Microsoft Word cap 6 02 2012. doc


Rejissorluğun üslub problemləri



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə28/71
tarix19.07.2018
ölçüsü1,33 Mb.
#56536
1   ...   24   25   26   27   28   29   30   31   ...   71

Rejissorluğun üslub problemləri 
 
 
87 
tamaşadan kənarda qalır. Şübhələr isə məlum olduğu kimi, 
həqiqəti məhz öz şübhələri ilə əldə edən Sənan obrazının 
əsas hərəkətverici yayıdır”
77
 iradları  ədəbiyyatşünas təəs-
sübkeşliyidir. Cənnət Səlimovanın  əsasən süjetə yönələn 
ixtisarları fabula mexanizmini qabartdığından tamaşanın 
da  şübhə kimi təzahür edən  hərəkətverici yayının yalnız   
Şeyx Sənana aid olması diqqəti ideya daşıyıcısına,  əsas 
personaja yönəldir.  
 28 fevral 1984-cü ilin “Bakinski raboçi” qəzetindəki 
“Əbədi sevgi nəğməsi” məqaləsində: “Görünür bizim 
tanınmış teatrşünas Cəfər Cəfərov M.Əzizbəyov adına 
Azərbaycan Dram Teatrında “Şeyx Sənan”ın  sonuncu 
(1956) quruluşunun realizmə doğru istiqamət götürməsinə 
qarşı  əbəs yerə  çıxmırmış. Düşünürdüm ki, romantik 
təxəyyülün önə keçdiyi bu janrda gerçəklik uydurmaya 
bənzəyər. Və H.Cavid yaradıcılığına müraciət edən Rus 
Dram Teatrı  da  bu  işin öhdəsindən gələ bilməz. Həmən 
deyim ki, nigarançılığım  əbəs imiş”
78
 yazmaqla  tamaşanı 
bəyəndiyini bildirən  Elmlər Akademiyasının müxbir 
üzvü, professor Abbas Zamanovun fikirləri həqiqəti 
təsdiqlədi. Müəllif: “Təkcə tamaşanın açılışındakı şaxsey-
vaxsey dini mərasimində özlərini məhv edənlərin kütləvi 
səhnəsi ilə razılaşa bilmərəm. Tarixən dəqiq olmayan bu 
mənzərə belə parlaq tamaşanın zənginliyini artırmayıb 
emosional baxımdan da heç nə vermir”
79
 yazmaqla xurafat 
motivinin lüzumsuzluğunu göstərir. Çünki şaxsey-vaxsey 
kimi fəal epizod da, iştirakçı personajları diqqət mərkə-
zində saxlamaqla fabulaya mane olur. Yeri gəlmişkən hələ 
                                                 
77
 Ю.Дж. Багиров. Неистовый Санан. г. Вышка. 13-01-1984.  
78
 А.Ф.Заманов. Песнь вечной  любви. г. Бакинский рабочий. 28-02-84. 
79
 Yenə orada. 


Aydın  Dadaşov 
 
 
88 
1967-ci ildə çapdan çıxan “Dramaturgiya və teatr” kita-
bında: “Teatr təsirə qapılıb öz yaxşı ənənələrinə zidd ge-
dərək “Şeyx Sənan”ı cürbəcür eksperimentlərdən keçirir, 
onun mürəkkəb məzmununu sadələşdirir, “sol” səhnə 
prinsiplərinə uyuşdururdu”
80
 yazan  Cəfər Cəfərov bir 
nəzəriyyəçi kimi ilkin ədəbi mənbənin tamlığının 
qorunmasının tərəfdarı idi.   
Azərbaycan Dövlət  Dram Teatrının tamaşasında 
Fikrət  Əmirovun ecazkar musiqisi ilə kor ərəbin mahnısı 
ikinci dərəcəli personajları belə önə  çəksə  də, Cənnət 
Səlimovanın quruluşunda Oktay Kazımovun musiqisi ifa 
mənbəyi qismən görünsə belə illüstrativ səciyyə daşımaqla 
həmən unudulmaqla  diqqəti  əsas hadisəyə yönəldə bilirdi. 
Bütövlükdə isə rejissor-teatrşünas Mehdi Məmmədovun 
“Teatr düşüncələri” kitabındakı: “1909-cu ildə Bakıda tama-
şaya qoyulan  “Şeyx Sənan” operasında “Şeyx Sənan” əfsa-
nəsindən gələn “təmiz məhəbbət hər dürlü din ehkamından 
güclüdür” fikri Üzeyir Hacıbəyovu bu opera üzərində şövqlə 
işləməyə  həvəsləndirir. O, birinci əsərindən fərqli olaraq 
(Leyli və Məcnundan. A.D.) bu dəfə klassik opera sənətinin 
texnikasından və  məlum formalarından istifadə edir, hazır 
xalq melodiyaları  əvəzinə özü melodiyalar bəstələyərək 
onları nota salır. Ariya, reçitativ, xor nömrələrinə geniş yer 
verir. Lakin opera   texnikasında belə kəskin dönüş yaratmaq 
nəticəsində  “Şeyx Sənan” tamaşaçılar tərəfindən soyuq 
qarşılanır və müvəffəqiyyətsizliyə  uğrayır”
81
 fikirləri 
“operettalığın” dramatizmə maneçiliyini tarixi təcrübə 
əsasında göstərir. Yozumunda hələ ki, kəskin dramatizmi 
şərtləndirən psixologizmi deyil, lirizmi önə  çəkən C. Səli-
                                                 
