41
M.SƏİD
SƏNAYEİ-NƏFİSƏNİN BİRİNCİ QURBANLARI
“Kommunist”, 24 fevral 1921-ci il.
Bu gün şəhərimizdə hər tərəfə baxırsan, bir yas, bir ələm nişanələri olaraq
qara lentalar, əza mahnıları ilə uğraşan musiqi dəstələri görülüyor.
Ara-sıra qollarında qara matəm əlamətləri olaraq qara lentalar, yüzlərindən
yoldaşlarının səmimi təsiratını daşıyan zatlar gözə çarpıyor.
Bu gün çox yaxşı düşündükdə nə bir məlivənci, nə də bir məşhur general
vəfat etməmişdir.
Bu gün dəfn edilən qəhrəmanlar Bakı xalq səhnəsinin xadimlərindən
Əbülhəsən ilə Mir Paşa yoldaşlardır.
Bütün Cümhuriyyətin sənayei-nəfisə səhnəsi əvvəlinci dəfə olaraq inqilab
minasında verdiyi qurbanlarını xalqa kəmali-iftixarla təqdim edib diyor:
“Bakı səhnəsi öz inqilab vəzifəsini bitirdi və genə də bitirəcəkdir.”
Xəlqin təhzibi-əxlaqı, qaranlıqdan çıxıb işıqlı bir istiqbala malik olması
uğrunda lisanı və sənayei-nəfisəsi ilə çalışan qəhrəmanlar lüzumu görüb xalqa,
vətənə canı və o əziz həyatı ilə də xidmət edəcəyini bütün vətəndaşlara elan elədi.
Yoldaşlar öz vəzifələri başında olaraq inqilaba yakışır bir tərzdə
qəhrəmananə imtahan verdilər.
Bu gün, yəni fevralın 24-cü günü Bakı səhnəsi, doğrudan-doğruya, özünün
inqilab səhnəsi olduğunu elan etməklə qocaman səhnənin qaranlıqlar altında
keçirdiyi tarixi unutdurdu.
Bu gün qırmızı əsgər səhnəsinin tarixinin birinci günüdür.
Eşq olsun inqilab yolunda fədai-can edən qəhrəmanlara!
Eşq olsun qırmızı səhneyi-nəfisə xadimlərinə!
42
AĞA BABA YUSİFZADƏ
ŞƏHİDLƏR DƏFNİ
“Kommunist”, 25 fevral 1921-ci il.
Qarabağda inqilab uğrunda facianə bir surətdə şəhid olan artistlərdən
Əbülhəsən Anaplınski ilə Mir Paşa sadıqovu və zabitlərdən Əbdülhəmid
Yusifxanov, yunkerlərdən Mir Əhməd Mirhəsənov ilə Hüseyn Əsgərov yoldaşları
dəfn etdilər.
Əvvəklcə bu beş cənazə böyük izdiham ilə Təzə Pir məscidindən qaldırılıb
Dövləti-tiyatro qarşısına gətirildi.
Tiyatro qarşısında türk aktyorları tərəfindən Əli Abbas Rzayev, artistlər
komitəsi tərəfindən, fəhlə klubundan, Səba tiyatro dəstəsindən, erməni
artistlərindən, yəhudi artistlərindən, “Sabir eqit” tiyatrosundan nümayəndə yanğılı
və atəşin nitqlər söylədilər.
Sonra cənazələr “Rais” qarşısında saxlanılıb “Rais” nümayəndəsi ilə Gəncə
artistləri nümayəndəsi danışdılar.
Oradan cənazələr Maarif Xalq Komissarlığı qarşısına gətirildi.
Burada Maarif Xalq Komissarı yoldaş Dadaş Bünyadzadə Maarif Xadimləri
İttifaqı tərəfindən Müslim bəy Bağırov, Yaqubov nitqlər söylədilər.
