4
SEYİD HÜSEYN SADIQZADƏNİN QARDAŞI MİRPAŞA
(Erməni qəsdinin qurbanları olan meyxana ustaları - Mir Paşa və Anaplı
haqqında)
Görkəmli tənqidçi, istedadlı hekayə ustası, 37-ci il amansız
soyqırımın qurbanı olan Seyid Hüseyn Kazımoğlu Sadıqzadənin
milli faciələrlə yüklü taleyində kiçik qardaşı Mir Paşanın da
xüsusi payı var. S.Hüseyn 1928-ci ildə həyat yoldaşı şairə
Ümmgülsümə ünvanladığı “Həqiqət illüzyonu” adlı məktubunda yazırdı: “Fəqət
hər bir kəsin ehtiram etdiyi əziz bir şey olar ki, onu özünün çirkin və yalan
nəfləri üçün əlində alət etməz. Mənim bir qardaşım var idi. Bu, məndən yaş
etibarilə kiçik olduğu üçün daha əziz idi. Faciəli bir surətdə tərki-həyat etdiyi
üçün, hələ get-gedə unudulduğu üçün onun ruhuna ehtiram etməyim lazımdır.
Mən sənin qarşında Mir Paşanın Qarabağda verdiyi canına və həsrət gözlərinə
and içirəm”.
Kim idi Mir Paşa? Mir Paşanın ölümü nə ilə bağlı idi ki, qardaşı S.Hüseyn onun
unudulmasından böyük təəssüflə danışır? Elə bu maraqla da gəlib yenə milli
facilərimizin izinə çıxırıq. Həqiqətən də, təəssüfəlayiq haldır. Elə o unutqanlıqdır
ki, bu günkü faciələrə zəmin yaradır. Hər faktın altından bir qətliam çıxır...
“Kommunist” qəzeti 1921-ci il 23 fevral tarixli Azərbaycan dilindəki
nömrəsinin birinci səhifəsi qara haşiyəyə alınmış, burada Azərbaycan aktyorları
Ə.Anaplının və Mir Paşanın (Sadıqovun) faciəli ölümü haqqında dərin hüzn ilə
xəbərlər dərc edilmişdir. Qəzetin ikinci səhifəsində M.S.Ordubadi “Sənaei-
nəfisənin birinci qurbanları” adlı məqaləsinin axırını bu sözlərlə tamamlayırdı :
“Bu gün qırmızı Bakı səhnəsinin tarixinin birinci günüdür. Eşq olsun inqilab
yolunda fədai-can edən qəhramanlara”. Amma həqiqətdə isə bu itkilər “İnqilab
yolunda fədai-can” deyildilər. Həqiqəti rus dilində buraxılan “Kommunist”
qəzetinin 23 fevral 1921-ci il tarixli nömrəsi elan edirdi: “Настоящая похоронная
комиссия по похоронам маузеристами-дашнаками артистов Гостеатра
товарищей Анаплиского и Мир-Паши участвовавших в агитпоезде, dоводит
5
до сведения всех, что останки убитых будут преданы земле 24-го февраля”.
“Kommunist” qəzetinin həmin nömrəsi daha bir elan verirdi:
“Восточная Консерватория готовился к устройству траурного вечера в
честь павших героев – артистов Гостеатра т.т. Анаплинского и Мир-Паши.
Программа:
1). Речи: биография героев и значение потери их в области Восточной
музыки.
2). Музыка: Похоронный марш, тасниф посвященный героям – исполнит
Восточный Симфонический Оркестр. Все остальные номера программы
грустного содержания.
Заввостконс Оганезашвили.
Bu matəm mərasiminin təşkilini isə erməni daşnaklarının qanlı soyqırım
siyasətinin istehzasından başqa bir şey kimi qəbul etmək olmur. Çünki erməni
vəhşiliklərinin qurbanlarının matəm mərasiminin başında yenə də erməni dururdu
–Aleksandr Arkadyeviç Oqanezaşvili.
Bir haşiyə: “Oqanezaşvili Aleksandr Arkadyeviç (may 1887, Tiflis – 31.5.1932,
Tiflis) – Azərbaycan sovet musiqiçisi, kamançaçalan, musiqi xadimi. Milliyyətcə
ermənidir. Cabbar Qaryağdıoğlu ilə tanışlığından sonra (1905, Gəncə) onunla və
Q.Pirimovla birlikdə trioda çalmışdır: trionun, eləcə də, Oqonezaşvilinin solo
ifasında “Sport-rekord-şirkəti” (1912, Varşava) bir sıra muğam və xalq
melodiyalarını qrammofon valına yazmışdır. Oqanezaşvilinin sənətkarlığını
B.Ağayev, M.İppolitov-İvanov, Z.Paliaşvili, H.Tumanyan və b. yüksək
qiymətləndirmişlər. O, Beynəlxalq Musiqi Sərgisində keçirilən müsabiqənin
laureatı adına layiq görülmüşdür (1927, Frankfurt – Mayn). O, Bakıda Şərq
konservatoriyasının təşkilatçılarından biri, ilk rektoru və prof. olmuşdur (1920).
Nizaminin poemasının motivləri üzrə “Fərhad və Şirin” (1911) operasının, musiqi
alətlərinə dair elmi-tənqidi məqalələrin müəllifidir. Azərbaycan muğamları, mahnı
və rəqs nümunələrini nota salmışdır”.
Yuxarıda qeyd olunanlar Azərbaycan Sovet Ensiklopediyasının (ASE)
F.Şuşinskinin “Azərbaycan xalq musiqiçiləri” (1970) əsərinə istinadən verdiyi