Microsoft Word beytul-ehzan doc



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə8/47
tarix03.08.2018
ölçüsü1,24 Mb.
#60676
1   ...   4   5   6   7   8   9   10   11   ...   47

20 
 
 Salman söylədi: 
      –  Ey  mənim  ağam,  istəyirəm,    mənə  həzrəti-Zəhra(s.ə)-nın  qiyamətdəki  fəzilətindən  xəbər 
verəsən. 
Peyğəmbər (s) gülərüzlə ona baxıb buyurdu:  
– Canım əlində olan Allaha and olsun ki, Fatimə (s.ə) həmin qadındır ki, dəvəyə minərək məhşər 
ərsəsindən  gəlib  keçər.  Onun  mübarək  başı  Allah  qorxusundan  bir  görüntü,  gözləri  isə  Tanrı 
nurundandır. Cəbrayıl o dəvənin sağında, Mikayıl solunda, Əli (ə.s) qabağında, Həsən və Hüseyn 
(ə.s)  arxasınca  gələrlər.  Allah-təala  onun  qoruyucusudur.  Məhşər  səhnəsindən  keçən  zaman 
Allah-təala tərəfindən nida gələr:  
«Ey xəlaiq, gözlərinizi qapayın və başınızı aşağı salın. Bu, sizin Peyğəmbərinizin qızı, imamınız 
Əli(ə.s)-nin zövcəsi, Həsən və Hüseyn (ə.s)-in anasıdır». 
 Sonra başında iki ağ çadır sirat körpüsündən keçər. 
Fatimə(s.ə) behiştə daxil olan zaman İlahinin onun üçün hazır etdiyi nemətlərə  baxıb deyər: 
 «Mehriban və bağışlayan Allahın adı ilə, həmd və şükr olsun o Allaha ki, qəmi və kədəri bizdən 
uzaqlaşdırdı. Əlbəttə, bizim Allahımız bağışlayan və mehribandır. O Allah ki, bizi öz lütfü ilə ali 
məqamda qərar veribdir, o məqama heç bir əzab və əziyyət yetişməyəcək».  
Ondan sonra Allah-təala Fatimə(s.ə)-yə vəhy edər: 
«Ey Fatimə, istədiyini   məndən dilə ki, sənə əta edib sevindirim». 
Fatimə(s.ə) ərz edər: 
 «İlahi, sən mənim ümidimsən. Sənin dərgahından istəyim budur ki, mənim və ailəmin dostlarını 
cəhənnəm atəşindən azad edəsən». 
Allah-təala ona cavab verər:  
«Ey Fatimə, izzət və cəlalıma and olsun ki, yerin və göylərin xilqətindən iki min il qabaq özümə 
and vermişəm ki, sənin və ailənin dostlarını cəhənnəm əzabından azad edim». 
Fatimə(s.ə)-nin zöhd və təqvasından nümunələr. 
Seyyid  ibn  Tavus  Əbu  Cəfər  Əhməd  yazdığı  «Zöhdünnəbi»  kitabında  qeyd  edir  ki,  bu  iki  ayə 
(«Hicr», 43, 44) nazil olan zaman: 
 «Cəhənnəm bütün yolunu azmışların qayıdacaq yeridir. Onun yeddi qapısı vardır ki,  hər qapıdan 
da müəyyən olunmuş dəstələr keçər». 
Peyğəmbər  (s)  bərkdən  ağladı.  Əshabı  da  bunu  görcək  ağlamağa  başladı.  Ancaq  səhabələr 
Həzrətin ağlamağının səbəbini bilmirdilər və həzrəti-Mühəmməd(s)-in halı elə dəyişmişdi ki, heç 
kəs ondan söz soruşmağa cürət etmirdi. 