Hərbiyyə məktəbi qarşısında yoldaş Mirzə Davud Hüseynov, Cəbiyev və
Hərbiyyə məktəbi tərəfindən yoldaş Kənan yoldaşlara rəhmət oxuyub əlvida
dedilər.
Oradan cənazələr Azərbaycan İnqilab Komitəsi qarşısına gətirildi.
Burada yoldaş Nərimanov atəşin və mənalı bir nitq söylədilər.
Sonra Azərbaycan Kommunist Firqəsinin Mərkəzi Komitəsi qarşısında
Mirzə Davud Hüseynov Mərkəzi Komitə tərəfindən danışdı.
Oradan Bakı İcraiyyə Komitəsi qarşısına gətirilib burada Bakı Şurası
43
tərəfindən Mir Bəşir Qasımov və şəhərimizdə davam edən Füqəra Komitələri
Qurultayı tərəfindən bir nəfər nümayəndə axırıncı əlvida nitqləri söylədilər.
Sonra cənazələr qaldırılıb qara torpaqlara tapşırılmaq üçün qəbiristana
aparıldı.
Mərasimi-dəfndə bütün Xalq komissiyaları, Hərbiyyə nümayəndələri,
artistlər, Füqəra Komitələri Qurultayının bütün nümayəndələri isbati-vücud
edirdilər. Bunlardan başqa şəhər əhalisi dəxi qəmlərə şərik olub mərasim-dəfndə
iştirak edirdi.
44
CƏFƏR CABBARL
I
23 fevral 1920, nömrə 38
Bakıda, Azərbaycanın paytaxtında Rza
D
arablı ilə əbülhəsən Anaplını
tanımayan yoxdur. Hər kəs bizim bu iki gənc sənətkarımızı tanıyor. Hər kəs bu iki
komik oynarkən bir daha sənətkarını görmək məqsədilə əlini və ovcunun içini
ağrıtm
ı
şdır.
Yarın, şubatın 24-də (1920-ci il) Dövlət Teatr heyəti tərəfindən bu iki
aktyorun şərəfinə olaraq “Arşın mal alan” operettası oynanılacaqdır. Möhtərəm
oxuculara
Darablı
və
A
naplını bir qədər tanıtmaq istərdim.
Rza Darablı ilə Əbülhəsən Anaplı 1911-ci sənədən başlayaraq, bərabər
olaraq səhnəyə çıxmışlardır. İlk çıxışlarında kəndi iqtidarlarını göstərmiş, hər kəsin
nəzər-diqqətini kəndilərinə cəlb etmişlərdi. Bizdə, bizim səhnəmizdə pək az adam
Darablı ilə Anaplı kimi az zaman içərisində məruf olmuşdur. Bu iki aktyor o qədər
məruf olmuşlar ki, bunlarsız, demək olar ki, bir müsamirə keçməmişdir.
Əvvəllərdə bu iki aktyor səhnəyə bərabər çıxır, hər ikisi bir məslək,
komiklik məsləkini təqib edirdilərsə də, lakin son zamanlar bunların hərəsi başqa-
başqa şəxsiyyətlər olmuşlardır.
Əbülhəsən Anaplı əski məsləkində qalmış, ondan bir an ayrılmaq istəməmiş,
həp o yolda tərəqqi edərək hər kəsin məhbubül-qəlbi olmuşdur.
Əbülhəsənin yalnız səhnədə deyil, hər zaman, hər yerdə komik olaraq
görmək olur. Komiklik Əbülhəsənin kəndisindən ayrılmaz bir təbiətdir.
Nə qədər
böyük
və ali bir məclis olursa-olsun, nə qədər
məşshur
və müqtədir
sənətkarlar o məclisdə
o məclisdə
icrai-məharət edirləsə etsinlər, Əbülhəsən
onların həpsini ikinci dərəcəyə buraxacaqdır. Bütün məclis əhlini, avam olsun, xas
olsun, kəndisinə məşğul edəcəkdir.
Dostları ilə paylaş: |