Microsoft Word cap 6 02 2012. doc


Rejissorluğun üslub problemləri



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə21/71
tarix19.07.2018
ölçüsü1,33 Mb.
#56536
1   ...   17   18   19   20   21   22   23   24   ...   71

Rejissorluğun üslub problemləri 
 
 
65 
atalığı ilə bir neçə illiyə xaricə getdiyindən mənzilində tək 
yaşayan Kayın yanında Moskvada Tibb institutuna qəbul 
olmaq istəyən on doqquz yaşlı  əyalət qızı Nelyanın 
(R.D.Əmirbəyova) gəlişi münasibətlər sistemini önə çəkir. 
Kayın məktəb dostları, evdən küsüb yataqxanada yaşayan 
Terentiy Konstantinov (Y.N.Baliyev) və Nikita Lixaçevin 
(İ.İ.Koşeleviç) Nelya ilə məhəbbət macərası get – gedə də-
rinləşir. Nelyanın Nikita üçün qız doğacağını deməsi ilə 
oğlanın qorxuya düşməsi gözlənilməz problemlər qarşı-
durması zəifliyin tərənnümünə çevrilən Kayın xalası oğlu 
otuz yaşlı ailəsi və bir qızı olan həkim Mixayıl Zemstovun 
(V.Q.Paseçnı) Tumendən gəlişi ilə hadisələr dəyişir. Məhz 
gənclərin tutqun yaşayışını, sevinc görmədiklərini deyib 
Mixayıl həyata sağlam münasibətin simvoluna çevrilir. 
Növbəti səhnə şərqi Sibirdə neft kəşfiyyatında çalışan Mi-
xayıl Zemstovun ailəsində  cərəyan edir. Bir həftə  əvvəl 
körpə Lesya doğulsa da, artıq darıxan otuz doqquz yaşlı 
geoloq Maşanın (İ.A. Perlova) öz işinə vurğunluğu səbə-
bindən əvvəlki ərindən də ayrıldığı üzə çıxır. Otağa daxil 
olan Maşanın iş yoldaşı otuz səkkiz yaşlı Loveskonun qa-
zılan quyuların perspektivsiz iş olduğunu bildirməsi isteh-
salat mövzusunu önə  çəkir. Və bu məqamda Moskvadan 
gəlib çıxan Nelyanın Mixayılın evli olduğuna təəccüblən-
məsi və  xəstəxanada çalışmağa razılıq verməsi hadisələri 
şəxsi münasibətlər sisteminə yönəldir.  
Moskva həyatını  əks etdirən növbəti səhnədə Kayın 
ən uğurlu rəsminin Nelyanın portreti olması Nikitanın qı-
zın hamiləlik ucbatından evdən getdiyini düşünməsi və 
xaricdən gələn Kayın atalığı Oleq Pavloviçin anasından 
hədiyyələr və məktub gətirməsi paralel süjet xəttini davam 
etdirir. Sibirdə  cərəyan edən hadisələrdə Maşanın Loves-