21 
 
Peyğəmbər(s)  həmişə  Fatimə(s.ə)-ni  görəndə  xoşhal  olardı.  Buna  görə  də  səhabələrdən  biri 
Fatimə(s.ə)-nin hüzuruna gələrək onu Atasının yanına çağırmaq üçün evə daxil olanda gördü ki, 
Fatimə(s.ə) dəyirmanda arpa üyüdə-üyüdə bu ayəni oxuyur:  
«O şey ki, Allah yanındadır, xeyir və əbədidir». 
Həmin  səhabə  kişi  xanıma  salam  verərək  Rəsuli-əkrəm(s)-in  halından  Zəhra(s.ə)-nı  agah  edir. 
Fatimə(s.ə) cəld  ayağa  qalxıb  on  iki  yerdən  xurma lifi  ilə  yamaqlanmış  köhnə   çadrasını başına 
örtüb yola düşür. Evdən çıxanda Salman onu görüb ağlayır və deyir:  
–Vay  halınıza!  Rum  və  Kəsra  (İran)  qeysərləri  sundus,  ipək  parçalardan  hazırlanmış  libaslar 
geyib gəzdikləri  bir halda, Peyğəmbər(s)-in qızı on iki yerdən yamaqlanmış nimdaş çadra örtür!? 
Fatimə(s.ə) Peyğəmbər(s)-in hüzuruna gəlib ərz etdi: 
-Ey Allahın Rəsulu, Salman mənim libasıma təəccüb edir. Bununla belə səni haqqa məbus edən 
Allaha  and  olsun  ki,  beş  ildir,  Əli(ə.s)-nin  evində  gecələr  qoyun  dərisindən olan  fərşin  üstündə 
yatır,  gündüzlər isə  onunla  dəvəmizə  ələf  veririk.  Daha  bilmir  ki,  bizim  mütəkkəmiz  də  xurma 
lifindəndir. 
Bu zaman Peyğəmbər(s) Salmana buyurdu:  
__Mənim qızım qabaqcıllardan və Allah dərgahında ön səfdə duranlardandır. 
Belə olduqda Fatimə(s.ə) söylədi:  
__ Atacan, qurbanın olum, ağlamağının səbəbi nədir? 
Peyğəmbər(s)  Cəbrayılın  nazil  etdiyi  yuxarıdakı  iki  ayəni  xanım  Zəhra  üçün  də  oxudu. 
Fatimə(s.ə) cəhənnəm adını eşidən kimi üzü üstə yerə düşüb təkrar-təkrar dedi:  
__Vay olsun, vay olsun o şəxsə ki, cəhənnəmə daxil olar. 
Salman ayəni eşidən zaman dedi: 
__Kaş  qoyun  olardım,  sahibim  məni  kəsib  dərimi  soyardı,  amma  mən  cəhənnəm  sözünü 
eşitməyəydim. 
Əbuzər də dilləndi: 
__Kaş anam məni bu dünyaya gətirməzdi və mən də cəhənnəm adını eşitməzdim. 
Həzrəti-Əli(ə.s) buyurdu:  
__Kaş yırtıcılar bədənimi didib parçalayardılar, kaş anam məni doğmayaydı və  cəhənnəm adını 
eşitməzdim. 
Sonra əlini başına qoyub ağlaya-ağlaya dedi:  
__ Səfərin uzaqlığından, qiyamət səfərinin azuqəsinin azlığından Allah özü bizi qourusun. 


