Microsoft Word cap 6 02 2012. doc


Rejissorluğun üslub problemləri



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə24/71
tarix19.07.2018
ölçüsü1,33 Mb.
#56536
1   ...   20   21   22   23   24   25   26   27   ...   71

Rejissorluğun üslub problemləri 
 
 
75 
şada istehsalat mövzusunda dolayı yolla iştirak etsə  də, in-
sani münasibətlər sisteminin əsasında, məğzində duran Alla 
rolu uzun müzakirələrə səbəb oldu.  
16 dekabr 1980-ci ilin “Bakinski  raboçi” qəzetindəki 
“Tamaşanı  əkərsən”... məqaləsində: “Şindinin arvadı Alla 
obrazını İrina Perlova  özünəməxsus yozumda təqdim edir. 
Pyesdə özünün nə istədiyini yaxşı bilən Alla əri ilə 
münasibətdə zərif məxluq olsa da, hərdən acıqlı, hərdən acı-
dil, hərdən inamsızdır. Görünür belə  dəyişkənlik insani 
cəhətdən Perlovaya maraqsızdır. Onun Allası Lenyasını son-
suz məhəbbətlə sevdiyindən  ərinin bu bədnam akta imza 
atması naminə özünü alçaltmasına dözə bilmir. Haradakı 
Gelmanın Allası Şindini Yeqorovu nəinsə naminə dəstəklə-
diyinə inanır, orada İ.Perlovanın Allası həmin mətni hər han-
sı bir qəzəb olmadan hətta rəğbət notları ilə deməklə Le-
niçkasına yönələn ittihamı qəbul etmədiyini bildirir”
66
 yazan 
Z.Muxina aktrisanın  çox çalarlı oyun tərzini yetərincə 
əsaslandırır. Əlbəttə ki, yalnız evlər idarəsinin rəhbərlərinin 
tənqid olunmasına icazə verildiyi ötən əsrin 50-ci illərindən 
fərqli olaraq 80-ci illərdə vilayət rəhbərlikləri dolayı yolla 
olsa belə tənqid hədəfinə çevrilsə də partiya qurumları hələki 
toxunmaz olaraq qalırdı ki, bu da son nəticədə ölkənin dağıl-
masına səbəb oldu.  
Onu da qeyd etmək lazımdır ki,  bu tamaşasından bir il 
sonra Tatyana Liozniyovanın quruluş verdiyi Leonid 
Kuravlyovun,  İrina Muravyovanın, Yuriy Yakovlevin baş 
rollarda oynadığı filmdə də psixologizmə meydan verilməsi 
Cənnət Səlimovanın yozumunun dəqiqliyinin təsdiqidir.  
  
                                                 
66
 З.Мухина.  Посеешь спектакль. г. Бакинский рабочий.  16-12-1980. 


