313
Nə enişin dibindəsən,
Nə yoxuşun başındasan,
Hələ on beş yaşındasan,
Oyan, gözəl xanım, oyan.
Donatdılar, bəzətdilər,
Bir taxtaya uzatdılar,
Axirətə gəlin etdilər,
Oyan, gözəl xanım, oyan.
Məzarına dikdilər daş,
Götürdülər yavaş-yavaş,
Rüşdü bəy başında göz yaş,
Oyan, nazlı xanım, oyan.
Ruhsət də bu dərdə şaşdı,
Qəzəvət qazanı coşdu,
Ellər gəldi halallaşdı
Oyan, nazlı xanım, oyan.
Mehralı bəy sarayında aşıqlarla yanaşı, pəhləvanlar da sax-
layırdı, tez-tez cıdır yarışları, güləş yarışları keçirirdi. Onun
sarayında yaşayan Sicimoğlu adlı pəhləvanın kürəyini heç kəs
yerə qoya bilmirdi. Sivasda böyük torpaqlar, var-dövlət, şöhrət-
hörmət sahibi olmasına baxmayaraq, Mehralı bəyin vətəni Bor-
çalıdan, doğma kəndi Darvazdan ötrü burnunun ucu göynəyirdi.
Amma heç cür oraya gedə bilməzdi. Çünki ruslara olmazın
divan tutmuşdu. Ancaq hərdən bir Darvazdan Acıyurda gələnlər
olurdu. Mehralı bəy onları böyük hörmətlə qarşılayırdı, Borça-
lıda nələr baş verdiyini soruşurdu, darvazlıların hamısının tək-
tək kef-əhvalı ilə maraqlanırdı, hələ onlara mümkün qədər pul
köməkliyi də edirdi.
Bəli, beləcə Mehralı bəyin gün-güzaranı Sivasda xoş keçir-
di. Amma, onun da şöhrətinə ağız buranlar vardı. Bir gün qəza
mərkəzində qonaqlıq idi. Mehralı bəy də bu qonaqlıqda idi. Bir
314
azdan Qanqal rəisi də gəldi. Hamı hörmət əlaməti olaraq ayağa
qalxdı, Mehralı bəy isə qalxmadı. Rəis pərt oldu. Başladı Meh-
ralı bəyə ağır-artıq deməyə. Mehralı bəy Qanqal rəisinin aşının
suyunu verdi və dedi:
– Mən, gavurlarla ölüm-dirim döyüşündə olanda sən qalay-
çı yanında şəyird idin.
Bu cavabdan sonra rəis məclisdən başı alovlu üz qoyur vali
Rəşid Paşanın yanına və deyir:
– Mehralı bəy Sivasın valisi siz Rəşid Paşanı əhli-məclisdə
qalayçı, məni də sizin şəyirdiniz adlandırdı.
O idi ki, Rəşid Paşa əhvalatın üstünə artıq-əskik qoyub
çatdırdı Şövkətli Sultan Əbdülhamid Paşaya. Rəşid Paşanın hir-
sini-hikkəsini görən Əbdülhamid Paşa dedi:
– Paşa, sən bilirsən ki, Mehralı bəy Alosmanın yenilməz,
böyük qəhrəmanıdı. O Alosmanın ən hörmətli qarapapağıdır. Bi-
zim məmləkətin qarapapaqları, Sivas vilayətində, Şərqi Anado-
luda yaşayan müsəlmanlar onu çox istəyir. Elə mən də. Mehralı
mənim sərbəst, azad aslanımdır. Bəyəm, bir igidi mənə çoxmu
görürsən?!
Bəli, Sultan Əbdülhamiddən ağzı yanan Rəşid Paşa kor-
peşman qayıdır Sivasa. Bu əhvalatdan sonra Anadolu ağzında
Mehralı bəyin bir sözü iki olmur. Amma, Rəşid Paşa da kin-
küdurətini unutmur.
Əhvalatı eşidən Aşıq Püryanı götürür görək Mehralı bəyin
şəninə nə deyir, əvəzindən biz deyək, sizə könül şadlığı:
Nasıl mədh etməyim Mehralı bəyi,
Hər yerdə şərəfi, ünü söylənir.
Yapdığı igidlik ağlıma düşdü,
Üzərindən keçən günü söylənir.
Bəyin çoxdu anladarsaq davası,
Titrətdi əlində qoca Sivası,
315
Sürüyü saxladı Qanqal ağası,
Hər yerdə şərəfi, şanı söylənir.
Mehralı bəy ata minər, yürərdi,
Düşmən görsə, qorxusundan ərərdi,
Doxsan üçdə gələnləri qorardı,
Əsaləti, cinsi, dini söylənir.
Mehralı bəyimi bilənlər bilir,
Güclü idi bir orduya baş gəlir,
Ol hər yerdə qəhrəmanlıq söylənir,
Böylə qəhrəmanın halı söylənir.
Mehralı bəy səni nasıl duyuram,
İgidlərdən səni seçəm, ayıram,
Yaradandır səni böylə yaradan,
Püryanı bu gün də bunu söyləyir.
Sivasda tez-tez at yarışları keçirirdilər. Bu yarışlarda hey
Mehralı bəyin Qarakötüyü birinci yeri tuturdu. Amma bu atın da
bir tərs xasiyyəti varıymış, güllə atmasan yaxşı qaçmırmış. Qa-
rakötüyün bu xasiyyətini Rəşid Paşa öyrənir və bir də at yarışı
keçiriləndə şərt qoyur ki, güllə atmaq olmasın. Hamı razılaşır.
Yarışda Qarakötük geridə qalır. Yarışa baxan Çopur Əhməd
adında bir qarapapaq buna dözə bilmir. Öz-özünə fikirləşir ki,
ayə, bu nə təhər ola bilər, Mehralı bəyin atı olsun, özü də geridə
qalsın və piştoyunu çıxarıb göyə bir güllə buraxır. Qarakötük
güllə səsini eşidən kimi yel təki götürülür və birinci yeri tutur.
Bu əhvalatdan sonra Mehralı bəynən Rəşid Paşanın arası lap pis
olur.
Ustad belə ərz eyləyir ki, Mehralı bəy Alosmanda onun
şanına mübarək sözlərdən vəcdə gəlir. Sivasda Alosmana layiq
şanlı süvari ordusu düzəldir. Bu orduya Qarapapaq Həmidiyyə
Alayları deyirdilər. Hansısa bir vilayətdə dövlətə qarşı üsyan baş
316
verəndə o saat onu yatırtmaq üçün Mehralı bəyin bu alayını
göndərirdilər.
Bir dəfə Bağdadda ərəblər Alosmana qarşı üsyan eyləyir.
Üsyanın başında Cəfər adında amansız bir eşkiya dururdu. Ona
görə də marşal Qurd İsmayıl Paşa sultanın tapşırığı ilə özünü
yetirdi kömək istəmək üçün Acıyurda, Mehralı bəyin hüzuruna.
Mehralı bəy Qurd İsmayıl Paşanı görüb çox sevindi. Ustad deyir
ki, Sivasın, Qeysəriyyənin, Ərzincanın, Toqatın ən hörmətli
paşalarını, bəylərini, ağalarını yığıb onun şərəfinə yeddi gün,
yeddi gecə qonaqlıq verdi. Sonra bərabər Bağdada yollandılar.
Bağdad valisi onları hörmət-izzətlə qarşıladı. Mehralı bəy eşkiya
Cəfərə təslim olmaq üçün üç gün möhlət verdi. Cəfər Mehralı
bəyin adını-sanını çox eşitmişdi. Ona görə də Mehralı bəyə
ismarladı ki, əgər məni cəzalandırmasan ömrümün axırına kimi
sənin sədaqətli qulunam. Mehralı bəy kişi sözü verdi ki, səni
qurdalamayacam. Ondan sonra eşkiya Cəfər Mehralının yanına
gəldi və ona ən yaxşı cins ərəb atları hədiyyə etdi.
O zamanlarda bütün Ərəbistan Alosmanın əlində idi. İngi-
lislər türklərin gücündən qorxub Yəməndə aranı qatdı. Orada
yaşayan ərəblər türklərə qarşı üsyan qaldırdılar. Çoxdandan qəl-
bində kin bəsləyən Rəşid Paşa Mehralı bəydən qurtulmaq üçün
sultana yazdı ki, bu üsyanı yatırsa, yalnız Mehralı bəy yatıracaq.
Sultan Rəşid Paşanın yazdığını oxuyub Mehralı bəyi görüşmək
üçün ikinci dəfə İstanbula dəvət etdi. Yaşı altmışı ötmüş Mehralı
bəy öz hərbi geyimini geyindi, qılıncını da bağlayaraq alayından
üç-dörd nəfəri götürüb yollandı yeddi təpədə yerləşən İstanbula.
Mehralı bəy Sultan sarayının mərmər pillələrini qalxanda, axsa-
dığı üçün onun qılıncındakı gümüş ucluq pillələrə dəyib səslə-
nirdi: «tıq», «tıq», «tıq», «tıq»,... Bu tıqqıltını Sultan Əbdülhə-
mid də eşitdi, gördü ki, gələn gözlədiyi Mehralı bəydir. Tez aya-
ğa qalxıb onu qarşılamağa hazırlaşdı. Mehriban görüşüb xeyli
səmimi söhbətləşəndən sonra Sultan dedi:
Dostları ilə paylaş: |