Microsoft Word cap 6 02 2012. doc


Rejissorluğun üslub problemləri



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə30/71
tarix19.07.2018
ölçüsü1,33 Mb.
#56536
1   ...   26   27   28   29   30   31   32   33   ...   71

Rejissorluğun üslub problemləri 
 
 
93 
 Bir  vaxtlar  gəncliyində uzun illər qayğısız halda gö-
yərçin qovan Çmutinin indi diqqətdən kənarda qalması mən-
tiqi cəhətdən əsaslandırılır. Bununla belə tamaşanın sonunda 
birləşən dörd yaşlının tənhalıqdan azad olması katarsis yara-
da bilir. Yeri gəlmişkən  Aleksandr Qalin müsahibələrinin 
birində “Retro” pyesinin mövzusunu qonaqlıqda vaxtı ilə 
Cənnət Səlimova ilə birgə oxumuş Geta Yanovski və Kama 
Ginkasdan eşitdiyini bildirir. 
                                   
*** 
İxtisasca jurnalist olub cəmiyyətin problemlərini 
araşdırmağı bacaran Nina Aleksandrovna Pavlovanın “Xırda 
vaqon” pyesi əsasında “Biri vardı, biri yoxdu, qızlar vardı” 
tamaşasına Cənnət Səlimova 1983-cü ildə, sosial plakat 
janrında quruluş verir. Yeri gəlmişkən “Gənc kommunist” 
jurnalındakı  sənədli reportajın təsiri ilə yazılmış bu pyes 
əslində əbədi problemləri əks etdirməyib dövrün publisistik 
mənzərəsini yaratmaqla kommunizm ideologiyasının iflasını 
səciyyələndirən amillərdən birinə meydan verirdi. Pyesin 
strukturuna uyğun olaraq personajlardan kiminsə önə 
çəkilməməsi, hamının eyni həddə  işlənməsi, ziddiyyətin 
tərəflərinin  şəxsi - psixoloji keyfiyyətlərinin arxa plana 
atılmasına səbəb olmaqla konkret olaraq bir nəfərin ideya 
daşıyıcısına çevrilməsinə də mane olur. 
İlk epizodda yarımqaranlıq səhnədə “göydən yağan 
vedrələr, yeşiklər, sınan  şüşə  səsləri altında amansızlıqla 
savaşan qızların, işığın güclənməsi ilə sakitləşərək söhbətə 
başlayıb, hətta gülüşüb, yenidən davanı qızışdırmaları zahiri 
hadisəliliyi bəyan etsə  də, baş verənləri çözən uzun-uzadı 
məhkəmə prosesi problemin yalnız mənəviyyatla bağlılığına 
toxuna bilir. Tamaşanın  əvvəlində fransız dramaturqu, 
ssenariçisi, aktyoru və  ən  əsası  nəzəriyyəçisi Antonen  


Aydın  Dadaşov 
 
 
94 
Marsel Yeji Artonun tarixin sınağından keçməyən təsadüfi 
formaların dağıldığı dövrlərdə  həqiqi dəyərlərin axtarışına 
yönələn, “Teatr və onun oxşarı” kitabında konsepsiyasının 
tezislərini bəyan etdiyi, Yeji Qrotovski, Piter Bruk kimi 
məşhur  rejissorların da bəhrələndikləri “amansızlıq teatr”ı 
metodunun tətbiqi qısa zaman kəsimində maraqlı görünsə 
də, hadisəlilik prinsipinin sonradan başlanan məhkəmə 
araşdırmalarında, müzakirələrdə üzə  çıxması sönüklük 
yaratmaqla bu peşəkar üslub göstəricisini də havadan asılı 
qoyur. Beləliklə, gözönü hadisələrin həmən bitməsi ilə 
keçmişin olaylarının çözülməsi “Adamlar gözönü, dramatik 
hərəkət və  fəaliyyətdə göstərilir”
87
 yazmaqla  dramanın 
yalnız indiki zaman kontekstində mövcudluğunu vurğulayan 
Aristotelin, “Drama o anda baş verir ki, düyünə düşmüş 
fövqəladə vəziyyətin oyanışı ilə qəhrəman məqsədini həyata 
keçirməyə başlayır”
88
   yazan  V.M.Volkenşteynin  şərtlərinə 
də qarşı    çıxmaqla “Erosu, doğuşu, ölümü” də amansızlıq 
sayan Antonen Artonun: “Əvvəlcə kobudluqla başlamaq, 
zaman axarında get-gedə  zənginləşən ifadələrə keçmək 
gərəkdir. Məhz bu halda yaranan “amansızlıq teatr”da 
tamaşaçı hadisənin mərkəzində dayanır”
89
 tezisinin  yerinə 
yetirilməməsinin əsas səbəbinə çevrilir.   
Tamaşada yalnız yerli qəzetin müxbiri Debrinin 
(A.Y.Şarovski) “Gələcəyin nümunəvi məişət şəhəri” adlanan 
tikintiyə gəlişi ilə paralel olaraq bu vacib obyektin baş me-
marı Belovun (L.L.Qruber)  qızının rəfiqələri ilə məhkəmə-
yə cəlb olunduqlarının və onların törətdiyi cinayətin bir ildən  
beş ilə qədər həbs cəzası ilə nəticələnəcəyinin gözlənilməsi 
                                                 
