MAGİSTR HAZIRLIĞI ÜZRƏ YADDAŞ KİTABÇASI
33
22.
Şifahi müdafiə
Magistrlik dissertasiyasının müdafiəsi üçün Müdafiə Şura-
sına aşağıdakı sənədlər təqdim olunmalıdır:
dissertasiya işi;
elmi rəhbərin rəyi;
ekspertlərin rəyi;
magistrantın tərcümeyi-halı (CV);
magistrantın fərdi tədris planı;
magistrantın transkripti;
magistrantın müdafıəyə hazırlığı barədə kafedra iclasının
protokolu;
Müdafiə Şurası üzvlərinin əksəriyyət səsçoxluğu iclasda
iştirak etdikdə müdafiə təşkil olunur. Müdafiə Şurası üzvlərinin
iclasda iştirakı onların hər birinin elmi dərəcəsi göstərilməklə
iclasın protokolunda əks olunmalı və imzası ilə təsdiq edilmə-
ldir.
İclasın açılışından sonra sədr müdafiəyə təqdim olunmuş
dissertasiya işi və magistrant haqqında məlumat verir, Müdafiə
Şurasının katibi isə təqdim olunmuş sənədlər haqqında məlu-
mat verir.
Magistrant dissertasiya işinin mahiyyəti və aldığı nəticələr
haqqında 20-25 dəqiqə ərzində məruzə edir və verilən suallara
cavab verir. Magistrantın cavablarından sonra söz elmi rəhbərə
və ekspertlərə verilir, dissertasiya işi üzrə digər rəylər oxunur
(əgər varsa) və magistrant onlardakı iradlara cavab verir.
Müdafiədən sonra Müdafiə Şurasının qərarı (şifahi müda-
fiənin qiymətləndirilməsi və namizədə magistr dərəcəsinin veri-
lib-verilməməsi) və həmçinin rəy və tövsiyələri protokollaş-
dırılıb Magistratura və doktorantura şöbəsinə təqdim edilir.
Müdafiənin yekunu olaraq Müdafiə Şurasının üzvləri aşa-
ğıdakıları tövsiyə edə bilərlər:
QAFQAZ UNİVERSİTETİ MAGİSTRATURA VƏ DOKTORANTURA ŞÖBƏSİ
34
namizədə magistr dərəcəsi verilsin;
dissertasiya işinə ciddi hesab olunmayan düzəlişlər
etməklə namizədə magistr dərəcəsi verilsin;
namizədə magistr dərəcəsi almaq üçün dissertasiya işini
işləyib yenidən təqdim etməyə və təkrar müdafiəyə icazə
verilsin;
namizədə magistr dərəcəsi verilməsin və təkrar müdafiəyə
də icazə verilməsin.
Təkrar müdafiə olmadıqda, magistranta müvafiq proqramı
dinlədiyi haqda arayış verilir.
23.
Təkrar müdafiə
Əgər dissertasiya barədə ixtisaslaşdırılmış şura mənfi qərar
qəbul edərsə, onun yenidən müdafiəsinə işdəki çatışmazlıqlar
aradan qaldırılmaqla, mənfi qərar qəbul edilən gündən ən azı
bir ay müddət keçdikdən sonra icazə verilir. Əgər dissertasiya
barədə yenidən mənfi qərar çıxarılarsa, onun yeni mövzuda
təkrar (2 dəfədən çox olmamaqla) müdafiəsinə növbəti tədris
ilinin məzunlarının dissertasiya müdafiəsi üçün muəyyən olun-
muş müddətdə icazə verilir.
Əgər ekspertlər dissertasiya işində düzəlişlər etməklə nami-
zədə dərəcə verilməsini tövsiyə edirlərsə, hansı dəyişikliklər və
düzəlişlər tələb olunduğu yazılı şəkildə namizədə bildirilməlidir.
MAGİSTR HAZIRLIĞI ÜZRƏ YADDAŞ KİTABÇASI
35
24.
Ədəbiyyat
1.
Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu, Bakı, 2009.
2.
Ali (orta ixtisas) təhsili müəssisələri tələbələrinin ixtisas üzrə
təcrübəsinin keçirilməsi haqqında Əsasnamə, Azərbaycan Respub-
likası Nazirlər Kabinetinin 2008-ci il 19 sentyabr tarixli 221
nömrəli qərarı.
3.
“Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcə-
lərinin verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbay-
can Respublikası Nazirlər Kabinetinin 88 №-li qərarı, Bakı şəhəri,
12 may 2010-cu il.
4.
Ç-QU-KL-001-TR
− Lisans bitirme çalışması ve yüksek lisans tez
hazırlama kilavuzu, 20.02.2004, Qafqaz Universiteti.
5.
H.A. İsrafilov, E.M. Hacızadə, Magistrantın elmi-tədqiqat təcrü-
bəsinin təşkili üzrə metodik göstəriş, Azərbaycan Dövlət İqtisad
Universiteti, Bakı, 2006. elshanhajizadeh.com/upload/File/article-
183.doc, 25.04.2012.
6.
H.A. İsrafilov, E.M. Hacızadə, Elmi-pedaqoji təcrübə (metodik
göstəriş), Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı, 2007,
elshanhajizadeh.com/upload/File/EPT%20MG.doc, 25.04.2012.
7.
H.A. İsrafilov, E.M. Hacızadə, Magistr dissertasiyasının yerinə
yetirilməsi üzrə metodik göstəriş, Bakı, 2007,
elshanhajizadeh.com/upload/File/MD.pdf, 25.04.2012.
8.
R.L.Hüseynzadə, Magistr dissertasiyası (metodik vəsait), Azərbay-
can Müəllimlər İnstitutu, Bakı, 2009, www.anl.az/el/h/hr_md.pdf,
25.04.2012.
9.
H.A. İsrafilov, E.M. Hacızadə, Magistr dissertasiyasının yerinə
yetirilməsi, elmi-tədqiqat və elmi-pedoqoji təcrübələrin təşkilinə
dair metodik göstərişlər toplusu, Azərbaycan Dövlət İqtisad
Universiteti, Bakı, 2007, www.anl.az/el/m/mdt.pdf, 25.04.2012.
QAFQAZ UNİVERSİTETİ MAGİSTRATURA VƏ DOKTORANTURA ŞÖBƏSİ
36
Əlavə 1.
− Magistrantın fərdi iş planı
“Təsdiq edirəm”
Magistratura və doktorantura şöbəsinin müdiri:
_____________________________________
“___ ” __________ 20___-ci il
MAGİSTRANTIN FƏRDİ İŞ PLANI
______________________________________________
(Tələbənin adı, atasının adı, soyadı)
Şöbə:
Magistratura və doktorantura
Bölmə:
________________________________________
Elmi rəhbər: ________________________________________
Magistraturada təhsìl aldığı dövr:
__________________________
Peşə istiqamətinin adı:___________________________________
_____________________________________________________
İxtisas təhsili proqramının (ixtisaslaşmanın) adı:
_____________________________________________________
Magistr dissertasiyasının mövzusu _________________________
_____________________________________________________
_____________________________________________________
bölməsinin iclasında təsdiq edilmişdir.
Protokol № ___ «_____»______________ 20 __ .
Tələbənìn dissertasiyasını təqdim etmə müddəti:
_____________
______________________________________________
Tələbənin adı, soyadı, imzası, tarix
______________________________________________
Elmi rəhbərin adı, soyadı, imzası
______________________________________________
Bölmə rəhbəri
nin adı,
soyadı,
imzası