48
proqramında türkçülük məfkurəsi qabarıq verilməmişdi. Bunun da səbəbi
həmin məfkurənin yenicə formalaşmağa başlaması idi
14
. Seyid Hüseynin
1911-ci ildə Həştərxanda sürgündə olan qohumu, dostu, qələm yoldaşı Əli
Paşa Səbur Hüseynzadəyə yazdığı məktublardakı fikirləri “Müsavat”
məramnaməsi ilə səsləşir: “Əgər öz hali-xüsusiyyəmdən xəbər alsan,
nəhayətdə mütəəssüfəm. Çünki bugünki milləti-İslamın hali-əsəf-istimalı kimi
mütəəssüf etməz ki, hər bir tərəfdən onlara haqsızlıq edirlər və zərbi-dəst
göstərirlər. Əcəba
,
bunlara səbəb nədir? Vaqeən
,
mərhum Sabir əfəndi nə
gözəl söyləmişdir:
Qanuni – qəvayidi – təbiət
Qoymuş bu cahanda böylə adət:
İnsandakı cəhldən, ziyadə
Haqsızlar edərlər istifadə.
Budur, bizim cəhalətimizdən haqsızlar istifadə edirlər”
15
. Məktub
parçasından göründüyü kimi, ədibin 1918-ci ildə yazdığı “Təqsir kimdədir?”
məqaləsində qoyduğu problemlər onu gəncliyinin lap erkən çağlarından
düşündürmüşdür.
Və yaxud, Seyid Hüseynin Əli Paşa Səbura 1912-ci il 6 may tarixli
məktubunda qeyd olunur: “Heç bir barədə məndən nigaran qalma. Mən
haman Bakıda görüb tanıdığın Seyid Hüseynəm. Heç bir xasiyyətim
dəyişməmişdir. Fəqət bir xasiyyətim dəyişib. O da qeyri-müsəlmanların istər
qocasına, istər uşağına və məzlumuna rəhm etməmək və müsəlmanlığına
qarşı yegü olanlardan nifrət edib
,
bəlkə ədavət bəsləmək. Və heç bir kəsin
əxfalatına uymamaq”.
14
Nəsiman Yaqublu. Məmməd Əmin Rəsulzadə. Bakı, Gənclik,
1911
. səh. 49.
15
Məktub, 1911, 26 sentyabr
.
49
Yeri gəlmişkən, elə bu məktubda da o, “Qurani-Kərim”in tərcüməsi
olan kitabı dostuna göndərməli olduğundan bəhs edir. Mirzə Bala
Məmmədzadə “Azərbaycan türk mətbuatı” kitabında “Quran”ın tərcüməsi ilə
bağlı məlumat verərək yazır:
“Hacı Zeynalabdin Tağıyev kəndi “Kaspi” mətbəəsində türk hərfləri
düzəldikdən sonra “Quran”ı türkcə olaraq təb etdirdi. Bunu Bakı qazisi Mir
Məhəmməd Kərim tərcümə etmişdir”
16
.
Məmməd Əli Rəsuloğlunun xatirələrindən: “...1911-ci ilin son bahar
günü idi. Arkadaşların gizli toplantı və müşavirə yeri olan rəhmətlik Abbas
Kazımzadə bəyin mağazasının arxa odasında Abbas bəy ilə oturmuşduq.
Arkadaşlarımızdan Tağı Nağıoğlu bəy içəri girdi və bizə “gürcülərin,
ermənilərin, rusların siyasi partiyaları var, bizim nədən olmasın
?
Biz də bir
partiya quraq” dedi. Bir neçə gün yapdığımız müzakirə və müşavirədən sonra
“Müsavat” partiyasını qurmağa qərar verdik. Zatən o tarixlərdə İstanbulda
olan Məmmədəmin bəy də bizə yazdığı məktublarda siyasi bir partiyanın
qurulmasının vacib olduğunu yazır, bu işdə hazırlıqlar içərisində olmamızı
istəyirdi.
