60
orta cərgədə oturmuş yetmiş yaşlı ağ saçlı qadın zənbilindən sellofana bükülmüş
köhnə “Əmək veteranı” kitabçasını çıxarıb çətinliklə ayağa qalxdı, qapıya tərəf
getdi.” Təsvir olunan səhnə kimliyindən asılı olmayaraq qadının mənəvi
tənhalığından xəbər verir. Halbuki o, ömrünün qırx ilini müəllimliklə keçirən, üç
dürüst övlad böyüdüb onlara təlim və təhsil verən, ərini itirdikdən sonra iki
övladını təkbaşına layiqincə evləndirən qayğıkeş bir anadır. Münəvvər diqqətcildir,
başa düşəndir, adət və ənənələri qoruyub saxlayır. Kiçik oğlu Nazimi
evləndirdikdə toy günü evinə getməyib bir-iki günlüyə qardaşıgildə qalmağa
üstünlük verir. “...İki gün sonra axşama yaxın Münəvvər evə qayıdanda qapını
gəlinin anası açdı. Arvad təəccüblə içəri keçdi:
-
Ay Nərgiz xanım, nə əcəb səndən, bir şey olub? – deyə həyəcanla soruşdu.
-
Necə yəni nə əcəb səndən? Qızımın yanına gəlmişəm də... Olmaz?
-
Olar, niyə olmur? Xoş gəlmisən. Ancaq biz görmüşük ki, qız gəlin gedəndən
heç olmasa bir həftə keçsin gərək. Sonra oğlan anası el qaydası ilə bir balaca
məclis düzəldib qız anasını, yaxın adamlarını qonaq çağırır...”
Müəllif bu qısa dialoqla hər iki personajın xarakterini açır. Iki tərs mütənasib
xarakterlər üz-üzə durur. Bundan sonra Münəvvərin sakit həyatı məcrasından çıxır
və o, övladlarının qapıları arasında qalır. Lakin heç birində rahatlıq tapa bilmir.
Tərbiyə verib böyütdüyü övladlar da onun müşkülünü həll etməyə qadir deyillər.
“Xeyli götür-qoydan sonra Münəvvər kəndə, qaynının boşalmış otağına köçməyi
qərara aldı. ... Münəvvər kəndə köçməsinin əsl səbəbini açıb deməyə xəcalət
çəkirdi. İstəmirdi ki, ona yazıqları gəlsin, Nazim barədə pis rəy yaransın. O,
ürəyinin dərinliyində başa düşürdü ki, əslində evdən çıxmasının əsl səbəbi,
Nərgizdən çox, Nazimin özüdür. Oğlu ilk günlərdən arvadının, Nərgizin tələbləri
ilə razılaşmasaydı, qaynanasını yerində oturtsaydı, iş bu yerə gəlib çıxmazdı.”
Əsəri oxuduqca ana fədakarlığının hər sətirdə məğlubiyyətə uğramasını
müşahidə etmək çox ağrılıdır, lakin təəssüf ki, bu reallıqdır. Müəllif aşağıdakı
sətirlərdə insan eqoizmi qarşısanda tərksilah olunmuş təmənnasız fədakarlığın
obrazını yaratmışdır: “...Bu şəhərin küçələrində ağ saçlı, nurani simalı, xəstəhal,
61
zənbili əlində ayaqlarını sürüyə-sürüyə, nəfəsi təngiyə-təngiyə yol gedən bir anaya
bəlkə siz də rast gəlirsiniz.”
“Təranə” və “203 nömrəli palata” povestlərində də yazıçı maraqlı xarakterlər
yaradır, onların da hər biri vəziyyətlərdə açılır. Bu əsərlərdə də insan eqoizminin
qurbanları və öz xasiyyətləri, iddiaları ilə ətrafındakıların həyatını zəhərləyən
insanların
мяняви
xəstəliklərinin
хцсусиййятляри
öyrənilir.
Qumral Sadıqzadənin hekayə və povestləri şirin təhkiyə üsulu ilə yazılmışdır.
Bədii dili sadə və lakonikdir, yazıçı hadisələrin təsvirində təfərrüata varmır.
