309
Əcəm igididir, yaxşıdır, yaxşı,
Göstərir kəndini kamalı, şəxsi,
Əhbabı, yaranı gedərlər qarşı,
Sivas ölkəsinin bəyi gəlibdir.
Püryanı bu anda söylər, bitirər,
Haqqın birliyinə şükür yetirər,
Yurdun şərəfini bəylər artırar,
Sivas ölkəsinin bəyi gəlibdir.
Hə, mənim əzizlərim! Ustad deyir ki, Qarapapaqların şanlı
oğlu Sivasda elə bir mülk inşa etdi ki, göz istəyirdi tamaşasına.
Bu malikanənin inşasında əhli-Sivas cani-dildən qol çərmə-
mişdi. Bu inşada kasıb ustad Aşıq Ruhsəti də işləyirdi. Tanınmış
aşıq olan Ruhsətinin əsil adı Mustafa idi. Sivas vilayətinin
Acıyurdun qonşuluğunda yerləşən Dəlikdaş kəndindən idi, 12
yaşından yetim qalmışdı. O, sazı-sözü ilə inşaatçıların əl-ayağını
güməşdirirdi. O idi ki, inşaatçılar Mehralı bəyə şikayət etdilər
ki, Aşıq Ruhsəti onların başını qatır, ona görə də iş ləng gedir.
Söz-söhbəti eşidən Mehralı bəy Ruhsətini işdən azad edir. Bunu
görən Rühsəti qəhərlənir. Götürür halına binəm Mehralı bəyə
belə bir dördlük söyləyir:
Adanada duydum: sıtmasıyla dərdi var,
Ağdağa getdim: tülküsü var, qurdu var,
Avşara getdim: çərkəzi var, kürdü var,
Burada da, bəyim, müzəvirin dördü var.
İşdən azad olunmağına baxmayaraq Aşıq Ruhsəti inşaatdan
aralanmır, elə hey şeirlər söyləyib mahnılar oxuyur, gününü
beləcə yola verirdi. Belə günlərdən birində Mehralı bəy Ruhsə-
tidən xeyli aralıda ustalara göstəriş verirdi. Ruhsəti fikirləşdi ki,
daha belə davam edə bilməz, ömrü yoxsulluq, aclıq, səfalət için-
də keçib, indi burada da işdən qovuldu, düşündü ki, gəl Mehralı
bəyə vəziyyətini de, bəlkə yazığı gələ. Aldı görək dərdini nə
təhər söylədi, ərz eyləyək qulluğunuza:
310
Vaqif ol halıma, mənim əfəndim,
Bir aclıqdan başqa deyəcəyim yox.
Yoxsulluq oduna yandım, alışdım,
Axşamdan sabaha yeyəcəyim yox.
Ah etməkdən bağrım başı sızıllar,
Loğman deyə gəldim, bəylər, qazılar!
Evdə mələşirlər körpə quzular!
Qazana bir ovuc qoyacağım yox…
Nə xəyala daldığımı bilmənəm,
Ruzu-şəb ağlaram, bir dəm gülmənəm,
Yol üstündə durub karvan vurmanam,
Mənim səndən başqa umacağım yox.
Bütün əhvalımı yazdım varağa,
Atma, Ruhsətini gözdən irağa,
Bir top bez istərəm, bir az nafağa,
Ölərsəm, qəbirdə geyəcəyim yox.
Bəli, Aşıq Ruhsəti Mehralı bəyə yazacağını yazdı, deyəcə-
yini sözlə də dedi. Ruhsətinin sözləri Mehralı bəyi aldı. Sonuncu
bənd ona lap çox təsir etdi, yadına düşdü ki, aşığa bir at söz
vermişdi, dediyinə əməl etmədiyi bir yana qalsın, hələ zavallını
işdən də çıxarıb. Sanki Mehralı bəyin fikri Ruhsətiyə çatdı,
bəyin pərişanlığını duyan aşıq aldı ucadan görək nə dedi:
Kəndi içərimdə neştərim mənim,
Hər qəzada vardır işdərim mənim,
Sivasdan da çoxdur müştərim mənim,
Bir kabab yedirib ətə, qıyammaz.
Yaz gəldi ortalıq güllük, gülüstan,
Yenə mənim başım qurtulmaz yasdan,
Mehralı bəyə də yazdım bir dastan,
İqrar verər, amma ata qıyammaz...
311
Ciddi bir adam olan Mehralı bəy bu yerdə özünü saxlaya
bilməyib, ucadan qəhqəhə çəkdi, aşığı yanına çağırıb könlünü
aldı:
– Aşıq, bilirsən ki, mən saza-sözə vurğun adamam, özüm
də sənin xətrini çox istəyirəm, havalar yaxşı keçir, yağmur-filan
başlamamış inşaatı tamamlamaq, evin üstünü çatmaq lazımdır.
Bu sarayın həmişə gözlənilən və ən əziz qonağı sən olacaqsan,
sənsiz, aşıqsız bu cah-cəlalın ləzzəti heç olar. İndi mənim çox
xoşladığım o dastan-vaqeəni bir də söylə – dedi.
Mehralı bəyin dediklərini eşidən Ruhsətinin gözləri güldü,
könlü açıldı. Qəribə bir yuxunu təsvir edən on iki bəndlik
mənzum dastanı söyləməyə başladı. Bu dastanın son bəndini ərz
eyləyək qulluğunuza, dinləyənlər var olsun:
Ruhsətiyəm, kəndi kəndimdən keçdim,
Bu gecə mənamda çox yerdən uçdum ,
Bir də, röya imiş, gözümü açdım
Bəyim, həvəs etmə bu rəzilkara.
Mehralı bəyin ürəyi açıldı, kefi duruldu, “Əhsən, ey val-
lah!” deyib Ruhsətiyə bir öküz bağışladı, ondan yenə nə istədi-
yini soruşdu. Ruhsəti çəkinməyib dedi:
– Bəyim, sənin mərd və sözünə düz adam olduğun hamıya
bəllidir. Mənə Dəlikdaşa gedib-gəlmək üçün söz verdiyin atı
istəyirəm, ayaqlarım ağrıyır, yola dözə bilmirəm. Bir də, külfə-
timi aclıqdan qurtarmaq üçün bir sağmal inək versən, ömrüm
boyu sənə duaçıyam.
Mehralı bəy aşığa bir yəhərli-yüyənli at, xeyli əl xərcliyi,
sağmal inək, bir də xeyli azuqə və əkin-səpin üçün toxumluq
verdi. Dedi:
– Aşıq, hələlik bunları apar, Dəlikdaşda əhli-əyalına ver.
Ək-səp, inşallah gələcəkdə vəziyyətin daha yaxşı olar. Səni heç
bir şeydən korluq çəkməyə qoymayacam. Bu gündən sonra səni
özümün ən yaxın dostlarımdan hesab edirəm və sarayın
inşaatında işləyən ustaların başı üstünə nəzarətçi təyin edirəm.
312
Ustadlar deyir ki, elə o gündən Aşıq Ruhsəti ilə Mehralı
bəyin arasında şirin və sədaqətli dostluq əlaqəsi yarandı. Ruhsəti
Mehralı bəyin sarayının xeyrində-şərində məclisinin başında
oturdu.
Mehralı bəyin oğlu Rüşdü bəy də atasına layiq igid, boylu-
buxunlu, yaraşıqlı bir gənc idi. Mehralı bəy onu Sivasda yaşayan
çərkəz Həmid bəyin qızı Pəmbə xanıma nişanlamışdı. Tədarük
edib toya hazırlıq görülürdü. Toyun vaxtı da təyin edilmişdi.
Alosmanın ən hörmətli paşalarına, bəylərinə dəvətnamələr pay-
lanmışdı. Ancaq əcəl elə gətirdi ki, Rüşdü bəyin on beş yaşında
olan nişanlısı qəflətən vəfat etdi. Toy tədarükü yas tədarükünə
çevrildi. Toyu aparmağa dəvət olunmuş Aşıq Ruhsəti bu xəbər-
dən sarsıldı. Toyda söyləməyə hazırlaşdığı duvaqqapama əvəzi-
nə yas mərasimində aldı görək hansı ağıyı söylədi:
Mehralının bir dənəsi
Oyan, nazlı xanım, oyan,
Rüşdü bəyin pərvanəsi
Oyan, nazlı xanım, oyan.
Cehizini sarıb denklə,
Beş yüz atlı gəlir cənglə,
Bahar anan gəldi, bəklə,
Oyan, nazlı xanım, oyan.
Qalx, dur salını-salını,
Rüşdü bəyin gör halını,
Mehralı bəyin gəlini,
Oyan, nazlı xanım, oyan.
Cümlə bəylər yasa gəldi,
Qara geydi, tasa gəldi,
Nişanlın Sivasa gəldi,
Oyan, Pəmbə xanım, oyan.
Dostları ilə paylaş: |