Böyləcə, “Müsavat” partiyası qurulduqdan sonra partiyaya qəbul
edəcək arkadaşları təsbit etməyə başladıq. Bu da o zamankı dövrə görə zor bir
işdi. Müsavat partiyasına ilk aldığımız arkadaşlar bunlardır: Vəli Mikayıloğlu
(ikinci dünya hərbində İranı işğal edən Kommunist ruslar tərəfindən Zəncan
şəhəri ətrafında yaxalanaraq Rusiyaya gətirilmiş və güllələnmişdir), Seyid
Hüseyn Sadiq (Azərbaycanın tanınmış ədəbiyyat və sənət adamı Sibirdə
sürgündə olmuşdur), Əbdürrəhim bəy (əcəli ilə ölmüşdür), Axund Yusif
ləqəbi olan Yusif Ziya ( Türküstanda basmaçılarla birlikdə Ənvər
P
aşa
komitəsində bolşeviklərlə vuruşarkən şəhid olmuşdur), Seyid Musəvi (çarlıq
rus ajanları tərəfindən şəhid edilmişdir).”
17
Partiyanın Güney Azərbaycanda
da şöbələri yaradılmışdı. “Müsavat”ın ilkin qəbul etdiyi proqram İslam fikri
16
Mirzə Bala Məmmədzadə. Azərbaycan türk mətbuatı. Bakı, səh. 70
17
Nəsiman Yaqublu. Məmməd Əmin Rəsulzadə. Bakı, 1991, səh. 48-49
50
üzərində qurulmuşdu və islami ideyalara daha çox üstünlük verirdi. Bu
dövrdə “Müsavat” partiyası böyük işlər görürdü. Balkan müharibəsində
Türkiyəyə yardım göstərmək təbliğatını aparırdı. Partiyanın üzvü Seyid
Hüseyn gizli bir bəyannamə yazdı. Bu bəyannamə Orucovlar mətbəəsində
sahiblərindən xəbərsiz Seyid Hüseynin ya
r
dımı və partiyaya mənsub olan
mürəttiblərin birgə fəaliyyəti ilə bir gecədə çap olundu.
18
Həmin
bəyannamədə “Müsavat” bütün Qafqaz müsəlmanlarını Osmanlı
imperatorluğuna köməyə çağırırdı. Abbas Kazımzadə gizli şəkildə çap
olunmuş bəyannamələri Tiflisə aparıb Qafqaz müsəlmanları arasında
yayılması üçün poçt qutularına atıb sabahı günü geri dönmüşdü.
Müsavat”ın Qafqaziya türkləri arasında yayıb çar imperiyasını qorxuya
salan bəyannamə aşağıdakı məzmunda idi:
“...Biliniz və agah olunuz ki. Bu müharibəyi xilafəti-islamiyyəyə malik
olan Türkiyəyə açan Balkanın kiçik və ufaq hökumətləri deyildir. Zira, şir nə
qədər zəif olsa da, çaqqallar və tülkülər ona yaxın gəlməyə cürət edəməzlər.
Bu işləri işləyən insaniyyət və islamiyyət düşməni və “jandarmi-aləm” ləqəbi
ilə müləqqəb olan Şimal ayısı Rusiya hökuməti-müstəbidəsidir ki, hər gün nə
qədər ləvazimi-səhiyyə, ətibba, ianələr və könüllü adı ilə bölük-bölük
nizamilər göndəriyor.
Şu saətdə bolqar
,
Serb və qaradağlıların nizami səflərində hədsiz-
hesabsız rus zabitləri və topçuları mübarizə etməkdədir. Osmanlıların
məğlubiyyəti haqqında çəkilən teleqraflar həp məğuldur. Bu surətlə onlar bir
tərəfdən Rusiyadan hərbə gedənlərə cürət vermək, digər tərəfdən də
müsəlmanları qorxutmaq istiyorlar. Aləmi-islamın başına gələn bəlaların
əksərinə , bəlkə də həpsinə işbu... və hökuməti-müstəbidə səbəb olmuşdur.
Digər məmləkətlərdəki İslam qardaşlarımız can və mal ilə müavinətdə
bulunduqları halda
,
biz Rusiya müsəlmanları nədən bir ğəmad kimi
18
Məryəm Oruclu. Azərbaycanda və mühacirətdə Müsavat partiyasının fəaliyyəti (1911-1992). Bakı, Azərnəşr,
2001, səh
.
36
Dostları ilə paylaş: |