80
 C.H.Cəfərov. Dramaturgiya və teatr. B., 1967. c. 248.  
81
 M. .Məmmədov. Teatr düşüncələri. B., 1977. c. 22-23. 


Rejissorluğun üslub problemləri 
 
 
89 
movanın tamaşasında Oktay Kazımovun səhnə hadisələrinə 
münasibətdə neytral  musiqisi qavrayışa mane olmur. 
19 oktyabr 1984-cü ilin “Kommunist” qəzetindəki 
“Gözəllik və  həqiqət aşiqi” məqaləsində: “Rejissor C. 
Səlimovanın quruluş verdiyi tamaşada məhəbbət xəttinə 
meyl daha güclüdür, hətta o dərəcədə ki,  Sənan və Xumarın 
oxuduqları lirik, həzin sevgi mahnıları hadisələr boyu 
qəhrəmanları tez-tez müşayiət edir. Onların münasibətində 
az qala əsas ifadə vasitəsinə çevrilir. Poetik məzmuna, lirik 
çalarlara üstünlük verildiyi tamaşada Şeyx Sənanın uğursuz 
məhəbbəti və dini təəssübkeşliyin törətdiyi maneələr 
tamaşanın ana xəttini təşkil edir. Ədalət naminə deyək ki
tamaşanın ümumi konsepsiyasında məhəbbət xətti kortəbii 
axın kimi inkişaf etmir: dini etiqadların çəkdiyi sədd 
konflikti yaradan başlıca kolliziyaya çevrilir. Rejissor bu 
mövzunu tamaşa boyu ardıcıl şəkildə izləməyə, onun səhnə 
personajların mənəvi çəkişməsi,  əqidə mübarizəsi, baş 
qəhrəmanların  şəxsi faciəsi fonunda dramatik boyalarla 
verməyə, müxtəlif ifadə vasitələri ilə - həm psixoloji 
nidalarla, həm də lirik, romantik vurğularla çatdırmağa 
çalışmışdır”
82
 yazmaqla  yozumun  incəliklərini çözə bilən 
teatrşünas  Əsəd Məmmədovun: “Ümumiyyətlə rejissorun 
təsvirində  mənəvi mübarizə birtərəfli verilmişdir.  Şeyx 
Mərvan obrazı və bu personajla bağlı mətn ixtisara salındığı 
üçün Şeyx Sənanın fəlsəfi düşüncələri tamaşada tam əksini 
tapmamışdır. Halbuki əsərin ekspozisiyasına daxil olan bu 
parça Sənanın  şübhələrlə dolu mürəkkəb dünyasına qovuş-
maqdan ötrü dramaturji vasitədir” iradı da haqlı səslənir.   
6 yanvar 1986-cı ilin “Baki” qəzetindəki “Xoşbəxt 
sənətkar” məqaləsində teatrşünas Ağəddin Babayevin: 
                                                 
82
 Ə.Т.Məmmədov. Gözəllik və həqiqət aşiqi. Kommunist q. 19-10-1984. 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə