MAGİSTR HAZIRLIĞI ÜZRƏ YADDAŞ KİTABÇASI
29
müdafiəsi təhsil müəssisəsinin elmi şurasının qərarı ilə yaradıl-
mış ixtisaslaşdırılmış şuranın iclasında aparılır.
Magistratura səviyyəsini bitirən şəxslərə „magistr“ ali elmi-
ixtisas dərəcəsi verilir. „Magistr“ dərəcəsi magistrlik dissertasi-
yalarının müdafiəsi üçün ali təhsil müəssisəsi tərəfindən yara-
dılmış ixtisaslaşdırılmış şuraların qərarı əsasında verilir. Bu təh-
sil səviyyəsini bitirən şəxslər təhsillərini doktoranturada davam
etdirə bilərlər.
18.
Magistrlik dissertasiyasının strukturu
Dissertasiya təlim dilində yazılmalı və müdafiə edilməlidir.
Magistrlik dissertasiyasının strukturunu aşağıdakı ardıcıllıqla
yerləşdirilmiş materiallar təşkil edir:
titul vərəqi;
referat;
içindəkilər;
giriş;
əsas hissə (dissertasiyanın məzmunu);
nəticə;
istifadə olunan ədəbiyyat;
əlavələr (əgər varsa).
Titul vərəqi dissertasiyanın birinci səhifəsidir və onun
nümunəsi magistrlik dissertasiyasının yazılması üçün Qafqaz
Universitetində qəbul edilmiş qaydalar məcmuəsində göstəril-
mişdir (Bax: Ç-QU-KL-001-TR
− Lisans bitirme çalışması ve
yüksek lisans tez hazırlama kılavuzu, 20.02.2004, Qafqaz Uni-
versiteti).
Referat dissertasiyanın məzmununun qısa xülasəsidir və
orada aşağıdakılar əks olunmalıdır:
magistrantın adı və dissertasiya işinin mövzusu;
tədqiqatın obyekti, məqsədi və xarakteri;
QAFQAZ UNİVERSİTETİ MAGİSTRATURA VƏ DOKTORANTURA ŞÖBƏSİ
30
tədqiqat və hesablamaların qısa şərhi;
nəticə.
Referatın həcmi təxminən 150-200 sözdən ibarət olmalı və
bir səhifədə yazılmalıdır. Referat Azərbaycan, Türk, İngilis və
Rus dillərində tərtib olunmalıdır.
İçindəkilər dissertasiya işində olan butun fəsillərin, hər fəs-
lə daxil olan başlıqların və altbaşlıqların hansı səhifələrdən baş-
landığını göstərir.
Girişdə mövzunun aktuallığı, tədqiqatın məqsədi və obyek-
ti haqqında qısa məlumat verilir.
Əsas hissədə dissertasiya işində müvafiq elmi istiqamət
üzrə mühüm əhəmiyyəti olan və araşdırılan məsələnin təhlili və
onun yaradıcı həlli verilir. Əsas hissənin mətni fəsil, başlıqlar
və altbaşlıqlara bölünür. Burada lazım gəldikdə cədvəllər, şəkil-
lər, qrafiklər, diaqramlar, sxemlər və s. verilə bilər.
Nəticə hissəsində tədqiqat işinin yekunu olaraq magistran-
tın əldə etdiyi elmi və təcrübi nəticələr və tövsiyələr verilir.
İstifadə olunan ədəbiyyat hissəsində dissertasiya işini yeri-
nə yetirdikdə istifadə edilmiş bütün mənbələr bir qayda olaraq
əlifba sırası ilə (müəllifin soyadının birinci hərfi) ardıcıl nömrə-
lənərək göstərilir. (Bəzi hallarda mənbələr istinadlara görə də
nömrələnə bilər). Müəllifinə və ədəbiyyatına istinad olunmadan
özgə materiallarından istifadə edildikdə, magistrlik dissertasi-
yası müdafiə ilə bağlı istənilən müzakirə mərhələsindən geri
qaytarılır.
Əlavələr hissəsində dissertasiyanın əsas hissəsindəki araş-
dırmalara və müddəalara aydınlıq gətirən və ya əsaslandıran
materiallar verilir (əgər buna ehtiyac olarsa).
MAGİSTR HAZIRLIĞI ÜZRƏ YADDAŞ KİTABÇASI
31
19.
Dissertasiya işinin müdafiəyə təqdim
olunması
Magistrant dissertasiya işinin hazırlanması barədə vaxtaşırı
elmi rəhbərinə məlumat verir və onu tələb olunan məzmunda və
formada yerinə yetirdikdən sonra elmi rəhbərinə təqdim edir.
Elmi rəhbər işi yoxladıqdan sonra özünün yazılı rəyi ilə birlikdə
ilkin müzakirə üçün kafedraya təqdim edir. Rəydə dissertasiya-
nın bütün bölmələri üzrə görülmüş iş səciyyələndirilir və alınan
nəticələrin doğruluğu, nəzəri və təcrübi əhəmiyyəti və həmçinin
magistrantın fərdi xüsusiyyətləri qiymətləndirilir.
Kafedraya təqdim olunan materiallar və magistrantın Fərdi
iş planı nəzərdən keçirilir, dissertasiya işi müzakirə olunduqdan
sonra onun magistrlik dissertasiyası üçün qoyulan tələblərə ca-
vab verməsi müəyyənləşdirilir və yekun rəylə birlikdə Magis-
tratura və doktorantura şöbəsinə təqdim edilir. Magistratura və
doktorantura şöbəsinin müdiri təqdim olunmuş materialların
müdafiəyə buraxılması barədə müvafiq qərar qəbul edir və ma-
gistrlik dissertasiyasının titul vərəqində müvafiq qeydlər aparır.
Magistratura və doktorantura şöbəsinin müdiri magistrantı
dissertasiya müdafiəsinə buraxmağı mümkün hesab etmədikdə
bu məsələyə elmi rəhbərin iştirakı ilə şöbədə baxılır.
20.
Dissertasiya işlərinin tərtib olunma
qaydaları
Dissertasiya işi magistrantın tədqiqat işini əks etdirməli,
işdə istifadə olunan ədəbiyyatın siyahısı və həmçinin istifadə
olunan digər bütün materiallara istinad verilməlidir.
Əgər magistrantın tədqiqat proqramı hər hansı bir qrup
layihəsinin bir hissəsidirsə, dissertasiya işi magistrantın fərdi
fəaliyyətini aydın əks etdirməli və əməkdaşlığın dərəcəsi göstə-
rilməlidir.
QAFQAZ UNİVERSİTETİ MAGİSTRATURA VƏ DOKTORANTURA ŞÖBƏSİ
32
Magistrant tədqiqat işi ilə əlaqədar əldə etdiyi elmi nəti-
cələri müdafiədən qabaq nəşr etdirə bilər, bu halda dissertasiya
işində onlara istinad verilməlidir.
Dissertasiya işi magistrlik dissertasiyasının yazılması üçün
Qafqaz Universitetində qəbul edilmiş qaydalar məcmuəsində
göstərilmiş tələblərə uyğun olaraq yerinə yetirilməlidir (Bax: Ç-
QU-KL-001-TR
− Lisans bitirme çalışması ve yüksek lisans tez
hazırlama kılavuzu, 20.02.2004, Qafqaz Universiteti).
Dissertasiya işi qəbul olunmuş standartlara uyğun olaraq
tərtib olunmalı və cildlənməlidir. Cild səhifələrin əlavə olunma-
ması və ya dəyişdirilməməsi üçün kifayət qədər etibarlı olma-
lıdır.
21.
Ekspert rəyi
Dissertasiya işi müdafiəyə ən azı 15 gün qalmış tanışlıq və
rəy üçün ekspertlərə göndərilir. Ekspertlər dissertasiya işi ilə
əsaslı tanışlıqdan sonra yazılı rəy hazırlayır. Rəydə aşağıdakılar
öz əksini tapmalıdır:
dissertasiya mövzusunun aktuallığı;
ədəbiyyatdan düzgün istifadə olunması;
müəllifinə və ədəbiyyatına istinad olunmadan özgə
materiallarından istifadə olunma faktının olub-olmaması;
dissertasiya işində irəli sürülən hər bir əsas müddəanın və
nəticənin doğruluğu və yeniliyi;
aparılan tədqiqatların elmi və əməli dəyəri, alınan
nəticələrdən istifadə edilməsinin mümkünlüyü;
işin obyektiv qiymətləndirilməsi, onun müsbət və mənfi
cəhətləri;
işin magistr dissertasiyaları üçün irəli sürülən tələblərə
cavab verməsi.
Rəy ekspert tərəfindən imzalanır və müdafiəyə ən azı 5 gün
qalmış müdafiə şurasına təqdim edilir. Ekspert rəyinin surəti
müdafıəyə ən az 3 gün qalmış magistranta verilməlidir.