87
 Аристотель. Поэтика. М., 2003. с. 47.  
88
 В.М.Волькинштейн. Драматургия. М., 2005. с. 18. 
89
 Антуан Арто. Театр и его двойник. М., 2009. с. 10. 


Rejissorluğun üslub problemləri 
 
 
95 
əsas hadisəyə keçid edir. Məhkəmə prosesinə məhəl qoyma-
yan yeniyetmə  qızların;  İnqa Belova (L.D.Xələfova), Zina 
Paşkina (N.V.Bağırova), Vasilisa Stikina (R.D.Əmirbəyova) 
və Vera Arbuzovanın (L.Q.Çesnakova)  göz-qaşlarını 
qaraltmaqla, dodaqlarını boyamaqla, ənlik, kirşan çəkməklə 
saqqız çeynəməklə, sırtıq gülüşlərlə göz önündə dəyişmələri 
onların daxilində gedən mənəvi deqradasiyadan xəbər verir.  
Geyinib kecindirməklə borclarını bitmiş hesab edən 
valideynlərindən, ailələrindən uzaqlaşan yeniyetmə qızların; 
gənc meşəbəyinin məzarına çiçəklər gətirməklə  səmavi 
sevgi xəyalı ilə yaşamaları  və bu sirri farş edən rəfiqələri 
Vera Arbuzovanı başına bədəninə təpikləyib şikəst etməklə 
cinayətə sürükləmələri  əsas hadisəni səciyyələndirir. 
Qanunun aliliyini önə çəkən Prokurordan (V.K.Şirye) fərqli 
olaraq Məhkəmə sədrinin (R.Saridetdinov) gənclərin taleyini 
ehtiyatla həll etməyə çalışması fonunda Vəkilin ( V.P.Kov-
tun) laqeydliyi məhkəmə xronikası kimi davam edən 
hadisələrdə yerli qəzetin müxbiri, həmişə diqqət mərkəzində 
qalmaq istəyən Debrinin özünün belə  mənəviyyatca 
saflaşması müəllif mövqeyinin təsdiqinə çevrilsə  də, onun 
laqeyd olmadığı  həkim – psixiatr Lili (L.S.Duxovnaya)  
hadisələrin gedişində fəal iştirak etsə də çoxsaylı valideynlər 
istər - istəməz dramaturji funksiya daşıya  bilmirlər. 
Tamaşanın və eyni zananda səhnədəki məhkəmə pro-
sesinin sonunda yeniyetmələrin gələcək talelərini  həll edən 
böyüklərin xeyirxahlığından riqqətə gələn müttəhim qızların, 
çıxarılan gözlənilməz dərəcədə yumşaq, humanist qərardan 
sonra göz yaşlarına qərq olmaları ən azı katarsis yarada bilir. 
26 may 1983 – cü ilin “Vışka” qəzetindəki “Yad” 
valideynlərin doğma uşaqları” məqaləsində tamaşadakı ha-
disələrin bədii əsərə yox, “İnsan və qanun” verilişinə yaxınlı-
ğını bildirən teatrşünas Veta Nadirovanın: “Pyesin cinayət 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə