97
Hər bir aktiv qiymətləndirmə tarixinə onun istifadəsinin
alternativ imkanları nöqteyi nəzərdən araşdırılır.
-
Biznes üçün aktivin dəyəri istifadədə olan aktivin dəyərinə
bərabərdirsə, aktivin balansda saxlanılması qərarı qəbul olunur.
-
Əgər biznes üçün aktivin dəyəri aktivin xalis reallaşdırma
dəyərinə bərabərdirsə, mülkiyyətçi aktivin satışa çıxarılması
barədə qərar qəbul edir.
-
Biznes üçün aktivin dəyəri həmin aktivin əvəzedilməsinə xalis
cari məsrəflərinə bərabərdirsə, mülkiyyətçi bu aktivi digərinə
dəyişir.
Fəaliyyətdə olan müəssisənin dəyərinə hər bir aktivin töhvəsi
nöqteyi-nəzərindən hər bir aktiv gələcək istifadə predmeti kimi
tətbiq olunur.Təhlilin nəticəsi ya aktivin balansda saxlanılması,
ya da onun istifadəsinin alternativ üsulunun araşdırılmasıdır.
Ə
gər aktiv müəssisənin ümumi mənfəətinə heç bir töhvə
vermirsə, o müəssisənin fəaliyyəti ilə əlaqədar ehtiyaclara
nisbətən izafi hesab olunur.
98
Mövzu 14
Müəssisənin investisiyalaşdırma məqsədi ilə
qiymətləndirilməsi.
Plan:
1.
Müəssisənin
investisiyalaşdırma
məqsədilə
qiymətləndirilməsi metodları.
2.
İnvestisiyanın
rentabelliyi
normasının
hesablanması.
3.
Layihələrin
təhlili
üçün
diskontlaşdırma
dərəcəsinin seçilməsi.
4.
İnvestisiyanın ödəmə müddətinin müəyyən
edilməsi metodu.
İ
nvestisiya gələcəkdə gəlir əldə etmək məqsədilə vəsait
qoyuluşudur. İnvestisiya layihəsi həm qiymətləndirmənin sərbəst
obyekti, həm də mülkiyyət elementi kimi çıxış edə bilər.
İ
nvestisiya layihəsi aşağıdakı amillər üzrə qiymətləndirilə
bilər:
-
investisiya bazarında vəziyyət.
-
maliyyə bazarının vəziyyəti.
-
geosiyasi amil və s.
Təcrübədə
layihələrin
investisiya
cəlbediciliyini
müəyyənləşdirmək üçün universal metodlar mövcuddur. Onlar
formal olaraq bu layihəyə vəsait qoyuluşunun əlverişli olub
olmaması, bir neçə variantlar içərisində hansına üstünlük
verilməsi sualına cavab verir. İnvestisiya cəlbediciliyinin
qiymətləndirilməsi predmeti layihəyə sərf olunan qoyuluşların
və onun istifadəsinin gəlir axınlarının öyrənilməsindən ibarətdir.
Müxtəlif metodların çoxluğuna baxmayaraq onları iki qrupa
bölmək olar:
99
-
statik, yəni müxtəlif zaman kəsiklərində pulların müxtəlif
qiymətliliyi nəzərə alınmayan metodlar.
-
dinamik, yəni diskontlaşdırmaya əsaslanan metodlar.
Cədvəl 14.1
İ
nvestisiya məqsədləri üçün dəyərin
qiymətləndirilməsi metodlarının təsnifatı
Xalis gətirilmiş səmərə metodu (xalis cari qiymətlilik metodu
da adlandırılır) kapital qoyuluşunun qiymətləndirilməsi zamanı
geniş yayılmışdır.
Xalis cari qiymətlilik (NPV) investisiya prosesinin mütləq
nəticəsini xarakterizə edir və bir ana investisiya layihəsinin
diskontlaşdırılmış gəlir axınları və məsrəflərin fərqi kimi
hesablana bilər.
İ
nvestisiya məqsədilə dəyərin
qiymətləndirilməsi metodları
Dinamik(diskontlaşdırmaya
ə
saslanan metodlar)
Gətirilən xalis səmərə metodu
İ
nvestisiyanın rentabelliyi
indeksinin hesablanması metodu
İ
nvestisiyanın rentabelliyi
normasının hesablanması metodu
Statik metodlar(müxtəlif
vaxt kəsiklərində pulun
müxtəlif qiymətliliyi
nəzərə alınmayan
metodlar)
Ödəmənin sadə müddəti
Gəlirliliyin mühasibat
norması
İ
nvestisiyanın ödəmə müddətinin
müəyyənləşdirilməsi metodu
100
NPV=
∑
İ
(
)
burada, t-dövründə pul daxilolmaları, t- dövründə pul axını,
n-layihənin realaşdırılması müddəti(layihənin həyat müddəti), r-
diskontlaşdırma əmsalıdır.
Cədvəl 14.2
Xalis cari qiymətliliyin (NPV) hesablanması
düsturları
Şərti hesablama
Hesablama düsturu
Ə
gər kapital qoyuluşları
birdəfəlik əməliyyatdırsa,
ilkin dövrdə pul axınları
= − +
(1 + )
burada, Co-ilkin dövrdə pul
məsrəfləri, CFt-layihənin həqiqi pul
axını yaxud t dövründə pul axını və
xərcləri arasındakı fərqdir.
Ə
gər layihə birdəfəlik
investisiyanı
nəzərdə
tutmursa, m il ərzində
maliyyə
ehtiyatlarının
ardıcıl investisiyası
=
(1 + )
+
(1 + )
!
"
burada,
i
-
inflyasiyanın
proqnozlaşdırılan orta səviyyəsidir .
Baxılan meyarın istifadəsi məntiqini aşağıdakı kimi
səciyyələndirmək olar:
əgər NPV>0, layihəni qəbul etmək lazımdır.
NPV < 0, layihəni kənarlaşdırmaq lazımdır.
NPV=0, layihə nə mənfəətli, nə də zərərlidir.
NPV-nin müsbət qiyməti lazım olan səviyyədən artıq
investorun götürə biləcəyi gəlirin həcmini göstərir. Əgər
NPVsıfra bərabərdirsə, onda investor:
-
İlkin kapitalın qaytarılmasını təmin edir.
-
Qoyulmuş kapitalın tələb olunan gəlirlilik səviyyəsinə çatır.
Dostları ilə paylaş: |