51
donmuşuq”
19
. Bütün bu qeyd olunanlar Seyid Hüseynin öz mühitində siyasi
cəhətdən də hazırlıqlı bir şəxs kimi qəbul olunmasından xəbər verir.
1911-ci ildə Seyid Hüseyn bir müddət işsiz qalır. Əli Paşa Səbura
yazdığı 11 oktyabr tarixli məktubdan aydın olur ki, yazıçı bu günlərdə maddi
cəhətdən çox sıxıntı çəkmişdir: “Bəradərim! Mənə Məhəmməd Sadıqdan uzaq
dolanmağı tövsiyyə edirsininz. Bu barədə təşəkkür edirəm. Zatən
,
mənim
onunla bir o qədər xüsusiyyətim yoxdur. Hərçənd məişət məsələsi məni
Haşımbəy mətbəəsində işləməyə məcbur edəcəkdisə də, lakin həllali-
müşkülat mənim üçün digər bir iş buldu. Yəni Orucovlar mənim bekar
qalmamdan xəbərdar olub, məni çağırdı. Bə”d əz məzəmmət
i-
b
e
syar ki, bekar
qaldığım əsnada onlara xəbər etməmişəm, münasib bir donluq ilə mənə iş
təklif etdi. Mən də qəbul edib bu saət onlar üçün işləyirəm. Hər bir kəsdən də
qət”i-əlaqə etmişəm. Bəlkə bundan sonra da edəcəyəm, çünki bəni-növi-
bəşərdə vəfa deyilən hissi-müqəddəs yoxdur”. Bu məktub bizə belə bir
qənaətə gəlməyə imkan verir ki, Seyid Hüseyn bəyannaməni 1911-ci ilin son
aylarında, Orucovlar mətbəəsinə işə girdikdən sonra hazırlamışdır.
Məktubun bu parçasından göründüyü kimi, ədib yeni bir qəzetdə
çalışmağından bəhs edir ki, həmin qəzet “Yeni İrşad” idi. 1911-ci ildə iyulun
2-də Orucovlar “Məlumat” adında qəzet nəşr etməyə başlamışdılar.
“Məlumat” qəzetinin müdiri Hacı İbrahim Qasımov və baş redaktoru Mehdi
bəy Hacınski idi. “Məlumat” uzun davam edə bilməyib həmin ilin avqustunda
hökumət tərəfindən qapadıldıqdan sonra Orucovlar bunun da yerinə “Yeni
İrşad” adında qəzet çıxarmağa başladılar. “Yeni İrşad” qəzetinin müdiri Yusif
Əhmədov, baş redaktoru isə Mehdi bəy Hacınski olmuşdur
20
. İlk nömrəsi
1911-ci il avqustun 28-də, sonuncusu 1912-ci il martın 5-də çıxmışdır.
Qəzetdə S.Hüseynlə yanaşı A.Səhhət, Y.V.Çəmənzəminli, F.Köçərli,
A.Yusifzadə və b.-nın məqalələrə dərc edilirdi. Lakin bu qəzet də uzun ömür
sürməmişdir. “Yeni İrşad” qapandıqdan sonra Orucov qardaşları Sənətulla
19
Yenə orada: səh. 50-51).
20
Mirzəbala Məmmədzadə. Azərbaycan türk mətbuatı. Bakı Universiteti Nəşriyyatı, 2004, səh.59
52
İbrahimovuvun müdiriyyəti altında “İqbal” qəzetini çıxarmağa başladılar.
Seyid Hüseyn bu qəzetdə də çıxış etməkdə davam edirdi. 1913-cü ildə
Sənətulla İbrahimov əsgərliyə çağırıldığı üçün Hüseyn Sadiq qəzetin
müdiriyyətini öhdəsinə götürmüşdür. 1914-cü ildə qəzetin müdiri Məmməd
Əli Rəsulzadə, baş redaktoru isə Məmməd Əmin Rəsulzadə olmuşdur və
həmin ildə də qapadılmışdır.
