301
Əhli-islam olan eşitsin, bilsin,
Can sağ ikən yurd vermənih düşmana.
İstər ki, Uruset nə var ki, gəlsin,
Can sağ ikən yurd vermənih düşmana.
Qurşanın qılıncı, geyinin donu,
Qovğa buludları sardı hər yanı.
Doğdu qoç iyidin şan almaq günü,
Can sağ ikən yurd vermənih düşmana.
Əsgər olan bölük-bölük bölünər,
Qars qalası sandınızmı alınar?
Boz atlar üstündə qılınc çalınar,
Can sağ ikən yurd vermənih düşmana.
Qovğa günü namərd sapa yer arar,
Ər olan köhsünü düşmana gərər.
Cəmi ərvah biznən meydana girər,
Can sağ ikən yurd vermənih düşmana.
Hələ Alosmanın görmüyüf zorun,
Din qeyrəti olan tədarük görün,
At təpin, baş kəsin, qazağı qırın,
Can sağ ikən yurd vermənih düşmana.
Men-Əsfərdi bilin urusun əsli,
Orman yabanısı, balıxçı nəsli,
Xınzır sürüsünə dalıf qurd misli
Can sağ ikən yurd vermənih düşmana.
Şennih, nə durursan, atları minin,
Sıyra qılınc düşman üstünə dönün,
Artajaxdı şanı bu Alosmanın,
Can sağ ikən yurd vermənih düşmana.
302
Şenlik bundan sonra zilə çəkib belə bir sicilləmə-bayatı da
dedi:
Aşıq der, amanım var,
Canım var, imanım var.
Əhdim var, peymanım var,
Nəzrim var, qurvanım var,
Bu ah urusa qalmaz,
Qurtulmax gümanım var,
Şannı Alosmanım var!
Ustad deyir ki, söz tamam olar-olmaz, Mehralı həmin şeri
yazıb götürdü ki, əsgərlərimə marş kimi əzbərlədib oxudacam,
qoy ruh gətirsin. Elə də elədi. Mehralı Ağbaba, Çıldır, Şörəyel
mahallarından öz ətrafına üç yüz qarapapaq igidi topladı. Onlara
Borçalıdan da bir o qədər atlı gəlib qoşuldu. Sonra da əli qılınc,
silah tutan Suxarada yatdılar səmənd atlarının yalmanına, günə
bir mənzil-teyimənzil qırdılar yolun damarını. Dərələrdən sel
kimi, təpələrdən yel kimi qaş qaralanda çatdılar Muxtar Paşanın
barigahında çəkdilər səmənd atlarının başını.
Mehralının altı yüz atlıyla gəlişini Muxtar Paşaya xəbər
verdilər. Ustad deyir ki, Muxtar Paşa çox hörmət-izzətlə qarşı-
ladı Mehralı bəyi. Soruşdu:
– Əfəndim! Nasıl oldu ki, Qafqaz kimi cənnət məkan bir
gülüstanı qoyub da Alosmana gəldin? Mehralı arif adam idi,
oxudu Paşanın ürəyini.
– Paşam! Rüxsət versən sinəmə bir neçə xanə söz gəlib, ərz
eyləyərdim mübarək qulluğunuza.
Muxtar Paşa dedi:
– İzindəsiniz, Əfəndim!
Götürdü görək Mehralı halına münasib Muxtar Paşaya nə
dedi, ərz eyləyək qulluğunuza:
Canımız bir, qanımız bir bilib mən,
Ol səbəbdən sizə gəldim, əfəndim!
303
Rusu, ermənini qəbul qılmadım,
Sizi bizə arxa bildim, əfəndim.
Gavurlar çox susadılar qanıma,
İnan, qan qusdurdum mən düşmanıma,
Türkə güllə atmağı vicdanıma,
Namus-qeyrətə ar bildim, əfəndim!
Din yolunda əsirgəməm canımı,
Töksə də, qoy türklər töksün qanımı.
