MAGİSTR HAZIRLIĞI ÜZRƏ YADDAŞ KİTABÇASI
5
Biznes inzibatçılığı üzrə magistr
− (Master of Business
Administration, MBA)
Hüquq üzrə magistr
− (Legum Magister (Master of Laws),
LL.M)
İnzibati idarəetmə üzrə magistr
− (Master of Public
Administration, MPA)
Mühəndislik magistri
− (Master of Engineering, M.Eng.)
İlahiyyat magistri
− (Master of Divinity, M.Div.)
2.
Magistr hazırlığı proqramının biznes
inzibatçılığı (MBA – Master of Buziness
Administration) proqramından fərqi
Magistr hazırlığı və MBA proqramlarında nəzərdə tutulmuş
dərslər üçün ayrılmış saatların ümumi həcmi müqayisə olunan
səviyyədədir. Əsas fərq ondan ibarətdir ki, MBA proqramı
praktik xüsusiyyətlərə malikdir və öz rəhbərlik keyfiyyətlərinin
təkmilləşdirilməsini, işgüzar idarəetmə vərdişlərinin əldə edil-
məsini və yeni vəzifələrə yüksəlməyi qarşısında məqsəd qoyan
mütəxəssislər üçün nəzərdə tutulur. MBA proqramları müəyyən
bir elm sahəsində dar çərçivədə ixtisaslaşmanı nəzərdə tutmur.
Magistr hazırlığı proqramları isə seçilmış ixtisas sahəsində öz
biliklərini təkmilləşdirmək və ya böyük həcmdə xüsusi biliklərə
malik olunması tələb edilən rəhbər vəzifələrə yüksəlmək me-
yarlarını öz qarşılarında məqsəd qoyan rəhbər işçilər və mütə-
xəssislər üçün nəzərdə tutulur. Magistr hazırlığı proqramları
seçilmış ixtisas sahəsində daha dərin və sistematik biliklərin
əldə edilməsini təmin edir.
QAFQAZ UNİVERSİTETİ MAGİSTRATURA VƏ DOKTORANTURA ŞÖBƏSİ
6
3.
Qafqaz Universitetində magistr hazırlığı
Ali təhsilin əsas peşə təhsili proqramlarından biri üzrə təh-
silini müvəffəqiyyətlə başa vurmuş və ali təhsil haqqında dip-
lomu olan şəxslər uyğun ixtisas üzrə magistraturada təhsil al-
maq hüququna malikdirlər.
Artıq 1998/99 tədris ilində Qafqaz Universitetində mövcud
olan bakalavr ixtisasları üzrə tələbələr məzun olmağa başlamış-
dılar. Bu məqsədlə Qafqaz Universitetinin müraciəti əsasında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.01.1999 ta-
rixli 11/4-66 saylı qərarı və Azərbaycan Respublikası Təhsil
Nazirliyinin 14.05.1999 tarixli 11/347 saylı əmri ilə “Beynəl-
xalq hüquq”, “Türk dili və ədəbiyyatı”, “Bələdiyyə idarəet-
məsi”, “İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı” (sənaye
üzrə), “Biznesin təşkili və idarəedilməsi”, “Avtomatlaşdırılmış
sistemlərin və hesablama texnikasının proqram təminatı” ixti-
sasları üzrə universitetdə magistr hazırlığının başlanmasına izin
verildi.
2002/03 tədris ilindən etibarən universitetdə yuxarıda göstə-
rilən bütün ixtisaslar üzrə magistr təhsili başladılmışdir. Son-
rakı illərdə universitetdə magistr ixtisaslarının sayı daha da
artırılmış və demək olar ki, hal-hazırda mövcud olan əksəriyyət
bakalavr ixtisaslarına uyğun olaraq magistr hazırlığı üçün im-
kan yaradılmışdır.
2006/07 tədris ilindən etibarən ”MBA - Biznesin təşkili və
idarə edilməsi”, “MBA - Maliyyə və kredit” ixtisasları üzrə
həm Azərbaycan, həm də ingilis dillərində tədris prosesi həyata
keçirilir. Qeyd etmək lazımdır ki, mövcud qaydalara uyğun
olaraq MBA proqramlarında istənilən ixtisas üzrə ali təhsili
olan şəxslər təhsil ala bilərlər.
