12
meyxanaları” toplusuna Mir Paşanın Əli İslamla deyişmələri də daxil edilmişdir,
lakin kimliyi barədə əldə məlumat olmadığı nəzərə çatdırılır: “Doğum və ölüm
tarixləri məlum deyil. Azərbaycan klassik ədəbiyyatının, o cümlədən, meyxana
janrının mahir biliciləridir. Bioqrafiyaları və başqa əsərləri haqqında məlumat
yoxdur”. “Abşeron meyxanaları” ədəbi toplusuna sənətçilərin dörd meyxanası –
“Bax”, “Nə vecimə”, “Çal”, “Bacara bilməzsən” rədifli deyişmələri daxil
olunmuşdur və tərtibçi tərəfindən qeyd olunduğu kimi, “oxuculara təqdim edilən
meyxana kupletləri 1919-cu ildə Bakıda nəşr edilmiş “Hal-hazıra dair meyxana”
kitabından götürülmüşdür”. Göstərilənlər belə qənaətə gəlməyimizə əsas verir ki,
yuxarıda haqqında danışdığımız kitabın ikincisi məhz bu şeirləri əhatə edir.
Mir Paşa və Əli İslamın vaxtilə Dövlət Teatrının aktyorları olmaları sorağı
ilə teatr tarixi əsərlərinə nəzər saldıqda çox qısa və yanlış məlumatlardan başqa heç
nə əldə edə bilmirik: “Məşhur tragiq, Azərbaycan teatrının fəxri Hüseyn
Ərəblinskinin 1919-cu ildə müsavatçı canilərin öldürülməsi teatr mədəniyyətimiz
üçün ən ağır itki idi. Bir neçə il sonra qaragüruhçular tərəfindən Əbülfət Vəli,
Əbülhəsən Anaplı, Mir Paşa və başqa səhnə xadimlərinin öldürülməsi Azərbaycan
teatrını çox ağır vəziyyətə saldı. Teatr bu acınacaqlı vəziyyətdən yalnız 1920-ci
ildə Azərbaycanda Sovet hakimiyyəti qurulması sayəsində xilas oldu.” (4.14). Və
yaxud: “1921-ci ilin fevralında Dağlıq qarabağın Keşiş kəndində aktyorlardan
Əbülhəsən Anaplı və Mir Paşa Sadıxov xaincəsinə öldürüldülər. Amma bu,
Azərbaycan aktyorlarının “öz inqilabi borclarını dönmədən yerinə yetirmək”
əzmini qıra bilmədi.” (5.92.) Halbuki Azərbaycan aktyorlarının Qarabağdakı qətli
ermənilərin Sovet hakimiyyəti illərində də türk soyqırımı və genosidi, mədəni-
mənəvi sərvətimizin talan edilməsi siyasətinin davam etdirilməsi idi. Lakin siyasi
rejim bu şəhidlərə “inqilab fədailəri” damğası vurmaqla da əsl həqiqəti son
günlərinə qədər susmağa məhkum etdi. Amma nə yaxşı ki, “ Yalan bir ayağı üstə
durar, həqiqət iki ayağı üstə” (Amerika atalar sözü), “Ağaran saç, ağlayan göz
gizlənə bilməz” (Türk atalar sözü). Nəhayət, bizim də “ağaran saçımız göründü.
Aprel inqilabından sonra Seyid Hüseyn müəllim sifətiylə ailəsi ilə birlikdə Xızı
rayonuna gedir. Bolşevizmin qanlı qələbəsi ilə barışmayan yazıçı bütün ədəbi,
13
publisistik, ictimai fəaliyyətindən əl çəkməyi özünün ən doğru yolu kimi qəbul
edərək 1921-ci ilin 23 fevralına kimi ucqar dağ rayonunda sadə müəllimlik həyatı
ilə kifayətlənməyə çalışır.. Represiya küləyinin əsdiyi 1937-ci ildə yazıçı özünü
“doğrultmaq” üçün Sovet Azərbaycanındakı ilk illərinin yaşantılarını səmimi
görünmək istəyi ilə qələmə alırdı: “28 Aprel revolyusiyası mənim üçün
gözlənilməz bir hadisə deyildi. Ancaq mən aprel revolyusiyasını birdən-birə qəbul
edə bilmədim. 23-cü ilə kibi tərəddüd etdim. Mən hələ revolyusiyanın birinci
günlərindən “Çarxların hücumu” hekayəsindəki Murad kibi Bakıdan qaçdım, uzaq
bir kəndə çəkildim”. Elə həmin məqalədə yazıçı “oktyabr revolyusiyasını necə ki
lazımdır anlamadığını” “etiraf edir”. Halbuki bütün inkişaf tarixi boyunca onun
canlı şahidi olan Seyid Hüseyn bu inqilabın Azərbaycana hansı sürprizləri
hazırladığını çox gözəl anlamışdır: “Mən bolşevizmi, internasionalizmi bütün milli
xüsusiyyətlərin aradan qaldırılmasında, kiçik xalqların milli qulturalarının məhv
edilməsində təsəvvür edirdim”. (Mən aprelə borcluyam. Ədəbiyyat qəzeti, 1 may,
1937).
