Microsoft Word cap 6 02 2012. doc



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə27/71
tarix19.07.2018
ölçüsü1,33 Mb.
#56536
1   ...   23   24   25   26   27   28   29   30   ...   71

Aydın  Dadaşov 
 
 
84 
Siyasiləşmiş dövrün tələbi ilə ateizmi önə çəkən böyük 
ədəbiyyatşünas  Əli Sultanlının: “Dini irticanın artdığı bir 
dövrdə Hüseyn Cavid əfsanəni dini aspektdə  işləməli idi. 
Onun “Ölülər” kimi bir əsər yazmağa iqtidarı yox idi. Belə 
bir  əsərin yazılışını ancaq Cəlil Məmmədquluzadədən 
gözləmək olardı” cümləsi tənqidi realizmlə romantizm 
cərəyanlarının qarşılaşdırılması  və üstünlüyün birinciyə 
verilməsi olsa da  bu tamaşa hər iki cərəyanın paralel 
yaşamaq hüququnun göstəricisinə çevrilir. 
“Şeyx Sənan” tamaşasında dəyişən məkanın təsvirlə-
rini, sosial-məişət elementlərini deyil, pillələrlə göylərə üz 
tutmaqla romantizmə xas obrazlılığı qabardan qotik üslub-
lu dekorla, sevgi münasibətindəki zərifliyin arxaizmini də 
qabardan  şərq motivli miniatürlarla, personajlararası mü-
nasibətlərdə ziddiyyət və harmoniya yarada bilən geyim 
həlli  ilə quruluşçu rəssamı Elçin Məmmədov rejissor yo-
zumuna və aktyor oyununun ifadəliliyinə birbaşa kömək 
göstərirdi. Bu tamaşa barədə yazılan çoxsaylı mütəxəssis 
məqalələrindən bir neçəsini nəzərdən keçirməklə  səhnə 
əsərinin ictimai fikirdə yaratdığı təlatümü duymaq olar.  
10 yanvar 1984-cü ildə çıxan “Baku” qəzetində teatr-
şünas Veta Nadirovanın “Məhəbbətin möhtəşəmliyi” mə-
qaləsindəki: “Şeyx Sənan” çox çətin əsərdir, onun roman-
tik yüksəkliyi fəlsəfi humanizmi, sevgi, həyat idealı ilə 
yanaşı həmçinin çox çalarlı dini dünya görüşü, islam dini-
nin qolları ilə bağlıdır ki, onun da təqdimatı müasir 
tamaşaçının qavrayışına maneçilik törədə bilərdi. Odur ki, 
Cavidi rus dilli tamaşaçıya ilk dəfə göstərən tamaşanın 
müəllifləri ixtisara, pyesin dini xəttinin sadələşdirilməsinə 
getməklə, səhnənin arxa pərdəsində  bədii həllini tapan 
rəsmlər və girişdə  təəssüratı gücləndirən “şaxsey vaxsey” 


Rejissorluğun üslub problemləri 
 
 
85 
vermişlər.”
74
cümləsi ilkin ədəbi mənbəyə müdaxiləyə  işarə 
vurursa da tamaşa pyesin strukturunu qorudu. 
12 yanvar 1984-cü ildə çıxan “Bakı” qəzetindəki “Şeyx  
Sənan” məqaləsində: “Məlumdur ki, hər rejissorun əsərə öz 
münasibəti olur və ona bu gün üçün lazımlı, maraqlı görünən 
fikirləri ön plana çəkir. “Şeyx Sənan” faciəsinin quruluşçu 
rejissoru  Cənnət Səlimova  əsəri tamaşaçıya təmiz bir 
məhəbbət tarixçəsi, ölməz sevgi poeması kimi təqdim edir, 
dini xurafat qaranlığından çıxıb öz məhəbbətini tapan, ona 
qovuşması ilə yüksələn bir aşiq haqqında lirik tamaşa 
yaradır. Rejissor Sənanla Xumarın böyük məhəbbətini ön 
plana çəkərək əsərdə baş verən bütün hadisələri onlara tabe 
etdirir. Beləliklə, din əleyhinə yazılmış, azad sevgi və xalqlar 
dostluğunu tərənnüm edən “Şeyx Sənan” faciəsi iki 
sevgilinin bir-birini axtarması  və tapması haqqında lirik 
dramaya çevrilir. Əsəri təkcə  Sənanla Xumar arasında baş 
verən iztirablı  və nakam sevgi münasibətlərini təsvir edən 
lirik məhəbbət draması kimi şərh etmək nə  dərəcədə 
məqsədə uyğundur? Axı “Şeyx Sənan” dərin fəlsəfi mənalı 
əsərdir. Burada məhəbbət motivi ilə yanaşı Cavidin qal-
dırdığı və həll etmək istədiyi çox ciddi, mühüm problemlər 
də vardır”
75
 yazan, quruluşçu rejissorla eyni məktəb keçmiş 
həmkarı  Ağakişi Kazımovun qənaətində son cümlələr mü-
hafizəkar mövqeyi ilə haqlı  səslənsə  də bütövlükdə müba-
hisəyə əsas verir. Belə ki, Adil İsgəndərovla Ələsgər Şərifov 
“Şeyx Sənan”ın  quruluşunda realizmə meyl etməklə  əsəri 
mənsub olduğu romantizmdən uzaqlaşdırmışdılarsa, yozu-
munda psixologizmə meyl edən Cənnət Səlimova bu “səhvi” 
qatılaşdırır. Digər tərəfdən  əslində “iki sevgilinin bir-birini 
                                                 
74
 В.Г.Надирова. Величие любви. г. Baku. 10-01-1984.  
75
 A.Ш.Kazımov. Şeyx Sənan. Bakı q. 12-01-1984. 


Aydın  Dadaşov 
 
 
86 
axtarması və tapması haqqında lirik drama” Cənnət Səlimo-
vaya maraqsız göründüyündən o, filosof Cavidin faciəsinin 
alt qatındakı mütləq həqiqət axtarışını ön plana çəkir. Və bu 
yozumda Sənan həqiqətin  əldə olunması yolunda candan 
keçməyə, ideyası yolunda ölməyə hazır Hamletsayağı faciə 
qəhrəmanına çevrilir.  
Tamaşada ümumiləşdirməyi, sevgisi yolunda hər an 
canından keçməyi bacaran Şeyx Sənan rolundakı Hacı 
Murad Yegizarovun bədii qiraət ustalığı da obrazın təqdi-
matında müstəsna rol oynasa da o, personajın qətiyyətini 
tam göstərə bilmirdi. Rejissor Ağakişi Kazımovun: “Sə-
nan obrazı  pərdədən-pərdəyə  dəyişən bir surətdir. Lakin 
Sənan – H.A.Yegizarov dinin saxta qanunlarına  şübhə 
edib sağlam mühakimə ilə düşünməyə başladığı andan su-
rətin inkişafı dayanır. Fanatik və idealist bir müsəlmandan 
realist düşüncəli ayıq mütəfəkkirə doğru inkişaf edən bu 
xəttdə  Sənan – H.Yegizarov getdikcə alovlanmalı idi”
76
 
mülahizələri peşəkar qənaətini səciyyələndirir. Çünki 
Cənnət Səlimovanın yozumunun əsasında da, dünyanın 
şübhədən su içib rişələnən metofizik dərki dururdu ki, 
Şeyx Sənanın da daxilində oyanan məhz bu məqam zahiri 
əlamətlərini tapmalı idi. Görünür bu prosesi Cənnət Səli-
movanın uzun dövrdən sonra Kamera Teatrındakı yozu-
munda Şövqi Hüseynov həyata keçirməli imiş.  
13 yanvar 1984-cü ildə  çıxan “Vışka” qəzetindəki 
“Hiddətli Sənan” məqaləsində: “Şeyx Mərvan, Şeyx Naim 
obrazlarının yoxluğu həmən gözə dəyir” yazan Yusif Ba-
ğırovun: “Tamaşada Sənanın mənəvi rəhbəri  Şeyx Kəbir 
də demək olar ki, yoxdur. Beləliklə də, ixtisar nəticəsində 
Şeyx Kəbirin  şübhələri haqqındakı  məşhur monoloqu da 
                                                 
76
 A.Ш.Kazımov. Şeyx Sənan. Bakı q. 12-01-1984. 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə