Aydın Dadaşov
62
1904-cü ildə A.P. Çexovun “İvanov” pyesinə quruluş
verən K.S.Stanislavskinin: “Çexovun fikirlərinin səhnə tə-
cəssümü qabarıq olmalıdır. Pyesin leytmotivi həmişə səs-
lənməlidir. Ancaq təəssüf ki, Çexovun istəyini səhnədə tə-
cəssüm etdirmək, pyesin zahiri həyatının məişət tərəflərini
göstərməkdən çətindir. Məhz bu səbəbdən çox zaman
teatrlarda pyesin əsas qayəsi kölgədə qalır, adi cəhətlər isə
hədsiz qabardılmaqla önə keçirilir. Ağırlıq mərkəzinin be-
lə dəyişdirilməsinin günahı çox vaxt yalnız rejissorlarda
deyil, aktyorların özlərində də olur. Məsələn İvanovu oy-
nayan aktyorlar adətən onu əsəb xəstəsi kimi təqdim et-
məklə ona qarşı tamaşaçı mərhəməti oyadırlar. Halbuki
Çexov onu ictimai həyatda mübariz, güclü adam kimi ya-
ratmışdır. Ancaq İvanov da, tab gətirmir – rus həyatının
dözülməz şəraitinə qarşı ağır mübarizədə məhv olur. Pye-
sin fasiləsizliyi baş qəhrəmanın xəstəliyində deyil kökün-
dən dəyişdirilməsi gərək olan həyat şəraitinin dözülməzli-
yindədir”
55
fikirlərinin Cənnət Səlimovanın səhnə həllində
də təsdiqlənməsi yozumunu səciyyələndirir.
***
Yunan mifologiyasının Esxil, Sofokl, Evripid faciələ-
rinin intibah dövründə də təzahür etmiş personajlarını can-
landıran macar dramaturqu Laslo Dyurkonun “Elektra
sevgim mənim” tamaşasına 1978-ci ildə Cənnət Səlimova-
nın verdiyi quruluş pyesin “azad xalq mütləqiyyət üçün
təhlükə yaradır” ideyasının gerçəkləşdirilməsində Appol-
lonun iradəsi, bacısı Elektranın qətiyyəti sayəsində atası-
nın intiqamını cəmiyyətin yeniləşməsi kontekstində qalan
qəhrəman demokratiyanın simvoluna çevrilir. Tamaşada
55
К.С.Станиславский. Моя жизнь в искусстве. М., 1962. s.326.
Rejissorluğun üslub problemləri
63
bacı – qardaşın, Elektra ilə Orestin mübarizə yolunda zo-
rakılıq və yaxud demokratik metodlar arasında seçim et-
mələri mövzu – problem əlaqələrini nizamlayır. Qədim
mifdə olduğu kimi qardaşı Orestlə anası Klitemenestridən
və onun aşnası Eqistdən ataları Aqamemnonun qisasını
alan Elektra ilə Orest tamaşanın mərkəzi fiquruna çevrilir-
lər. “Səməd Vurğun adına Rus Dram Teatrı” kitabında:“
“Elektra sevgim mənim”in bütün çətin ziddiyyətlərin həl-
lində vacib olan mürəkkəb mətni; açıq, hətta “hay-küylü”
ehtirasları, fikri, əhvalı belə üslub-janr baxımından sadə
yolla çatdırır”
56
yazan Valentin Boquslavski nəhayət ki,
Cənnət Səlimovanın peşəkar üslubunu dəyərləndirir.
9 mart 1979 – cu ilin “Bakı” qəzetində “Elektranın
taleyi və ölümü” məqaləsindəki: “Antik teatrdakı kimi təs-
vir olunanın illüstrativ məqamlarını minimuma gətirən
Cənnət Səlimova zahiri şərtiliklərlə baş verənlərin daxili
mahiyyətini üzə çıxarır. Və fikri ehtiraslar süzgəcindən
keçirməklə insan taleyinin inamın, inamsızlığın, həyatın
itkilərinin, qazanclarının bu günkü fəlsəfi varlığı barədə
ciddi və çətin söhbət aparır”
57
yazan Svetlana Barinova
tamaşanın rejissor yozumunu dəqiq dəyərləndirir. Həmin
məqalədə Elektra rolundakı İrina Perlovanın oyun tərzi
barədə: “Aktrisaya yeganə qeyd odur ki, obrazın zahiri
təsvirində daha ifadəli plastika tapılsın və xüsusən Orestlə
anlaşmada qadınıq artırılsın” qeydi isə müəmmalı səslənir.
Çünki İrina Perlova peşə cəbbəxanasında qadınlıq imkan-
larından yetərincə bəhrələnməyi bacaran sənətkardır.
1980-cı ildə çıxan “Teatr” jurnalının 9-cu sayındakı
“Qocalmaq və yeniləşmək” məqaləsində: “Cənnət Səlimo-
56
В.М.Богуславский. Русский драматический им. С. Вургуна. B. 1971. s. 115.
57
С.М.Баринова. Судьба и смерть Электры. г. Баку. 09-03- 1979.
Aydın Dadaşov
64
vanın quruluşunda Dyurkonun pyesinin faciəvi pafosu ona
görə güclü təzahürünü tapır ki, rejissor və Elektranı
oynayan aktrisa İrina Perlova atasının intiqamını almaq
borcunu unutmağı bacarmayan, istəməyən qəhrəmanın fa-
ciəvi çarpışmasını dərin psixologizmlə zinətləndirdilər”
58
yazan teatrşünas Leonid Velixov rejissorun peşəkar üslu-
bundakı əsas məqamın səciyyələndirilməsində məhz bu
aktrisanın müstəsna rolunu qeyd edir.
Orest rolunda V.Q.Paseçnı, Eqist rolunda Lev Qru-
ber, Klitemnestra rolunda isə R.S.Ginzburq bəraət prinsi-
pini yüksək səviyyədə canlandırırdı. Belə ki, mifologiya-
dan gələn sehrkar Medeyanın davamı olan bu personajı
oynayan R.Ginzburqun ifasında sevgilisinə görə oğluna
nifrətin təqdimatı yüksək təzahürünü tapırdı. Rəssam El-
çin Məmmədovun tərtibatında mavi göylərlə qızılı günəşin
fonundakı personajların təsvirinin önə çəkilməsinə xidmət
edirdi. Beləliklə dünyanın düzənində hər kəsin məsuliyyə-
ti, əksliklərin qarşıdurmasında
“azad xalq mütləqiyyət
üçün təhlükə yaradır” ideyasında önə çəkən “Elektra sev-
gim mənim” tamaşası uğurlu səhnə yozumunu tapdı. Ma-
car rejissoru Yanço Mikoloşun ekranlaşdırdığı bu filmdə
də məhz bu ideya önə çəkilir.
***
Aleksey Arbuzovun “Amansız oyunlar” pyesi əsasın-
da Cənnət Səlimovanın 1979 – cu ildə quruluş verdiyi ta-
maşa ötən əsrin 70–ci illərində Moskvanın mərkəzində
institutu atıb rəssamlıqla məşğul olan iyirmi yaşlı Kay
Leonidovun (B.D.Lukinski) üç otaqlı mənzilində baş
verən bu hadisələr gənclik problemlərini əks etdirir. Anası
58
Л.Ю.Велехов. Стареть и обновляться. ж. Театр. с. 38.
Dostları ilə paylaş: |