72
Əbülqasım Hüseynzadə
“Ədəbiyyat və incəsənət” qəzeti, 30 aprel, 1977
MƏNİM MƏKTƏB YOLDAŞIM
Seyid Hüseyn də, mən də İçərişəhərliyik, ikimiz də bir məhəllədə
yaşayırdıq. 1902-ci ildə İçərişəhərdə üçüncü rus-tatar məktəbinə daxil olduq.
Orada bizə müəllimlərdən Süleyman Sani Axundov, Abdulla Şaiq, onun qardaşı
Mirzə Yusif Talıbzadə və başqaları dərs deyirdilər.
Seyid Hüseynin qardaşı Mir Paşa mənimlə bir sinifdə oxuyurdu.
Məndən üç-dörd yaş böyük olardı. Farsca-türkcə yaxşı savadı var idi. Hündürboy,
gözəl-göyçək bir oğlan idi. Boyu hündür olduğu üçün onu arxa skamyada
əyləşdirmişdilər. Az bir zamanda yaxından dostlaşdıq, dərslərimizi bir yerdə
hazırlayardıq. Evlərimiz çox darısqal olduğu üçün şəhər bağında məşğul olurduq.
1904-cü ildə qış tətili zamanı (tətil on beş gün idi) rus dili müəllimimiz
Süleyman Sani belə bir tapşırıq verdi:
- Tətil müddətində Puşkinin “Balıqçı və balıq nağılı” poemasını
mükəmməl üzündən oxumağı öyrənməlisiniz, hər kəs istəsə, nağılın bir hissəsini
əzbərləsin.
Biz az zamanda nağılı üzündən rəvan oxumağı öyrəndik. Seyid
Hüseynin təklifi ilə ikinci həftədə poemanı başdan-başa əzbərlədik.
Tətildən qayıdandan sonra Süleyman müəllim kitabı üzündən
oxutdurdu.Hamı yaxşı öyrənmişdi. Müəllim razı qaldı. Soruşdu: - Kim əzbər
oxuya bilər?
Ancaq dördümüz fəsil-fəsil əzbər oxuduq. Hərəmiz bir “beş” aldıq. Bu
da Seyid Hüseynin “bərəkətindən” idi.
O, zarafat sevməzdi. Deyərdi: ərəblərdə bir məsəl var: “Əzzərafətül
miqrazül məhəbbə”, yəni zarafat məhəbbətin qayçısıdır. ..
Məktəbi qurtaranda dedi:
73
-
Üç il belə keçdi, artıq ayrılmalıyıq. Ancaq sizinlə bir zarafat
edəcəyəm... Bu gün gərək bizim evə gedək, sizi bir az işlədəcəyəm... Dedilər, nə
işdir? Dedi: -Yaxın yerə yük daşıtdıracağam.
Hamımız bir-birimizin üzünə baxdıq... Getdik, gördük ki, süfrə açılıb,
bizi qutaba qonaq elədi.
O, məktəbdə oxuduğumuz illərdən mənim yadımda beləcə qalıb...
KƏRƏM MƏMMƏDOV
(Xatirə)
Seyid Hüseyn istər orta məktəbdə, istərsə də texnikumlarda, ədəbiyyat
dərnəklərində dərs dediyi doğma şagirdlərini heç zaman unutmur, onların sonrakı
həyatı, taleyi ilə bir müəllim, bir vətəndaş kimi çox maraqlanırdı, təlim-tərbiyəsi
ilə məşğul
olduğu məzunlarla əlaqə saxlayırdı. Ədibin Bakıda, respublikamızın
rayon və kəndlərində çalışan keçmiş şagirdlərindən, tələbələrindən aldığı
məktublar bunu əyani şəkildə sübut edir. Belə məktublardan biri də ona uzaq Laçın
rayonunun Minkənd kəndindən göndərilmişdi. Məktubda oxuyuruq: “Unudulmaz
müəllim Seyid Hüseyn! Əgər qanadım olsa, bu gün quş kimi uçardım. Sizin məni,
atamı, əmimi unutmamağınız bizim üçün böyük səadətdir.