Aydın  Dadaşov 
 
 
76 
*** 
Aleksandr Dümanın (oğul) “Kameliyalı qadın” roma-
nı əsasında özünün yazdığı, 1852-ci ildə tamaşaya qoyul-
muş pyesi, XlX əsr fransız teatrının realizm ictimai üslu-
buna təkan verən  ən dəyərli  əsərlərindəndir. XlX əsrin 
ortalarında, Parisin Marlen meydanındakı gur karnaval 
vaxtı bir zaman hər kəsin heyranı olduğu Mari Dyülessi-
nin prototipi Marqerit Qotyenin qəmli həyatının real boya-
larla təsviri krallardan, hersoqlardan, aktyorlardan, muş-
ketyorlardan tarixi dramlar, silsilə romanlar, ölkəmizlə 
bağlı maraqlı epizodları olan “Qafqaz” (1858) səyahətna-
məsini yazan ata Aleksandr Dümanın belə  şöhrətini 
arxada qoydu. Dünya ədəbiyyatına incilər bəxş etmiş ailə 
barədə “Üç Düma” sənədli romanını yazmış Andre 
Moruanın: “Mən öz süjetlərimi xəyallarımdan alıram - 
deyirdi ata Düma – mənim oğlum isə onları gerçəklikdən 
götürür. Mən gözübağlı, o isə açıq dünyagörüşlə işləyirik. 
Mən rəsm çəkirəm, o isə foto”
67
 cümlələri zahirən bir-
birlərinə bənzəsələr də, romantizm və realizm kimi fərqli 
yaradıcılıq üslublarına malik ata ilə  oğulun timsalında, 
ədəbi cərəyanların keçidini də obrazlı şəkildə əks etdirir. 
Hələ Cenevrədə olarkən Leninin xanımı ilə bu 
tamaşadan təsirlənib ağlaması faktı sovet hakimiyyətinin 
ilk illərində 1922-ci ildə belə bu əsərin V.E.Meyerholdun 
yozumunda səhnəyə  gətirilməsinə yaşıl işıq yandırmışdı. 
Tamaşadakı hadisələri iyirmi il sonraya 1870-ci ilin Paris 
kommunası dövrünə gətirən, mühitin bərpasında E.Mane-
nin, O.Renuarın rəsmlərindən, jurnal illüstrasiyalarından 
istifadə edən V.E.Meyerholdun 1934-cü ildə yazdığı “Pye-
sin yozumu” məqaləsindəki: “Tamaşa üzərində  iş prose-
                                                 
67
 Андре Моруа. Собрание сочинений. том 1. М., 1992. с.311. 


Rejissorluğun üslub problemləri 
 
 
77 
sində biz aktyorları dəyərli romançılardan Balzak və Flo-
berin ustalıqla təsvir etdikləri  fransız ictimai mühiti ilə ta-
nış edirdik. Fransız klassiklərinin əsərləri tamaşanın sosial 
əhəmiyyətinin artırılmasına köməklik göstərdi. Olimpin 
yanındakı kef məclisi səhnəsi lV aktın  əvvəlində daha 
kəskin, xüsusən sonunda faciəvi göstərilməklə Marqerit 
Qotyenin məhvində burjua cəmiyyətinin günahını, "xalq 
arasından çıxan qızın” burjua qurbanı olduğunu göstərirdi. 
Olimpiya “salonundakı” səhnə Balzakın “Şaqren 
dərisi”dəki kef məclisi ilə səsləşirdi. Biz yeni qumarbazlar 
(braziliyalı, xaricilər, qocalar) da əlavə etdik. Bir motiv də 
Floberdən götürülüb. Pyesə Floberin oxucusu olub, forsla 
“ehtiyatdakı yazılı  həqiqətlərini” oxuyan yeni personaj 
(müsyö Kokardo) əlavə olunub”
68
 fikirləri hissiyyat 
gerçəkliyinə söykənən romantizmə  sərt tənqidi realizm 
nümunələri qatan rejissor eksplikasiyasının zənginliyini 
səciyyələndirir.           
Cənnət Səlimovanın Azərbaycan Dövlət Rus Dram 
Teatrının kiçik səhnəsində 1981-ci ildə quruluş verdiyi 
“Kameliyalı qadın” tamaşasında adını belə güclə yaza bilən 
kəndli qızı Marqerit Qotyenin başına gələnlər əsərdə olduğu 
kimi tamaşanın da əsas hadisəsini yaratdı. Cənnət 
Səlimovanın yozumunda əksər personajlardan imtina olun-
maqla ağıllı, həssas qəlbli, mühitin təzyiqi ilə iradəsinin əksi-
nə gedərək arzulamadığı yola düşən Marqerit Qotyenin 
(İ.A.Perlova), sevmək qabiliyyətli Arman Dyuvalın 
(İ.İ.Koşeleviç) və onun ortabab imkanlı əyalət məmuru olan 
atası Jorj Jermonun (A.İ.Stepanov) qarşılıqlı münasibətləri 
sistemindəki ziddiyyətin qabardılması, hər üç personajın üzə 
çıxan həqiqətlərinin qarşılaşdırılması özünü doğrultdu. 
                                                 
68
 Вс.Е.Мейерхольд. Статьи, письма, речи, беседы. М., 1968. с.286-287.  


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə