MAGİSTR HAZIRLIĞI ÜZRƏ YADDAŞ KİTABÇASI
9
Ədəbiyyatşünaslıq (İngilis dilli ölkələr və sahələr üzrə -
Böyük Britaniya və ABŞ)
Dilşünaslıq (Ərəb dilli ölkələr və sahələr üzrə)
Tərcümə (İngilis dili)
Beynəlxalq münasibətlər və diplomatiya
Beynəlxalq iqtisadi münasibətlər
Maliyyə menecmenti
İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə
edilməsi (sənaye üzrə)
Biznesin təşkili və idarə edilməsi
Dövlət strukturlarında menecment
Diferensial tənliklər
İstilik fizikası və molekulyar fizika
Kompyuter mühəndisliyi
MBA - Biznesin təşkili və idarə edilməsi
MBA – İdarəetmədə informasiya sistemləri
4.
Magistratura səviyyəsində təhsilin
məzmununa və tədris prosesinin təşkilinə
qoyulan tələblər
Magistratura
− ali təhsilin ikinci səviyyəsinin tələblərinə
uyğun olaraq, yüksəkixtisaslı, sərbəst yaradıcılıq fəaliyyəti gös-
tərə biləcək mütəxəssislərin hazırlığını təmin edən təhsil prose-
sidir.
Magistratura səviyyəsində təhsilin məzmunu bir-biri ilə
əlaqəli nəzəri təlimdən, elmi-tədqiqat işlərindən, pedaqoji və
peşəkar hazırlıqdan ibarətdir.
Magistrantın nəzəri təlimi və pedaqoji hazırlığı humanitar,
ixtisas və ixtisaslaşma fənlərinin mühazirə, məşğələ, seminar,
məsləhət, sərbəst iş, pedaqoji təcrübə və s. formada öyrənilməsi
ilə təmin olunur.
QAFQAZ UNİVERSİTETİ MAGİSTRATURA VƏ DOKTORANTURA ŞÖBƏSİ
10
Magistrantın elmi-tədqiqat fəaliyyəti hər semestr üçün nə-
zərdə tutulmuş elmi-tədqiqat işlərinin yerinə yetirilməsindən,
elmi-tədqiqat və elmi-pedaqoji təcrübələrdən və magistrlik dis-
sertasiyasının hazırlanmasından ibarətdir. Magistratura üzrə apa-
rılan elmi-tədqiqat işləri axtarış və tətbiqi xarakterli işlər olma-
lıdır.
5.
Magistr ixtisaslaşma hazırlığı
proqramlarının elmi-tədqiqat hissəsi üzrə
bilik və bacarıqlara qoyulan tələblər
Magistrant öz elmi-tədqiqat fəaliyyətində aşağıdakıları
bacarmalıdır:
−
tədqiqatın vəzifələrini konkret şəkildə ifadə etməyi;
−
tədqiqatın planını tərtib etməyi;
−
müasir informasiya texnologiyalarından istifadə etmək-
lə biblioqrafik işləri yerinə yetirməyi;
−
tədqiqat üçün zəruri olan üsulları seçməyi;
−
konkret tədqiqatın tələblərinə uyğun olaraq mövcud
üsulları modernləşdirməyi və yeni üsullar hazırlamağı;
−
elmi ədəbiyyatda mövcud olan məlumatları nəzərə al-
maqla özünün əldə etdiyi nəticələri təhlil etməyi və
aydınlaşdırmağı;
−
müxtəlif nəşr vasitələrindən istifadə etməklə görülmüş
işlərin nəticələrini müasir tələblərə uyğun gələn məru-
zələr, hesabatlar, referatlar və ya məqalələr şəklində
tərtib və təqdim etməyi.
6.
Magistraturada tədris prosesinin strukturu
Tədris ili, bir qayda olaraq, iki semestrdən (payız və yaz)
ibarətdir. Bundan əlavə, yay tətili müddətində 6 (altı) həftədən
çox olmayaraq, yay semestri də təşkil oluna bilər.
MAGİSTR HAZIRLIĞI ÜZRƏ YADDAŞ KİTABÇASI
11
Əyani formanın təhsil müddətində nəzəri tədrisə - 45,
elmi-tədqiqat və elmi-pedaqoji təcrübələrə - 8, imtahan
sessiyalarına isə 9 həftə ayrılır. Dissertasiya işinin hazırlanması
və müdafiəsinə 12, tətillərə isə 16 həftə ayrılır.
