Aydın Dadaşov
90
““Şeyx Sənan” tamaşasındakı Sənan obrazı Murad
Yegizarovun indiyə qədər yaratdığı rolların zirvəsidir. O,
xarici görkəmindən gözəl və yaraşıqlıdır. Təsadüfi deyildir
ki, Zəhra da, Xumar da, ilk baxışdan ona vurulur. Aktyor
obrazın daxili və xarici aləmini çılpaqlığı ilə tamaşaçıya çat-
dıra bilir. Obrazın çoxşaxəliliyi onun təmizliyində, vurğunlu-
ğunda, emosional gücündə özünü biruzə verir”
83
təriflərinin
əslində quruluşçu rejissora da aid olması şəksizdir.
Tamaşada nəğmələrinin ifaları ilə dramatizmi istər-
istəməz itirən Xumar rolundakı həm Larisa Xələfova, həm
Nataşa Bagirova yaranan mətn məhdudluğuna, daha doğrusu
deformasiyasına baxmayaraq personajlarının sevgi yolunda
canından keçmək bacarığını göstərə bilirdilər. Hadisələrin
inkişafında müstəsna rol oynayan Dərviş rolundakı
K.Q.Adamov möhtəşəmliyi faciəviliyi göstərsə də onun
dublyoru A.Q.Markatun bir az əsəbiliyi ilə yadda qalırdı.
“Sənanın tərəddüdlü, ziddiyyətli fikirləri doğrudan da
Dərvişlə ilk görüşdən sonra alt-üst olmuşdur. O Sənanın
mücərrəd mülahizələrini dəyişdirmişdir. Ona görə də rejissor
dünyanın ağır yollarından keçmiş, din və xurafatların
yaratdığı dəhşətləri gözü ilə görmüş Dərvişə tamaşada geniş
yer verməli idi. Təəssüf ki, rolun hər iki ifaçısı A.Markatun
və K.Adamov obrazın dərin, mürəkkəb aləminə daxil ola
bilmirlər. ”
84
cümlələri ilə həmkarının yozumunda haqlı irad
tutan Ağakişi Kazımov ifaçıların səhvlərini göstərmək
istəmir. Yeri gəlmişkən Cənnət Səlimova mütəxəssislərin
qeydləri ilə bərabər həmkarının bu iradını da uzun illərdən
sonra Kamera Teatrında yenidən qayıtdığı “Şeyx Sənan”
tamaşasında aradan qaldıracaqdır.
83
A.Q.Babayev. Xoşbəxt sənətkar. Bakı q. 06-01-1986.
84
A.Ш.Kazımov Şeyx Sənan. Bakı q. 12-01-1984.
Rejissorluğun üslub problemləri
91
Azərbaycan Dövlət Rus Dram Teatrının “Şeyx Sənan”
tamaşası isə uzun müddət repertuarda qalmaqla yanaşı
keçmiş sovetlər birliyinin onlarca şəhərlərində, o cümlədən
Leninqraddakı Aleksandrinski teatrında sürəkli alqışlar
qazanması uğuru səciyyələndirir.
***
Aleksandr Qalinin ölkənin 60-dan çox teatrlarında
tamaşaya qoyulmuş yaşlılara mərhəmət problemini diqqət
mərkəzində saxlayan “Retro” pyesi əsasında Cənnət
Səlimovanın 1983 – cü ildə verdiyi quruluş əsərin qocalara
mərhəmət çağırışının bədii həllini verir.
