305
Hacı Vəli, Tülü Musa, Lətif bəy kimi müsəlmanları tutub
Muxtar Paşaya təslim etdi. Satqınlıq edib uruslar tərəfdə vuruşan
Dələverli Mansura da divan tutdu. Urusların komandanı erməni
əsilli generallar Loris-Melkon və Kişmişov Mehralının əlindən
zara gəlmişdilər, onun qorxusundan gecə-gündüz yatammırdılar.
Elə bilirdilər ki, bu dəqiqə yanlarından çıxacaq.
Yerli camaat Mehralının xətrini çox istəyirdi. Ustad deyir
ki, əli saz, dili söz tutan aşıqlar elə bil bir-biri ilə Mehralını tərif
etmək üçün bəhsə girmişdilər. Qarslı Aşıq Sadıq da Qars
qovğasından vəcdə gələrək sazını bəm-zil etdi, götürdü görək
Mehralını necə öydü, tərəfindən biz deyək, siz şad olun:
Ey ağalar, bəylər, bizim ellərdə,
Qoçaqlıqdan yana birdi, Mehralı.
Cahallıq eyləyib dağlarda gəzdi
Epey zaman qaçaq durdu Mehralı.
İbtida gözündən düşdü dövlətin,
Sonu gözə girib buldu rəğbətin,
Cahana tanıtdı şanın, şövkətin,
Bir eşsiz namıdar, ərdi Mehralı.
Qan-qovğa qopanda Qarsın başına,
Doxsanüçdə baxdı yurdun işinə,
Dörd-beş yüz atlıyı aldı peşinə,
Moskovun cənginə girdi Mehralı.
Muxtar Paşa qıydı ona nişanı,
Başladı tökməyə xain düşmanı,
Şanı tutdu bütün Qafqazistanı,
Qoçaqlardan düzdü ordu Mehralı.
Orduyi-İslama rəhnümün oldu,
Tanrı Arslanı şad, məmnun oldu,
306
Düşmən güzərgahı həp pürhun oldu,
Leşlərini yerə sərdi Mehralı.
Komandir, qazağı həp bidar etdi,
Rahat yatammadı, can-bezar etdi,
Loris də əlindən əl-həzar etdi,
Gecə qərargahlar yardı Mehralı.
Moskov ordusuna çox dəhşət saldı,
Hər hərəkətlərin kəşf edib bildi,
Osmanlı əsgəri tədabir aldı,
Düşmana tuzağı qurdu Mehralı.
Adını dünyada rusun saldatı,
Qoparırdı «Mamaa» deyin fəryadı,
Moskova xof saldı mərdanə adı,
Gözlərin qurdunu qırdı Mehralı.
Rusu Şürəgəldə peşman eylədi,
Yollarını kəsib hüspan eylədi,
Taburların yerlə-yeksan eylədi,
Ən dilavərlərin yordu Mehralı.
Məlun Hacı Vəli gör nə iş tutdu,
Beş qəpiyə dinin, namusun satdı,
Qarsın təsliminə çox qayrət etdi,
Onu, sağ, Paşaya verdi Mehralı.
Mehralının davada göstərdiyi qəhrəmanlıqlar Sultan II Əb-
dülhəmidin də qulağına çatdı. O, cəbhədə ilk dəfə Mehralıya
orden verdi, özünü də şəxsən İstanbula görüşə çağırdı. Mehralı
iki həftəliyinə Qarsdan İstanbula Sultanın görüşünə yollandı.
Sultan sarayı Dolmabaxçada Sultan II Əbdülhəmid Mehralı bəyi
çox hörmət-izzətlə qarşıladı. Basdı onu bağrına. Mehralı orta
boylu adam idi. Odur ki, Sultan dedi:
307
– Ey Mehralı! Ey Borçalı-qarapapax qartalı! Mən elə bilir-
dim sənin boyun etdiyin qəhrəmanlıqlar qədər ucadır. Gözlərimə
inanmıram, oğlum, nasıl oldu ki, bu boy-buxunla, bu qədər şan-
şərəfi Alosmanda qazandın?
Mehralı arif adam idi. Söz altında qalan deyildi. O idi ki, dedi:
– Sultanım! Sinəmə bir neçə xanə söz gəldi, icazə versəniz
deyərdim.
Sultan II Əbdülhamid dedi:
– İzndəsən.
Aldı görək Mehralı halına binəm nə dedi, tərəfindən biz
deyək, sizə könül xoşluğu:
Boyum qısadırsa, qolum uzundur,
Qılıncım hər zaman kəsir, əfəndim!
Düşmənin üstünə yeriyən zaman,
İnan, yarpaq kimi əsir, əfəndim!
Hayana üz tutdum, açıldı yolum,
Ərənlər piridir qanadım-qolum,
Qadir mövlam qoymadı ki, mən ölüm,
O, eyləyib məni cəsur, əfəndim!
Mehralıyam, haqq yoluna qalandım,
Türk oğluyam, türk adına dolandım,
Hər zaman düşməni biganə sandım,
Çoxlarını etdim yesir, əfəndim!
Bəli, Sultan II Əbdülhamid Mehralının sözlərindən məm-
nun qaldı. Onu yenidən basdı bağrına. Bəyin şərəfinə Dolma-
baxça sarayında elə bir ziyafət verdi ki, rüzgarın gözü hələ
Alosmanda belə şadyanlıq görməmişdi.
Bu görüşdən sonra Mehralı daha da ruhlanıb cəbhəyə qayıt-
dı, yenidən başladı qırıb tökməyə türkün düşmənini. Tezliklə
rütbəsi yüksəlib miralay, general oldu. Ancaq ruslar öz əsgərlə-
rinin və toplarının sayını birə beş artırdılar. Sonra Qarsa dörd
308
tərəfdən hücum etdilər. Əhməd Muxtar Paşa çox itgi verməmək
üçün Ərzuruma doğru geri çəkildi. Uruslara bir ucdan kömək
gəlməkdə davam eyləyirdi. Ona görə də onlar əl çəkməyib
Ərzurumu da işğal etdilər. Ərzurum döyüşlərində Mehralı çox
igidliklər göstərsə də ayağından yaralandı. Ondan sonra o
axsadı. Mehralı yaralananda uruslar elə bildilər ki, o ölüb, ona
görə də sevinclərinin həddi-hüdudu yox idi.
Ustad deyir ki, müharibə sona çatanda Sultan Mehralıya
ismarladı ki, öz qarapapaqlarınla kefin Alosmanın harasında istə-
sə, orada binələnə bilərsən. Mehralı yurd salmaq üçün aşıqlar
məskəni Sivas vilayətini seçdi. Çünki bura havasına, suyuna görə
öz doğulduğu, boya-başa çatdığı yerin havasına-suyuna oxşar idi.
Həm də müharibə dostu general Musa Paşa Qunduxov da burada
yaşayırdı. Fikirləşdi ki, dar gündə bir-birimizə həyan olarıq. Sivas
vilayətinin Qanqal qəzasında Mehralıya ucsuz-bucaqsız torpaq
sahələri verildi. O burada altmış kəndə ağalıq etməyə başladı.
Mehralı bəy burada özündən və özü ilə gəlmiş ən yaxın adam-
larından ötəri bir kənd saldı və adını da qoydu Acıyurd. Ona görə
ki, əvvəlcə Borçalıdan, sonra da Qarsdan ağrılı-acılı gəlmişdilər.
Mehralı Anadolunun ən hörmətli, şöhrətli, nüfuzlu adamlarından
biri hesab olunurdu. Hamı ona Mehralı Paşa deyirdi. Sivas əhli
Mehralı bəy kimi adı dillərdə dastan olan qoçaq bir adamın on-
ların obasında yaşamasına çox sevindi. Aşıq Püryanı Mehralı
bəyin gəlişi münasibəti ilə aldı görək nə dedi:
Nasıl mədh etməyim Mehralı bəyi,
Sivas ölkəsinin bəyi gəlibdir.
O zalım düşmənin əlində qalmaz,
Sivas ölkəsinin bəyi gəlibdir.
Hər kəs qədərinə boynunu əyə,
Səsi yayılmışdı şəhərə, köyə,
Zərər-ziyan gəlməz Mehralı bəyə,
Sivas ölkəsinin bəyi gəlibdir.
Dostları ilə paylaş: |