66
2
Ağaəlinin bir də kiçik yaşlı qızı olar. Ağaəlinin çalışdığı mətbəə müdiri
olduqca əxlaqsız bir adamdır. Hər zaman gözü öz əli altında çalışan məmurların
arvad-uşaqlarındadır. Ağaəlinin arvadı Fatmanı bir münasibətlə görər. Sonra bir-iki
kərə qonaq sifətilə Ağaəligilə gedər. Fatmanın xatiri üçün kontordakı məmurlardan
birisini qulluqdan ixrac edib Fatmanı onun əvəzinə qulluğa qəbul edər.Böylə,
Fatmayə tamamilə hakim olar. Fatmanın təbiəti də bir qədər yüngüldür. Xüsusilə
Ağaəlinin deyintiliyindən bezardır. Fatma istər ki, hər zaman ona xoşa gedəcək
aşiqanə sözlər söyləsinlər. O, böylə sözləri Ağaəlidən çox az eşidər, əksinə olaraq
mətbəə müdirinin Fatiməyə böyük iltifatı vardır.
3
Ağaəliyə bir müavin lazım oldu.Qəzetəyə verilən elan üzərinə məktəbli
bir qız mətbəəyə xidmətə girmək istər. Bu qız ata tərəfindən yetimdir. Yalnız bir
anası var. Ağaəli bu qızı çalışdırmalı, onu öyrətməlidir. Ağaəli vəzifə qarşısında
hissiyyata qapılmaz. Qız tamamilə naşıdır. Hələ bəzi xətləri belə oxuya bilmir. Bir-
iki gün sonra bu qızı rədd etmək istər. Fəqət onun maddi ehtiyacını hiss etdikdən
sonra onu yola verər. Mətbəə müdirinə bacardığını söylər. Beləliklə, haman qız
Ağaəlinin qulaq asanı olaraq qalar.
İdarə müdirinin və hesabdarın qadınlara və qızlara eşq əlaqəsini Ağaəli
çox yaxşı bildiyi üçün öz müavini olan həyatda təcrübəsiz qızı qorumağa başlar,
dəfələrlə qızı müdafiə edər.
4
Bir dəfə bir hadisə vaqeə olur. Yay zamanı idarə müdiri Ağaəliyə
müraciətlə pəncşənbə günü bağa gedəcəyini sorar. Ağaəli bağa getməyəcəyini
söylər. İdarə müdiri də özünün Buzovnadakı bağına gedəcəyini söyləyib yola
düşər. O günün sabahı nasılsa, Ağaəli darıxar və yaxud ürəyinə bəzi vəsvəsələr
gələr. Qalxıb Novxanıda olan ailəsinin yanına gedər. Bağa çatınca mətbəə
müdirini öz evlərində qonaq sifətilə görər. Məlum olar ki, gecəni onlarda
yatmışdır. Xüsusiilə istər qonaq, istərsə də Fatma Ağaəlinin böylə nagahi
gəlişindən pərtləşirlər.
67
Çünki mətbəə müdiri dünən yola düşərkən Buzovnaya gedəcəyini
söyləmişdir. Ağaəlinin şübhəsi artar. Beləliklə Fatma ilə Ağaəlinin arasında bir ailə
faciəsi başlar.
Bağdan qayıtdıqdan sonra Ağaəli Fatmanı mətbəədə xidmət etməyə
buraxmaq istəməzsə də, müvəffəq olmaz. Mətbəə müdirinin də ayağını öz
evlərindən kəsə bilməz. Hər axşam özü mətbəədə çalışdığı halda Fatma mətbəə
müdiri ilə teatr və kinolarda əylənirlər. Ağaəliyə artıq həqiqət aşkar olur ki, Fatma
ilə mətbəə müdiri sevişir və əlaqədə olurlar. Ailə içərisindəki ixtilaf heç bir şeylə
təsvir edilməz. Fatma Ağaəlidən boşanar. Əlavə olaraq Ağaəlini mətbəədən
çıxararlar.
Ağaəli mətbəədən çıxdıqdan sonra onun müavini olan qız da burada
qalmaq istəməz. Çünki bir tərəfdən mətbəə müdirinin kəndisinə qarşı
hərəkətlərini, digər tərəfdən hesabdarın kinayəli sözlərini görüb eşitməməyi üçün
bilərək Ağaəlidən sonra o orada namusu ilə qala bilməyəcəkdir. Ağaəli orasını da
hiss edər ki, qız onu sevir. Xüsusilə Ağaəli öz arvadı Fatmanın xəyanətilə bu gənc
qızın səmimiyyətini müqayisə edir. Get-gedə özünün meyli bu qıza artar.
Ağaəlinin qarşısını yalnız bir şey kəsmişdir. Qızın yaşı az, özünün yaşı çoxdur. O
anlaya bilmir ki, bu qız onu axıra qədər sevə biləcəkdir. Bunun üçün hər zaman
onu sevmək hissiyyatını özündən uzaqlaşdırar.
5
Ağaəlinin bir istiqraz vərəqəsi vardır. Böylə bir zamanda bu istiqraz
vərəqəsi ən böyük mükafat olan yüz min manat udur. Bu para Ağaəliyə geniş bir
səadət yetirər. Fəqət nə yapsın ki, o paradan rahətliklə istifadə edəcək şərait
yoxdur. Sabiq arvadı fəna bir həyat aparır. Özünün kiçik yaşlı qızını da yetim bilir.
Gələcəkdə anasının getdiyi yol ilə gedəcəkdir. Ağaəli öz müavini olan qız ilə də
evlənə bilər. Qız onu sevir. Hətta onu sevdiyini bəzi hərəkətlərilə Ağaəliyə
bildirmişdir. Məmnuniyyətlə onun arvadı ola bilər.Burada da Ağaəlinin qarşısında
özünün yaşca qızdan böyük olub atası yerində olmağıdır.
68
6
Ağaəli uzun zaman öz qəlbi ilə və hissiyatı ilə mübarizə edir. Fəqət
müvəffəq olmur. Axırda bir münasibətlə (yay məzuniyyətini Kislovodskidə
keçirdikləri halda) sevişir, evlənməyə qərar verirlər. Bunun üçün vıstavkadakı
kitabın üzərindəki şəkil qədər gəlir. Hər gün özünün yaşca, vücud və boyca böyük
olmasına baxmayaraq zəif vücudlu, 17-18 yaşlı qızı qoltuğuna alar, bağa, bulvara
çıxarlar. Bakıya qayıtdıqdan sonra toy etməyə qərar verib, hətta zaqsa gedib belə
qeyd olunarlar. Fəqət haman gecə qız Ağaəlini nə qədər gözlərsə, o, gəlib çıxmaz.
Nəhayət, o günün sabahı Ağaəlinin məktubunu alarlar. Ağaəli banka qoyduğu yüz
min manatın iyirmibeş min manatını əvvəlki arvadı Fatmanın, iyirmi beş min
manatını kiçik qızına, iyirmi beş min manatını da indi sevdiyi, zaqsda qeyd etdyi
qızın adına qoymuş, iyirmi beş min manatı ilə naməlum bir yerə bir daha
qayıtmamaq üzrə getmişdir.
***
İmdi deyə bilərsiniz ki, bu bir hekayəyə mövzu ola biləcək hadisənin
“həqiqət illüzyonu” və yaxud keçirməkdə olduğum ailə faciəsilə nə münasibəti
vardır. Münasibəti olmasaydı söyləməzdim.
Bir hekayə müxtəlif şəkillərdə yazıla bilər. Mən istəyirdim ki, bu
hekayəni Xalid Ziyanın “Bir ölünün dəftəri” adlı romanı kimi xatirat şəklində
yazım, yalnız bir fərqlə: bu xatirələr kiçik səhifələrdən ibarət olsun. Xüsusilə,
Ağaəlinin, doğrudan da, öz müavinini sevdiyini, fəqət hissiyyata məğlub
olmayaraq ağıl və mühakimə ilə hərəkət etdiyini canlı bir surətdə göstərə bilim.
İştə həqiqət illüzyonu verə bilmək hissi də buradan nəşət etdi.
Mən istədim ki, Ağaəlinin xatirat dəftəri onun keçirdiyi iztirab və
həyəcanları ifadə edə bilsin. O yolda ifadə eləsin ki, yalnız bir oxucu deyil, hətta
bir münəqqid belə onun yazdığı səhifələrin səmimiyyəti qarşısında əsl müəllifi
olan mənim sənətkarlığımı etiraf eləsin. Böylə hallar bəzi yazıçılarda
görünmüşdür. Məşhur rus ədibi Tolstoy yazdığı əsərlərinin birində həqiqət
illüzyonu verə bilmək üçün özünə yaxın olan iki ailənin arasına süni surətdə ixtilaf
salmış, bu ixtilaf bir ailənin tamamilə dağılmasına qədər irəliləmişdir. Tolstoyun
Dostları ilə paylaş: |