Aydın  Dadaşov 
 
 
66 
kaya qoşulub neft kəşfiyyatına getməsi, Nelyanın onun 
qoyub getdiyi uşağa məmnuniyyətlə qulluq etməsi insani 
münasibətləri önə  çəkir. Ürəyini Maşaya açan Nelyanın 
hamilə olması, valideynlərinin, oğlanın uşağı abort etməyi 
tələb etməsi səbəbindən evdən qaçdığını bildirməsi hadi-
sələri gərginləşdirir. Növbəti səhnədə bir günlüyə evə qa-
yıtmış Maşanın bədbəxt hadisə səbəbindən göldə batan in-
sanı xilas edərkən məhv olmasını balaca Lesyaya özünün 
baxdığını bildirməsi təsirsiz qalır. Hətta vidalaşarkən Nel-
yanın Mixaylın Maşaya həsr etdiyi mahnını səsləndirməsi 
səmərəli nəticə vermir. Ana qızını da yad qadınla qoyub 
evdən gedir. Moskvada cərəyan edən növbəti səhnədə yol-
da soyuqlayan qızcığazla gələn Nelyanın uşağın atasının 
kim olduğunu soruşan Nikitanın suallarını cavabsız qoy-
ması, Terentiyin onunla evlənmək istəməsi psixoloji hadi-
sələri gərginləşdirir. Yeni il ərəfəsində Terentiyin şaxta 
babaya çevrilməsi, atasının (M.P.Aduşev) mexaniki oyun-
caq gətirməsi məqamında gəlib çıxan Maşanın qızını götü-
rüb getməsi hadisələri gözlənilməz istiqamətə yönəldir. 
Finalda Nikita ilə Nelyanın yeni həyat başlayacağına ümid 
tamaşanı şirin notlarla sona çatdırır. 
1980-cı ildə  çıxan “Teatr” jurnalının 9-cu sayındakı 
“Qocalmaq və yeniləşmək” məqaləsində: “Cənnət Səli-
movanın yozumunda çoxlu yaxşılıqlar vardır və bütün 
pyes əsası Nelya xətti olmaqla aktyorlar üzərində qurulur. 
Rejissor və aktrisa rolu, bəzən gənc insanın həyatı ilə üst-
üstə düşməyən Nelyanın ətrafla əlaqəni məhv edən aman-
sızlığına, eqoizminə  bəraət vermədən  dramatizmlə dol-
ğunlaşdıra bilirlər”
59
 yazan teatrşünas Leonid Velixov per-
                                                 
59
 
Л.Ю. Велехов. Стареть и обновляться. ж. 1980. Театр. №9. с. 40. 


Rejissorluğun üslub problemləri 
 
 
67 
sonaja çoxçalarlı münasibətin mümkünlüyünü səciyyələn-
dirir. 
 
                         


Aydın  Dadaşov 
 
 
68 
*** 
Azərbaycan Dövlət Rus  Dram Teatrına rəhbər təyin 
olunan Mehdi Məmmədov Cəfər Cabbarlının yubileyi ərə-
fəsində - 1979-cu ildə “Aydın” pyesi əsasında tamaşasına 
quruluş verməyi  təkidlə  Cənnət Səlimovaya təklif edir. 
Məlumdur ki, müxtəlif illərdə bu teatrın repertuarında 
Cəfər Cabbarlının pyesləri  əsasında;  Mərziyə xanım 
Davudovanın baş rolda oynadığı Atakişini Mixail Jarovun 
ifa etdiyi “Sevil” (rejissor A.Ridal. 1930), iki dəfə “1905-
ci ildə” (rejissor A.Ridal. 1934., rejissor İ.Hidayətzadə. 
1939. İkinci quruluşda Fatma Qədri Sonanı, B.A.İlin Bax-
şını ifa edirdi), Fatma Qədrinin Solmaz rolunu ifa etdiyi 
“Od gəlini” (rejissor S.Mayorov.1935) yadda qalan tama-
şalar oynanılmışdır.  
1957-ci ildə isə Rus  Dram Teatrının baş rejissoru 
Məhərrəm Haşımov Əziz Şərifin rus dilinə tərcümə etdiyi 
“Aydın” pyesini ilkin ədəbi məhbəyə müdaxilə etmədən, 
anarxist düşüncəli, xəyalpərəst inqilabçı Aydın (B.İ.Çin-
kin), sevgisinin ucbatından düşdüyü məhrumiyyətlərə döz-
məyib müvazinətini itirən Gültəkin (R.Ginzburq), var-
dövlət hərisliyindən gözləri qapandığından məzlumlara 
belə rəhm etməyən Dövlət bəy (K.A.Myakişev) üçbucağı-
nı qabartmaqla tamaşaya qoymuşdu. 
22 iyun 1957–ci ilin “Kommunist” qəzetində  şair – 
dramaturq Adil Babayevin “Aydın” məqaləsində: “Rejis-
sor lüzumsuz hay-küyə, yersiz musiqi parçalarına öz  ta-
maşasında yer verməyib, əsas diqqətini qəhrəmanların psi-
xoloji aləminin, ruhi vəziyyətlərinin daha düzgün göstəril-
məsinə sərf etmişdir. Hər bir səhnə mizanı müəyyən məq-
sədə xidmət edir, bu və ya başqa obrazın mahiyyətinin də-


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə