MAGİSTR HAZIRLIĞI ÜZRƏ YADDAŞ KİTABÇASI
13
zunun onun yüksək səviyyəli bir mütəxəssis kimi yetişməsində
əhəmiyyətini qiymətləndirməlidir.
Magistrlik dissertasiyası magistrantın bakalavr səviyyəsin-
də yerinə yetirdiyi buraxılış işinin davamına və daha dərindən
tədqiq etdirilməsinə də həsr oluna bilər. Bu halda buraxılış işin-
də yerinə yetirilən mövzu təkrarlanmamalı və daha dərin elmi
və təcrübi tədqiqatların yerinə yetirilməsini nəzərdə tutmalıdır.
Magistrantın elmi rəhbəri ilə birlikdə dissertasiya mövzusu
onun əvvəlcədən əldə etdiyi bilik və təcrübəyə, maraq göstər-
diyi aktual tədqiqat səhələrinə uyğun olaraq seçilməlidir. Ma-
gistrlik dissertasiyası mövzusunun seçilməsində sərbəstlik ma-
gistrantın fərdi elmi maraqlarının həyata keçirilməsində və
qarşıya qoyulan problemin həllində geniş imkanlar yaradır.
Magistrant dissertasiya mövzusunu özü də təklif edə bilər.
Bu halda tədqiqatın məqsədəuyğunluğu əsaslandırılmalı, ka-
fedrada müzakirə edilməli və Magistratura və doktorantura şö-
bəsində təsdiq olunmalıdır.
Elmi rəhbər magistrantın tədqiqat işini istiqamətləndirir və
müxtəlif həll üsullarının seçilməsində köməklik göstərir. Lakin
düzgün həll üsulu birbaşa magistrant tərəfindən seçilir. Magis-
trant yerinə yetirilən işin müəllifi kimi həll üsulunun düzgün
seçilməsinə və əldə olunan nəticələrin doğruluğuna cavabdehlik
daşıyır.
9.
Magistrlik dissertasiyasının işçi planı
Magistrlik dissertasiyası müstəqil elmi-tədqiqat işidir və
onun yerinə yetirilməsi üçün plan tərtib olunmalıdır. İşin plan-
laşdırılması işçi planın tərtib olunması ilə başlayır və nəzərdə
tutulan tədqiqatların yerinə yetirilməsi üçün yol xəritəsini mü-
əyyənləşdirir. Düzgün tərtib olunmuş plan seçilmiş mövzu üzrə
tədqiqatların məhsuldar şəkildə təşkil olunmasına və vaxtında
yerinə yetirilməsinə imkan verir.
QAFQAZ UNİVERSİTETİ MAGİSTRATURA VƏ DOKTORANTURA ŞÖBƏSİ
14
Magistrlik dissertasiyasının işçi planı mövzu üzrə ədəbiy-
yatların öyrənilməsi və seçilməsi ilə paralel hazırlanır və elmi
rəhbərlə razılaşdırılır. İşçi plan sərbəst formada tərtib edilir və
mövzu üzrə aparılan tədqiqatlarda yaranan yeni müddəalara
uyğun olaraq dəyişdirilir.
10.
Mövzu üzrə məlumatların toplanması,
analizi və ümumiləşdirilməsi
Magistrlik dissertasiyasının işçi planında göstərilən möv-
zulara uyğun olan ədəbiyyatlar seçilir və onların siyahısı tərtib
edilir. Tədqiqatın müvzusu ilə əlaqədar olan bütün ədəbiyyat
mənbələri öyrənilməlidir. Bu mənbələrə ölkəmizdə və xaricdə
nəşr edilən müxtəlif ədəbiyyat növləri aiddir.
Biblioqrafik siyahının tərtib edilməsi üçün aşağıdakı mən-
bələr istifadə edilir:
magistrlik dissertasiyasının mövzusu ilə əlaqədar olaraq
məcburi və tövsiyə olunan ədəbiyyat siyahısı;
Internet;
Mövzu üzrə dissertasiya işləri.
Əvvəlcə son 3-5 il ərzində nəşr edilmiş ədəbiyyatlar seçilir,
çünki onlarda üzərində tədqiqat aparılan problem üzrə daha ak-
tual olan elmi nailiyyətlər və onların təcrübi əhəmiyyəti dərc
edilmişdir. 10, 20, hətta 30 illik ədəbiyyatların istifadə olun-
ması bu sahədə çalışan alim və mütəxəssislərin tövsiyyələri
nəzərə alınaraq istifadə oluna bilər.
Tədqiq olunan mövzu üzrə ədəbiyyat mənbələri dərc edil-
miş məqalə və kitabların ədəbiyyat siyahısından seçilə bilər.
Elmi jurnallarda məqalələrin axtarışı hər il ərzində nəşr edilmiş
jurnalın son nömrəsindən başlanmalıdır, belə ki, bu son nöm-
rədə bir il ərzində dərc edilmiş məqalələrin siyahısı verilir.
MAGİSTR HAZIRLIĞI ÜZRƏ YADDAŞ KİTABÇASI
15
Hal-hazırda Internetdə çoxlu sayda elektron mənbələr (ki-
tablar, məqalələr, əsasnamələr, informasiya materialları və di-
gər) yerləşdirilmişdir. Bu materialların araşdırılması, istifadə
olunması və ədəbiyyat siyahısına daxil ediılməsi vacibdir.
Elmi mövzuda yazılmış kitabla iş titul vərəqinin öyrənil-
məsi ilə başlayır və burada müəllif, nəşr ili, buraxılış yeri haq-
qında məlumat verilir və mündəricat göstərilir. Nəşr ili nəzərdə
tutulan problem üzrə aparılan tədqiqatlar haqqında verilən in-
formasiyanın müasir dövrə aid olub-olmadığını göstərir. Kita-
bın mündəricatında onun məzmununun əsas müddəaları və təq-
dim olunmuş materialların ardıcıllığı gostərilir.
Sonra girişlə tanış olmaq lazımdır ki, burada da mövzunun
aktuallığı göstərilir və kitabın qısa məzmunu şərh edilir, mən-
bələr və tədqiqat üsulları haqqında və problemin həllolunma
dərəcəsi haqqında məlumat verilir.
Xüsusi (elmi) ədəbiyyatın öyrənilməsində müxtəlif termin-
lərin, anlayışların mənasını dərindən oyrənmək məqsədi ilə lü-
ğətlər, ensiklopediyalar və məlumat kitabları istifadə olunma-
lıdır.
Elmi-tədqiqat və pedaqoji fəaliyyətin müvəffəqiyyətlə
davam etdirilməsi üçün müxtəlif normativ sənədlərin (qanun-
ların, əsasnamələrin və s.) öyrənilməsi də vacibdir.
Tədqiq olunan mövzu üzrə toplanan materiallar yekunlaş-
dırılaraq və ümumiləşdirilərək magistrlik disssertasiyasının
strukturu, məzmunu və həcmi müəyyənləşdirilir.
11.
Attestasiya
Magistrantlar Fərdi iş planında nəzərdə tutulmuş bütün
fəaliyyətlər yerinə yetirildikdən və kafedrada attestasiya olun-
duqdan sonra ikinci kursa keçirilirlər.
Magistrantların attestasiyası hər semestr kafedrada aparılır
və onun semestr ərzindəki fəaliyyəti müzakirə edilir. Magis-
QAFQAZ UNİVERSİTETİ MAGİSTRATURA VƏ DOKTORANTURA ŞÖBƏSİ
16
trantın elmi rəhbərinin təqdimatı əsasında növbədən kənar at-
testasiyası təyin oluna bilər və attestasiyanın nəticəsinə əsasən
müvafiq qərar qəbul oluna bilər.
Tədris planının bütün şərtlərini yerinə yetirmiş tələbələr ye-
kun attestasiyaya buraxılırlar. Magistr proqramı üzrə təhsildə
tələbənin fəal müstəqil işinə daha çox üstünlük verilməlidir
.
Yekun attestasiya ixtisas fənləri üzrə imtahanlardan və ma-
gistrlik dissertasiyasının müdafiəsindən ibarətdir.
Magistratura səviyyəsini bu və ya digər səbəbdən başa vur-
mayan şəxslərə Azərbaycan Respublikasının Nazirlər Kabineti
tərəfindən müəyyən olunmuş qaydada arayış verilir.
12.
Magistrantın sərbəst fəaliyyətinin təşkili
Magistrantın sərbəst fəaliyyəti onun ümumi (nəzəri və təc-
rübi) və xüsusi biliklərə yiyələnməsinə istiqamətlənmiş əsas tə-
lim formasıdır. Magistrantın sərbəst fəaliyyətinin təşkili fənnin
işçi proqramı və Fərdi iş planı əsasında müəyyənləşdirilir.
Magistrantın müstəqil fəaliyyəti üçün nəzərdə tutulan
proqramın məzmunu aşağıdakı məsələlərin həll edilməsi ilə
əlaqələndirilməlidir:
aşağı kursda oxuyan tələbələrin elmi-tədqiqat işlərinə
rəhbərlik etmək;
aşağı kurslarda seminar məşğələlərinin və laboratoriya
işlərinin keçirilməsinə köməklik göstərmək;
eksperimental tədqiqat üsullarının və metodikasının
mənimsənilməsi;
perspektiv proqramlama vasitələrinin mənimsənilməsi;
nəzərdə tutulan problemin həll olunması üçün informasiya
axtarışının aparılması;
tədqiqatların aparılması;
tədqiqat nəticələrinin, layihələrin analiz edilməsi,
yazılması və s.