22 
 
Günahkar  adamlar cəhənnəmə tərəf gedirlər.  Alov onları udur.  Sanki onlar unudulmuş  xəstələrə 
bənzəyirlər.  Günahkarlar müalicə  olunmayan  yaralılar,  heç  kəsin  cəhənnəm  əzabından  azad  edə 
bilməyəcəyi  əsirlərdir.  Bunların  qidası  od-alovdur.  Alovun  təbəqələri  arasında  o  tərəf-bu  tərəfə 
çevrilər,  dünyada  pambıqdan  geydikləri  yumşaq,  zərif    paltarlar  əvəzinə  cəhənnəmdə  alova 
bürünər, Yer üzündə həyat yoldaşları ilə qucaqlaşmadan cəhənnəmdə iblislərlə qucaqlaşarlar. 
Peyğəmbər(s) və Fatimə(s.ə)-nin zahidliyindən bir nümunə. 
Rəsuli-əkrəm(s)  nə  vaxt  səfərə  çıxsaydı,  ən  son  görüşdüyü  şəxs  Fatimə(s)  olardı.  Səfərdən 
qayıdanda da ilk olaraq onunla görüşərdi.  
Döyüş  səfərlərinin  birindən  Mədinəyə  qayıdan  zaman  Peyğəmbər(s)  Fatimə(s.ə)-nin  evinə 
yaxınlaşdıqda  qapıda  qəşəng  pərdə,  Həsən(ə.s)  və  Hüseyn(ə.s)-in  qolunda  isə  gümüş  qolbaq 
görür. Həzrəti-Mühəmməd(s) evə girməyib geri qayıdır. Fatimə(s.ə) məsələdən xəbərdar olduqda 
başa  düşür  ki,  Peyğəmbər(s)-in  geri  qayıtmağının  səbəbi  o  pərdə  və  gümüş  qolbaqlardır.  Cəld  
pərdəni  açıb,  qolbaqları  da  Həsən(ə.s)  və  Hüseyn(ə.s)-in  qolundan  çıxardır.  Uşaqlar  əllərində  
həmin  əşyalar  ağlaya-ağlaya  babalarının  hüzuruna  gedirlər.  Peyğəmbər(s)  həmin  qolbaqları 
onlardan  alıb  Səubana  (qullarından  biri)  buyurdu:  «Bu  əşyaları  filan  yerə  apar.  Bunlarla 
Fatimə(s.ə)  üçün  «əsəb»  ağacından  hazırlanmış  iki  ədəd  qolbaq  al  gətir.  Çünki  bunlar  mənim 
Əhli-beytimdir.  Mən  istəmirəm  ki,  bəzək  və  ləzzətləri  bu  dünyada  sərf  edib  axirət  üçün 
saxlamayalar».  
Fatimə(s.ə)-nin Peyğəmbər(s)-in yazdığı vəsiyyətə olan ehtiramı. 
Şeyx Əbu Cəfər Təbəri «Əddəlail» kitabında ibn Məsudun söylədiyi rəvayəti belə nəql edir:  
Bir nəfər kişi Fatimə(s.ə.)-nin yanına gəlib dedi:  
– Ey Allah Rəsulunun qızı, sizdə atanızdan yadigar qalan bir şey varmı ki, mən də ondan istifadə 
edim? 
 Fatimə(s.ə.) kənizinə buyurdu:  
– O cəridəni (yazılmış vərəq) gətir.  
Kəniz cəridəni nə qədər axtardısa, tapa bilmədi. Belə olan halda Fatimə(s.ə.) ona byurdu:  
– Onu tez axtar tap, çünki o vərəq mənə Həsən və Hüseyn qədər əzizdir. 
Kəniz  axtarmağa  başladı.  Nəhayət,  vərəqi  toz-torpağın  içindən  tapıb  çıxartdı.  Görünür,  evi 
süpürən  zaman  itirmişdi.  Kəniz  həmin  kağızı  Fatimə(s.ə)-nin  yanına  gətirdi.  Orada  belə 
yazılmışdı: 
 «Hər kimin qonşusu onun zülmündən amanda olmasa, möminlərdən deyildir. Kimin ki Allah və 
məada  etiqadı  varsa,  qonşusuna  zülm  etməz,  gözəl  sözlər  söyləyər  və  təbiətən  mülayim  olar. 
Allah-təala  xeyirxah,  səbirli  və  özünü    haramdan saxlayanları  sevir. Allah  söyüş  söyəni,  acıdili, 
həyasızı,  çox  şey  istəyib  inadla  təkid  edənləri  xoşlamır,  çünki  abır-həya  imandandır.  İman  da 
behiştdə olar. Lakin söyüş həyasızlıqdan, həyasızlıq isə cəhənnəmdəndir». 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə