyilməsi mənası gəldi (başqalarının əlinə keçir). 
Dəvəmi  tələsik  sürüb  mədinəyə  yetişdim.  Gördüm,  Mədinə  əhli  əza  və  ah-naləyə  qərq  olubdur. 
Hacıların ehramda ağladıqları kimi hönkür-hönkür ağlayırlar. Nə baş verdiyini soruşanda Rəsuli-
Əkrəm(s)-in  vəfat  etdiyini  söylədilər.Elə  ki  bu  xəbəri  eşitdim,  məscidə  tərəf  getdim.  Məsciddə 
heç  kimi  görməyib  Peyğəmbər(s)-in  evinə  yollandım.  Qapı  bağlı idi. Dedilər, Allahın  Rəsulu(s) 
vəfat  edib,  mübarək  peykərini    kəfənə  tuturlar.  Qüsl  vermək  üçün  təkcə  Əhli-beyti  onun 
yanındadır. Soruşdum ki, bəs camaat haradadır? 
Mənə belə cavab verdilər:  
__ Camaat Bəni-Saidə səqifəsində mədinəlilərin toplanışna gedib. 
Mən özümü Səqifəyə yetirdim. Əbu Bəkr, Ömər, Müqeyrə, Əbu Übeydeyi-Cərrah və Qureyşdən 
olan daha  bir neçə  nəfəri orada gördüm. Mədinəlilərin  arasında  Səd ibn Dilhəm və onların şairi 
Həssan ibn Sabiti də orada əyləşən gördüm. Qureyş və ənsarla xilafət barəsində söz açdım. Heç 
birindən haqqı eşitmədim. Sonra Əbu Bəkrə beyət etdilər.» 
Daha sonra Əbu Züveyb gəldiyi  yolla da geri qayıtdı. O, Osmanın xilafəti zamanında dünyadan 
köçmüşdü. 
6. Səqifə mərsiyələrində şerlər 
Adı  çəkilən  alim  (Übeydullah  Əsəd  Abadi)  yenə  yazır  ki,  Nabiğeyi-Cuda    evindən  çıxıb 
Peyğəmbər(s)-in  vəfatından  sonra  camaatın  vəziyyətini  xəbər  aldı.  İmran  ibn  Həsi  Səqifə 
toplanışı barədə  ona şerlə cavab verdi. Şerin məzmunu təxminən belədir:  
«Əgər mən özümü o qalmaqal arasında tanısaydım, bir qurbanlıq kəsərdim». (Vəziyyət bu qədər 
qarışmışdı). 
Nabiğə soruşdu: 
__ Həzrəti Əbülhəsən Əli (ə.s) neyləyir? 
Ona cavab verdilər:  
__ O, Rəsulallah(s)-ın mübarək cənazəsini dəfn etməklə  məşğuldur. 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə