54
görmüşdür. Ədəbiyyatımıza, milli tariximizə və ənənatımıza, yaradıcı
gəncliyə himayədarlıq Seyid Hüseynin həyat amalına çevrilmişdir. Bu
yöndəki çalışmalarını o, nəinki inqilaba qədərki dövrdə, həmçinin sovet
Azərbaycanı dövründə də davam etdirmişdir. “Yaşıl qələm” ədəbi
cəmiyyətinin məqsədlərini yalnız Süyid Hüseyn deyil, bütün cəmiyyət üzvləri
özlərinin müqəddəs amallarına çevirmişlər. 1922-ci il martın 17-də buraxılmış
və M.Ə.Sabirə həsr olunmuş “Yaşıl yarpaqlar” məcmuəsi, təşkilatçılarından
biri yazıçı Ə.Haqverdiyev olan və 1923-cü ildən fəaliyyətə başlayan
“Azərbaycanı öyrənmə cəmiyyəti” “Yaşıl qələm” ədəbi cəmiyyətinin
məramlarını həyata keçirmək yolunda ardıcıl atılan addımlar idi.
Qumral Sadıqzadənin bədii yaradıcılığı
haqqında
(Qumral Sadıqzadənin "Analar tək qalmasın" kitabına ön söz)
Ədəbiyyatın qanunauyğunluqlarından biri budur ki, söz insan həyatının
tempinə uyğun bir tərzdə söylənir. Müasir oxucunu yüksək poetik təsvirlərlə,
fəlsəfi yorumlarla təəccübləndirmək olmur. Birbaşa deyilmiş söz çağdaş
ədəbiyyatın ən optimal ifadə vasitəsidir. İnsan təfəkkürü bir ömrün məhsulu
olmayıb qərinələrin sınağından çıxmış, mədəniyyətlərin tapdağı altında yoğrulmuş
tarixi yaddaşın məhsuludur. Buna görə də çağdaş oxucu birbaşa deyilmiş sözün
arxasındakı bütün mətləbləri şərhsiz də anlamaq qabiliyyətindədir. Azərbaycan
ədəbiyyatı artıq 20-ci əsrin 90-cı illərindən etibarən köhnə stereotiplərdən imtina
edərək yeni ifadə üslubları aramaq dönəminə daxil olmuşdur və bu axtarış
günümüzdə də davam etməkdədir. Çox maraqlıdır ki, ömrünün böyük hissəsini –
61 ilini (1929 – 1990-cı illər daxilində ) sovet sosialist rejiminin ictimai-siyasi
şərtlərinin insan təxəyyülünün hər bir sahəsinə diqtəsi altında yaşayan yazıçı
Qumral Seyid Hüseyn qızı Sadıqzadənin yaradıcılığı ədəbiyyatın məhz bu
müasirlik tələblərinə cavab verməsi cəhəti ilə aktualdır.
Qumral xanım Sadıqzadənin ömrünün ən bəhrəli bir dövrü eynilə atası Seyid
Hüseyn kimi bir ictimai-siyasi formasiyanın digəri ilə əvəzlənməsi amili qarşısında
55
qalır. Bu baxımdan onlarln yaradıcılığında müxtəlif sosial-psixoloji aspektlərdən
paralellər aparmaq mümkündür. Bu müqayisənin diqqəti çəkən ən önəmli
cəhətlərindən biri odur ki, Seyid Hüseynin əsərlərində yeni quruluşun doğurduğu
dəyişiklik qarşısında çaşqınlıq, tərəddüd qabarıq şəkildə özünü göstərirsə, Qumral
Sadıqzadənin
ədəbi-bədii düşüncəsi sovet buxovlarından qurtulmuş
təfəkkürümüzün mental təbəddülatına hazırıymış kimi görünməkdədir. Əlbəttə ki,
hər iki təzahür mü
h
əlliflərin yaşadığı ortamda təbiidir. Seyid Hüseyn Şərq
mədəniyyəti ilə, islami-türkoloji dəyərlərlə yoğrulmuş qosqoca bir tarixin
cərəyanının tamamilə yeni bir istiqamətə döndərildiyinin şahidi kimi çıxış edir.
Qumral Sadıqzadə isə bu tarixi yaddaşın buxovlandığı süni stereotipləri itirməklə
öz milli-irsi dəyərlərinə qovuşacağı ümidindədir. Hər iki yazıçı keçid dövrünün
sosial-psixoloji, mənəvi böhranını yaşamış və öz əsərlərində bədii ifadə vasitələri
ilə bu böhranın fəlsəfəsini yaratmışlar.
Azərbaycan ədəbi mühitində “Son mənzili Xəzər oldu” adlı üç hissəli romanı,
maraqlı povest və hekayələri və iri həcmli elmi-publisistik məqalələri ilə tanınan
Qumral xanım Seyid Hüseyn qızı Sadıqzadə 1929-cu ildə Bakı şəhərində
İçərişəhərdə həyatın hər cür acılarına şahid olmuş Uzun Seyidlər adı ilə məşhur
olan bir nəslə məxsus, Şirvanşahlar sarayına bitişik ikim
m
ərtəbəli qədim bir evdə
dünyaya göz açmışdır. Qumral xanım iki nəcib nəslin, iki aydın vətəndaşın – Seyid
Hüseyn və Azərbaycanın ilk ziyalı xanımlarından biri olan lirik şairə Ümmgülsüm
Sadıqzadənin övladıdır. Amma təəssüf ki, həyat bu nəcibliyə qarşı öz mərhəmətini
əsirgəmişdir. Ya bəlkə də nəciblik elə həyatın acı sınaqları nəticəsində qazanılır.
Ailənin davamının bugünkü vəziyyəti də məhz belə bir qənaətə gəlməyimizə əsas
verir. Seyid Hüseyn və Ümmgülsümün övladları Oqtay Sadıqzadə, Toğrul
Sadıqzadə və Qumral Sadıqzadə öz istedadları, ziyalı tövrləri ilə ictimaiyyətə
məlum şəxsiyyətlərdir.
Qumral Sadıqzadə 1947-ci ildə Bakı Energetika texnikumunu, 1952-ci ildə
Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 1960 – cı
ildən etibarən dövri mətbuatda rus dilindən tərcümələri ilə çıxış etmişdir. Yazıçını
ədəbi dairəyə tanıtdıran ilk əsəri iri həcmə malik olan “Son mənzili Xəzər oldu”
56
adlı tarixi-publisistik romanı oldu. Qumral xanım özü əsəri haqqında belə məlumat
verərək yazır: “Kitab iki hissədən və epiloqdan ibarətdir. Birinci hissə nəslin
tarixindən başlayaraq Seyid Hüseynin həyatının 1920-ci ilədək – Azərbaycanda
Sovet hakimiyyəti qurulanadək olan dövrünü əhatə edir.
Kitabın ikinci hissəsi Seyid Hüseynin tarixən qısa bir müddət ərzində -
ömrünün son on yeddi ilinin yaddaşlarda yaşayan, xatirələrdə qalan, nəslimizdə
bizdən yaşlıların, vaxtilə atamı yaxından tanıyanların söhbətləri, eləcə də rəsmi
sənədlər, faktlar əsasında yazılmışdır”.
Yazıçının 2002-ci ildə nəşr etdirdiyi “Mənim nakam qardaşım” əsəri də bu
nəslin tarixinin davamı kimi görünür və Seyid Hüseynin ailəsinin 37-ci il
repressiyasından sonrakı dövrünü əhatə edir. Əsər Seyid Hüseynin ağır xəstəlik
nəticəsində dünyasını erkən dəyişmiş ikinci övladı Cığatayın yaşadığı ağrı və
acılara, eləcə də bütün ailənin bununla bağlı çəkdiyi iztirablara həsr olunmuşdur.
Filologiya elmləri doktoru, professor Nizami Cəfərov yazdığı ön sözdə əsəri
“əvvəlki iki romanın davamı” kimi qəbul edir və tövsiyyə edir ki, “sənədli romanın
əvvəlki iki cildinin satışda olmamasını nəzərə alaraq müəllif imkan tapıb üç kitabı
birlikdə böyük bir cild kimi çap etdirə bilsin”. Görkəmli alimin arzusu həyata
keçirilərsə, Azərbaycan ədəbiyyatı tarixi çox maraqlı və yüksək dəyərə malik
sənədli trilogiya qazanmış olacaqdır.
“Bu kitabı həm Seyid Hüseynin həyatı, fəaliyyəti ilə əlaqədar olan, lakin
zaman keçdikcə unudulub yaddan çıxacaq az-çox əhəmiyyətli faktları bir yerə
toplamaq, həm də onun böyük nəsli haqqında ətraflı məlumat vermək məqsədilə”
(Qumral Sadıqzadə) yazan yazıçı Azərbaycan ədəbiyyatına gözəl bir töhfə
bağışlamaqla yanaşı
,
ədəbiyyatşünaslıq tədqiqatları və ictimai həyatımızın
öyrənilməsi sahəsinə də önəmli bir mənbə bəxş etmişdir. Nizami Cəfərov da bu
baxımdan əsəri yüksək qiymətləndirir: “Azərbaycan ədəbiyyatı tarixində repressiya
illəri mövzusunda bir neçə əsər yazılmışdır. Lakin Qumral Sadıqzadə həmin ağır
dövrü çox dəqiq, real və inandırıcı şəkildə qələmə almış və bu iş onun böyük
nailiyyəti kimi qiymətləndirilməlidir”.
Dostları ilə paylaş: |