26
Bərkdə qaçıb gizlənir, xəncəri-bürranə bax.
Mir Paşa
Qeyrəti olan məgər əsgərlikdən qaçarmı?
Öz vətəninin buraxıb dağı, daşı aşarmı?
Arvadı
evdə olan rus qızına baxarmı?
Fatması qan ağlayır, etdiyi əfqanə bax.
Əli İslam
Rəsm günü davaya kasıb, lüt, üryan gedər,
Arvad-uşaq ağlaşar, dalınca Quran gedər,
Dövlətlilər bulvarda basıb fisincan gedər,
Kasıbların evində kişmişi-qənddana bax.
Mir Paşa
Zəhmət çəkib uzaqdan bu məclisə gəlmisiz,
Ölümdən heç qorxmayıb sözün düzün demisiz,
Camaatın bezini satıb pulun yemisiz,
Pulu qazandı tacir, kasıblar üryanə bax.
Əli İslam
Qışın günü çal-çarıq, bəs şineli neylədin?
Bu gecənin düzündə məşqi necə eylədin?
Tökün bütün şeyləri bir qazana, qaynadın,
Oyaq onu xabdən, ipəkdən yorğanə bax.
Mir Paşa
Bildirki mart ayında qapaza dəydi başımız,
Yandırıldı cəmiyyət, dağıldı dam-daşımız,
Gəldi bizə köməyə Osmanlı qardaşımız,
27
Yaşasın Ənvər Paşa, Mürsəli-aslana bax!
Əli İslam
Bəyənmirsiz İslamı, nöş gülürsüz babiya?
İş bərkə düşəndə siz minirsiz yabıya,
Öyrənibsiz qaçmağa yorta-
y
orta Qubaya,
Kasıbların meyidi oxşayır xortdana , bax.
Mir Paşa
Düz üç aydır girmisən vağzalda sən xidmətə,
Eyləyirsən sidqilə xidmətini millətə,
Hər biletə yüz manat – dadanıbsan rüşvətə,
Oçeretdə kasıblar etdiyi əfqanə bax.
Əli İslam
Mollanı gör, kəndi çap, getmə heç əsgərligə,
Yazdır özün qaradavoy jandarma hələligə,
Haçan gördün türk yığır, qoy özüvi dəliligə,
Bununla da olmasa, pasport al, İranə bax.
NƏ VECİMƏ
Əli İslam
Xoş gəlmisiz, bu məclisə gələnlər,
Bəzi yerdə sözün düzün deyənlər,
Kasıbların bezin çatıb yeyənlər,
Yolundu İran, sənin nə vecivə?
Mir Paşa
Sən kasıbsan, bu işlərə qarışma,
28
Millət üçün cəhd eləyib çalışma,
Zamani ki düşdü şəhrə atışma,
Yolumdu İran, mənim nə vecimə.
Əli İslam
İl dolandı, bağıstana meyl elə,
Gedib gəzib Mərdəkanı seyr elə,
Sat kasıbın bezlərini, xeyr elə,
Kasıb lüt-üryan, sənin nə vecivə?
Mir Paşa
Eşit, birdən gəldi genə mart ayı,
Söylə görüm, nəyin vardır, ay dayı,
Mən qaçıram o vaxtda İran sarı,
Burda axsa qan, mənim nə vecimə.
Əli İslam
Mart ayında lap gəlmişdim canə mən,
Meyl eylədim üç ay Nardaranə mən,
Möhtac oldum bir cırıq yorğanə mən,
Kəm köhnəmi yırtdı siçan, nə vecivə?
Mir Paşa
Pis adətdir, qalıb bizə farisdən,
Söhbətimiz çün keçibdir Parisdən,
Klassiklər halini bil qarisdən,
Evləri talan, mənim nə vecimə.
Əli İslam
29
Sən deyirdin, düşübdür fürsət ələ,
Aləmə təki salasan zəlzələ,
Əkil şuraya, məni sal cəncələ,
Sel tək axdı qan, sənin nə vecivə?
Mir Paşa
Alçaq oldu o alçaqdan damivuz,
Bədtər oldu günü-gündən halıvuz,
Nə pis günə düşdü Ərdəhənivüz,
Düşsə də tufanə, mənim nə vecimə.
Əli İslam
Baxmagilan lap canıvun cırığına,
Cümlə-cahanı vermisüz qırğına,
Qarnın dönüb zorba çaxır tuluğuna,
Misl avangiyan, sənin nə vecivə?
Mir Paşa
Əsir idik üç yüz il biz urusa,
Mindiririk təzə gələn ərusa,
Azərilər indi dönüb xorusa,
Ərşdə cövlan, mənim nə vecimə.
Əli İslam
Səhər-səhər saldırgilən çotəni,
Axşam üstü qoşdur ət pir lötkəni,
Sübhəcən vur zakuskasız vodkanı,
Hər gecə mehman, sənin nə vecivə?
30
Mir Paşa
Uşaqların çörək deyib ağlasa,
Ah çəkərək sinəsini dağlasa,
Dükançılar çəkib qapını bağlasa,
Mədəndə fantan mənim nə vecimə.
Əli İslam
Əsirgədün pulları millətindən,
Vermədün heç bir qəpik dövlətindən,
Vaxt olar ki, çıxar xəcalətindən,
Azərbaycan sənin nə vecivə?
ÇAL
Mir Paşa
Biz dedikcə meyxana, siz əl çalın,
Keyf eləyin, acları yada salın.
Göz açıb
D
ağıstana bir nəzər salın,
Onların havasına bir çanaq havası çal.
Əli İslam
Haqq-təala əqil verir, göz verir,
Dövlətliyə köməklik deyəndə dərd üz verir,
Dövlətli var pul verir, dövlətli var söz verir,
Pul verəni olardan ayırmaq havası çal.
Mir Paşa
Nə pis günə düşdü Şimalın ağ ayısı,
Arvad-uşaq qırıldı, hara qaçdı dayısı?
31
Əsir etmək istəyir indi bizi ayrısı,
Çal Denikin işləsin, biz yanaq havası çal.
Əli İslam
Denikinin gəlməsin biz bilirik, danmarıq,
İstəyir hər kəs gələ, biz dəxi allanmarıq,
Budur sözün qısası, heç kəsə inanmarıq,
Bildirki mart ayında qırılmaq havası çal.
Mir Paşa
Bu işlərin cümləsi bir gün bizə əyandır,
Denikinin planı
Q
afqaz üçün yamandır,
Bizim müsəlman hələ ayıq deyil, piyandır,
Piyan-piyan olanda yıxılmaq havası çal.
Əli İslam
Bir gün olub piyanlar dırmaşırlar damlara,
Bircə gəlib kilsəyə, baxaydın İslamlara,
Atəşpərəstlər kimi baş əyirdi şamlara,
Saat on ikidən sonra öpüşmək havası çal.
Mir Paşa
Oğluvu gizlətmisəm, tuf sənin saqqaluva,
Gəlsə bura Denikin, vay sənin əhvaluva,
Arvadın əsir alar, od vuracaq maluva,
Qoçular qan-qan deyir, atışmaq havası çal.
Əli İslam
Baxma dezertirlərin pasportuna, yaşına,
Yığ oların cümləsin, baxma o göz yaşına,
Dostları ilə paylaş: |