Microsoft Word cap 6 02 2012. doc


Rejissorluğun üslub problemləri



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə26/71
tarix19.07.2018
ölçüsü1,33 Mb.
#56536
1   ...   22   23   24   25   26   27   28   29   ...   71

Rejissorluğun üslub problemləri 
 
 
81 
yişmiş atası da tacir olmuş Kapoçkanı öz həmkarına vermək-
lə rahat gələcəyə təminat yarada bilir.   
26 fevral 1982-ci ildə çıxan “Bakinski raboçi” qəzetin-
də L.Babinskayanın bu tamaşa barədə yazdığı “Tükənməz 
klassika” məqaləsində: “Tamaşada müxtəlif ifa üslubları 
(uğur və peşəkarlıq dərəcəsinin fərqi ilə) nümayiş olundu. 
Müasir teatrda onların birgə mövcudluğu mümkün olsa da, 
həmişə xüsusi dəqiqlik, zövq, ölçü hissi, pyesin fikir və janr 
təbiəti ilə uyğunluq tələb edir. Təəssüf ki, rollar müxtəlif 
üslubda və sanki fərqli ahəngdə oynanıldı. İştirakçıların çoxu 
üçün daha dəqiq rejissor yozumunun vacibliyi duyuldu”
72
 
dəqiq müşahidənin, tutarlı  dəlillərin nəticəsi olmaqla 
mübahisəyə yer qoymur. 
18 iyun 1983-cü ilin “Molodyoj Estonii” qəzetindəki 
“Komediyadan melodramadək” məqaləsində Baltikyanı 
ölkələrdə qastrolda olan teatrın “Balzaminovun evlənməsi” 
tamaşası barədə: “Əvvəl düşünürük ki, düşünüb yaşaya 
bilməyən maniken - adamların müasir yozumu aydındır. Elə 
buradaca pərdə bir az da açıldıqca kasıb meşşan evindəki 
natural otaq “ostrovski” reallığını göstərir” yazan müəlliflər 
E.Aqranovskaya ilə Y.Skulskayanın: “Biz səhv etmişik 
üslub “klassikdir”. Bu fikir də tam təsdiqlənməmiş səhnəyə 
gələn tacir qızı Kapoçka ilə  rəfiqəsi Ustinkanın oxuduqları 
şən vodevil kupletləri bizi çaşdırır. Deməli bu vodevildir? 
Və bu və o birisi və üçüncüsü. Hərəsindən bir az. Quruluşçu 
rejissor, Azərbaycan SSR əməkdar incəsənət xadimi Cənnət 
Səlimova özünün və aktyorların qarşısında  ən azı  qəribə 
tapşırıq qoyur. Bütövü birləşdirib yığır, daha doğrusu bütün 
məlum yozumları qarışdırır. Eklektiklik nəinki təkcə rejissor 
həllinə keçir, bədii tərtibatdan tutmuş (rəssam V.Serebrov-
                                                 
72
 Л.Г.Бабинская.  Неисчерпаемая классика.  г. Бакинский  рабочий. 26-03-82. 


Aydın  Dadaşov 
 
 
82 
ski) aktyor oyununa qədər bütün tamaşaya hopur”
73
 fikirləri, 
o dövrdə respublikamızdan kənardakı tənqidin üslub – janr 
problemlərinə necə önəm verdiklərini təsdiqləyir.  
 Yeri  gəlmişkən qeyd etmək lazımdır ki, 1965-ci ildə 
rejissor Konstantin Voinovun bu əsərin  əsasında çəkdiyi 
film dramaturji strukturu zənginləşdirməklə üslub – janr 
prinsiplərini də, dəqiq yerinə yetirilməsi hesabına uğur 
qazandı. Balzaminov rolunda, filmdə  zəngin tacirin dul 
qadını, şəhərdə hörmət sahibi olan Bila Telovanın (Nonna 
Mordyukova) elçi göndərərək Balzaminova (Georgi 
Vitsenin 46 yaşında oynadığı) ərə getməyə razı olması, lap 
elə bizim “Arşın mal alan” komediyasında olduğu kimi 
tacir zümrəsinə rəğbətin təzahürünə çevrildi. 
                                   
*** 
 Hüseyn Cavid yaradıcılığında yeni mərhələ olub irqi, 
milli və dini ayrı - seçkiliyə qarşı yönələn, nəzmlə yazılmaq-
la ülvi məhəbbəti tərənnüm edən “Şeyx Sənan” (1914) faciə-
sinə,  ədibin yubileyi ərəfəsində, Vladimir Portnovun tərcü-
məsi  əsasında  Cənnət Səlimovanın 1982 –ci ildə verdiyi 
quruluş uzun illər “Rus Dram Teatrının səhnəsində  uğur 
qazandı.  
 “Şeyx Sənan” əsərinin personajları naturaçıya çevirən 
maska teatrının təzahürü Hənəfi Zeynallının yazdığı kimi: 
“Xəlqin duyğularında yaşanmış, xəlqin duyğuları ilə 
bəslənmiş”, “dil və ifadə cəhətdən əvvəlki pyeslərdən qat-qat 
canlı, qat-qat təbii, səlist və səmimi”, “zurna-qaval həvəsin-
də olanlara bir parça “ruh qaşavı bulunan”, “quruluşdakı 
vəhdət, üslubdakı sadəlik və narınlıq, “şəriətdəki musiqi” ilə 
                                                 
73
 Э.Аграновская, Е.Скульская. От комедии до мелодрамы. Молодежь 
Эстонии. 18-06-1983. 


Rejissorluğun üslub problemləri 
 
 
83 
zəngin  əsərin mahiyyətini üzə  çıxardı ki, bu da tamaşanın 
qələbəsidir. Tamaşada müəllifin,  əsərin ideya daşıyıcısına 
çevrilən, Turanda doğulmaqla, İranda yaşamaqla, Ərəbistan-
da din xadimi rütbəsinə çatmaqla və  nəhayət Gürcüstanda 
sevgisinə az qala qovuşmaqla geniş bir coğrafi ərazinin sim-
voluna çevrilən, otuz yaşında qəlbində  şübhə, qırx yaşında 
isə gürcü qızı Xumara sevgi baş qaldıran, xurafata, cahilliyə 
qarşı sağlam həyat fəlsəfəsini qoyan Murad Yegizarov oyna-
dığı  Şeyx Sənan tamaşasının bədii yükünün çəkilməsində 
müstəsna rol oynadı. Romantik teatr səhnəmizdə neçə-neçə 
aktyor nəsli üçün məhək daşına çevrilən  Şeyx Sənan rolu 
bütün iştirakçı personajların və  əlbəttə ki, quruluşçu 
rejissorun yozumunda mahiyyət daşıyıcısına-obraza 
çevrilməklə yeni dəyər qazandı. Kor ərəbin dili ilə: “Nə öncə 
öylə səadət, nə böylə zillət olaydı” – deyə mərhəmət, imdad 
istəyənlərə müəllifin xitab etdiyi: “Görməməkçin bu çirkin 
işləri siz, yalvarıb həqqə həmdü şükr ediniz” fikirləri çirkaba 
batmış dünyaya qarşı barışmaz mövqeyi bəyan edən, 
“Eşqdən başqa hər nə varsa, əvət, tövbə, min tövbə!... 
Eylədim nifrət” deyərək  şübhələndiyi bütün dəyərlərdən  əl 
götürən  Şeyx Sənanın: “Məncə  eşq yüksəkdir!...” sözləri 
mütləq qənaətinin təsdiqinə çevrilir. Ehkamlar deyil, insan 
hüququ uğrunda mübarizə aparan əsərdə sevgililərin yolunda 
uçuruma atılaraq canlarından keçdikləri  ideyanın cəmiy-
yətdə yaşaması  əsərə söykənən tamaşanın bədii gücünü 
nümayiş etdirir. Əziz  Şərifə  məktubunda: “Şeyx Sənan”ı  
vaxtsız nəşr etdim. Daha münasib vaxtda buraxmalıydım, 
çünki o nəşr edildiyi günlərdə siyasət aləmi həyəcanlı 
dəqiqələr keçirirdi. Xalq da, təbii, bu ruhuyla müharibəni 
təqib edirdi. Zatən bu bir qanundur: “Siyasət rol oynarkən, 
ədəbiyyat susar” yazan Cavidimizin ruhu şadlanır.   


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə