Aydın Dadaşov
44
sına şərait yaratsa da V.Yurçenkonun tərtibat haqqında
yazdığı: “O, nəinki ifaçılara və Cənnət Səlimovaya yar-
dım etdi, hətta maneçilik törətdi. Məsələ təkcə Ostrovski-
yə yad olan “modern” üslubunda deyil. Məsələ ondadır ki,
bu “modern” öz-özlüyündə maraqlı deyil, sünidir. Onu
unutmaq, yan keçməklə birgə ansambl yaratmağa cəhd
edən aktyorlar yazıqlaşırlar”
37
fikirləri isə ya ifaçıların de-
korlara yetərincə öyrəşmədiyini üzə çıxarır, ya da ki,
əyalət tənqidinin yeniliyi qəbul etmək iqtidarında
olmadığını isbatlayır.
***
İmran Qasımovun “Teatr” jurnalında çap olunmuş
faşizm üzərində qələbənin 30 illiyinə həsr edilən “Dairəni
genişləndirin” pyesinə Cənnət Səlimovanın 1975-ci ildə
verdiyi quruluş da əslində dövrün diktəsi ilə müəllifin pe-
şəkar üslubu hesabına yaranan dramaturji modelin reallaş-
ması idi. Əsgər paltarı geyinib şəfqət bacısı kimi vətəni
qorumağa gedən Aliyənin (D.İ.Tumarkina) həyatının bü-
töv bir mərhələsini, bəlkə də ehtiyac olmadan əks etdirən
bu tamaşa da birmənalı qarşılanmadı.
6 aprel 1975-ci ilin “Kommunist” qəzetindəki “Dai-
rəni genişləndirin” məqaləsində: “Xəstə Aliyə öz otağında
kürsüdə oturmuşdur. Xəyalında Raufla görüşdüyü səhnə-
lər canlanır. Əsgər geyimində olan Raufla Aliyəni görü-
rük, onların səslərini, söhbətlərini eşidirik. Lakin rejissor
bizə onların siluetlərini göstərir və biz inanırıq ki, o iki nə-
fərin biri məhz cavan Aliyə, digəri cavan Raufdur. Böyük
gerçəklik səviyyəsinə ucalan sənətkarlıqla verilmiş bu səh-
nələr bizi düşündürür, tamaşaya həyəcansız baxmaq, biga-
37
В.Юрченко. Белугин и другие. г. Вечерний Донецк. 07-07-1973.
Rejissorluğun üslub problemləri
45
nə qalmaq olmur” fikirləri Cənnət Səlimovanın quruluşun-
da bədii səviyyəsinin təsdiqinə çevrilir. Və eyni zamanda
mövzu xatirə üzərində qurulmaqla xətti inkişafdan məh-
rum olan pyesin qüsurunu da üzə çıxarır.
Əslində pyes kimi tamaşa da sosializm dövründə
ideoloji cəhətdən becərilən, dostluğa sədaqət ideyasını əks
etdirirdi. Cəbhədə birgə vuruşan Sergey Uqolnikovla Ali-
yənin önə çəkilən dostluğu istər-istəməz dolaşıq ziddiyyət
yaradır. Belə ki, sevdiyi həkim Rauf Şabanovla ünsiyyət-
dən Bakıya hamilə qayıtmış Aliyə ilə nigah kəsdirərək
körpənin gələcəyini düşünən Sergey Uqolnikovun dostlu-
ğun rəmzinə çevrilməsi özünü zahiri əlamətlərdə biruzə
verir. Aliyəni Dina İosifovna Tumarkina, Sergey Uqolni-
kovu V.P.Şerbakov, onun cəbhədə fədakarlıq edən arvadı
Loranı İrina Perlova, Rauf Şabanovu isə Konstantin Ada-
mov kimi aktyorlar oynasalar da, səhnə hadisələrinin sxe-
matikliyi nəzərə çarpırdı. Aliyənin həqiqətlərdən bixəbər
olan qızı Nərminənin ata hesab etdiyi Sergey Uqolnikov-
dan evə qayıtmasını xahiş etməsi, sən demə cəbhədən sa-
lamat qayıdan Raufun peyda olması dolaşıq ziddiyyəti da-
vam etdirirdi.
25 aprel 1975-ci ilin “Bakı” qəzetində professor
Mehdi Məmmədovun “Dairəni genişləndirin” məqaləsin-
dəki: “Bizim təəssüratımızı, fikrimizi haçalayan yeganə
bir nöqtə pyesin və tamaşanın finalıdır. Aliyənin ölümü...
biz onun müharibə vaxtından yaralandığını, xəstə olduğu-
nu bilsək də bu ölüm səhnəsində bədii məntiq görməkdə
çətinlik çəkirik. Bu səhnənin peşəkar həlli də naqis və na-
tamam görünür. Tamaşa boyu gördüyümüz təbii – psixo-
loji epizodların hamısı hətta bir sıra şərtiliklər (rejissor,
rəssam, bəstəkar priyomlarının hamısı) şərtsiz qəbul olun-
duğu halda onun sonu kifayət qədər təbii qəbul olunur.
Aydın Dadaşov
46
Bunun səbəbini görünür ki, müəllif hüququna müdaxilə et-
mədən, iddiasız tərzdə ehtiyatla, diqqətlə yoxlamaq lazım-
dır
38
fikirləri finalın da gözlənilməzliyinin diqqətdən qaç-
madığının təsdiqidir.
1975-cı ildə çıxan “Ulduz” jurnalının 5-ci sayındakı
“Meydan açın...” məqaləsinin müəllifi, şair – dramaturq
Camal Yusifzadənin: “D.İ.Tumarkina Aliyə xanımın obra-
zına əgər belə demək mümkünsə özünü qatıb. Yəni o,
müəllifin yaratdığı vəziyyətdə özünü oynayır. Özünü oy-
namaq isə nisbətən asandır və tamaşaçı ilə birbaşa dialoq-
dur. Bu aktyora daxili mənəvi sərbəstlik verib, aktyor oyu-
nunda – hərəkət və dialoqlarda gərginliyi azaldıb. Tumar-
kina obraza oynaqlıq, şuxluq gətirib. Aliyə xanım döyüş-
lərdə məhəbbətini, xoşbəxtliyini itirib gəlmiş, daxilən sar-
sılmış, bir az da yorğun adamdır. Vəziyyətin məntiqinə
görə o, təmkinli, soyuqqanlı, kədərli görünməlidir. Bəs
aktyor oyunundakı bu nikbinlik nədir? Bu, müəllif fikrinin
sözaltı mənasından doğan ümiddir, təsəllidir, nikbinlik
şəklində təzahürünü tapır və aktyorun rola ən qiymətli əla-
vəsidir”
39
fikirləri əslində dolayı yolla quruluşçu rejisso-
run da üslubunun dəyərləndirilməsidir. Yeri gəlmişkən
İmran Qasımovun münasibətlərinin genişliyi sayəsində
Cənnət Səlimova bu tamaşadan il yarım sonra Qabriel
Sundukyan adına Yerevan Dövlət Dram Teatrında “Dairə-
ni genişləndirin” pyesinə yenidən quruluş verdi.
***
Bertold Brextin XVII əsrin otuz illik müharibəsini
əks etdirən “Kuraj ana və uşaqları” pyesinə Cənnət Səli-
38
M.Я. Məmmədov. Dairəni genişləndirin Bakı q. 25-04-1975.
39
C.Y.Yusifzadə. Meydan açın... Ulduz j. 1975 №5. c.28.
Dostları ilə paylaş: |