Tələbənin auditoriya və auditoriyadan kənar (bütün tədris,
elmi-tədqiqat və elmi-pedaqoji) həftəlik yükünün həcmi 45
saatdır. Bu zaman auditoriya saatı həftədə 12-16 saat təşkil edir.
Təhsil üçün illər üzrə ayrılan müddət aşağıdakı cədvəldə göstə-
rilmişdir:
Tədris üçün ayrılan
müddət, həftə
Fəaliyyət
1-ci il 2-ci il Cəmi
Nəzəri tədris 30
15
45
Elmi-tədqiqat və elmi-pedaqoji təcrübə 4
4
8
İmtahan sessiyası 6
3
9
Magistrlik dissertasiyasının hazırlanması –
12
12
Magistrlik dissertasiyasının müdafiə edilməsi
– 4 4
Tətillər 14
2
16
Məzuniyyət –
4
4
Cəmi (illər üzrə)
54 44 98
Ayrı-ayrı fənlər üzrə imtahan qiyməti 70-dən aşağı olma-
malıdır, əks halda uyğun fənnin mənimsənilmə səviyyəsi kifa-
yət hesab edilmir və təkrarlanması tələb edilir.
Əgər hər hansı bir səbəbdən (ailə vəziyyəti, xəstəlik, hərbi
xidmət və s.) magistranta möhlət verilirsə, bu möhlət müddəti
ümumi təhsil müddətinə daxil edilmir.
7.
Fərdi iş planı
Magistr tədris proqramına uyğun olaraq hər bir magistr
tələbəsi üçün birinci semestrin ilk üç ayı ərzində fərdi iş (tədris)
planı (Bax: Əlavə 1) hazırlanır. Fərdi iş planında hər bir se-
QAFQAZ UNİVERSİTETİ MAGİSTRATURA VƏ DOKTORANTURA ŞÖBƏSİ
12
mestr ərzində planlaşdırılan tədris və elmi-tədqiqat işləri, elmi
rəhbər və dissertasiya işinin mövzusu göstərilir.
Fərdi iş planı bilavasitə magistrant və elmi rəhbər tərəfin-
dən tərtib olunur, imzalanır və kafedra iclasında müzakirə üçün
təqdim edilir. Fərdi iş planı kafedrada qəbul edildikdən sonra
təsdiq olunmaq üçün Magistratura və doktorantura şöbəsinə
təqdim olunur. Magistrant təsdiq olunmuş fərdi iş planı əsa-
sında tədrisini və tədqiqat işlərini yerinə yetirir.
Tədris prosesində magistrantın fərdi iş planında müəyyən
dəyişikliklər aparıla bilər (əlavə olaraq bir və ya bir neçə fənnin
daxil edilməsi, dissertasiya mövzusunun dəqiqləşdirilməsi və
ya dəyişdirilməsi və s.). Bu məqsədlə kafedra müdiri Magistra-
tura və doktorantura şöbəsinə təqdimatla müraciət etməlidir.
Fərdi iş planında aparılan hər hansı bir dəyişiklik Magistratura
və doktorantura şöbəsi tərəfindən təsdiq olunmalıdır.
8.
Magistrlik dissertasiyası üçün mövzunun
seçilməsi
Magistraturaya qəbul olunan hər bir tələbə üçün kafedra
tərəfindən elmi dərəcəsi (elmlər doktoru və ya fəlsəfə doktoru)
olan elmi rəhbər təyin edilir və magistrantın tədris və tədqiqat
fəaliyyəti bilavasitə elmi rəhbərin nəzarəti altında həyata keçi-
rilir.
Magistrlik dissertasiyası elmi rəhbərin (zəruri hallarda həm
də məsləhətçilərin) rəhbərliyi altında yerinə yetirilən müstəqil
elmi-tədqiqat və təcrübi-konstruktor işidir.
Magistrlik dissertasiyası üçün mövzunun düzgün seçilməsi
böyük əhəmiyyət kəsb edir. Magistrant mövzunun seçilməsində
elmi rəhbərinin köməyi ilə dissertasiyanın məzmununun nədən
ibarət olmasını, qarşıya qoyulan məsələnin yeniliyini, aktuallı-
ğını və təcrübi əhəmiyyətini müəyyənləşdirməli, seçilmiş möv-