Mən sizi unutmamışdım və yayda bizə gələn müəllim Bakıdan mənə kitab
göndərəcək – deyə hər gün yoldaşlarım ilə söhbət edirdim. Fevralın 7-də poçt ilə
göndərdiyiniz altı kitabı aldım. Və mənə yazdığınız 28 yanvar 1935-ci il tarixli
məktubu oxudum. Sizin mənə məktub və kitab göndərməyiniz məni, atamı və
bütün kəndimizin camaatını, şagirdlərini çox şad etdi. Mən və atam yayın tez
gəlməsini və yayda sizin bizə yenə qonaq gəlməyinizi səbirsizliklə gözləyir və
tələsirik. Mən indiyə kimi sizin ünvanınızı bilmirdim. Bundan sonra hər vaxt sizə
kağız yazacağam. Məndən və tələbə yoldaşlarımdan Sizə və yoldaşlarınıza səmimi
salamlar. Atamın, əmimin, əmim arvadının sizə çoxlu salamları vardır.
Minkənd, 14 fevral, 1935.
74
SEYİD HÜSEYNİN ƏLİ PAŞA SƏBURA MƏKTUBLARI
21 oktyabr 1911-ci il
Çe xoş başəd ki, bə”d əz entizari
Beommidi r
e
səd
o
midvari.
(İntizardan sonra necə xoş olur ki,
Ümid bəsləyən ümidinə yetir.)
B
e
dun
e
-mübal
e
ğ
e
ərz edirəm. Zatən yalan deməyə ehtiyacmı var? Bu gün
neçə gün idi ki , sənin məktubunu gözləyirdim. Hər axşam evə gəldikdə qəhri çeşm
ilə uşaqların əlinə baxırdım ki, bəlkə sizin məktubunuzu, o tərcümani-
hissiyyatınızı mənə verələr. Lakin naümid olub pərişan olurdum. Sonra poçtanın
pəncşənbə günü gələcəyini bilib sakit olurdum.
Bəradərim! Əl”an, əlsaət rüfəqalərdən birini səfərə müşayiət edib pərişani-
əhval, ğəmü-kədərə piçidə olduğum halda evə qayıtdım. Bu dəfə mənim
pərişanlığıma səbəb nəinki rəfiqi-müşarileyhin məndən fəraqı idi. Bəlkə nə
deyəyim.., əbədi olaraq ondan qəti-əlaqə etmək fikrim idi. Lakin bunu yəqin bil ki,
bu fikrim ya mənə və ya müşarileyhə hər bir şeydən ağırdır. Çünki nasıl ola bilər
ki, iki qəlb bir hissdə olub, rişteyi-məhəbbət ilə yek digərinə vəsl ola, əcəba bunları
yekdigərindən ayırmaq olarmı? İndi bil ki, mən nə qədər mütəffəkkir və nə qədər
məhzun bir halda evə qayıtmışam. Belə bir qət”i-əlaqəyi nə rəfiqim və nə mən
özüm arzu etmədiyimiz halda cəbrən bunu kəndimə qəbul etdirəcəyəm. Hər nə isə.
Bu nöqtədən vaz keçəlim.
Fikri-məzkur əhvalımı pərişan edib evə gələrək bu fikri başımdan çıxarmaq
üçün bir şeylə məşğul olmaq istədim. Əlbəttə, özünə məlum olsun gərəkdir ki,
insan kədərli bir halda baisi-kədərin yazsa, gözəl bir təqrir ilə ifadə edə bilər. Mən
dəxi bu nöqtəyə məbni bir hekayə yazmaq xəyalına düşdüm. Gözəl bir məzmun
bulub yazmağa başladım. Hətta bir neçə səhifə də yazdım. Bu əsnadə Kərbəlayı
evə gəldi. 14 tarixli məktubunuzu mənə verdi. Məktubu aldıqda əvvəl
şeirmi və
ya
Dostları ilə paylaş: |