Rəssam Vladimir Qlebobiç Serebrovskinin tamaşanın
obrazına işləyən dekorunda qaranlığı yarıb keçən işıq zolağı
altında qədim mebellər arasında peyda olan qoca Nikolay
Mixayloviç Çmutin rolundakı Sergey Yakuşevin öz həyatın-
dan, sevgisindən, Moskvaya, qızının yanına necə gəlib düş-
məsindən söz açması əslən Kurskdan olan bu qocaya rəğbət
hissi yaradır. Moskvada uşaq idman məktəbinin direktoru
olan qırx yaşlı etinasız qızı Lüdmilanın (D.İ.Tumarkina) ya-
nında yaşamağa məcbur olmaqla xidmətçiyə çevrilən tənha
Çmutin Nikolay Mixayloviçin dözülməz vəziyyəti azadlığı
uğrunda mübarizəsi pyesin ana xəttini təşkil edir. Antikvar
sənət əsərləri ilə bəzənmiş mənzildəki maddi zənginliyin
mənəvi yoxsulluğu əvəz edə bilməməsi diqqət mərkəzinə
gətirilir. Əlbəttə ki, Lüdmilanın mənəvi qüsurlarında ailədə
aldığı təlim-tərbiyədəki boşluqların üzə çıxması nəsillər
arasındakı əlaqənin vacibliyini diqtə edir. Lüdmilanın əri
tarixçi olsa da, antikvar mağazada işləməklə işgüzar adama
çevrilən Leonidin də vaxtilə ailə nəvazişindən kənarda qal-
ması mənəvi bəlaların əsas səbəbi kimi göstərilir. Kürəkən
Leonidin qaynatası üçün tənha qarılar arasından gəlin seçmə
Aydın Dadaşov
92
mərasimi tamaşanın əsas gözönü epizodunu diqqət
mərkəzinə gətirir. Keçmiş balerina Roza Aleksandrovna
Pesoçinskaya yazıq bacısı kimi yatıb ayılmamaqdan
qorxması ölüm xofunun vizual həllini R.S.Ginzburq
bacarıqla yaradır. Nina İvanovna Verenkova rolundakı
Q.B.Koltunova zahirən kobud görünsə də daxilən rus
qarılarına məxsus mülayimliyi bacarıqla göstərə bilir. Həssas
qəlbli ziyalı qarı Diana Vladimirovna Barabanova rolunda
V.Şirye olduqca təbii görünür. Beləliklə, qayğısız keçmişlə
bu günün amansızlığının müqayisəli təqdimatı dramaturji
məqamları önə çəkir.
2 mart 1983 – cü ilin “Bakinski raboçi” qəzetindəki
“İnsana inamla” məqaləsində: “Əslində bizim və bu tək
qadınlar üçün ən vacibi hadisələri ilə hər kəsə toxunan
Zamanın parıltılı təsiri bu qarıları əymədi, yıxmadı, həyat
haqqındakı təsəvvürlərini dəyişmədi. Tamaşanın ümumi
səslənməsində, hər bir personajın taleyinə dair fikrin dərk
olunmasında əsas cəhət də çox vacib olan Zamanın əksi-
dir”
85
yazan L.Babinskayanın tamaşanın strukturuna dair
yazdıqları uzun illərdən sonra tədqiqatçı Lalə Səlimovaya da
təsirini göstərmişdir. Onun: “Cənnət Səlimovanın quruluşun-
da “Zaman” ayrıca fəaliyyət göstərən qüvvəyə çevrilir. İnki-
şaf edən zaman bizim hər birimizin həyatında dərin iz qo-
yur. Bununla belə zamana baxmayaraq hissiyyatımızı,
istiqanlılığımızı və mənəvi dəyərlərimizi itirməməliyik.
Tamaşanın sonunda gənclərdən fərqli olaraq qocaların tənha
qalmaması bunu təsdiqləyir”
86
sətirlərində təkrarçılıq həmən
gözə dəyir.
85
Л.Г.Бабинская. С верой в человека. г. Бакинский рабочий. 02-03-1983.
86
L.Ш.Səlimova. A. Qalinin dramaturgiyası S. Vurğun adına Rus Dram
Teatrının səhnəsində. Mədəniyyət dünyası j. №18. 2009 s. 94.
Dostları ilə paylaş: |