Azərbarcan Respublikası Təhsil Nazirliyində 15.04.2008
tarixində Amerika Birləşmiş Ştatlarının Troy Universiteti ilə
Qafqaz Universiteti arasında MBA proqramı üzrə təhsil alan
tələbələrə ortaq ikili diplom (dual diploma) verilməsini nəzərdə
MAGİSTR HAZIRLIĞI ÜZRƏ YADDAŞ KİTABÇASI
7
tutan protokol imzalanmışdır. Bu protokola əsasən MBA proq-
ramında təhsil alan və TOEFL-dən PBT 525, iBT 70 və ya
IELTS-dən 6.0 bal toplayan tələbələr öz istəklərinə uyğun ola-
raq təhsilinin ikinci ilini Troy Universitetində tamamlaya bi-
lərlər.
2009/10 tədris ilindən etibarən Azərbaycan Respublikası
Təhsil Nazirliyinin və Azərbaycan Respublikası Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyinin razılığı ilə İsveçin
Chalmers Texnologiya Universiteti ilə birgə müəyyən edilmiş
proqram əsasında “Kompyuter elmləri” ixtisası və İnfiormasiya
Texnologiyaları Universiteti ilə birgə müəyyən edilmiş proq-
ram əsasında “MBA – İnformasiya texnologiyalarında idarəet-
mə” ixtisası üzrə ingilis dilində tədris prosesi başladılmış və
hal-hazırda müvəffəqiyyətlə davam etdirilir.
Hal-hazırda şöbədə aşağıdakı istiqamətlərdə magistrlik dis-
sertasiyası yazılmaqla dörd semestrlik magistr elmləri (Master
of Science) proqramları və İT idarəetməsi üzrə MBA (Master
of Business Administration) proqramı, dissertasiya yazılmadan
üç semestrlik MBA proqramları mövcuddur:
Magistr elmləri (Master of Science) proqramları:
1.
Türk dili və ədəbiyyatı
2.
İngilis dili və ədəbiyyatı
3.
Ərəb dili və ədəbiyyatı
4.
Azərbaycan ədəbiyyatı
5.
Avtomatlaşdırılmış sistemlərin və hesablama
texnikasının proqram təminatı
6.
İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı (sənaye üzrə)
7.
Maliyyə və kredit
8.
Beynəlxalq iqtisadi münasibətlər
9.
Bank menecmenti
10.
Biznesin təşkili və idarəedilməsi
11.
Dövlət və bələdiyyə idarəetməsi
QAFQAZ UNİVERSİTETİ MAGİSTRATURA VƏ DOKTORANTURA ŞÖBƏSİ
8
12.
Kompyuter elmləri
13.
Diferensial tənliklər
14.
Beynəlxalq münasibətlər
15.
İstilik fizikası və molekulyar fizika
16.
Tərcümə (İngilis dili)
17.
İbtidai təhsilin pedaqogikası və metodikası
MBA proqramları:
1.
İT idarəetməsi
2.
Biznesin təşkili və idarə edilməsi
3.
Maliyyə və kredit
Qeyd etmək lazımdır ki, magistratura səviyyəsində də təd-
risin təşkili ali təhsil pilləsinin dövlət standartının tələblərinə
uyğun olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərə-
findən təsdiq edilmiş qaydalar əsasında kredit sistemi (Avropa
ölkələrində tətbiq olunan AKTS - Avropa Kredit Transfer
Sistemi) ilə həyata keçirilir.
Yuxarıda qeyd edilən ixtisaslar üzrə bu günə qədər 445
magistrant məzun olmuş və 477 magistrant isə hal-hazırda təh-
silini davam etdirir. Hal-hazırda magistr təhsili üzrə ixtisaslaş-
ma proqramlarında 14 professor, 22 dosent və 28 fəlsəfə üzrə
elmlər doktoru fəaliyyət göstərir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14
iyun tarixli 95 nömrəli qərarı ilə ali təhsilin magistratura səviy-
yəsi üzrə ixtisasların (ixtisaslaşmaların) yeni təsnifatı təsdiq
edilmişdir. Bu təsnifata uyğun olaraq universitetdə 2012/13 təd-
ris ilindən etibarən aşağıdakı ixtisaslar üzrə qəbul aparılaraq
tədris prosesi təşkil ediləcəkdir:
İbtidai sinifdə tədrisin metodika və metodologiyası
Azərbaycan ədəbiyyatı
Azərbaycan dili
Ədəbiyyatşünaslıq (Tükdilli ölkələr və sahələr üzrə)