1921-ci il 21 fevralda yazıçının ilk övladı Oqtay Xızı rayonunda anadan olur.
Bu sevincin üstündən iki gün keçməmiş ictimai-siyasi mühitin zərbələri altında
yoğrulmuş Seyid Hüseynin taleyinə Mir Paşanın qətli kimi amansız bir zərbə
endirilir. 23 fevral 1921-ci il yarxində Seyid Hüseyn Bakıya qayıdır. “Həqiqət
illüzyonu” mək
t
ubundan gördüyümüz kimi ömrü boyu sevimli qardaşının faciəsi
ilə və xüsusilə də onun unutdurulması ilə barışa bilmir. Əsərlərindən də görürük ki,
Qarabağ mövzusu Seyid Hüseynin yaradıcılığının lap erkən çağlarından ömrünün
sonuna kimi ən ağrılı məqamlarından biri olub (“Qaçaq oğul”, “Həqiqət
illüzyonu”, “Armus” romanı). Yazıçı “Armus” romanından “Tərlan” başlığı altında
çap etdirdiyi hissəni bu epizodla başlayırdı:
“Möhsünbəy Lalayevin bank muaməlatında müsəlmanlara qarşı bəslədiyi bu
mənfi əlaqəni erməni qataliqosu Xrimjan Hajrıqın Bakıda olurkən, erməni zəngin
və ziyalılarına söylədiyi bir sözlə əlaqələndirməyə çalışaraq ilavə etdi:
- Sən heç bilirsənmi ki, qataliqos burada ermənilərə nə söyləyibdir?
- Nə söyləyibdir? – Şərif könülsüz sual etdi.
14
- O, deyibdir ki, Tiflis erməniləri sizdən daha əqilli və bacarıqlıdırlar. Onlar
Tiflis Upravasını öz əllərinə ala biliblər. Siz isə hələ də müsəlmanların quyruğunda
sürünürsünüz!
Şərifi bu söz bir qədər düşündürdü.
-
Sən haradan bilirsən ki, qataliqos belə söz söyləyib?
-
Cənab ağa Şərif, mən çox şey bilirəm – deyərək Möhsünbəy özünü
öyməyə başladı. Mən bu sözü vəkilim Arşaq Semyonoviçdən eşitdim. O, mənim
üçün danışdı ki, bu saat Lalayev çalışır ki, Bakı upravasından müsəlmanları
sıxışdırıb çıxartsın. Buranı da Tiflis upravası kimi öz əllərinə alsınlar. Amma
bizimkilər də qırqovul kimi başlarını kola soxub quyruqlarından xəbərləri yoxdur”.
“Armus” romanının “Tərlan” hissəsi 1937-ci ildə “İnqilab və Mədəniyyət”
jurnalında dərc olunmuşdur. Göründüyü kimi, siyasi rejim azərbaycanlılara öz
milli faciələrini nə qədər unutdurmağa cəhd göstərsə də, bu mövzu yazıçı üçün
ömrünün sonuna kimi aktual idi.
BİR FAKT: 23 noyabr 1920-ci il. Ədliyyə İşləri Üzrə Xalq Komissarının 2
fevral 1920- ci il tarixli əfvetmə haqqındakı qanununa əsasən, 1918-ci ildə Bakıda
və Şirvanda qanlı cinayətlər törətmiş Stepan Lalayev və onun əlaltılarının işinə
baxan 1-ci Şamaxı İstintaq Komissiyası Stepan Lalayev və onun əlaltılarının
törətdikləri cinayətlər 1918-ci ildə, yəni milli ədavət üstündə meydana çıxmış
vətəndaş müharibəsi dövründə baş verdiyini əsas götürərək 1920-ci ilin 23 noyabr
tarixində işi xətm etmişdir.(Erməni terrorizmi və cinayətləri: Azərbaycanda,
Türkiyədə və Dünyada hadisə və faktların xronikası. Bakı, 1994.)
Təəssüfəlayiq bir haldır ki, yuxarıda göstərilən mənbədə Keşiş kəndində baş
vermiş o dəhşətli faciə haqqında heç bir məlumat verilməmişdir. Elə bunun özü də
bir təəssüfəlayiq haldır ki, biz hələ də Seyid Hüseyn kimi təəssüflənirik.
ƏDƏBİYYAT
1. Seyid Hüseyn Həqiqət İllüzyonu. “Azərbaycan ədəbiyyatı” qəzeti,
2. “Kommunist” (Azərbaycan dilində), 23 fevral 1921-ci il.
3. “Kommunist” (rus dilində), 23 fevral 1921-ci il.
Dostları ilə paylaş: |