324
şovinist, millətçi şah rejimi son dərəcə qəddarcasına, amansızcasına
neçə-neçə igid azərbaycanlıları İranın
bütün vilayətlərində, xüsusən,
Zəncanda başlarını kəsməklə qətlə yetirdikdən sonra Əli Tudə də bir
çox həmkarları kimi Şimali Azərbaycana −öz qan qardaşlarına pənah
gətirərək Bakıya müraciət edir. O, bir müddət «Ədəbiyyat qəzeti»
redaksiyasında ədəbi işçi vəzifəsində çalışır. Bu zamanlar vaxtilə
yarımçıq qoyduğu təhsilini davam etdirmək üçün də müvafiq imkan
yaranır və o, sənədlərini respublikanın ali məktəblərinin bayraqdarı
olan bizim universitetə −BDU-nun filologiya fakültəsinə verərək,
oranı fərqlənmə diplomu ilə bitirir (1947-1952).
Sonralar bir neçə mətbu orqanlarında çalışmaqla şeir
sahəsində
fəaliyyətini davam etdirmişdir. Əli Tudəni şəxsən tanıyanlar, ədəbi
irsini, həyatını, mühitini gözəl bilənlər onu bir qəhrəman kimi, vətən
və yurd mücahidi kimi, diriliyində belə şəhidlik zirvəsinə yüksələn bir
Azadlıq aşiqi kimi qiymətləndirir və onu XX əsrin söz və əməl
qəhrəmanları ilə müqayisə edirlər. Şairi çox haqlı olaraq Şandor Pe-
feti, Pavlo Neruda,
Nazim Hikmət, Musa Cəlil ilə bir sırada görürlər.
Onun varlığında, qanında-canında, həm də xalqımızın böyük şəx-
siyyətlərinin −Səttarxan, S.C.Pişəvəri, S.M.Xiyabaninin Azadlıq və
İstiqlal ruhu çırpınırdı.
Ə.Tudənin dünyanın rəngləri haqqında ümumiyyətlə, rənglər ba-
rədə, onların leksik məna və yozumları xüsusunda da özünəməxsus
deyimləri vardır:
Zənn etmə rəngləri sayır qələmim,
Bu, nə niyyətimdir, nə də adətim.
Yaşıl ilhamımdır,
qara matəmim,
Qırmızı nifrətim, sarı həsrətim.
Ə.Tudənin şeir-sənət gülzarında şair, şeir, sənətkar haqqında da
maraqlı əsərləri vardır. Bu qəbildən olan poetik nümunələrdə şairin
sözə, sənətə, şeirə nə dərəcədə məsuliyyətlə yanaşdığı, onu Allahın
insanlara bəxş etdiyi ülvi bir nemət kimi qiymətləndirdiyi hiss olunur.
Bunu həm də bizim şair xalqımızın şeirə-musiqiyə münasibəti, zövqü,
duyğu və düşüncələri ilə də əlaqələndirir, çünki xalq, cəmiyyət,
oxucular şeiri sevməsələr,
onu dinləməsələr, şair sözünü kimə söyləyə
bilər. Bu məram və məqamlar öz bədii ifadəsini şairin «Şairlər», «Şeir
təəssübü» və digər şeirlərində çox gözəl şəkildə tapmışdır:
325
Bu millət laylanı da
Şeirlə yaradıbdır.
Yatan körpələrdə də.
Bu millət ağını da
Şeirlə yoğurubdur.
Bu millət qafiyəylə
Yazıb tapmacanı da.
Bu millət məsəli də
Müdrik şeirlə deyib.
Çörək tapılmayanda
Qüssə yox, şeir yeyib.
Lakin böyük şair şeirin hüsnünü korlayan şeir dəllallarına qarşı da
amansız olmuşdur.
Ancaq çox-çox şeirdə,
Nə sənət var, nə hikmət.
Nə sevinc var, nə kədər,
Nə qeyrət var, nə heyrət.
Nə yağış var, nə külək,
Nə ürək var, nə dilək,
Dilək
olmayan yerdə,
Əlbəttə heç nə olmaz.
Bu misralardakı müasirlik və aktuallıq göz qabağındadır.
Müəllifin «Şairlər» adlı şeirində həqiqi poeziyanın necə çətinliklə
yarandığından, şairliyin ən əzablı, necə iztirablı bir sənət yolu oldu-
ğundan söhbət açılır. Belə ki, şair olan kəs öz qəlbində dünyanın
kədərini, nisgilini, dərd və ələmini gəzdirməli olur:
Bir gözəli sevsə öz ürəyində,
Yanar, günəşləşər göz ürəyində.
Alışmasın deyə,
köz ürəyində
Üst-üstə ocaqlar qalar şairlər.
Möminlər unutmaz öz namazını,
Zülmətdə də arar göz namazını.
Bir gündə neçə yol söz namazını,
Varaqlar üstündə qılar şairlər.
326
Qaya heykəl olmaz çapılmayanda,
Kündə çörək olmaz yapılmayanda.
Müqtədir bir rəhbər tapılmayanda
Millətə bayraqdar olar şairlər.
Ə.Tudə sözün həqiqi mənasında müasir şairdir, dövrün ən ümdə
problemləri, çağdaş məsələlər, aktuallığını heç zaman itirməyəcək
mətləblər onun şeir rübabının şah pərdəsində vüqarla səslənirdi. Şair
hətta,
tarixdən, keçmiş əfsanələrdən yazanda da onu bu günlə,
müasirliklə üzvi şəkildə əlaqələndirməyi bacarır, onlara məhz bu
günün nəzəri ilə baxırdı. Fikrimizin sübutu üçün biz şairin «Kərəm
faciəsi» adlı bir şeirinə ötəri də olsa nəzər salmağı vacib bilirik.
Həmin şeirin sərlövhəsi altında şairin nəsrlə yazılmış aşağıdakı
sözlərinə diqqət yetirin:«Erməni din xadimlərindən biri öləndə ermə-
nilərə məsləhət görüb ki, qızlarını türk oğlanlarına ərə versinlər. Ona
görə ki, gələcəkdə ermənilər türklərin
üzərinə hücum edəndə erməni
qızlarından olan döyüşçülər dayılarına güllə atmazlar». Şeirdə bu
məqam poetik sözün gücü ilə kristallaşmışdır:
Sanma başdan-başa xiffətlə dolu,
Hər çalğı aləti yandırdı məni.
Yox! Yox! Ədalətin həsrətlə dolu,
Öz «Yanıq Kərəmi» yandırdı məni.
Şeirdə daha sonra oxuyuruq:
Kərəm «Əsli» deyə yandıqca yandı,
Alovu qarışdı çovğunlara da,
Qara keşiş yanan Kərəmi dandı
Ürəyində güldü Məcnunlara da.
Əlbəttə, bu dediklərimiz heç də böyük şairin yaradıcılığının əsas
və aparıcı konturlarının, əsas komponentlərinin hamısını əhatə et-
məkdən çox-çox uzaqdır.Çünki onun onlarca şeir kitablarında
toplanan silsilə şeirlərinin başlıqlarını sadalasaq belə, onun maraq,
dairəsi, tematikası, zövqü, duyum və deyim tərzi dünyagörüşü, psi-
xologiyası, şəxsiyyəti haqqında
müəyyən təsəvvür yaratmaq mü-
mkündür.Onun güclü, aydın məramlı, siyasi-ictimai lirikası, məhəb-
bət lirikası, Vətən, təbiət, dünya haqqında böyük ümmanları xatır-
ladan zəngin poetik xəzinəsindən yalnız bir zərrəni, bir damlanı, çox