Qan qardaşım oxusun quranımı,
Qoy desinlər şəhid oldum, əfəndim!
Çox şükür, xudanın haqqı-sayına,
Ol kərəmin qismətinə, payına,
Aşıq Şenlik qonaq etdi öyünə,
Lütf eyləyib, ülfət qıldı, əfəndim!
Haqqın dərgahına şükür etmişəm,
Allahımın ətəyindən tutmuşam.
Mehralıyam, öz arzuma çatmışam,
Qismətimə qane oldum, əfəndim!
Söz tamama yetdi. Muxtar Paşa dedi:
– Əfəndim, belə cəsarətlə danışırsan, bu saat Qars mühasi-
rədədi. Anadolu qarapapaqlarının səcdəgahı Qarsı erməni gene-
ral Loris-Melkon gecə-gündüz qorxu altında saxlayır. Əhli-şəhər
təşviş içindədir. Gavurları çaş-baş salmaq üçün ora qəflətən
arxadan hücum etmək lazımdır. Gedə bilərsənmi?
Mehralı dedi: “Canla-başla hazıram, əfəndim”. Muxtar Paşa
dedi: “Haydı, onda sənin igidliyini görək. Səni Qarsa milis
başkomandanı qoydum. Qarsı mühasirədən qurtarmağı sənə hə-
valə edirəm”. Mehralı Muxtar Paşanın belə bir dar gündə Qarsın
taleyini ona həvalə etməsindən vəcdə gəldi. Qeyrəti coşa gəlib
üzünü tutdu silah yoldaşlarına:
304
Hay vurun hər yandan qoç igidlərim,
Dağıdın düşməni, diri qalmasın.
Qırın gavurları, aman verməyin,
Viran olsun, eli-yurdu qalmasın.
Meydana girəndə şir-aslan olun,
Düşmənin üstünü qurd kimi alın,
Ələ keçənləri atından salın,
Qoymayın, yüzündən dördü qalmasın.
Görməyiblər Mehralının dadını,
Çəkdirəcəm cəhənnəmin odunu,
Gavurlar duysunlar türkün adını,
Şad olsun Osmanlı, dərdi qalmasın.
Söz sona yetdi. Sonra Mehralı bir nərə çəkib yoldaşlarına
hücum əmri verdi. Urusları eylədilər darmadağın, pərənlərini
pozub qırdılar çoxunu, sağ qalanlar da zorla qurtardı canını.
Bundan sonra Muxtar Paşanın Mehralıya inamı birə beş artdı.
Ona minbaşı, qardaşı Alıya da yüzbaşı rütbəsi verdi. Ən çətin
tapşırıqlara onu göndərdi. Çünki bilirdi ki, hər bir döyüşdən
qələbəylə çıxacaq.
Ustad deyir, bir tərəfdən Mehralı öz dəstəsindəki qarapa-
paqlar ilə, o biri tərəfdən general Musa Paşa Kunduxov və 50 il
Dağıstanda-Çeçenistanda uruslara qan uddurmuş Şeyx Şamilin
oğlu Qazı Məhəmməd öz dəstələrindəki dağlı igidlərlə, digər
tərəfdən də Qurd İsmayıl Paşa və Muxtar Paşa nizamlı qoşun-
larıyla Qars ətrafında özlərindən sayları və silahları qat-qat üstün
olan yağı düşmənə olmazın divan tutdular. Mehralı onların bü-
tün əməllərini əvvəlcədən öyrənib bildi. Davanın ən qızğın
çağında Tiflisin həndəvərinə qədər gəlib urusları saldı vəlvələyə,
teleqraflarını kəsdi, ən yaxşı cins döyüş atlarını keçirdi türk tərə-
fə, nə qədər mühasirəyə düşsə də düşməni qırıb sağ-salamat
qayıtdı geri. Mehralı satqınlıq edib uruslara gizli yolları göstərən
Dostları ilə paylaş: |