Yuxarıda məktubda göstərdiyimiz parçada daha iki önəmli məsələ
diqqəti çəkir: Məhəmməd Sadıq Axundov və Haşım bəy Vəzirova
münasibəti. Əli Paşa Səburun 1910-cu ilin axırlarında nəşr etdiyi “Yeni
Füyuzat” məcmuəsində Məhəmməd Sadıq da çalışmışdır. 1911-ci ildə “Səda”
və “Həqiqət” idarəsində həbslər icra olunan zaman “Yeni Füyuzat” idarəsində
də həbslər icra olunmuşdur. Əli Paşa Səburu Həştərxana, qəzetin baş
redaktoru Əhməd Kamalı isə Türkiyəyə sürgün etmişlər. Seyid Hüseynin Əli
Paşa Səbura yazdığı məktublardan onların Əhməd Kamalla sıx münasibətləri
olması qənaətinə gəlirik. Lakin Əli Paşa Səburun dostuna yazdığı məktubların
əldə olmaması səbəbindən Məhəmməd Sadıqla bağlı fikrə aydınlıq gətirə
bilmirik. Sadəcə, deyilənlərdən belə nəticə çıxarmaq mümkündür ki, Əli Paşa
Səbur Məhəmməd Sadığı çox yaxından tanıdığı üçün dostuna ondan uzaq
durmağı tövsiyyə edir. Tarixin irəli səhifələrinə nəzər saldıqda daha bir
ehtimal – tərəflər arasında əqidə ayrılığı məsələsi diqqətimizi çəkir. Belə ki,
Məhəmməd
Sadıq
Aranın redaktorluğu ilə 1928-ci ildə İstanbulda nəşr olunan
“Yaşıl yaprak” jurnalı “Məmməd Əmin Rəsulzadənin ünvanına yağdırdığı
ciddi ittihamlarla daha çox tanınır”
21
.. Daha sonralar da, məsələn, 1951-ci ildə
“Türk yolu” jurnalını da nəşr edən Məhəmməd Sadıq “M.Ə.Rəsulzadə və
onun məsləkdaşlarına, Azərbaycan Milli Mərkəzinin, Azərbaycan Kültür
Dərnəyinin (Ankara) və Müsavat partiyasının mövqeyinə kəskin müxalifətdə
dururdu”. Çox ehtimal ki, müsavatçılarla Məhəmməd Sadıq arasındakı
münasibətlərin əsası elə Azərbaycanda həmin illərdən qoyulmuşdur. Tarixi
21
Abid Tahirli. Azərbaycan mühacirət mətbuatı
53
faktlardan da göründüyü kimi Məhəmməd
Sadiq
in mövqeyi “Müsavat”
tərəfdaşları ilə barışmaz olmuşdur.
“Yaşıl qələm” ədəbi cəmiyyəti Azərbaycan Xalq Cümhuriyyəti
dövründə fəaliyyətə başlamışdır. Bu dövrdə də Seyid Hüseynin ədəbi-mədəni
fəaliyyəti genişdir və xüsusilə cəmiyyətin işində əvəzedilməzdir.
Cümhuriyyət dönəmində Seyid Hüseyni siyasi arenada deyil, daim mədəni
işlərin önündə görürük. O, 1919-cu ilin avqust ayının 26—sında “Yaşıl
qələm”in təsis yığıncağını açarkən yeni təşkilatın məramnaməsini belə izah
etmişdi:
1.
Çəmiyyətin məqsədi Azərbaycan xalqının fikrən
yüksəlməsinə çalışmaq və Azərbaycan ədəbiyyatında müşahidə edilməkdə
olan yeniliyi qüvvətləndirmək, onu türklüyə və sadələşdirməyə doğru sövq
etməkdir. Cəmiyyət məqsədinə irmək üçün:
a). Ədəbiyyatımızı təhlil və tarixi-ədəbiyyatımızı tərtib edəcək;
b). Yazıçılıq sənətini təşviq və tərqiblə sənət həvəskarlarını və gənc
mühərrirləri bir araya toplayacaq, onları ədəbi ailə halına vəz etməklə
aralarında yarış müsabiqələri açacaq;
c). Ədəbiyyatımıza, ülum və fünuna aid konfranslar verəcək və
referatlar tərtib edəcək;
ç). Milli tariximizə və ənənatımıza aid əsərlərin nəşrinə çalışacaq.
“Yaşıl Qələm”in idarə heyətinə Hüseyn
Sadiq
, Məhəmməd Ağaoğlu,
Əli Yusif, Mirzə Bala Məmmədzadə, Hənəfi Zeynallı daxil olmuşdular.
Hüseyn
Sadiq
cəmiyyətin sədri, Məhəmməd Ağaoğlu katib seçilmişdilər.
Məramnamənin əsas müddəalarını Seyid Hüseynin bütün ədəbi-ictimai
fəaliyyəti boyunca həyata keçirdiyi təşəbbüslərinin tezisləri kimi qəbul edə
bilərik. Seyid Hüseynin ədəbi dilimizin türkləşməsi və sadələşməsi üzərində
zəhməti çox böyükdür və ayrıca bir tədqiqat mövzusunu əhatə edə biləcək
qədər genişdir. Yazıçı demək olar ki, ömrünü
n
böyük hissəsini ədəbiyyatımızı
təhlilə , onun nəzəri və praktik məsələlərini öyrənməyə həsr etmiş, ədəbiyyat
tariximizin qaranlıq səhifələrini işıqlandırmaq yolunda qiymətli işlər
Dostları ilə paylaş: |