Əsərlərinin hər birində ideyadan kənar ştrixlərə mümkün qədər yol verməməyə
çalışır. Yazıçı sanki həyatı bir
psixaoloq
kimi müşahidə edir, buna görə də onların
hər biri lirik-psixoloji əsərlərdir.
Qumral Sadıqzadə ədəbi ictimaiyyətdə yalnız tərcümələri və bədii əsərləri ilə
deyil, həmçinin elmi-publisistik məqalələri ilə də tanınır. Onun “Seyid Hüseyn” və
“Şairə Ümmgülsümün qəbri tapıldı”, “Anamın nadir əlyazmaları” adlı məqalələri
yüksək elmi dəyərə malikdir. “Seyid Hüseyn” adlı məqaləsi A.Zamanov,
A.Hüseynov və N.Cabbarov tərəfindən yüksək qiymətləndirilmiş və nəşri üçün
rəylər yazılmışdır.
Nizami Cəfərovun qeyd etdiyi kimi, “Son mənzili Xəzər oldu” adlı sənədli
romanları çapdan çıxanda müəllifin ilk qələm təcrübəsi olan bu kitablar həm
ədəbiyyatçılar, həm də geniş oxucu kütləsi tərəfindən böyük rəğbət və maraqla
qarşılandı. Çox keçmədən o, Azərbaycan Yazıçılar Birliyinə üzv oldu və 2000-ci
ilin mart ayında bu kitabların müzakirəsi keçirildi”. Qumral Sadıqzadənin dövri
mətbuatda ən çox çıxışı “Ədəbiyyat” qəzetində görünür ki, bu da onun
hekayələrinin oxunaqlığından irəli gəlir. Yazıçı ədəbi-bədii fəaliyyətinə görə
prezident təqaüdinə də layiq görülmüşdür.Ümumiyyətlə, Qumral Sadıqzadənin
filoloji fəaliyyəti haqqında hələ çox söz söyləmək də mümkündür. Filologiya
elmləri doktoru Nazif Qəhramanlının haqlı olaraq qeyd etdiyi kimi, Seyid Hüseyn
“öz dövrünün bədii salnaməsini yaratmağa, ictimai-sosial tarixi bədiiləşdirməyə
nail olmuşdu” və biz də tərəddüdsüz deyə bilərik , nə xoş ki, bu salnamə kağızlar
62
üzərində yarımçıq qalıb saralmamış, yazıçının ədəbi irsinin varisləri tərəfindən
qorunub təzələnərək davam etdirilir.
SEYİD HÜSEYN: ARZULAR, ÜMİDLƏR İZTİRABLAR
Əbədiyyətə qovuşmuş etiraf
Yaxud,
Ağrıyan vicdanın səsi
Ədəbiyyat və İncəsənət Arxivində Seyid Hüseyn Sadıqzadənin fondunda
1928-ci ildə qələmə aldığı “Həqiqət illüzyonu” adlı bir əlyazması saxlanılır.
“Həqiqət İllüzyonu” adlı avtobioqrafik əsər gözəl bir bədii nümunə olmaqla
yanaşı, həm də yaradıcılığın psixologiyasıdır. Ədəbi yaradıcılıq Seyid Hüseyn
üçün özünü dərk etmək, insanları anlamaq və anlatmaq istəyidir.
“Həqiqət illüzyonu” əsərinin məzmunundan göründüyü kimi, yazıçının
gündəlik janrında yazmağı nəzərdə tutduğu əsər, sadəcə, bir ədəbi məktuba
çevrilmişdir. Yazıçı nə üçün qəlbinin odunda bişirdiyi bir mətahı süfrəyə
gətirməkdən imtina edir? Yenə sadəcə, sağlam təfəkkür Seyid Hüseynin
yaradıcılıq ehtirasına üstün gəlir. “Həqiqət illüzyonu “ yaratmaq istəyən yazıçı
sənətlə həyatı üz-üzə qoyur və özü həyatı seçir. Yazıçının öz əsərindən imtinası
emosional yaşantı kimi deyil, soyuq ağlın mühakiməsi kimi qiymətləndirilməlidir.
Yüksək insani duyğularını hətta sənətinə qurban verməyən Seyid Hüseyn bu
məktubla özü canlı və mükəmməl bir sənət əsərinə çevrilir. Və deyə bilərik ki,